Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3382/2020 10.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və Vəkil, Cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1493/2019 saylı qətnaməsindən cavabdeh “xxxxxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, “xxxxxxx” KB ASC-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 289 saylı mənzilinə dair Hərracın Yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli 57/1-1 saylı Protokolun və xx xxxxxxx 2018-ci il tarixli əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və daşınmaz əmlakın dövlət reyestrində “xxxxxxx” KB ASC-nin adına Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR, Mir Cəlal küçəsi, ev 72, 289 saylı mənzilə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyat və onun əsasında verilmiş “Çıxarış”ın ləğv edilib, həmin mənzilin bazar dəyərinin mütəxəssislər vasitəsi ilə müəyyən edilərək, həmin əmlakın müəyyən olunmuş ilkin qiymətlə hərraca çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 1493/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 289 saylı mənzilin Hərraca çıxarılmasına dair xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 saylı Hərracın Yekunları barədə Protokolun, bu protokola əsasən tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində “xxxxxxx” KB ASC-nin adına ünvan 1, 289 saylı mənzilə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyatın və onun əsasında verilmiş “Çıxarış”ın ləğv edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh “xxxxxxx” KB ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1493/2019 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı “xxxxxxx” KB ASC ilə bağladığı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməyərək, aldığı kredit məbləğlərini qaytarmadığına görə tutma ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 289 saylı mənzilinə yönəldilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi kreditə görə müəyyən edilmiş 3000 ABŞ dolları cərimə hissəsində dəyişdirilərək, 2000 ABŞ dolları cərimə müəyyən edilmiş, qalan hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış, Ali Məhkəmənin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, həmin şöbə tərəfindən ipoteka predmeti olan əmlakın hərrac vasitəsi ilə satışının təşkil edilməsi məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Hərracın təşkilatçısı qanuna müvafiq olaraq acıq hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc etdirmiş, bildirişlərlə ipoteka predmeti ilə baglı hərracların keçirilməsinin vaxtı və veri barədə hazırkı is üzrə iddiaçı rəsmi qaydada məlumatlandırılmış və hərracın keçirilməsinə dair bildirişlər iddiaçıya çatdırılmışdır.İddiaçı hərracın keçirilməsindən tam xəbərdar olsa da, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına əsassız iddia ilə süni maneə yaratmağa çalışmış və işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi də, iddiaçı tərəfin formal mülahizələrinə əsasən əsassız iddianın qismən təmin olunması barədə xx xxxxx 2019-cu il tarixli, 2(006)-1493/2018 saylı qətnaməni qəbul etmişdir.“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin İddiaçı və qeyrilərinə ünvanladığı xx xxxx 2017-ci il, xx xxxxxx 2017-ci il və xx xxxxxxxx 2017-ci il tarixli “açıq hərracın keçirilməsinə dair” bildirişlərin təsdiq edilmiş surətlərindən və bu bildirişlərin çatdırılması barədə poçt xidmətini həyata keçirən təşkilatın müvafiq ştamp ilə təsdiqlənən xəbərnamələrindən, əlavə olaraq mübahisə predmeti barədə əmlakın açıq hərracda satılması və onun ilkin satış qiyməti barədə “Birja yenilkləri” adlanan qəzetin xx xxxx 2018, xx xxxx 2018, xx xxxxxx 2018, xx xxxxxx 2018 və xx xxxxxxxx 2018-ci il tarixli müvafiq olaraq 124, 126, 129, 131 və 134 nömrələrində verilmiş elanlardan məlum olur ki, mübahisə predmeti barədə bütün qeyd edilən məlumatları əks etdirən hərrac barədə bildirişlər və qəzet elanları onu deməyə əsas verirki, hərracı təşkilatı tərəfindən Azərbaycan Respublikasının “İpoteka” haqqında Qanunun tələblərinə riayət olunmaqla hərrac keçirilmişdir. Birinci instansiya məhkəməsinin qeyd etdiklərinin əksinə, borcluya göndərilmiş və ünvanın düzgün olmaması qeydi ilə qaytarılan məktublar yenidən düzgün olan ünvana göndərilmiş və həmin bildirişlər borcluya imza və soyadı qeyd edilməklə təqdim olunmuşdur. İşə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi bildirişlərin lazımi qaydada iddiaçı tərəfə çatdırılması və onun hərracın, təkrar hərracın keçirilməsi vaxtı barədə məlumata malik olması faktı, elanların qanunun tələblərinə uyğun kütləvi informasiya vasitələrində dərc edilməsi barədə bu kimi vacib əhəmiyyətə malik olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iddiaçının həqiqətə uyğun olmayan ərizəsi əsasında işə baxaraq, əsassız olaraq iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə qəbul etmişdir. Bundan əlavə, məhkəmə hətta iddiaçının əsassız olan iddia tələbini təmin edərkən belə, tətbiq edilməli olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsində təsbit edilmiş tələbə riayət etməmiş və bununla da yenidən maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9544/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxxxxx” KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1493/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianınqismən təminedilməsi, ünvan 1 ünvanında yerləşən 289 saylı mənzilin “xxxxxxx” KB ASC-yə satılmasına dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 saylı Protokol və həmin protokol əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxx” KB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1, 289 saylı mənzilə dair “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydiyyat “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə əsasında “xxxxxxx” KB ASC tərəfindən İddiaçı borcunun bağlanması məqsədi ilə hesabına köçürülmüş 59287,50 manat (əlli doqquz min iki yüz səksən yeddi manat əlli qəpik) məbləğində pulun “xxxxxxx” KB ASC-yə qaytarılması qət edilmişdir. Qətnamədən cavabdeh “xxxxxxx” KB ASC kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-292/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh “xxxxxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 9544/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərar alınmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini tam müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim edə biləcəkləri sənədlər yalnız iş materiallarında olan sənədlərin əslləri ola bilər. Həm onlar tərəfndən, həm də “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişlərində qeyd edilən sənədlərin təqdim edilməsi özlərindən asılı olmayan səbəbdən mümkün deyil. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyb, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdeh “xxxxxxx” KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1493/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaqismən təminedilməli, ünvan 1 ünvanında yerləşən 289 saylı mənzilin “xxxxxxx” KB ASC-yə satılmasına dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 saylı Protokol və həmin protokol əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxx” KB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməli, ünvan 1, 289 saylı mənzilə dair “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydiyyat “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış ləğv edilməli, iddia qalan hissədə təmin edilməməli, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə əsasında “xxxxxxx” KB ASC tərəfindən İddiaçı borcunun bağlanması məqsədi ilə hesabına köçürülmüş 59287,50 manat (əlli doqquz min iki yüz səksən yeddi manat əlli qəpik) məbləğində pul “xxxxxxx” KB ASC-yə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində mübahisəsiz olaraq müəyyən olunmuşdur ki, “xxxxxxx” KB ASC və İddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli 43Y/12 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 60 ay müddətinə 61200 manat məbləğində kredit verilmişdir. Həmin tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyətində olan ünvan 1, mənzil 289 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü etmişdir. Kredit alan tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 23579,55 ABŞ dolları əsas borc, 3426,73 ABŞ dolları faiz borcu və 3000 ABŞ dolları cərimə, cəmi 30006,28 ABŞ dolları borc (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 50 manat pulun “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 72 saylı evin 289 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 93000 manat məbləğində müəyyən edilməsi, hərrac üzrə xərclərin satışdan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra 1 ay ərzində mənzilin boşaldılaraq İddiaçı və X4 yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən “xxxxxxx” X5 nümayəndəsinin apellyasiya şikayət təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017ci il tarixli qətnaməsi İddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 3000 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilmiş, İddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə 2000 ABŞ dolları cərimə borcu tutulmuş, qətnamə mübahisələndirilən digər hissələrdə, yəni iddia tələbinin qismən təmin olunmamasına dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldikdən sonra ipoteka predmeti olan ünvan 1, 289 saylı mənzilin satılması ilə əlaqədar 2 dəfə - xx xxxxxx 2018-ci il tarixdə birinci və xx xxxxxxxx 2018-ci il tarixdə təkrar hərraclar keçirilmişdir. Lakin göstərilən tarixlərdə açıq hərracın keçirilməsinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən iddiaçıya göndərilmiş bildirişlər sonuncunun qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 4 ünvanına yox, ünvan 5 ünvanına göndərilmişdir. Bundan başqa “Famko” X8 Xidməti vasitəsilə hərracın keçirilməsi barədə məktubun çatdırılmasına dair qəbzlərdən görünür ki, bildirişlərin İddiaçı çatdırılması “ÇATDİRİLİB” möhürü ilə təsdiq olunmasına baxmayaraq “Alan şəxsin soyadı və imzası” qrafası boşdur. Birinci instansiya məhkəməsində həmçinin müəyyən olunmuşdur ki, keçirilmiş hərracların nəticəsi ipoteka predmeti hərracdan satılmadığı üçün “Hərracın yekunları barədə” xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 nömrəli protokolla ipoteka saxlayana təklif olunmuş və hərrac təşkilatçısı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə ipoteka saxlayan “xxxxxxx” KB ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən ipoteka saxlayan ünvan 1, 289 saylı mənzili 59287,50 manata (təkrar hərracdakı satış qiymətindən 25% aşağı) əldə etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hərracın keçirilməsi barədə iddiaçıya qanuna uyğun formada xəbər verilmədiyindən, hərracın keçirilməsi qaydaları faktiki olaraq pozulduğundan hərracın nəticələrinə dair sənədlər, yəni ünvan 1 ünvanında yerləşən 289 saylı mənzilin Hərraca çıxarılmasına dair xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 saylı Hərracın Yekunları barədə Protokol, bu protokola əsasən tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixli "Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə" müqavilə etibarsız hesab edilməli, həmçinin adları çəkilən sənədlərin etibarsızlığının nəticəsi kimi daşınmaz əmlakın dövlət reyestrində “xxxxxxx” KB ASC-nin adına mənzilə dair mülkiyyət hüququ barədə aparılmış qeydiyyat və onun əsasında verilmiş “Çıxarış” ləğv edilməli, iddia digər hissədə isə rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə mahiyyət etibarı ilə razılaşır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin həmin dövrdə olan redaksiyasına əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. (maddə 416.2). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq hərracın təşkilatçısı olan cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən hərracın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulması ilə keçirilməsini müəyyən etmiş və bu əsasa görə də, keçirilmiş hərracı etibarsız hesab etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iş materiallarına əsasən ipoteka qoyan olan hazırki iş üzrə İddiaçı hərracın keçirilməsinə dair bildirişlər ünvanlandırılsa da, bildirişlər iddiaçının qeydiyyatda olduğu və faktiki olaraq yaşadığı ünvan 4 ünvanına deyil, həmin küçədə yeriləşən 7 saylı evin 289 saylı mənzilinə ünvanına göndərilmişdir. Belə ki, həmin ünvan həm bildirişlərin özündə, həm də bildirişlərin faktiki göndərilməsini təsdiq edən “Famko” X8 Xidmətinin xx xxxx 2018-ci il tarixli, 606182 saylı, xx xxxxxx 2018-ci il tarixli, 599071 saylı və xx xxxxxxxx 2018-ci il tarixli, 984889 saylı qəbzlərində qeyd olunmuşdur. Bununla əlaqədar cavabdeh “xxxxxxx” KB ASC-nin apellyasiya şikayətində istinad etdiyi dəlillərə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı bilmir. İş üzrə qəbul edilmiş kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya kollegiyası 602539, 986518 və 00705 saylı qaimələrin birinci instansiya məhkəməsinə nə hərrac təşkilatçısı olan cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən, nə də ki, “xxxxxxx” KB ASC tərəfindən təqdim olunmadığını, bu səbəbdən həmin sənədlərin iş üzrə sübut qismində qəbul oluna bilməyəcəyini qeyd etmiş, bu barədə qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə istinadən əsaslandırmağa çalışmışdır. Lakin apellyasiya kollegiyası qeyd edilən prosessual hüquq normasının tələbinə düzgün əməl etməmişdir. Belə ki, apellyasiya kollegiyası nəzərə almamışdır ki, hərracın keçirilməsi prosedura müvafiq hərrac təşkilatı tərəfindən həyata keçirildiyindən, iddiaçıya hərracın keçirilmə vaxtı barədə bildiriş verilməsi vəzifəsi də hərrac təşkilatına aiddir. Bunu nəzərə aldıqda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə istinadən cavabdeh “xxxxxxx” KB ASC tərəfindən qeyd edilən sübutların birinci instansiya məhkəməsinə təqdim edilə bilməməsinin mümkün olmadığının əsaslandırılmasını gözləmək yersizdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb, cavabdeh “xxxxxxx” KB ASC-yə qeyd olunan sənədlərin təqdim edilməsi təklif edilsə də, cavabdehin nümayəndəsi həm onlar tərəfndən, həm də “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişlərində qeyd edilən sənədlərin təqdim edilməsinin özlərindən asılı olmayan səbəbdən mümkün olmadığını qeyd etmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayətində istinad olunan və guya bildirişlərin iddiaçıya təqdim olunmasını təsdiq edən 602539, 986518 və 00705 saylı qaimələr birinci instansiya məhkəməsinə nə hərrac təşkilatçısı olan cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən, nə də ki, “xxxxxxx” KB ASC tərəfindən təqdim olunmamış və bu səbəbdən həmin sənədlər iş üzrə sübut qismində qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya şikayətində istinad olunmuş 599919 saylı qaimənin surəti iş materiallarında olsa da, surətin keyfiyyətsiz olması səbəbindən bildirişin iddiaçıya təqdim olunmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin qaimənin ünvan hissəsində evin nömrəsində düzəliş edilmiş və bu səbəbdən mötəbərliyi şübhə altındadır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Nəhayət həmin qaimələr bildirişlərin iddiaçıya təqdim edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilsə də, onlar “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələblərinin pozulmamasını təsdiq etmir. Əksinə, müəyyən olunur ki, 599919 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 12 gün əvvəl), 602539 saylı qaimə ilə bildiriş xx xxxxxx 2018-ci il tarixdə (hərracın keçirilməsindən 7 gün əvvəl) ipoteka qoyana göndərilmişdir. Yəni iddiaçı hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərdar olunmamışdır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, borcun ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan və hətta təkrar hərracın keçirilməsi nəticəsində ipoteka saxlayan cavabdeh “xxxxxxx” KB ASC tərəfindən ipoteka predmeti əldə edildikdən sonra iddiaçının məhkəmə aktı ilə müəyyən olunmuş borc davamlı olaraq ödəməsi faktı da iddiaçının hərracın keçirilməsi və eyni zamanda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi barədə məlumatlı olmasını təkzib edir. Belə ki, iş materiallarından olan qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən “xxxxxxx” KB ASC-nin hesabına xx xxxx 2018-ci il tarixdə 2000 ABŞ dolları, xx xxxx 2018ci il tarixdə 500 ABŞ dolları, xx xxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxxx 2018-ci il tarixdə 2000 ABŞ dolları, xx xxxxxxxx 2018-ci il tarixdə 2000 ABŞ dolları, xx xxxxxxx 2018-ci il tarixdə 1050 ABŞ dolları, xx xxxxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları, xx xxxxxxx 2018-ci il tarixdə 500 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hərracın nəticələrinə dair müqaviləni etibarsız hesab etsə də, iddiaçının hesabına ödənilmiş və onun borcundan silinmiş pul vəsaitini ipoteka saxlayana qaytarılmasını qət etməməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Odur ki, bu hissədə məhkəmə kollegiyası apellyasiya şikayətini əsaslı hesab edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, hərracın yekunları barədə mübahisələndirilən protokol və müqavilə etibarsız hesab olunmalı, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş çıxarış ləğv edilməli, “xxxxxxx” KB ASC tərəfindən İddiaçı borcunun bağlanması məqsədi ilə hesabına köçürülmüş 59287,50 manat məbləğində pul vəsaiti banka qaytarılmalıdır. Nəhayət məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi ipoteka predmeti olan mənzilin yenidən qiymətləndirilməsi hissəsində əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsində yerləşən 72 saylı evin 289 saylı mənzilinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və qətnamə həmin hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Bu səbəbdən iddiaçı ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh “xxxxxxx” KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1493/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaqismən təminedilməli, ünvan 1 ünvanında yerləşən 289 saylı mənzilin “xxxxxxx” KB ASC-yə satılmasına dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 saylı Protokol və həmin protokol əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxx” KB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməli, ünvan 1, 289 saylı mənzilə dair “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydiyyat “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış ləğv edilməli, iddia qalan hissədə təmin edilməməli, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə əsasında “xxxxxxx” KB ASC tərəfindən İddiaçı borcunun bağlanması məqsədi ilə hesabına köçürülmüş 59287,50 manat (əlli doqquz min iki yüz səksən yeddi manat əlli qəpik) məbləğində pul “xxxxxxx” KB ASC-yə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh “xxxxxxx” KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)- 1493/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaqismən təminedilsin. ünvan 1 ünvanında yerləşən 289 saylı mənzilin “xxxxxxx” KB ASC-yə satılmasına dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib olunmuş Hərracın Yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli, 57/01-1 saylı Protokol və həmin protokol əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxx” KB ASC arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. ünvan 1, 289 saylı mənzilə dair “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeydiyyat “xxxxxxx” KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx xxxxxxx 2018-ci il tarixli müqavilə əsasında “xxxxxxx” KB ASC tərəfindən İddiaçı borcunun bağlanması məqsədi ilə hesabına köçürülmüş 59287,50 manat (əlli doqquz min iki yüz səksən yeddi manat əlli qəpik) məbləğində pul “xxxxxxx” KB ASC-yə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3382/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3382/2020
10.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver