Məhkəmə qərarları › İş №2(103)-3380/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3380/2020

08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3380/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh2 və üçüncü şəxs Cavabdeh4-nin nümayəndəsi vəkil X2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs qismində Cavabdeh4 cəlb edilməklə) “ümumi yığıncağın dərhal keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh4-nin təsisçisi İddiaçı cavabdehlər Cavabdeh4-nin digər təsisçiləri Cavabdeh3, Cavabdeh1, Cavabdeh4-nin direktoru Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4-nin təsisçilərinin (iştirakçılarının) ümumi yığıncağının - xx xxxxxx 2004-cü il tarixdə Astara şəhərində tərtib edilib təsdiq edilmiş Aktla «531.989,40 manat xalis mənfəətdən ayrılmış dividenddən ibarət olmaqla ona ödənilməli olan borc olaraq qəbul edilmiş 531.989,40 manat məbləğdən» qalan 86.397,00 manat məbləğinin ona ödənilməsi; Cavabdeh4-nin 2004-2010-cu illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; Cavabdeh4-nin 2004-2010-cu illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 4.340.553,86 manat mənfəətin bölüşdürülməsi; Cavabdeh4-nin 2011-2015-ci illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; Cavabdeh4nin 2011-2015-ci illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 3.239.213,5 AZN məbləğində mənfəətin bölüşdürülməsi - məsələləri (gündəliyi) üzrə Cavabdeh4-nin təsisçilərinin (iştirakçılarının) ümumi yığıncağının dərhal Bakı şəhəri Babək prospekti 36 E ünvanda keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)- 3082/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı Cavabdeh4-nin təsisçisi İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2017-ci ildə ərizə ilə cavabdehlərə müraciət edərək: 1. xx xxxxxx 2004-cü il tarixdə Astara şəhərində tərtib edilib təsdiq edilmiş Aktla «531.989,4 manat xalis mənfəətdən ayrılmış dividenddən ibarət olmaqla ona ödənilməli olan borc olaraq qəbul edilmiş 531.989,40 manat məbləğdən» qalan 86.397,00 manat məbləğinin ona ödənilməsi; 2.Cavabdeh4-nin 2004-2010-cu illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; 3.Cavabdeh4-nin 2004-2010cu illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 4.340.553,86 manat mənfəətin bölüşdürülməsi; 4. Cavabdeh4-nin 2011-2015-ci illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; 5.Cavabdeh4-nin 2011-2015-ci illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 3.239.213,50 manat məbləğində mənfəətin bölüşdürülməsi məsələləri (gündəliyi) üzrə Cavabdeh4-nin təsisçilərinin (iştirakçılarının) ümumi yığıncağının xx xxxxxx 2017-ci il tarixdə saat 10:00-da Bakı şəhəri Babək prospekti 36“E” ünvanda keçirilməsini xahiş etmişdir. Cavabdeh4-nin direktoru Cavabdeh2 tərəfindən imzalanmış A-05 saylı xx.xx.2017-ci il tarixli məktubla iddiaçıya cəmiyyətin digər təsisçiləri Cavabdeh3 və Cavabdeh1 ümumi yığıncağın keçirilməsinin iddiaçı tərəfindən təklif edilən vaxtda, yəni xx.xx.2017-ci il tarixdə saat 10:00-da keçirilməsinin yay vaxtı olduğundan mümkün olmaması, cəmiyyətin hesabat-maliyyə ili başa çatdıqdan sonra keçirilməsinin məqsədəmüvafiq olmasını bildirmişlər. Məktubda Cavabdeh2, daha sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1-2-ci maddəsinə istinad etmiş və bildirmişdir ki, iddiaçının təklifi, digər təsisçilər Cavabdeh3 və Cavabdeh1 ümumi yığıncağın keçirilməsi vaxtı ilə əlaqədar mövqelərini nəzərə alınaraq Cavabdeh4-nin iştirakçılarının ümumi yığıncağının hesabat-maliyyə ili başa çatdıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Babək prospekti 36 «E» ünvanda keçiriləcəkdir. İddiaçı iddia ərizəsinə qoşmada məhkəməyə hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 arasında hazırda baxılan başqa bir məhkəmə mübahisəsi üzrə məhkəmə aktlarının surətlərini təqdim edərək məhkəmənin nəzərinə çatdırmışdır ki, başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti növbəti dəfə təmin olunaraq həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5855/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək iddiaçının Cavabdeh3, Cavabdeh1, Cavabdeh4-yə qarşı qarşılıqlı iddia ərizəsi «borcun tutulması və dividendin ödənilməsi» hissəsində təmin olunmuş, Cavabdeh4-dən qaytarılmamış borca görə 86.397,00 manat və 2004-2010-cu illər üzrə ödənilməmiş dividendə görə 1.446.851,00 manat, cəmi 1.533.248,00 manat pul tutulub iddiaçıya verilməsi, qarşılıqlı iddia ərizəsinin faizlərin tutulması hissəsində təmin olunmaması qərara alınmışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Cavabdeh3 və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5908/16 saylı, xx.xx.2016-cı il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir». İddiaçıya 2004-cü ildən başlayaraq bu günə qədər olan müddətdə təsisçilərindən biri olduğu Cavabdeh4-nin fəaliyyətindən əldə edilmiş xalis mənfəətdən hesablanıb ödənilməli olan dividend məbləğləri ödənilməmişdir. Yuxarıda istinad edilən başqa mülki iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun Ali Məhkəməsinin 2(102)- 5908/16 saylı, xx.xx.2016-cı il tarixli qərarının qüvvədən düşmüş hesab edilməsinə dair qeyd edilən qərar qəbul etməsinin də əsası «ödənilməmiş dividendin ödənilməsinin tələb edilməsi üçün birbaşa məhkəməyə müraciət edilmənin mümkünsüz olması, mənfəətin bölüşdürülməsinin yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirməli olması» dəlili olmuşdur. İddiaçı iddia ərizəsində məhkəmənin nəzərinə çatdırmışdır ki, digər iki təsisçinin müəssisənin fəaliyyətindən əldə edilən mənfəətdən dividend götürülməsi ilə bağlı bir problemləri yoxdur, belə görünür heç vaxt da olmamışdır. Onlar bu illər ərzində onlara ödənilməli olan dividendi ümumi yığıncağın qərarı olmadan da götürmüşlər. Sadəcə, iddiaçıya münasibətdə müəssisə və onun digər iki iştirakçısı qəsdən və qərəzli olaraq müəssisənin fəaliyyətindən əldə edlmiş mənfəətdən iddiaçıya ödənilməli olan dividendin iddiaçıya ödənilməsinə maneçilik törədir və törətməkdə də davam edirlər. Məhz bu səbəbdəndir ki, yuxarıda qeyd olunan məsələlər (gündəlik) üzrə ümumi yığıncağın keçirilməsini və bu ümumi yığıncağın öz mahiyyətinə görə əvvəla növbəti deyil, növbədənkənar ümumi yığıncaq olmasına, ikincisi, müzakirə edilməli və qərar qəbul edilməli olan bütün məsələlər hazırda davam edən hesabat-maliyyə ilə bağlı deyil, 2015ci ilə qədər olan dövrü əhatə etməsinə baxmayaraq, cavabdehlər cavab məktublarında göstərdikləri əsassız bəhanələri ilə ümumi yığıncağın keçirilməsindən «imtina etmiş» və onun keçirilməsini qəsdən 6 (altı) ay sonraya təyin etmişlər. Lakin, o, əmin idi ki, onun ümumi yığıncağın qarşısında qoyduğu məsələlər üzrə xx xxxxxx 2018-ci il tarixdə də ümumi yığıncaq keçirilməyəcək, müəssisəsinin fəaliyyətindən uzaqlaşdırıldığı 2006-cı ildən başlayaraq bu günə qədər dəyişilməz qalan hal, yəni iddiaçıya çatası külli miqdarda dividend məbləğinin ona ödənilməsindən yenə də hər vasitə ilə yayınlımaqda davam ediləcəkdir. Bunun qarşısı isə yalnız məhkəmə qaydasında alına bilər. Birinici instansiya məhkəməsinin qətnaməsində vurğulanan başqa mülki iş üzrə iddiaçının «borc, dividend və faizlərin ödənilməsi tələbinə dair» qarşılıqlı iddiası üzrə icraata xitam verilmiş olmasının hazırkı mülki iş üzrə iddia tələbinin təmin edilməsinə nə maneçiliyi ola bilər? Bəlkə, tərəflər eyni şəxslər olduğundan həmin mülki işin hazırkı tələbə bir aidiyyəti var. Lakin o aidiyyət də, əslində hazırkı iş üzrə iddiaçının xeyrinədir. Belə ki, sözügedən başqa mülki iş üzrə qeyd edilən hissədə icraata ona görə xitam verilmişdir ki, MMC-nin təsisçisi İddiaçı «borc, dividend və onların faizlərinin ödənilməsi barədə» iddia tələbləri ilə məhkəməyə müraciət etməzdən əvvəl ümumi yığıncağa müraciət etməlidir, ümumi yığıncağa müraciət edilmədən isə bilavasitə məhkəməyə müraciət edilməsi mümkünsüzdür. Eyni mövqedən çıxış edərək iddiaçı ümumi yığıncağın keçirilməsi üçün əvvəlcə MMC-yə və digər təsisçilərə, müsbət cavab almadıqda isə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki mülki iş üzrə iddia ilə məhkəməyə ona dividend ödənilməsi tələbi ilə müraciət etməmişdir. İddiaçı başqa mülki iş üzrə «dividend və sair tələblərlə» ümumi yığıncağa deyil, birbaşa məhkəməyə müraciət etmişdir - deyə xitam verildikdən, bundan sonra iddiaçı ümumi yığıncağın keçirilməsi ilə bağlı cavabdehlərə müraciət edib müsbət cavab almadığına görə eyni tələblə, yəni məlum gündəlik üzrə ümumi yığıncağın keçirilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sözügedən başqa mülki iş üzrə mülki işə əlavə edilmiş məhkəmə aktlarının surətlərindən görünür ki, həmin başqa mülki iş üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Ali Məhkəmənin Plenumunun xx.xx.2017-ci il tarixli qərarı ilə Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilərək mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, sonuncunun xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı «borc, dividend və faizlərin ödənilməsi tələbinə dair» qarşılıqlı iddiası üzrə icraata xitam verilmiş, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə qeyd edilən qərardad qüvvəsində saxlanılmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun mülki işdə olan qərarının surətindən görünür ki, Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, «mənfəətin bölüşdürülməsi yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir». Bu səbəbdən həmin qərarın elan edilməsindən sonra iddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehlərə müraciət edərək ərizədə qeyd edilən gündəlik üzrə Cavabdeh4-nin təsisçilərinin ümumi yığıncağının xx xxxxxx 2017-ci il tarixdə saat 10:00-da Bakı şəhəri, Babək prospekti 36 «E» ünvanda keçirilməsini xahiş etmişdir. Mülki işdən görünür ki, Cavabdeh4-nin direktoru Cavabdeh2 tərəfindən imzalanmış № A-05 saylı xx.xx.2017-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, Cavabdeh4-nin iştirakçılarının ümumi yığıncağının hesabat-maliyyə ili başa çatdıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə saat 11:00-da Bakı şəhəri Babək prospekti 36 «E» ünvanda keçiriləcəkdir. Ümumi yığıncağın 2017-ci ilin avqust ayı deyil, sentyabr, oktyabr, noyabr, dekabr aylarında deyil, 2018-ci ilin yanvar ayı da deyil, fevral ayının 23-nə təyin edilməsi təsadüfi olmamışdır. MMC-nin direktoru Cavabdeh2 № A-05 saylı xx.xx.2017-ci il tarixli məktubda bildirdikləri bəhanələrdir. Ümumi yığıncağın keçrilməsi ona görə xx.xx.2018-ci il tarixə təyin edilmişdir ki, ümumi yığıncaq sözügedən başqa mülki iş Konstitusiya Məhkəməsindən Ali Məhkəməyə göndərildikdən və həmin mülki iş üzrə yekun qərarı qəbul edildikdən sonra keçirilsin. Prinsipcə, cavabdehlər müddəti təxmini də olsa, düz hesablamışlar. Mülki iş Konstitusiya Məhkəməsindən bir az tez göndərilsəydi, həmin iş üzrə yekun qərar xx.xx.2018-ci il tarixdə deyil, məsələn xx.xx.2018-ci il tarixdə də elan edilə bilərdi. Cavabdehlər, həmin qərarlara istinad edərək iddiaçının MMC-yə qarşı olan bütün tələblərini rədd etmək imkanı əldə edəcəkdilər. Ümumi yığıncağın xx xxxxxx 2017-ci il tarixdə yox, xx.xx.2018-ci il tarixə təyin edilməsinin əsl səbəbi budur. Lakin həm cavabdehlər, həm də birinci instansiya məhkəməsi unutmuşlar ki, ümumi yığıncaq mütləq keçirilməlidir və iddiaçının xx.xx.2017-ci il tarixli ərizəsi ilə təklif edilmiş, MMC-nin direktoru Cavabdeh2 № A-05 saylı xx.xx.2017-ci il tarixli cavab məktubu ilə hər hansı formada etiraz edilməmiş, dəyişdirilməmiş, əlavələr edilməmiş, bu səbəbdən də bütün iştirakçılar və MMC tərəfindən razılaşdırılmış gündəlik, yəni: 1. xx xxxxxx 2004-cü il tarixdə Astara şəhərində tərtib edilib təsdiq edilmiş Aktla «531989,4 min manat xalis mənfəətdən ayrılmış dividenddən ibarət olmaqla mənə ödənilməli olan borc olaraq qəbul ediimiş 531989,4 min manat məbləğdən» qalan 86397 AZN məbləğinin mənə ödənilməsi;

2. Cavabdeh4-nin 2004-2010-cu illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; 3. Cavabdeh4-nin 2004-2010-cu illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 4340553,86 AZN mənfəətin bölüşdürülməsi; 4.Cavabdeh4-nin 2011- 2015-ci illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; 5. Cavabdeh4-nin 2011-2015-ci illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 3.239.213,5 AZN məbləğində mənfəətin bölüşdürülməsi məsələləri (gündəliyi) üzrə gec-tez keçirilməlidir. Mülki işdə olan sözügedən başqa mülki iş üzrə qəbul edilmiş məhkəmə aktlarının heç birində Cavabdeh4-nin İddiaçı heç bir borcunun olmaması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Həmin mülki işin nəticəsi bundan ibarət olmuşdur ki, iddiaçı ona dividend və faizlərinin ödənilməsi tələbi ilə əvvəlcə ümumi yığıncağa, sonra məhkəməyə müraciət edə bilər. Bu səbəbdən bilavasitə məhkəməyə müraciət edilməsi mümkünsüzdür. Çox maraqlıdır, birinci instansiya məhkəməsi həmin məhkəmə aktlarına istinad edərək «qeyd edilən məhkəmə qərarları əsasında Cavabdeh4-nin İddiaçı heç bir borcu olmaması faktı öz təsdiqini tapmışdır» - qənaətinə necə və nəyin əsasında gəlmişdir? Birinci instansiya məhkəməsinin iddianı rədd etmək üçün nəyə görə qətnamədə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 90-1.3 və 91.3.3-cü maddələrinə istinad edərək mənfəətin bölüşdürülməsinin yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilməsi, həmin normaya görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasının mümkünsüz olması» qənaətinə gəlməsini başa düşmürük. Bu qənaət əslində iddianın təmin edilməsi üçün gəlinən qənaət olmalıdır. Çünki, iddiaçı ona görə məhkəməyə müraciət etmişdir ki, ümumi yığıncağın keçirilməsindən cavabdehlər yayınmışlar. Bunu aşağıdakılar da təsdiq edir. xx.xx.2018-ci il tarixdə ümumi yığıncaq baş tutmadı. Həmin gün MMC-dən iddiaçının nümayəndəsinə bildirildi ki, ümumi yığıncağın dəqiq tarixini sonra bildirəcəklər. Bir neçə gün sonra ümumi yığıncağın xx xxxx 2018-ci il tarixə təyin olunduğunu bildirdilər. xx xxxx 2018-ci il tarixdən bir neçə gün əvvəl isə ümumi yığıncağın xx xxxxx 2018-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. xx xxxxx 2018-ci il tarixdə isə razılaşdırılmış yuxarıda qeyd olunan gündəlik üzrə keçirilməli olan ümumi yığıncaq əvəzinə tamamilə başqa gündəlik üzrə, əvvəlcədən razılaşdırılmamış, elan edilməmiş, iddiaçıya hər hansı formada bildirilməmiş - MMC-yə vurulumuş maddi ziyanın müzakirəsi – gündəliyi üzrə ümumi yığıncağın keçirilməsinə cəhd edilmişdir. İddiaçının həmin iclasda iştirak edən etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Asəf Məmmədov bu məsələnin ümumi yığıncağın gündəliyinə salınmadığını, ümumi yığıncağın əvvəlcədən razılaşdırılmış yuxarıda qeyd edilən gündəlik üzrə keçirilməli olduğunu bildirmiş, qarşı tərəflər bununla razılaşmadıqda o, iclası tərk etmək istəmiş, lakin təsisçilərdən Cavabdeh3 ondan iclası tərk etməməsini xahiş etmiş, Asəf Məmmədov ümumi yığıncağın əvvəlcədən razılaşdırılmış yuxarıda qeyd olunan gündəlik üzrə keçiriləcəyi təqdirdə ümumi yığıncaqda iştirak edəcəyini bildirib geri qayıtmış, bundan sonra ümumi yığıncağın Cavabdeh3 nümayəndəsi tərəfindən yenidən MMC-yə vurulumuş maddi ziyanın müzakirəsi gündəliyi üzrə keçirilməsinə cəhd edildiyinə görə iddiaçının nümayəndəsi Asəf Məmmədov ümumi yığıncağı tərk edib oradan getmişdir. Hesab edir ki, cavabdehlər iddiaçının səlahiyyətli nümayəndəsi vasitəsilə ümumi yığıncaqda təmsil olunmasını yetərli saymayıb, iddiaçının özünün şəxsən iştirak etməsini tələb edə bilər, iddiaçı şəxsən iştirak etmədikdə isə ümumi yığıncağın keçirilməsindən imtina edə bilərlər. Bu qanunsuz da olsa, hüquqdan sui-istifadə də olsa, cavabdehlər tərəfindən edilə bilər. Lakin heç bir halda qanunla ədalət mühakiməsini həyata keçirmək kimi üzərinə vəzifə qoyulmuş, bu əsasla da Azərbaycan Respublikasının adından qətnamə elan edən məhkəmə «iddiaçı cəmiyyətin ali orqanı olan ümumi yığıncağa gəlməmişdir» əsası ilə iddianı rədd edə bilməz. Cavabdehlər qəbul etməsələr də, məhkəmə bilməlidir ki, iddiaçının ümumi yığıncaqda səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunması onun ümumi yığıncaqda şəxsən iştirak etməsinə bərabərdir. Nəhayət, birinci instansiya məhkəməsinin təklif olunan məsələlərinin isə Cavabdeh4-nin təsisçilərinin (iştirakçılarının) növbəti ümumi yığıncağında həll edilməli olan məsələlər olduğundan məhkəmə bu məsələlərə qiymət verə bilməz» qənaəti onları təkcə təəccübləndirmədi, həm də olduqca məyus etdi. Həm təəccübləndilər, həm də məyus oldular, ona görə ki, birinci instansiya məhkəməsi bir ildən də artıq müddətdə icraatında olmuş mülki iş üzrə iddia tələbinin qeyd edilən gündəlik üzrə məsələlərin məhkəmədə müzakirə edilməsi deyil, həmin məsələlərin məhz ümumi yığıncaqda müzakirə edilməsi üçün ümumi yığıncağın keçirilməsi, cavabdehlərin qərəzli olaraq ümumi yığıncağı keçirməkdən yayındıqlarına görə isə məhz dərhal keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbi olduğunu hələ anlamamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin qərarında Ali Məhkəmənin Mülki Kollegiyası qeyd etmişdir ki, ümumi yığıncağın dərhal keçirilməsi tələbi iddianın rədd edilməsi üçün əsas verməmişdir. Belə ki, iddiaçının tələbinin əsasını ümumi yığıncağın keçirilməsi təşkil edir. Burada iddiaçının əsas marağı ümumi yığıncağın çığırılmasından ibarətdir və bu zaman «dərhal» ifadəsindən məsələyə baxılmasının uzun müddət ərzində uzadılmasının nəticəsi kimi istifadə olunmuşdur. Həmin ifadənin işlədilməsi məhkəmə kollegiyasının yuxarıda göstərilən tam aydın olmayan və əslində mübahisənin həllini təmin etməyən nəticəyə gəlməsi üçün əsas verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Məmmədov apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4-nin direktoru Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4-nin nümayəndəsi, eyni zamanda vəkili X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4-nin təsisçisi Cavabdeh1 nümayəndəsi və vəkili, eyni zamanda Cavabdeh4-nin təsisçisi Cavabdeh3 vəkili X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin digər halları ilə yanaşı, aşağıda qeyd edilən hallarına əsaslanmışdır: «Qeyd edilən məhkəmə qərarları (tərəflər arasında əvvəllər baş tütmuş məhkəmə çəkişməsi üzrə qəbul edilmiş birinci, apellyasiya və kassasiya instansiyaları tərəfindən qəbul edilmiş qərarlar nəzərdə tutulur) əsasında Cavabdeh4-nin İddiaçı qarşı heç bir borcu olmaması faktı öz təsdiqini tapmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi işin o halına əsaslanmışdır ki, iddiaçı ümumi yığıncağın keçirilməsi ilə bağlı müraciət etdikdən sonra ona keçiriləcək ümumi yığıncağın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçı həmin müddəti gözləmədən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra İddiaçı özü Cəmiyyətin ali orqanı olan ümumi yığıncağa gəlməmiş və yığıncaq digər obyektiv səbəblərdən baş tutmamışdır. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddia tələbinin cavabdeh tərəfindən təklif edilən məsələlər (gündəlik) Cavabdeh4-nin təsisçilərinin (iştirakçılarının) növbəti yığıncağında həll edilməli olan məsələ olduğundan, məhkəmə bu məsələlərə qiymət verə bilməz. Mülki Məcəllənin 91.1-1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-3-cü maddəsinə əsasən cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. İşdə olan “xxxxxxxxxxxxx” MMC nizamnaməsinin 7.1 bəndinə əsasən Cəmiyyətin ali idarətetmə orqanı cəmiyyətin iştirakçılarının ümumi yığıncağıdır. Nizamnamənin 7.3 bəndinə əsasən Cəmiyyətin işirakçılarınnı ümumi yığıncağı zəruri hallarda çağırılmalıdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağı iştirakçılardan hər hansı biri tərəfindən digər iştirakçıları bu barədə yazılı, yaxud da faksla xəbərdarlıq etməklə çağırıla bilər. Nizamnamənin 7.6-cı bəndinə əsasən cəmiyyətin iştirakçıları bu Nizamnamədə müəyyən edildiyindən asılı olmayaraq, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan istənilən məsələni müzakirə edə bilər. Nizamnamənin 6.3-cü bəndinə əsasən təsisçilərin Nizamnamə kapitalındakı payları -İddiaçı 33,3% Cavabdeh3 33,3%, Cavabdeh1 33,4% müəyyən olunmuşdur. Mülki Məcəllənin 91.1-3-cü maddəsinin dispozisiyasından görünür ki, maddə blanket norma olmaqla, növbədənkənar ümumi yığıncağın hansı hallarda çağırılmasını birbaşa müəyyən etmir və bunun müəssisənin nizamnaməsində göstərilən hallarda və qaydada çağırılması imkanını müəyyən edir. “xxxxxxxxxxxxx” MMC-nin nizamnaməsində Cəmiyyətin ümumi yığıncağının zəruri hallarda çağırılmalı olduğu nəzərdə tutulmuşdur (7.3-cü bənd). Lakin Nizamnamədə hansı halların «zəruri hallar» hesab olunması dəqiqləşdirilmir. Buna görə də, kollegiya hesab edir ki, Nizamnamədə göstərilən «zəruri hallar» anlayışının nəyi ehtiva etməsinə aydınlıq gətirilməlidir. Mülki qanunvericiliyin normalarını və Cəmiyyətin Nizamnaməsində müəyyən edilmiş müddəaları təhlil edərək kollegiya qeyd edir ki, Nizamnamədə ümumi yığıncağın çağırılması üçün əsas kimi müəyyən edilmiş «zəruri hallar»ı şərti olaraq həm qanundan doğan, həm də Cəmiyyətin iştirakçılarının mülahizəsinə əsasən müəyyən edilə bilən hallara (Nizamnamədən irəli gələn) ayırmaq olar. Qanunda nəzərdə tutulan «zəruri hallar» Mülki Məcəllənin 91.1-2-ci maddəsində sadalanmışdır. Bu maddənin dispozisiya şərtlərinə görə, cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. Göründüyü kimi, ümumi yığıncağın bu qaydada və hallarda keçirilməsini qanunvericilik Cəmiyyətin nizamnaməsində nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq müəyyən etmişdir (Qanundan doğan zəruri hallar). Bununla yanaşı, Cəmiyyətin Nizamnaməsində cəmiyyətin iştirakçılarının Nizamnamədə müəyyən edildiyindən asılı olmayaraq, cəmiyyətin fəaliyyəti ilə bağlı istənilən məsələni müzakirə edə bilmək hüququ (7.6-cı bənd) nəzərdə tutulur. Kollegiya hesab edir ki, bu hüquqdan çıxış edərək Cəmiyyətin iştirakçılarının öz mülahizələri əsasında zəruri hesab etdiyi halları Cəmiyyətin ümumi yığıncağının çağırılması üçün əsas ola biləcək «zəruri hallar» (Nizamnamədən irəli gələn) hesab etmək olar. Hazırkı iş üzrə iddiaçı Cəmiyyətin növbədənkənar iclasının keçirilməsini tələb edərkən konkret məsələlərin - xx xxxxxx 2004-cü il tarixdə Astara şəhərində tərtib edilib təsdiq edilmiş Aktla «531.989,40 manat xalis mənfəətdən ayrılmış dividenddən ibarət olmaqla ona ödənilməli olan borc olaraq qəbul edilmiş 531.989,40 manat məbləğdən» qalan 86.397,00 manat məbləğinin ona ödənilməsi; Cavabdeh4-nin 2004-2010-cu illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; Cavabdeh4-nin 2004-2010-cu illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 4.340.553,86 manat mənfəətin bölüşdürülməsi; Cavabdeh4-nin 2011-2015-ci illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; Cavabdeh4-nin 2011-2015-ci illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 3.239.213,5 AZN məbləğində mənfəətin bölüşdürülməsi - müzakirə edilməsini təklif etmiş, deməli həmin məsələlərin Nizamnamədə nəzərdə tutulan «zəruri hallar» hesab etmişdir. Həmçinin, İddiaçı Cəmiyyətin nizamnamə kapitalındakı payı 33,3 faiz təşkil etdiyindən, o, bütün səslərin azı onda birinə malik olan şəxs kimi növbədənkənar ümumi yığıncağın çağırılmasını tələb etmək hüququna malikdir. Kollegiya qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, İddiaçı iştirakçısı olduğu Cavabdeh4-nin növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb etməsi qanuni olmuşdur. Ümumi yığıncağın dərhal keçirilməsi və onun iddiaçının təklif etdiyi ünvanda keçirilməsi ilə bağlı məsələyə dair kollegiya qeyd edir ki, Ali Məhkəmənin xx xxxxxx 2020ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, ümumi yığıncağın dərhal keçirilməsi tələbi iddianın rədd edilməsi üçün əsas verməmişdir. Belə ki, iddiaçının tələbinin əsasını ümumi yığıncağın keçirilməsi təşkil edir. Burada iddiaçının əsas marağı ümumi yığıncağın çağırılmasından ibarətdir və bu zaman dərhal ifadəsindən məsələyə baxılmasının uzun müddət ərzində yubadılmasının nəticəsi kimi istifadə olunmuşdur. Həmin ifadənin iddia tələbində işlədilməsi məhkəmənin tam aydın olmayan və əslində mübahisənin həllini təmin etməyən nəticəyə gəlməsi üçün əsas verməmişdir.” Göründüyü kimi, iddiaçının öz iddia ərizəsində ümumi yığıncağın dərhal keçirilməsi tələbini irəli sürməsi cavabdehlərin uzun müddət ərzində onun bu tələbi ilə bağlı müraciətini cavabsız qoyması ilə bağlı olmuşdur. Həmçinin, iddia tələbi müəssisənin ümumi yığıncağının növbəti deyil, növbədənkənar iclasının keçirilməsi ilə bağlıdır, lakin bu cür yığıncağın keçirilməsi proseduru müəssisənin Nizamnaməsində müəyyən edilməmişdir. Bununla yanaşı, kollegiya nəzərə alır ki, müəssisənin ümumi yığıncağının keçirilməsi müəyyən hazırlıq işlərinin görülməsi (iclasın keçirilməsi yerinin müəyyən edilməsi, müəssisənin iştirakçılarının xəbərdar edilməsi və s.) ilə bağlıdır. Ona görə də, yığıncağın keçirilməsi vaxtının müəyyən edilməsi ilə bağlı tələb əsaslıdır və öz həllini tapmalıdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh4-nin növbədənkənar ümumi yığıncağının hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra bir ay müddətində çağırılması vəzifəsinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması hazırkı mübahisənin ağlabatan və ədalətli həlli olardı. Beləliklə, məhkəmə kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən yuxarıda sadalanan tələblər üzrə işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu səbəbdən də həmin tələblər üzrə iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmişdir. Bununla yanaşı, kollegiya müəssisənin ümumi yığıncağının onun təklif etdiyi məsələlər - xx xxxxxx 2004-cü il tarixdə Astara şəhərində tərtib edilib təsdiq edilmiş Aktla «531.989,40 manat xalis mənfəətdən ayrılmış dividenddən ibarət olmaqla ona ödənilməli olan borc olaraq qəbul edilmiş 531.989,40 manat məbləğdən» qalan 86.397,00 manat məbləğinin ona ödənilməsi; Cavabdeh4-nin 2004-2010-cu illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; Cavabdeh4-nin 2004-2010-cu illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 4.340.553,86 manat mənfəətin bölüşdürülməsi; Cavabdeh4-nin 2011-2015-ci illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; Cavabdeh4-nin 2011-2015-ci illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 3.239.213,5 AZN məbləğində mənfəətin bölüşdürülməsi - üzrə keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə vəzifə olaraq qoyulması hissəsində iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Mülki Məcəllənin 91.1-1-ci maddəsinə əsasən iştirakçıların ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Bu maddənin dispozisiyasına görə, ümumi yığıncağın gündəliyinin müəyyən edilməsi, ona dəyişiklik edilməsi və gündəliyə müzakirə mövcusunun əlavə olunması məsələləri cəmiyyətin iştirakçılarının hüququ kimi nəzərdə tutulsa da, bu məsələlər yığıncaqda səs çoxluğu ilə həll edilir. Qanunun bu normasının dispozisiya şərtlərini hazırkı işin məhkəmə tərəfindən müəyyən edilən hallarına tətbiq etməklə belə nəticəyə gəlmək olur ki, iddia tələbində təklif edilən məsələlərin keçiriləcək ümumi yığıncağın gündəliynə daxil edilməsi və müzakirə edilməsini təklif etmək iddiaçının hüququ olsa da, həmin məsələlərin ümumi yığıncağın gündəliyinə daxil edilməsi məhkəmə müstəvisində deyil, ümumi yığıncağın iclasında müzakirə edilərək səs çoxluğu ilə həll edilməlidir. Yuxarıda göstərilənlərə əsasən kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən əsaslıdır, ona görə də qismən təmin edilməli, barəsində şikayət verilmiş qətnamə qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

QƏT ETDİ:

İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(005)- 3082/2018 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh4-nin növbədənkənar iclasının keçirilməsi və iclasda iddiaçı tərəfindən təklif edilən məsələlərin (xx xxxxxx 2004-cü il tarixdə Astara şəhərində tərtib edilib təsdiq edilmiş Aktla «531.989,40 manat xalis mənfəətdən ayrılmış dividenddən ibarət olmaqla ona ödənilməli olan borc olaraq qəbul edilmiş 531.989,40 manat məbləğdən» qalan 86.397,00 manat məbləğinin ona ödənilməsi; Cavabdeh4-nin 2004-2010-cu illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; Cavabdeh4-nin 2004-2010-cu illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 4.340.553,86 manat mənfəətin bölüşdürülməsi; Cavabdeh4-nin 2011-2015-ci illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; Cavabdeh4-nin 2011-2015-ci illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 3.239.213,5 AZN məbləğində mənfəətin bölüşdürülməsi) iclasın gündəliyinə daxil edilməsinin müzakirə edilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulsun. Növbədənkənar iclasın keçirilməsi müddəti bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən 1 ay müddətində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşad Həsənov

Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar