Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3396/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X8 və X2 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Hümbət qızının, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Musayev Rövşən Əlövsət oğlunun, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Hümbət qızının cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs: “xxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) kompensasiya məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4783/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 ASCtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Hümbət qızı cavabdehlər Cavabdeh1 ASC və Azərbaycan Respublikası X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2015-ci il tarixli 08-xx-xx- 021856 nömrəli kredit müqaviləsi ilə xarici valyutada olan qalıq kredit borcu üzrə 1.548 manat kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikası Maliyyə X6 tərəfindən hesablanması; həmin məbləğin və mənəvi zərər kimi 1.000 manat olmaqla, cəmi 2.548 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh1 ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıtələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx xxx 2015-ci il tarixli 08-xx-xx-021856 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona illik 29 faiz dərəcəsi ilə 48 ay müddətinə 2820 ABŞ dolları kredit verilmişdir. Kredit öhdəliklərini tam icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən kompensasiyanı ödənilməsi üçün cavabdehə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4783/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx xxx 2015-ci il tarixli 08-xx-xx-021856 nömrəli kredit müqaviləsi ilə xarici valyutada olan kredit borcu üzrə 1.548 manat kompensasiya məbləğinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə X6 tərəfindən hesablanması, 1.548 manat məbləğində kompensasiya məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-dən iddiaçının xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Qətnamədən Cavabdeh1 ASC apellyasiya şikayəti verərək onun dəyişdirilməsini, cavabdeh Maliyyə X4 (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankına) iddiaçıya düşəcək kompensasiya məbləğinin hesablanıb Cavabdeh1 ASC-yə köçürülməsi, 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi öhdəliyini, Cavabdeh1 ASC-yə isə hesablanan kompensasiya məbləğini qəbul etdikdən sonra iddiaçıya ödənilməsi öhdəliyinin qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məlum Fərmana əsasən kompensasiyanın məbləği Maliyyə X6 (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı) tərəfindən müəyyən edilir. Kreditor olaraq Cavabdeh1 ASC-nin və ya digər bank və kredit təşkilatlarının sərbəst şəkildə vətəndaşların sərəncamına veriləcək miqdarını müəyyən etmək səlahiyyətləri yoxdur. Məhkəmə lazımi araşdırma aparmadan Maliyyə X6nı (indiki hüquqi varisi Azərbaycan Respublikası Mərkəzi Bankı), “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-ni məhkəmə prosesinə cəlb etmədən iddiaçıya 1548 manat kompensasiya ödənilməli olduğunu müəyyən etmişdir. Apellyasiya baxışı zamanı kollegiyanın xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə X6 əsl cavabdeh qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh1 ASC-nin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi izahat verərək bildirdi ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən iddiaçının barəsində sistemləşdirilmiş məlumatlar sırasında Cavabdeh1 ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Maliyyə X4 vaxtında hər hansı məlumat təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Lakin məlumatlara artıq düzəlişlər edildiyi üçün iddiaçıya kompensasiya hesablanıb və icra mərhələsindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni Cavabdeh1 ASC mübahisələndirmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1); maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (386). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin halları ondan ibarətdir ki, İddiaçı Hümbət qızı ilə Cavabdeh1 ASC arasında bağlanmış qarşı xx xxx 2015-ci il tarixli 08-xx-xx-021856 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən iddiaçıya 48 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2820 ABŞ dolları kredit verilmiş, iddiaçı Bank qarşısında öhdəliklərini tam icra etmiş, banka heç bir borcu yoxdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən kompensasiyanı ödənilməsi üçün Maliyyə X4 müraciət etmiş, iddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları nəticəsində uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyindən kompensasiyanın ödənilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçının Banka müraciəti əsasında araşdırma aparılmış, iddiaçıya kompensasiya məbləğinin düşdüyü müəyyən edilmiş, eyni zamanda X10 iddiaçıya dair şəxsi identifikasiya məlumatlarına düzəlişlər edilərək və müvafiq müraciət Palataya göndərilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3.2-ci bəndinə görə, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə X4 tapşırılmış, Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının cavabdeh qismində göstərdiyi subyektlərdən Cavabdeh1 ASC müvafiq kompensasiya məbləğinin hesablanmasında iştirak etmir və iddiaçının qarşısında məsuliyyət daşıya bilməz. Sözügedən Fərmana əsasən veriləcək kompensasiyanın məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bankın və ya kredit təşkilatlarının kompensasiyanın məbləğini müəyyən etmək səlahiyyətləri yoxdur. Baxılan iş üzrə iddia ona cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüş, həmçinin işə baxan birinci instansiya məhkəməsi tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə qiymət verərək iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Sözügedən Fərmana əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı müvafiq kompensasiya məbləğinin hesablanmasında (köçürülməsində) iştirak edir. Mərkəzi Banka qarşı iddiaya isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia Cavabdeh1 ASC-yə qarşı hissədə əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4783/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı Hümbət qızının Cavabdeh1 ASC-yə qarşı kompensasiya məbləğinin ödənilməsi tələbi hissəsində ləğv edilsin və həmin hissədə iddiaçının tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3396/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3396/2020
18.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver