Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3387/2022 19.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Həsənovun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X11, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni QSC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə ermənilər Ağdam rayonunu işğal etdikdən sonra o və ailə üzvləri məcburi köçkün olaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış sahəsində məskunlaşmışdırlar. Qonşuluqlarında isə Ağdam rayonundan məcburi köçkün X17 ailəsi ilə birlikdə yaşayırdı. Mərhum anası X7 da onların qonşuluğunda yaşamışdır. “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin X18” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda İİİ Yeni (Bənövşəyi) xəttin “Xocəsən'’ elektrik deposu, “Avtovağzal’’, B-2, B-3, B-4 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 22.10.2015-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Xocasən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposuna çəkilməsi nəzərdə tutulan dəmiryol xəttinin layihələndirilməsi məqsədi ilə 05.08.2011-ci il tarixli 357 saylı Sərəncamla 23.7 ha torpaq sahəsinə bitişik 2.466 ha torpaq sahəsi "xxxx" QSC-nindaimi istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Baş Nazirinin müavininin 31.08.20 1 6 - cı il tarixli 17/3800-12 saylı məktubuna əsasən köçürülməsi nəzərdə tutulan evlərin sahiblərinə kompensasiya ödənilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin bank hesabına 4368758,0 (dörd milyon üç yüz altmış səkkiz min yeddi yüz əlli səkkiz) manat vəsait keçirilmişdir. Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan vaşayış massivi ünvanda yerləşən və mərhum anası X5 məxsus olan fərdi yaşayış evinin (sənədlərdə “C” tikilisi) Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar X7 ilə Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən alınıb və hazırda sökülüb. Mərhum anası X7 ilə Bakı şəhər Binəqədi rayon icra Hakimiyyəti arasında bağlanmış 06 dekabr 2016-ci il tarixli 16 saylı müqaviləyə əsasən 31843 kvadrat metr sahəyə görə 154710 (yüz, əlli dörd min yeddi yüz on) manat pul kompensasiya kimi ona ödənilib. X2 müqavilə imzalandıqdan və kompensasiya məbləğini aldıqdan bir müddət sonra, 03.02.2011 -ci il tarixdə vəfat edib. X14 məxsus evdə (sənədlərdə "B’' tikilisi) Zərifə Allahverdiyevaya məxsus köməkçi sahə kimi göstərilərək söküləcək evlərin siyahısına salınıb, amma həmin ev sökülməyib. Çünki, həmin ev tikilən tuneldən təhlükəsiz məsafədə yerləşir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(81)-3886/2018 saylı qərarına əsasən X14 məxsus ev Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılıb. Həmin qərar qanuni qüvvəyə minib. Ona məxsus ''A” tikilisinin bir hissəsi hazırda sökülüb. Müqavilə ilə əlaqədar danışıqlar və yerində baxış keçirilən zaman məsul şəxslər tərəfindən bizə deyilirdi ki, ona və X14 məxsus evlər sökülməyəcək. Lakin müqavilə imzalandıqdan sonra bizə bildirildi ki, müqavilədə yalnız X5 və onunla bir evdə yaşayan qardaşına məxsus ev deyil ona və X14 məxsus evlər də qeyd olunub, ona görə də evləri sökülməlidir. X24 - prezident Mehriban xanım Əliyevaya müraciətlərdən sonra söküntünü dayandırdılar. Lakin yenə də evlərini sökəcəkləri ilə, yaşadıqları evin işığını, suyunu, qazını kəsəcəkləri ilə onları hədələməkdə davam edir və hər dəfə mərhum anası ilə bağlanan müqaviləyə istinad edirlər. Halbuki, həmin müqavilədə qeyd olunanları o, indi də oxuya bilmir. Hərflər o qədər xırda yazılıb ki, orada yazılanları böyüdücü olmadan oxumaq mümkün deyil. Həmin bazar dəyərinin hansı meyara əsasən müəyyən olunduğu hesabatdan məlum olmur. Belə ki, hesabatda qeyd olunub ki, “qiymətləndirici qiymətləndirilən obyektə uyğun olan obyektlərin satışlar bazarında faktiki baş tutmuş alqısatqılar haqqında məlumat toplaya bilmədi'’. Buna baxmayaraq qiymətləndirici bu tipli evlərin satış qiymətlərini" təhlil edərək X5 aid yaşayış evinin 1 kv.m. 500 manat, həyət tikililərinin 1 kv.m. 300 manat qiymətləndirilib. Bu qiymətləndirmə yalnışdır və kompensasiyanın ödənilməsi zamanı əsas kimi qəbul edilə bilməz. Məsələ burasındadır ki, eyni məqsədlə, eyni obyekt barəsində və təxminən eyni vaxtda "xxxx" MMC tərəfındən hazırlanan analoji hesabatda tam fərqli qiymətləndirmə müəyyən edilib. Belə ki, həmin hesabata əsasən ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qeyd olunub) ümumi sahəsi 141.76 kv.m., X14 məxsus evin (sənədlərdə “B” tikilisi) sahəsi 98.73 kvm., mərhum anası X5 məxsus evin (sənədlərdə “C” tikilisi) sahəsi isə 78.30 kvm- dir. Bu halda, həmin üç evin ümumi sahəsi sənədlərdə 318.43 kvm. kimi qeyd olunub. "xxxx" MMC tərəfindən hazırlanan analoji X1 məxsus olan yaşayış evi kimi təqdim olunan obyektin bazar dəyərinin 307.200 (üç yüz yeddi min iki yüz) manat məbləğində olduğu müəyyən edilib. Bu məbləğin üstünə 20 faiz əlavə etsək (61440 manat) bu halda, həmin obyektə görə yuxanda qeyd olunduğu kimi 154710 əvəzinə 368640 manat kompensasiya ödənilməlidir. Hazırda həmin qiymətləndirmələrin heç biri ona məxsus evin qiymətləndirilməsi üçün əsas kimi götürülə bilməz. Çünki, ona, anasına və X14 məxsus evi də daxil etməklə aparılan qiymətləndirməyə uygun müqavilə baglanıb ki, guya bu üç ev hamısı mərhum anasına məxsusdur. Halbuki, X14 məxsus ev ümumiyyətlə sökülməli deyildi. Cavabdeh tərəfindən hazırlanan hesabatın saxtakarlığını sübut edən məqamlardan biri də odur ki, Sevinc Məmmədovanın evi sənədlərdə həyət tikilisi kimi qeyd olunub. lakin bu ayrıca girişi olan yaşayış evidir. Bu ev sökülmədiyi üçün yerində baxış keçirməklə onun həyət tikilisi olmadığını, hesabatın isə saxtakarlıqla tərtib edildiyini sübut etmək çox rahatdır. Mərhum anası X5 məxsus ev də (sənədlərdə “C‘’ tikilisi) sənədlərdə həyət tikilisi kimi qeyd olunub. Lakin o da yaşayış evi olub və bu xüsusat cavabdeh tərəfi təmsil edən ekspertlərdən ibarət komissiya üzvlərinin çəkdikləri fotoşəkillərlə təsdiq olunur. 2016-cı ilin iyul ayında dəvət olunmuş ekspert qrupunun nümayəndələrinin iştirakı ilə həqiqətən onun evinə baxış keçirilib. Evin eskizi tərtib edilərək müvafiq akt yazılıb və evin şəkilləri çəkilərək işə əlavə olunub. Lakin o zaman tərtib olunan sənədlərin sürətləri ona təqdim edilməmişdir. O zaman o, ev barədə tərtib edilmiş bütün sənədlərinin sürətlərini tələb etməyinə baxmayaraq, həmin sənədlərin sürətlərini ona verməkdən imtina etdilər. Yerində baxış keçirən cavabdeh tərəfi təmsil edən komissiya üzvləri bu evlərin girişlərinin ayrı olduğunu, hər evdə yaşayış olduğunu müşahidə etsələr də, sənədləşdirməni düzgün aparmayıblar. Həmin vaxtı mənimlə qanunla nəzərdə tutulan qaydada müqavilə bağlanmamışdır. Digər tərəfdən, yaşayış olan evin guya həyət tikilisi kimi təqdim edilməsinə onların heç bir marağı ola bilməzdi. O, evin qalan hissəsinin sökülməsini istəmir, çünki hazirda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda qeyd edir ki, həmin evin sökülməsi üçün hazırda elə bir zərurət yoxdur. Çünki, yeraltı metro xətti artıq çəkilib, onun evinin bir hissəsinin və anasına məxsus evin sökülmüş hissəsində isə avtomobil yolu çəkilib hazırda onun yaşadıgı evə hər hansı təhlükə mövcud deyildir. Buna baxmayaraq, əgər həqiqətən bu evin dövlət ehtiyacları üçün alınmasına zərurət varsa, o, evinin sökülməsinə etiraz etmir. Lakin hesab edir ki, bu halda qiymətləndirmə düzgün meyarlar əsasında müəyyən edilməlidir. Qiymətləndirilən əmlakın bazar dəyərini müəyyən etmək üçün qiymatləndirmə obyektinin analoqu kimi oxşar şəraitdə sövdələşmə qiyməti məlum olan və qiymətləndirmə obyekti ilə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən başqa bir obyektlə müqayisə bu halda məqsədə müvafiq olardı. Oxşar şəraitdə sövdələşmə qiyməti məlum olan 2013-cü ildə Bakı şəhəri Sabunçu rayonu Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi altına düşən maneələrin hər biri üçün (hüquq və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış obyektləri və torpaq sahələri) dövlət ehtiyacı üçün plana düşməsi ilə əlaqədar qiymətləndirməni əsas kimi götürməklə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən obyektləri Xocəsəndəki obyektlərin analoqu kimi götürməklə kompensasiyanın verilməsi üçün daha düzgün meyarlara əsaslanmaq mümkündür. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)- 1830/2014 saylı 29.10.2014-cü il tarixli hazırda qanuni qüvvədə olan Qərarıra əsasən müəyyən olunur ki, Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionunun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi altına düşən maneələrin hər biri üçün dövlət ehtiyacı üçün plana düşməsi ilə əlaqədar qiymətləndirmə aparılarkən yaşayış evlərinin 1 kv.metr sahəsinə 850 manatdan, xidməti tikililər üçün hər kv.metr 600 manatdan, zirzəmi üçün hər kv.metr 200 manatdan, daş hasar üçün hər kv.metr 50 manatdan hesablanıb. Bu halda, qiymətləndirilmə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən qiymətləndimə obyektinin analoquna uyğun aparılmaqla ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qevd olunub) dəyəri (14176 kvrn. X 850 manat = 120496 manatdır. Bundan əlavə, “A” tikilisində yerləşən 15 kv.metr zirzəmiyə görə (15 kvm. X 200 manat) 3000 manat, 20 ədəd ağaca görə (biri 60 manatdan) 1200 manat, sökülən hər kv.metr hasara görə (16 x 50 manat) 800 manat kompensasiya ödənilməlidir. Bu halda təkcə ona məxsus sahəsi 14176 kvm. olan evin dəyəri nəzərdə tutulan 20 faiz və qanunvericilikdə nəzərdə tutulan narahatlıga görə 10 faiz (həmin evdə 10 ildən çox yaşadıgı üçün) hesaba alınmaqla (123496 + 3000 + 1200 + 800 = 125496 X 30 faiz = 163144 manatdır. Göründüyü kimi, hesabat hazırlanarkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilməyib və məqsədli şəkildə yaşayış evləri həyət tikilisi kimi qeyd olunaraq kompensasiya məbləgi azaldılıb. “Bakı Metropoliteni QSC ilə "xxxx" MMC arasında bağlanan K/111 saylı, 25.07.2016-cı il tarixli müqavilənin şərtinə uyğun olaraq “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak üçün kompensasiya məbləğinin hesablanması ilə bağlı tərtib olunan hesabatda Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən-Avtovağzal” sahəsi ünvanda yerləşən və sənədlərdə yalnız onun mərhum anası X5 məxsus olan yaşayış evi kimi təqdim olunan obyektin bazar dəyərinin 128 925 manat məbləğində müəyyən edilsə də, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin tələhlərinə əməl edilməyib və həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə (Bakı şəhəri Binəqədi rayonu,) uyğun olaraq mövcud olan, alınacaq əmlaka uyğun əmlakın bazar qiyməti əsas götürülməyib. Bununla əlaqədar, həmin hesabat etibarsız sayılmalıdır. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, ona, anasına və X14 məxsus evi də daxil etməklə aparılan qiymətləndirməyə görə guya bu üç evin hamısı mərhum anasına məxsus olub. Bu həqiqətə uygun deyil və X14 məxsus ev ümumiyyətlə sökülməli deyildi. İşin bu halı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunub. Yuxarıda qeyd olunanlarla əlaqədar, həmin hesahat etibarsız sayılmalı və ona məxsus evin ayrıca qiymətləndirilməsi aparılmalıdır. Məcburi köçkünlər məhkəmə rüsumlarından azaddır. Qeyd olunanlara əsasən Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin çəkilişi ilə əlaqədar Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən, X5 aid 26 iyul 2016-cı il tarixində bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabat etibarsız hesab edilməsinə və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kv.m olan, ona məxsus evin digər qiymətləndirici tərəfındən mövcud bazar qiymətinə uygun yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X5 aid 26 iyul 2016- cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 k v.m olan İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiymətinin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, 2(007)-1509/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X5 aid 26 iyul 2016-cı il tarixinə, bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kv.m. olan İddiaçı məxsus evin mövcud bazar qiymətinə uyğun yeni qiymətinin müəyyən edilməsi, mövcud bazar dəyəri hər kv.m. 800 manat olmaqla - 141.76 x 800 = 113408 manat müəyyən edilməsi, 500 manat məbləğində olan ekspertiza xərcinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “X21 Mərkəzi”nə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən narazı qalan cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni QSC apellyasiya şikayəti vermişlər. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli (007)-1509/2021saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak üçün kompensasiya məbləğinin hesablanması sözügedən Qanunla tənzimlənir. Qiymətləndirilən əmlaklar özbaşına tikinti olduğu səbəbindən tərəflərindən Qanunun 59.3 bəndi tətbiq edilmişdir və bazar qiymətləri ilə tikililərin bərpa dəyəri hesablanmışdır. Tərəflərindən təyin olunmuş kompensasiya məbləği haqqında Hesabat nəzarət orqanı olan Maliyyə Nazirliyinə təqdim olunmuşdur. Nəzarət orqanı tərəfindən Hesabat araşdırılmışdır, heçbir irad bildirilməmişdir və qəbul edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 26dekabr 2007-ci il tarixli,689 saylı Fərmanının 2.3-cü bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, iddiaçının anası X5 aid özbaşına tikililər üçün (A, B və C tikililəri) hesablanmış kompensasiya məbləğinə sözügedən Fərmanın 2.3-cü bəndinə əməl edərək 20% əlavə etməklə 154710,00(Yüzəlli dörd min yeddi yüzon) manat məbləği X3 etibarnaməsi əsasında nümyandəsi olmuş İddiaçı (hazırki iş üzrə - iddiaçı) bu məbləğə heç bir irad bildirmədən bu 3 tikilinin sökülməsi qarşılığında razılaşma müqaviləsini imzalamaqla kompensasiya məbləğini almışdır. Halbuki, B tikilisi ümumiyyətlə sökülmə planından çıxarılmış və başqa şəxsə aid olmuşdur. Eyni zamanda tərəflərinddən məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti, Maliyyə Nazirliyini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etmək üçün cəlb edilməsi ilə bağlı vəsatət verilmiş, hakim vəsatəti məhkəmə iclasında şifahi qaydada təmin etmiş, lakin buna baxmayaraq qətnamədə bu barədə heç bir qeyd aparılmamış və bu şəxslər işə cəlb olunmamışdılar. Halbuki, həmin şəxslərin hazırkı iş üzrə iştirak etməsi vacibidi, çünki mübahisələndirilən Hesabat nəzarət orqanı olan Maliyyə Nazirliyi tərəfindən araşdırılmış, heç bir irad bildirilməmiş və qəbul edilmişdir. Binəqədi İcra Hakimiyyəti isə iddiaçının anası ilə müqavilə bağlanan və pul ödəyən tərəf olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin gəldiyi nəticə əsassız və absurddır. Belə ki, tərəflərindən iddiaçının anasına aid olan tikililər 2016-cı ildə qiymətləndirilmiş, həmin ildə də iddiaçının anası mərhum X7 ilə Binəqədi İcra Hakimiyyəti arasında müqavilə bağlanmışdır. Bu müqavilə əsasında X5 154.710 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu məbləğ müəyyən olunarkən tərəflərindən A, B, C tikililəri biryerdə qiymətləndirilib və bu 3 tikili üçün verilmişdir. Sözügedən müqaviləni etibarnamə əsasında iddiaçı imzalamış və pulu alan şəxs də o olmuşdur. Müqavilə bağlanılarkən iddiaçı tərəfindən məbləğ mübahisələndirilməyib, əlavə olaraq iddiaçı həmin tikililərdən A tikilisinin ona məxsus olduğunu bildirməmişdir. Hal-hazırda isə məhkəmə hesab edir ki, “A”tikilisi 2016-cı ilə olan qiymətlərlə deyil, mübahisənin baxıldığı tarixə olan qiymətlərlə qiymətləndirilməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni QSC apellyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli 2(007)- 1509/2021saylı Qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirdiyi Hesabat ilə hesabatın tərtibolunması vaxtda onunla tanış olmuş və öz iradə ifadəsini həmin hesabata əlavəolunmuş qiymətləndirmə obyektinin təsviri adlı sənədə imza atmaqla və“razıyam” sözünü yazmaqla bildirmişdir. İddiaçı Hesabatda göstərilən məlumatlarla razı olduğunu yazılı şəkildə bildirərək, onları qəbul etmişdir. Daha sonra 2016-cı ildə iddiaçının anası ilə Binəqədi İcra Hakimiyyəti arasında müqaviləni iddiaçı etibarnamə əsasında özü imzalamışdır və bu müqavilə ilə X5 ödənilməli olan 154710 manat məbləğini iddiaçı özü almışdır. Müqavilə bağlananda da iddiaçı heç bir narazılığını və ya“A”tikilinin ona məxsus olduğunu bildirməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsi Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 03.06.2020-ci il tarixli 2-1(112)-2967/2020 saylı qərardadı ilə artıq müəyyən olunmuşdur ki, iddiaçı anasına məxsus olan yaşayış evi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti arasında Mülki Məcəlləyəəsasən 27 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı anasına məxsus yaşayış sahəsini və həmin sahəyə görə ona ödənilmiş pul məbləğini mübahisələndirməmiş, yaşayış sahəsinin alınması ilə bağlı ona təklif edilən məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Eləcə də, iddiaçı anasına məxsus evdən başqa özünün ayrıcaevinin olduğunu iddia etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə iş materialları və onun ifadəsi ilə təsdiq olunur ki, iddiaçının bir ailə üzvü kimi yaşadığı anasına məxsus mübahisəli evin ümumi sahəsi 318.43 kv.m olub, həmin 318.43 kv.m evin də alqı-satqı müqaviləsini iddiaçı anasının adından nümayəndəsi kimi bağlamışdır. Lakin, Bakı şəhəri Nizami Rayon Məhkəməsi bunu ümumiyyətlə nəzərə almamış, iddiaçının bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn olub-olmamasını araşdırmamışdır. Məhkəməyə tərəflərindən təqdim olunmuş sübutlara hərtərəfli baxılmamış və onlara ümumiyyətlə hüquqi qiymət verilməmişdir. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə etirazda qeyd etmişdir ki, apelyator hesab edir ki, "Bakı şəhəri Nizami Rayon Məhkəməsi "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Belə ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak üçün kompensasiya məbləğinin hesablanması sözügedən Qanunla tənzimlənir. Qiymətləndirilən əmlaklar özbaşına tikinti olduğu səbəbindən tərəfimizdən Qanunun 59.3 bəndi tətbiq edilmişdir və bazar qiymətləri ilə tikililərin bərpa dəyəri hesablanmışdır." Apellyasiya şikayətinin bu dəlilinin əsassız olması onunla təsdiq olunur ki, Hesabat əslində tikilinin bazar qiymətini müəyyan etməli olduğu halda, cavabdeh tikilinin bərpa qiymətini müəyyən edib. Bu halda həmin sənəd tikilinin bərpa dəyəri adlandırıla bilərdi. Tikintinin bərpa dəyəri dedikdə ev və ya tikili qismən zədələndikdə, yaxud evin və ya tikilinin miiəyyən hissəsi alındıqda isə onların bərpası üçün tələb olunan tikinti materiallarının bazar qiyməti ilə alınmasına və tikinti sahəsinə daşınmasına çəkilən xərclər başa düşiilür. Evin bazar qiyməti dedikdə əmlakı açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiymət başa düşiilür. Cavabdeh eyni ərazidə yerləşən evlərin satışı ilə əlaqədar məlumat olmadığına istinad edərək Hesabatda evin bazar qiymətini müəyyən etməyib. Əmlakın bərpa qiymətini onun bazar qiyməti ilə eyniləşdirmək düzgün deyil. Belə ki, eyni bərpa qiymətinə malik evlər Bakı şəhərinin müxtəlif bölgələrində müxtəlif qiymətlərə satıla bilər. Mübahisələndirilən hesabatdakı rəqəmlərlə qiymətləndirmə ekspertizası arasında rəqəmlər arasında ciddi fərqlər var. Cavabdeh tikililərin bərpa dəyərini hesabladığını iddia edərək fərdi yaşayış evinin bazar dəyərini faktiki aşağı salıb. Bu halda, apelyatorun birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinin tətbiq etməli olduğu halda tətbiq etməməsi barədə dəlili tam əsassızdır. Apelyator hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. "Belə ki, iddiaçının anası X5 aid özbaşına tikililər üçün (A, V və C tikililəri) hesablanmış kompensasiya məbləğinə sözügedən Fərmanın 2.3-cü bəndinə əməl edərək 20% əlavə etməklə 154710 (yüz əlli dörd min yeddi yüz on) manat məbləği X3 etibarnaməsi əsasında nümyandəsi olmuş İddiaçı (hazırki iş üzrə - iddiaçı) bu məbləğə heç bir irad bildirmədən bu 3 tikilinin sökülməsi qarşılığında razılaşma müqaviləsini imzalamaqla kompensasiya məbləğini almışdır. Halbuki, V tikilisi ümumiyyətlə sökülmə planından çıxarılmış və başqa şəxsə aid olmuşdur." Bu halda Hesabatın etibarsız sayılması üçün iddia tərəfinin irəli sürdüyü arqument cavabdeh tərəfindən təsdiq edilir. Məhkəmə araşdırması ilə mübahisəsiz qaydada sübut edilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən, sahəsi 98.37 kv.m və ayrıca girişi olan “B” tikilisi X19ma məxsus fərdi yaşayış evidir və həmin fərdi yaşayış evinin cavabdeh tərəfindən hazırlanan X1 aid olan fərdi yaşayış evinin həyət tikilisi kimi qiymətləndirilməsi səhvdir. Eyni zamanda, X8ma aid olan, hazırda sökülən fərdi yaşayış evinin də həyət tikilisi kimi qiymətləndirilməsi də düzgün deyildir. Cavabdeh işin bu hallarına istinad edərək iddia tərəfini bu saxtakarlığa Hesabat hazırlandığı vaxt irad bildirməməkdə ittiham edir. İddiaçı bu sahə üzrə mütəxəssis deyil, cavabdeh tərəfindən isə Hesabat mütəxəssislər tərəfindən hazırlanıb. Fərdi yaşayış evini həyət tikilisi kimi qiymətləndirilməsi və başqa şəxsə aid olan, ayrıca girişi, sanitar qovşağı olan evin cavabdeh tərəfindən həyat tikilisi kimi Hesabata salınmasını sağlam məntiqlə izah etmək mümkün deyil. Daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə işin bu halının aidiyyəti yoxdur. Çünki, iddianın predmeti alqı-satqı müqaviləsi deyil, evin bazar dəyərinin qiymətləndirilməsi haqqında Hesabatdır. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəyə görə, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən X8ma aid 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında Hesabat uyğun olan obyektlərin satışlar bazarında faktiki baş tutmuş alqı-satqılar haqqında məlumat əsas götürülmədən tərtib edildiyi üçün tikililərin dəyəri bazar dəyərindən çox aşağı qiymətə dəyərləndirildiyi, qeyd olunan hesabatda “B” və “C” tikililəri əsassız olaraq “A” tikilisinə məxsus həyət tikilisi kimi qeyd olunaraq həmin fərdi yaşayış evlərinin bazar dəyərinin aşağı salındığı üçün həmin Hesabat etibarsızdır. Göründüyü kimi, bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi bazar qiyməti müəyyən edilən daşınmaz əmlaka tətbiq edilir. Evin bazar qiyməti düzgün müəyyən edilmədiyi üçün əlavə haqqın ödənilib ödənilməməsi məhkəmənin iş üzrə gəldiyi nəticəyə təsir etmir. Apelyator birinci instansiya məhkəməsinin Mülki - Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əsasən Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti və Maliyyə Nazirliyini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işdə iştirak etmək üçün cəlb olunmamasını prosessual hüquq normasının pozulması kimi qiymətləndirib. Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti və Maliyyə Nazirliyinin Hesabatda mübahisələndirilən işin hallarına, yəni fərdi yaşayış evinin həyət tikilisi kimi qeyd olunmasına, sökülməsi nəzərdə tutulmayan yaşayış evinin başqa şəxsin adına siyahıya salınmasına, fərdi yaşayış evlərinin bazar qiymətinin düzgün müəyyənləşdinlməməsinə heç bir aidiyyatı yoxdur. Bu iş üzrə qəbul edilən qərar "xxxx" QSC-nin marağına toxuna bilər və bu hal nəzərə alınaraq onlar əvvəldən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində prosesdə iştirak ediblər. Apellyasiya şikayətinin daha bir dəlilinə əsasən "Bakı şəhəri Nizami Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, “A” tikilisi iddiaçıya məxsusdur, lakin bu hal sübuta yetirilməmiş, iddiaçı tərəfindən həmin tikilinin ona məxsus olmasına dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir.” Birinci instansiya məhkəməsi onun evinə yerində baxış keçirib və "A" tikilisinin ona məxsus olmasını, ailəsiylə birlikdə həmin evdə yaşadığını müəyyən edib, ödəniş qəbzlərini yoxlamaqla həmin evdə qaz və işıq sərfiyyatı ilə əlaqədar pulun onun tərəfindən ödənildiyini yerində araşdırıb. Cavabdeh isə heç bir sübut və əsas olmadan "A" və "B" tikililərinin onun mərhum anasına məxsus olması barədə həqiqətə uyğun olmayan məlumatları mübahisələndirilən Hesabata daxil edib. Apelyator qeyd edir ki, "müqavilə bağlanılarkən iddiaçı tərəfindən məbləğ mübahisələndirilməyib, əlavə olaraq iddiaçı həmin tikililərdən "A" tikilisinin ona məxsus olduğunu bildirməmişdir." Bununla əlaqədar qeyd etməyi vacib sayır ki, müqavilədə yazılanları böyüdücü lupa olmasa oxumaq mümkün deyil. Ona məxsus yaşayış evinin xəbəri olmadan müqaviləyə əlavə olunaraq sökülən evlərin siyahısına salındığı məlum olduqda mərhum anası həmin müqaviləni məhkəmə qaydasında mübahisələndirib, lakin anasının vəfat etməsi ilə əlaqədar həmin iş üzrə məhkəmə icraatına xitam verilib. Müqavilədə qeyd olunan məbləğ onun tərəfindən məhkəmə qaydasında mübahisələndirilsə də, müqavilə tərəfi o olmadığımdan subyektiv hüququnun olmaması səbəbindən iddia mümkün sayılmayıb. "X21 Mərkəzi" MMC tərəfindən təqdim edilən 09 sentyabr 2021-ci il tarixli YD 092 nömrəli hesabata əsasən ona məxsus "A" tikilisinin qiymətləndirilməsi apellyasiya şikayətində absurd kimi qələmə verilsə də, apelyator bu mülahizəni hüquqi cəhətdən heç bir şəkildə əsaslandırılmayıb. Məhkəmə kollegiyasının iclasında iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni QSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 Tahiq qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili X16 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətlərin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul olunmalıdır. Belə ki, iş materiallarında olan X7 ilə Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən X20 arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli müqavilədən görünür ki, X3 uzun müddətdir ki, istifadəsində olan 04.10.2016-cı il tarixdə 212 saylı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən ümumi sahəsi 318.43 kvadrat metrdən ibarət fərdi yaşayış evindən Xocasən Avtovağzal arası mənzil tunellərinin və Xocasən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqram çərçivəsində köçürmə ilə əlaqədar aldığı kompensasiyaya görə Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xeyrinə imtina etdi. X7 154.710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xeyrinə imtina etdi. Notarius müqaviləni təsdiq etdikdən sonra X7 yaşayış sahəsinə aid sənədləri Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə verməyə borcludur. X7 müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 5 gün müddətində yaşayış sahəsindən çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu müqaviləyə dair hər hansı bir iddia qaldırmayacağını öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin İİİ yeni (Bənövşeyi) xəttinin ”Xocəsən-Avtovağzal” sahəsində, sağ və sol hərəkət tunelinin üzərində mövcud olan X5 aid fərdi yaşayış evinin 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında K/111(09) nömrəli hesabatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin ”XocəsənAvtovağzal" sahəsi ünvanında yerləşən, X5 aid qiymətləndirilən əmlakların “Torpaqların dövİət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müvafiq əlavələr və digər xərclər nəzərə alınmaqla ümumi dəyəri yuvarlaq olaraq 128.925 manat təyin olundu. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndində əməl edərək hesablanmış bazar dəyərinə 20% əlavə etməklə qiymətləndirilən əmlakın dəyəri 154.710 manat təyin olunur. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin müəyyən edilməsi barədə hesabatından görünür ki, toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, X5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində yerləşən fərdi-yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 307.200 (üç yüz yeddi min iki yüz) manat təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1671/2020 saylı 07.10.2020-cı il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: "xxxx" QSC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2-1(112)-2967/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13.10.2021-ci il tarixli 2-1(102)-1549/2021 saylı qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1671/2020 saylı 07.10.2020-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə ünvanlandığı 15.08.2016-cı il tarixli məktubundan görünür ki, "xxxx" QSC ilə bağlanmış K/111 saylı, 25 iyul 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC qiymətləndirmə şirkəti Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin 10 yeni (Bənövşəyi) xəttinin “Xocəsən-Avtovağzal“ sahəsində, Sağ və Sol hərəkət tunelinin üzərində mövcud olan, məcburi köçkünlərə aid daşınmaz əmlakların qiymətləndirilməsini həyata keçirmişdir. Bu özbaşına tikililər üçün hesablanmış kompensasiya məbləği: 2014851,0 (İki milyon on dörd min səkkiz yüz əlli bir) manat təşkil edir. Kompensasiya məbləğinin hesabat cədvəli iki vərəqdə əlavə olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3667/2019 saylı 23.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Bakı Şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı vəsaitin geri qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2967/2020 saylı 03.06.2020-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "Bakı Metropoliteni” QSC iş cəlb edilməklə əlavə kompensasiyanın ödənilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarının araşdırılması ilə müəyyən edilir ki, «Xocasən Avtovağzal arası mənzil tunellərinin və Xocasən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi» Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteninin 10 yeni (Bənövşəyi) xəttinin “Xocəsən- Avtovağzal“ sahəsində, Sağ və Sol hərəkət tunelinin üzərində mövcud olan, məcburi köçkünlərə aid daşınmaz əmlakların kompensasiya ödənilməklə sökülməsi tədbirləri həyata keçirilmiş, bu tədbirlər çərçivəsində İddiaçı faktiki yaşadığı evin də daxil olduğu iki özbaşına tikilidən ibarət fərdi yaşayış evinin sökülməsi ilə bağlı X7 ilə (İddiaçı anası) Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti arasında 27 dekabr 2016-cı il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən X7 154.710 manat məbləğində kompensasiya almaqla həmin tikintilərdən Bakı Şəhəri Binəqədi rayon İcra Hakimiyyəti xeyrinə imtina etmişdir. Qeyd edilən kompensasiya məbləği tərəflərin özləri arasında razılaşdırılmışdır. Həmin müqavilə X6 adından etibarnamə ilə çıxış edən İddiaçı tərəfindən imzalanmış və kompensasiya məbləği onun tərəfindən qəbul edilmişdir. Hazırda iddiaçı qeyd edilən müqavilədə nəzərdə tutulmuş kompensasiya məbləğinin müəyyən edilməsi zamanı istifadə edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 26 iyul 2016-cı il tarixli bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatın etibarsız hesab edilməsini və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kv.m olan, ona məxsus evin digər qiymətləndirici tərəfındən mövcud bazar qiymətinə uygun yenidən qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçının mübahisələndirdiyi qiymətləndirmə aktı birbaşa olaraq onun hər hansı hüquq və maraqlarına toxunmadığından, iddiaçının həmin aktı mübahisələndirməsi yolverilməz olmuşdur. Belə ki, iddiaçı həmin aktla müəyyən edilmiş məbləğin əsasında ona kompensasiyanın düzgün hesablanmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının hazırda ona məxsus olduğunu iddia etdiyi tikilinin sökülməsi və bununla bağlı kompensasiya məbləğinin ödənilməsinin, kompensasiya məbləğinin müəyyən edilməsinin hüquqi əsası kimi X7 ilə (İddiaçı anası) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti arasında 27 dekabr 2016-cı il tarixdə bağlanmış müqavilə çıxış edir. Həmin müqavilə icra edilərək kompensasiya məbləği ödənilmiş, onun ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Qeyd edilən müqavilə ilə bağlı tərəflər arasında mübahisə olmadığı halda, iddiaçı həmin müqavilə bağlanmamışdan əvvəl həyata keçirilmiş əmlakın qiymətləndirilməsinə dair hesabatın etibarsızlığını mübahisələndirir. İş materiallarından müəyyən edilir ki, göstərilən hesabat Bakı Metropoliteni QSC ilə "xxxx" MMC arasında bağlanmış 25.07.2016-cı il tarixli müqavilənin əsasında, yəni Bakı Metropoliteni QSC-nin sifarişi əsasında həyata keçirilmişdir. Lakin kompensasiyanın ödənilməsinə dair müqavilə iddiaçının anası ilə Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmışdır. Həmin müqavilədə iddiaçının anasına 154.700 manat kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş, həmin kompensasiya məbləğinin hansı əsaslarla müəyyən edilməsi isə müqavilədə göstərilməmişdir. Belə olduğu təqdirdə, həmin qimətləndirmə hesabatının iddiaçının hüquq və qanunla qorunan hansı maraqlarına toxunması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mülki işlər və və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə isə, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mülki-prosessual hüququn prinsiplərinə əsasən məhkəmə yalnız mübahisə olduqda ədalət mühakiməsini həyata keçirə bilər (ümumi iddia icraatı qaydasında baxılan işlər üzrə) və mübahisə edən tərəflər arasında mübahisə yoxdursa, yaxud mövcud olmuş mübahisə aradan qaldırılmışsa, belə halda məhkəmə icraatının aparılması yolverilməzdir. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin müstəqil iddia kimi iddia icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçıya X7 ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti arasında 27 dekabr 2016-cı il tarixdə bağlanmış müqavilə ilə bağlı məhkəmə mübahisəsi olacağı təqdirdə, hazırda mübahisələndirdiyi qiymətləndirmə hesabatına sübut növlərindən biri kimi istinad etmək hüququ izah edilməlidir. Göründüyü kimi, birinci instansi1ya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, nəticədə məhkəmədə baxılmalı olmayan mübahisə üzrə iddiaya mahiyyəti üzrə baxılaraq iddia təmin edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261, 263, 365, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Metropoliteni QSC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3387/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3387/2022
19.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver