Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3404/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «mülkiyyətin tələb edilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilərək, mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin, iddiaçının mülkiyyəti üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilərək, mənzilə köçürülməsi, iddiaçıya məxsus və həmin ofisdə yerləşən 8 (səkkiz) ədəd hər birinin qiyməti 2500 (iki min beş yüz) manat olmaqla “LG” markalı kondisionerlər, 1 (bir) ədəd dəyəri 2000 ( iki min) manat olan mini ATS, 1 (bir) ədəd dəyəri 3500 (üç min beş yüz) manat olan səsli və görüntülü (audio və video) qeydiyyat çoxfunksiyalı kameralar, hər birinin qiyməti 2600 manat olmaqla 2 (iki) ədəd “Toshiba” markalı soyuducu, 5 (beş) ədəd komplekt hər birinin dəyəri 800 (səkkiz yüz) manat olmaqla ofis mebel dəsti, 4 (dörd) ədəd dəyəri 3000 (üç min) manat olan böyük ekran “Sony” markalı böyük ekran televizorlar, 4 (dörd) ədəd (**********, **********, **********, **********) telefon nömrələri, 10 (on) ədəd hər birinin qiyməti 420 ( dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, 2 (iki) ədəd hər birinin qiyməti 1700 (min yeddi yüz) manat olan “Sony” markalı videokamera, 10 (on) ədəd hər birinin qiyməti 500 (beş yüz) manat olmaqla üzərində “İDEAL” loqosu olan mikrofonlar – cəmi 41.900 (qırx bir min doqquz yüz) manat dəyərində olan əşyaların cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh, İddiaçı mülkiyyəti (ünvan 1 ünvanında yerləşən mənzilə dair) üzərində qanunsuz sahibliyinə son qoyulması, Cavabdeh və digər şəxslər İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin İddiaçı təhvil verilməklə mənzilə köçürülməsi, İddiaçı məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni - 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1993/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 nömrəli iş üzrə 03 mart 2023-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan İddiaçı yenidən qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 nömrəli iş üzrə 30 mart 2023-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 saylı, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual normalara riayət edilərək verildiyindən baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən təkrarən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1993/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qərardadının mövqeyindən görünür ki, İddiaçı tərəfindən əvvəl verilmiş apellyasiya şikayətinin qeyri-mümkün edilməsi əsaslarından biri iddiaçı tərəfindən apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd edilməsinə baxmayaraq, həmin pozuntuların nədən ibarət olmasını göstərilmədiyi əsası ilə qeyri mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, İddiaçı apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş və apellyasiya şikayətini ümumiyyətlə əslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərin uyğun verilməmiş, müddətin bərpasına dair ərizəyə yalnız əvvəl verilmiş apellyasiya şikayəti elektron qaydada əlavə edilmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin MPM-nin tələblərinə və əvvəlki apellyasiya instansiya məhkəməsinin göstərilşərinə uyğunluğunu yoxlamadan müddətin bərpası barədə ərizəni təmin edərək apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3744/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. İddiaçı apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3404/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3404/2023
27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver