Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3390/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İlkin İddiaçı nümayəndəsi və vəkili X5, ilkin iddia üzrə Cavabdeh-nin nümayəndəsi və vəkili X4 və Cavabdeh-nin təsisçisi X1 iştirakları ilə, İddiaçı Cavabdeh-yə qarşı “dəyən zərərin ödənilməsi” barədə ilkin, Cavabdeh-nin İddiaçı qarşı “müqavilə üzrə müəyyən edilmiş və ödənilməmiş qalan pul vəsaitinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1533/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh-yə qarşı “dəyən zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanan 15 dekabr 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə məhkəmə qaydasında xitam verərək, iddiaçıya dəyən 11.890 manat maddi zərərin, həmin zərərin 5%-i 595 manat dəbbə pulu və 26.000 manat cərimə olmaqla, ümumilikdə 37.890 manat pulun Cavabdeh-dən tutularaq ona ödənilməsi, cavabdeh tərəfindən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ona məxsus mənzillə bağlı yayılan informasiyanın yığışdırılması öhdəliyinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin əvəzi kimi 10.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə müəyyən edilmiş və ödənilməmiş qalan pul vəsaitinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə xitam verilməsi, İddiaçı 15 dekabr 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə əsasən Cavabdeh-yə ödəməli olduğu 15.000 manat vəsaitdən ödədiyi 8.000 manat çıxılmaqla, qalan 7.000 manat təmir xərci və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.030 manat pulun İddiaçı tutularaq Cavabdeh-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh arasında 15.12.2018-ci il tarixli 01/120 saylı müqavilə bağlanıb. Müqavilə üzrə iddiaçı xidmətlərin göstərilməsini sifariş edərək ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi binanın 5-ci mərtəbəsində üç otaqlı 6 saylı mənzilin iddiaçının razılığı ilə cavabdeh “loft” üslubunda iddiaçının təqdim etdiyi dizayna uyğun olaraq tam əsaslı təmir etməli idi. Göstərilmiş xidmətin müqabilində cavabdehə iddiaçı tərəfindən 15.000 manat pul ödənilməli idi. Təmir 90 gün ərzində həyata keçirilməli, bu vaxt iddiaçının ilk ödəniş etdiyi gündən hesablanmalı idi. Bu müddət bitdikdən sonra növbəti 30 gün ərzində təhviltəslim baş tutmalı idi. 120 günün tamamında təmir başa çatdırılmadıqda 121-ci gündən etibarən hər gecikdirilmiş gün üçün cavabdehdən 100 manat pul tutularaq iddiaçıya ödənilməli, təmir 90 gündən tez bitdiyi halda hər həftə üçün iddiaçı tərəfindən cavabdehə 100 manat mükafat verilməli idi. Materialların çatdırılması iddiaçı tərəfindən həyata keçməli idi. Nəzərə alınmayan dizayna uyğun işçilik xidmətinin ümumi məbləğin 5 faizi qədərini cavabdeh tərəfindən qarşılanmağı onun üzərinə qoyulmuşdur. İddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhtəliklərini tam yerinə yetirməmişdir. İddiaçı 15.000 manat pul məbləğini 6 dəfəyə ödənməli idi və bu məbləğin 5 dəfəsi, yəni 8.000 manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin mənzil keyfiyyətli təmir edilməmiş, müqavilədə göstərilən müddət başa çatsa da, 90-cı gün iddiaçı mənzilə baxmış və yubanma olduğunu görmüşdür. Cavabdeh bildirmişdir ki, ustalarla bağlı problem olduğu üçün yunbanma baş verib və iddiaçı cavabdehə əlavə möhlət vermişdir. Həmçinin belə bir öhdəliyi olmasa da iddiaçı təmiri bitirməkləri üçün ustalara əlavə 1.400 manat pul ödəmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh mənzili tam təmir etmək istəmir və bundan imtina edir. İddiaçı tərəfindən “Grand Baku” qiymətləndirmə və sığorta ekspertizasına müraciət etmiş və ekspertizanın nəticəsində müəyyən olmuşdur ki, Cavabdeh tərəfindən 5.980 manatlıq təmir işi görülmüşdür. İddiaçı cavabdehə 2.020 manat artıq ödəniş etmişdir. Təmir yubandığı üçün iddiaçı məbləği tam ödəmirdi. Materialların təşkilində yubanma olmayıb. Evin dizaynını növbəti iclasda məhkəməyə təqdim edəcəyini bildirmişdir. Ustaların işi gecikdirməsi və iddiaçı tərəfindən əlavə möhlət verılməsi ilə bağlı yazılı razılaşma yoxdur. Cavabdeh tərəf öz səhvini aradan qaldırmaq üçün əlavə 600 manatlıq iş görmüşdür. İddiaçı cavabdeh tərəfə inandığına görə təmir müddətində evə gedib baxmırdı. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə onun təsisçisi olduğu Cavabdeh arasında 15.12.2018-ci il tarixli 01/120 saylı müqavilə bağlanmışdır. Müqavilə üzrə iddiaçı xidmətlərin göstərilməsini sifariş edərək ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-nın inşa etdiyi binanın 5-ci mərtəbəsində üç otaqlı 6 nömrəli mənzilin iddiaçının razılığı ilə cavabdeh tərəfindən “loft” üslubunda iddiaçı tərəfindən təqdim edilmiş dizayna uyğun olaraq tam əsaslı təmir edilməli idi. Göstərilmiş xidmətin müqabilində cavabdehə iddiaçı tərəfindən 15.000 manat pul ödənilməli idi. Təmir 90 gün ərzində həyata keçirilməli, bu vaxt iddiaçının ilk ödəniş etdiyi gündən hesablanmalı idi. Bu müddət bitdikdən sonra növbəti 30 gün ərzində təhvil-təslim baş tutmalı idi. 120 günün tamamında təmir başa çatdırılmadıqda 121-ci gündən etibarən hər gecikdirilmiş gün üçün cavabdehdən 100 manat pul tutularaq iddiaçıya ödənilməli, təmir 90 gündən tez bitdiyi halda, hər həftə üçün iddiaçı tərəfindən cavabdehə 100 manat mükafat verilməli idi. Materialların çatdırılması iddiaçı tərəfindən həyata keçməli idi. İddiaçının tikinti işindən tam anlayışı var idi, həftədə 3-5 gün olmaqla iş vaxtından sonra, mütəmadi gəlib təmirin gedişatını xüsusi lazer aparatları ilə yoxlayırdı. İddiaçı hissə hissə olmaqla Cavabdeh-yə 8.000 manat ödəniş etmişdir. Cavabdeh işin 80-85 faizini bitirsə də, İddiaçı əlavə ödənişlər etmirdi. Materiallar işə uyğun və vaxtında göndərmirdi, layihədə tez-tez dəyişikliklər edirdi, əlavə işlər tapşırırdı. Bu səbəblərdən Cavabdeh işi vaxtında tamamlaya bilmirdi. Əlavə işləri tapşırarkən iddiaçı deyirdi ki, müqavilə əhəmiyyətli deyil, pozuntu ona görə olub və hər gecikmiş günə görə 100 manat cərimə hesablamayacaqdır. İddiaçı əlavə görülən işlərə görə Cavabdeh-yə 1.500-2.000 manat əlavə vəsait ödəməlidir. İddiaçı Cavabdeh-ni işdən kənarlaşdıraraq, mənzilin təmirinin başa çatdırılmasını başqa ustalara tapşırmışdır. Müqavilədən kənar işlər divarların təzyiqli su ilə yuyulmasından, döşəmənin tozsoranlanması, başqa mənzilə yığılmış kərpiclərin daşınması, isti döşəmənin vurulması, əlavə santexnik işləri və sair işlərin görülməsindən ibarət olmuşdur. İddiaçı əlavə görülən işlərə görə də ödənişlər edəcəyini bildirirdi. Müqavilə dəyəri olan 15.000 manatdan, ilkin olaraq avans şəklində 2.400 manat, davamında görüləcək işlər üzrə 3.600 manat, 2.400 manat, 3.600 manat, 1.200 manat, 1.800 manat olmaqla ödənilməsi müəyyən olunmuşdu. İddiaçının qeyd etdiyi kimi 15.12.2018-ci il tarixdə avans şəklində 2.400 manat pul vəsaiti cəmiyyətə ödənilmiş və mənzilin təmir işlərinə qrafik üzrə başlanılmışdır. İddiaçı növbəti ödənişi 04.04.2019-cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 110 gün sonra 2.000 manat, 14.04.2019-cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 120 gün sonra 1.200 manat, 11.05.2019-ci ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 147 gün sonra 2.000 manat, 24.07.2019- cu ildə, yəni müqavilə bağlandıqdan və ilkin avans ödənəndən 211 gün sonra 400 manat olmaqla, cəmi 8.000 manat pul ödəmişdir. İşin 80- 85 faizi tamamlanandan sonra müqaviləyə xitam verilməsinin səbəbkarı iddiaçı tərəf olmuşdur. Müqavilənin şərtləri cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1533/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi, İlki iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli, 01/120 nömrəli müqaviləyə xitam verilməsi, İddiaçı 15 dekabr 2018-ci il tarixli 01/120 nömrəli müqaviləyə əsasən Cavabdeh-yə ödəməli olduğu 15.000 manat təmir xərcindən faktiki icra edilmiş (85%) təmir işlərinin dəyərindən, yəni 12.750 manat vəsaitdən ödədiyi 8.000 manat çıxılmaqla, qalan 4.750 manat təmir xərci və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4.780 (dörd min yeddi yüz səksən) manat pulun İddiaçı tutularaq Cavabdeh-yə ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Vahid Hacıyev). Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X5 və qarşılıqlı iddia üzrə iddiaçının təsisçisi X8 oğlu məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək ərizənin qəbul edilməsini xahiş etdilər. Kollegiya iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili N.Ağayeva iddiadan imtina barədə ərizənin qəbul edilməsini və iş üzər icraata xitam verilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının təsisçisi A.Mehdizadə və nümayəndəsi və vəkili İ.Musayev iddiadan imtina barədə ərizənin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizələr təmin edilməli, ilkin və qarşılıqlı iddia tələblərindən imtina edilməsi barədə ərizələr təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh-yə qarşı “dəyən zərərin ödənilməsi” barədə ilkin, Cavabdeh-nin İddiaçı qarşı “müqavilə üzrə müəyyən edilmiş və ödənilməmiş qalan pul vəsaitinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1533/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X3 və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 iddiadan imtinaları qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1533/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə İddiaçı Cavabdeh-yə qarşı “dəyən zərərin ödənilməsi” barədə ilkin, Cavabdehnin İddiaçı qarşı “müqavilə üzrə müəyyən edilmiş və ödənilməmiş qalan pul vəsaitinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3390/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3390/2021
08.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver