Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3405/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı mülki iş üzrə (Açar sözlər: «cavabdehin hərəkətinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və s) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-683/2023 nömrəli, 21 fevral 2023cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Sabunçu rayon DYPŞ YNH inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola və onun əsasında inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Əliyev Elçin Yaqub oğlu xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 40 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
2. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə şöbəsinin mütəxəssisi S.Allahverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İCR-16552 nömrəli aktın surətindən görünür ki, «BMV 420 İ Gran Coupe» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 1300 manat vəsait hesablanmışdır.
3. İş materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə şöbəsinin mütəxəssisi D.Dadaşov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İCR-16552 nömrəli aktın surətindən görünür ki, «BMV 420 İ Gran Coupe» markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 625 manat vəsait hesablanmışdır.
4. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sığorta ödənişinin gecikdirilməsi, hətta verilməsi ilə bağlı məlumat verilməsi xahiş etmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Bakı şəhər Prokuroruna və Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubların surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı və «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. AR DİN Sabunçu RPİ DYPŞ-nin «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə» arayışına, müvafiq inzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında qərara əsasən «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Yalçın Yaqub oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi müəyyən edilmiş və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmədiyindən, səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından və səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından aşağıdakılara əsasən hesab edirlər ki, AR DİN Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə» arayış etibarsız hesab edilməli və «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Yalçın Yaqub oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İlk öncə qeyd edirlər ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun təyinatı yollara nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyəti Şirkət tərəfindən icbari qaydada sığortalandığından baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüatları şirkət tərəfindən araşdırılmış və hadisə baş verdiyi foto və videogörüntüləri əldə edilmişdir. Xüsusilə nəzərinə çatdırırlar ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidə məcburi hərəkət istiqaməti nişanlarını sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərilməsi, yol hərəkəti iştirakçılarının nərəkətlərinə müəyyən məhdudiyyətlərin qoyulması, yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən hər iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərilməsi, hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi ilə bağlı tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi, yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətinin nizamlanması, yollarda, yol ayrıcılarında və digər yerlərdə yol hərəkəti qaydalarına nəzarəti həyata keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcı siqnallarından, yol nişanlarından və digər texniki vasitələrdən, qurğulardan istifadə olunmamışdır. İş materiallarında əlavə edilmiş hadisə yerinin videogörüntüsündən məlum olur ki, «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı yaşayış binasının yeraltı avtomobil duracağından yola çıxarkən yolda gedən «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməmişdir. Halbuki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü bəndinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vəsitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqdan isə, hərəkət yolunu kəsən piyalara və velosipedçilərə yol verməlidir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət etməyərək nəticədə yolnəqliyyat hadisəsini törətmiş və digər mexaniki nəqliyyat vasitələrinin sürücülərinin həyat və sağlamlığına təhlükə yaratmışdır. Lakin AR DİN Sabunçu RPİ DYPŞ-nin polis leytenantı Hüseynov Sənan Fikrət oğlu tərəfindən əsassız olaraq «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Yalçın Yaqub oğlu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, yol-nəqliyyat hadisəsinin baş verməsində yalnız «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən (yaşayış zonasında hərəkət etmə qaydalarını pozduğuna görə) təqsirli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməli və «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Yalçın Yaqub oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, AR DİN Sabunçu RPİ DYPŞ-nin polis leytenantı Hüseynov Sənan Fikrət oğlu tərəfindən iş üzrə qərar qəbul edilərkən baş vermiş yol-nəqliyyat hadisə tam, obyektiv, hərtərəfli araşdırılmamış, hadisə ilə bağlı inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş və düzgün hüquqi qiymət verilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini nəzərə alaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı və «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə baş vermişyol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış»ın etibarsız hesab edilməsi, «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Yalçın Yaqub oğlu barəsində tərtib edilmişt inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini və Şirkətə məlumat verilməsini xahiş etmişlər.
6. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktoru Xəyal Babayevə, surəti İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı və «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yuxarıda qeyd edilən sığorta hadisəsi nəticəsində «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı şirkət tərəfindən 625 manat məbləğində müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı tərəfindən müvafiq bank hesabı təqdim edildiyi təqdirdə həmin nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 625 manat məbləğində sığorta ödənişi veriləcəkdir.
7. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı, surəti Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktoru Xəyal Babayevə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edərək, yol-nəqliyyat hadisəsi zamanı İddiaçı tərəfindən idarə edilən «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ilə bağlı razı olmadığını qeyd etmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq Şirkətin ünvan 2 ünvanında yerləşən inzibati binasına yaxınlaşaraq «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi üçün tərəflərin qarşılıqlı razılığı əsasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspertlərdən birini seçməsini xahiş etmişlər.
8. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 6161 nömrəli ekspert rəyinin surətindən görünür ki, «BMW 420İ» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 850 manat, işçilik xidmətləri isə 450 manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 1300 manat təşkil etmişdir.
9. İş materiallarında olan İddiaçı tərəfindən «Azərsığorta» şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, **-RL-*** dövlət qeydiyyat nişanlı, «BMW» markalı avtomobilə vurulmuş ziyanın ekspertiza tərəfindən müəyyənləşdirilmiş məbləğindən (1300 manat) razıdır. Zəhmət olmasa, ödənişin həyata keçirilməsi üçün qeyd olunan məbləği bank hesabına göndərilməsini xahiş etmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktoru Xəyal Babayevə, surəti İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı və «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yuxarıda qeyd edilən sığorta hadisəsi nəticəsində «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı şirkət tərəfindən 625 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında dəymiş zərərin qiymətləndirilməsi barədə razılıq əldə olunmadığından sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını müstəqil ekspert vasitəsilə qiymətləndirilməsi üçün ekspertlər siyahısından bir ekspertin seçilməsi ona təklif edilmiş və sığortalının seçiminə əsasən zərər miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası "xxxx" MMC-yə həvalə edilmişdir. Hal-hazırda «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı ekspertiza mərkəzinin rəyi Şirkətə daxil olmamışdır. Sözügedən ekspertiza mərkəzinin nəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı rəyi Şirkətə daxil olduqdan sonra Şirkət tərəfindən müvafiq tədbir görüləcəkdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2022ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov rayonu ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı və «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı AR DİN Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə arayış»ın etibarsız hesab edilməsi, «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Yalçın Yaqub oğlu barəsində tərtib edilmişt inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İddiaçı inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini və Şirkətə məlumat verilməsini xahiş etmişlər.
12. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli və İddiaçı, surəti Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubların surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Bakıxanov qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı və «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəzərinə çatdırırlar ki, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Sabunçu RPİ tərəfindən «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü inzibati məsuliyyətə cəlb edilmişdir. «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti Şirkət tərəfindən icbari qaydada sığortalandığından baş vermiş yol-nəqliyyat hadisəsinin təfərrüfatları şirkət tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman yaşayış binasının yeraltı avtomobil duracağından yola çıxarkən yolda gedən «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət etməmişdir. «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyəti Şirkət tərəfindən icbari qaydada sığortalandığından və Bak şəhəri Sabunçu RPİ tərəfindən «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar Şirkətin qanunla qorunan maraqlarına toxunduğundan Şirkət tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət məktubu göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq sözügedən şikayət Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cavablandırıldıqdan sonra şirkət tərəfindən müvafiq sığorta tədbirləri həyata keçiriləcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı (istehlakçılarla iş Departamenti), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməklə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «cavabdehin hərəkətinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, «Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü ilə sığortalanmış nəqliyyat vasitələrinin xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə hərəkəti zamanı yol-nəqliyyat hdisəsi baş vermişdir. Həmin hadisə zamanı iddiaçı zərərçəkmiş şəxs tanınaraq (olaraq) mülkiyyətində olan avtomobilinə zərər dəymişdir. Həmin hal xx.xx.2022-ci il tarixdə tərtib olunmuş «İnzibati xəta haqqında» protokolla və "xxxx" elektron Qərarla, eləcə də «Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təvərrüatları barədə» arayış ilə tam sübut olunur. Bütün qanuni tələblər yerinə yetirildikdən sonra zərərin ödənilməsi üçün qanunvericilikdənəzərdə tutulmuş sənədlər əlavə olunmaqla, xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət olunmuşdur. Cavabdehin əməkdaşı olan özünü Aqşin kimi təqdim edən şəxs bildirmişdir ki, onlarla daimi iş birliyində olan "xxxx" MMC tərəfindən ekspertiza aparmaqla, avtomobilə dəymiş ziyanın məbləği müəyyənləşdirildikdən və «Dəymiş zərərin hesablanmasına dair» akt təqdim edildikdən sonra ödəniləcəkdir. Zərərin hesablanması üçün iddiaçı elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatı xx.xx.2021-ci il tarixli olan "xxxx" MMC-yə müraciət etmiş, 6 gündən sonra yol-nəqliyyat hadisəsi zamanı avtomobilə ümumilikdə 1300 manat məbləğində zərər dəyməsi barədə xx.xx.2022-ci il tarixli akt iddiaçıya təqdim olunmuşdur. Həmin akt və iddiaçının adına olan bank hesabı barədə arayış xx.xx.2022-ci il tarixdə cavabdehin bu işə məsul olan Aqşin adlı şəxsə təqdim olunmuş və zərərin ödənilməsi tələb edilmişdir. Həmin şəxs aktı və iddiaçının adına olan bank hesabı barədə arayışı almış və bildirmişdir ki, «"xxxx" qərarın ləğv olunmasına dair tərəfimizdən şikayət verilmişdir və həmin şikayətə cavab alanadək Sizə zərər ödənilməyəcəkdir». Bundan sonra iddiaçı zərərin ödənilməsi ilə əlaqədar hər dəfə məlumat almaq üçün cavabdehə müraciət etdiyi zaman heç bir nəticənin olmadığını və gözləməli olduğunu demişlər. Cavabdehə edilmiş müraciətlər heç bir nəticə vermədiyinə görə iddiaçı məcbur qalıb cavabdehin fəaliyyətinə dövlət nəzarətini həyata keçirən təşkilatın, yəni Azərbaycan Respublikasının Mərkəzi Bankının «966» nömrəli qaynar xəttinə müraciət etmiş və yuxarıda qeyd olunan hadisə və işin halları barədə məlumat verməklə, zərərin ödənilməsində ona yardım göstərilməsini xahiş etmişdir. Telefon vasitəsi ilə əlaqə saxlayan 3-cü şəxsin əməkdaşı olan və özünü Amin Saffanov kimi təqdim edən şəxs iddiaçıya bildirmişdir ki, «"xxxx" Qərardan şikayət verilməsi ümumiyyətlə iddiaçının səlahiyyətlərinə aid məsələ olmamaqla yanaşı onun hərəkəti qanunsuzdur, hətta cavabdeh tərəfindən şikayət verildiyi təqdirdə, Sizə ödənilməli olan zərərin icrasını dayandırmır». Sonda, bu işdə iddiaçının haqlı olduğunu, eləcə də göstərilənlər barədə yazılı qaydada müraciət edilməsini və müraciətə 15 gün ərzində cavablandırılacağını qeyd etmişdir. Məhz bundan sonra iddiaçı, cavabdehin və 3-cü şəxsin elektron poçt ünvanına şikayətlə müraciət etmişdir. Müəyyən müddət keçsə də, cavabdeh zərərin ödənilməsi istiqamətində hərəkətsizlik göstərdiyi üçün, iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən cavabdehin ofisinə gəlmiş və cavabdehin nümunəvi ərizə formasında, zərərin ödənilməsinin gecikdirmə səbəbi barədə rəsmi cavab verilməsinə dair müraciət etmişdir. Bundan sonra iddiaçı mütəmadi olaraq cavabdehlə telefon əlaqəsi saxlamış və ərizəyə rəsmi cavab verilməsini tələb etmişdir. Cavabdehin ofisinə yenidən xx.xx.2022-ci il tarixdə gələrkən iddiaçıya hər biri 4 səhifədən ibarət, cavabdehin xx.xx.2022-ci il tarixli, 08/01-370 saylı Bakı şəhər Prokuroruna və xx.xx.2022- ci il tarixli, 08/01-372 saylı Daxili İşlər Nazirinə ünvanlanmış şikayət ərizələri təqdim olunmuşdur. Həmin ərizələrdə - Əliyev Yalçın Yaqubov barəsində tərtib olunmuş «İnzibati Xəta Haqqında» Protokolun və "xxxx" Qərarın ləğv olunması; iddiaçının inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsi və şirkətə məlumat verilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən cavabdehin əməkdaşına – «İcbari sığortalar haqqında» ARQ-nun 18.1-ci maddəsinin imperativ norması, yəni qanunvericilikdə nəzərdə tutulan bütün sənədlər təqdim olunduğu üçün zərərin 7 gün ərzində ödənilməsinin təmin olunması izah olunsa da, həmçinin cavabdehin bu işə məsul olan əməkdaşları tərəfindən müxtəlif bəhanələr gətirilməklə hüquq normalarında nəzərdə tutulmayan hərəkətlərə yol verildiyi və bununla da həmin şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə etmələri barədə geniş və dolğun məlumat verilsə də, həmin əməkdaş heç nədən çəkinmədən və çox kobud surətdə bildirmişdir ki, «Sizə deyəcəyimiz bu qədər, gedin hara istəyirsinizsə şikayət edin, ərizələrə cavab gəlməyənə qədər heç bir şikayət olunmayacaq». Məcbur qalıb iddiaçı yenidən 3-cü şəxsin «Qaynarxətt»inə zəng edib və zərərin ödənilməsində ona köməklik göstərmələrini xahiş etmişdir. Telefonla danışan şəxs iddiaçının haqlı olduğunu bir daha qeyd edərək, şikayətinə rəsmi cavab veriləcəyini qeyd etmişdir. Çox qəribədir ki, növbəti dəfə, yəni xx.xx.2022-ci il tarixdə cavabdehin ofisinə gəldikdə, iddiaçıya 09/A-701 saylı, xx.xx.2022-ci il tarixli 3-cü şəxsə və iddiaçıya ünvanlanmış məktub və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli «Dəymiş zərəirin hesablanmasına» dair akt təqdim olundu. Həmin məktubla iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinin cavabı olduğu bildirilmişdir. Eləcə də cavabdeh tərəfindən zərərin 650 manat müəyyən edildiyi və müvafiq bank hesabının təqdim edildiyi təqdirdə 650 manat sığorta ödənişi veriləcəyi bildirilmişdir. Güman edilməsi şübhə doğurmur ki, 3-cü şəxsin cavabdehə nəzarətedici təsirindən sonra, xx.xx.2022-ci il tarixli məktub tərtib olunmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş ərizədə açıq-aşkar göstərilmişdir ki, zərərə görə ödənilməli olan məbləğin gecikdirilmə səbəbi barədə məlumat verilsin. Hansı ki, cavabdehin xx.xx.2022-ci il tarixdə tərtib olunmuş cavab məktubundan 4 gün öncə, yəni prokurorluğa və Daxili İşlər Nazirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli şikayət ərizələrində Əliyev Yalçın Yaqubov barəsində tərtib olunmuş «İnzibati Xəta Haqqında» Protokolun və "xxxx" Qərarın ləğv olunması və iddiaçının inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Bank hesabı barədə ayrıca arayış şəxsən Aqşin adlı əməkdaşa təqdim olunduğu halda, yenidən bank hesabı barədə məlumatın tələb olunması də təəcüb və təəssüf doğurur. Deməli, işin hallarından aydın olur ki, cavabdehin iddiaçıya qarşı bu cür bir-birini təkzib edən mövqeyi 2 səbəbdən qaynaqlana bilər: 3-cü şəxsin cavabdehə nəzarətedici təsirindən və ya cavabdehin bu işə məsul olan şəxslərin vəzifələrindən suiistifadə edərək özlərinə maddi neymət əldə etmələri üçün. Bundan başqa, aktda zərərin 650 manat hesablandığı göstərilmişdir. Hansı ki, iddiaçıya da təqdim olunmuş, zərərin 1300 manat təşkil etməsi barədə akt eyni MMC tərəfindən, eyni tarixdə tərtib olunmuşdur. Deməli, eyni MMC, eyni tarixdə, eyni hal üzrə fərqli nəticəyə gəlmişdir. Açıq-aşkardır ki, iddiaçı tərəfindən akt təqdim olunan zaman cavabdeh tərəfindən 650 manat zərərin hesablanması və iddiaçıya ödənilməsi barədə ümumiyyətlə hər hansı bir mövqe nümayiş etdirilməmiş və təşəbbüs belə göstərilməmişdir. Əesinə, cavabdeh iddiaçını inzibati xəta törədən şəxs kimi görmüş və ona hər hansı bir məbləğdə ödəniş aparmaq fikrində olmamışdır. Belə bir məntiqi fikir formalaşır ki, 3-cü şəxsin işə qarışması nəticəsində cavabdeh, saxtalığı şübhə doğurmayan və hesablamalarda həqiqəti əks etdirməyən nəticəyə dair aktı sonradan sifariş etməklə, əvvəlki tarixə tərtib edilməsinə nail olmuş və məhz həmin dəyəri göstərməklə və yenidən bank hesabı barədə məlumat istəməklə gecikmənin səbəbində məsuliyyəti üzərindən götürülməsinə cəhd etmişdir. Bundan sonra, iddiaçı növbəti dəfə xx.xx.2022-ci il tarixdə cavabdehin ofisinə gəlmiş, cavabdehin mövqe ilə razılaşmadığını və ona qarşı açıq aşkar qərəzli münasibət göstərilməsini qeyd etdiklə, həmin Aqşin adlı əməkdaş iddiaçıya 09/A-701/1 saylı, xx.xx.2022-ci il tarixli 3-cü şəxsə və iddiaçıya ünvanlanmış məktub təqdim olunmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinin cavabı olduğu bildirilmişdir. Eləcə də iddiaçının zərərin məbləği ilə razı olmadığı qeyd olunmuşdur. Zərərin qiymətləndirilməsi üçün tərəflərin qarşılıqlı razılığı əsasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspertlərdən birini seçməyi xahiş edilmişdir. Həmin əməkdaş zərərin yenidən hesablanması üçün "xxxx" MMC-yə müraciət edilməsini məsləhət görmüş və rəy təqdim olunduğu halda ödəniş aparılacağı bildirilmişdir. Cavabdehin bu tələbini də yerinə yetirən iddiaçı xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydə alınmış "xxxx" MMC-yə müraciət etmiş və avtomobilə dəyən zərərin 1300 manat təşkil etməsinə dair xx.xx.2022-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli ekspert rəyini əlavə edərək, xx.xx.2022-ci il tarixli ərizə ilə yenidəncavabdehə müraciət etmiş və həmin ərizədə bank hesabı barədə məlumatları yazılı şəkildə göstərərək, ekspert rəyində müəyyən edilmiş 1300 manat həmin hesaba köçürülməsini xahiş etmişdir. Artıq şərhə ehtiyac qalmır ki, iddiaçı cavabdehin istər yazılı, istərsə də əsassız tələblərini tam olaraq yerinə yetirmiş, o cümlədən cavabdehin qərəzli və qanunsuz mövqeyindən yaranan bütün təhrifedici münasibətinə təmkinlə və qanunvericiliyin tələb etdiyi qaydada cavab vermişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh üzərinə düşən vəzifəsini icra etmək əvəzinə yenidən müxtəlif bəhanələr gətirməklə, eləcə də bilə-bilə yalan və bir-birini təkzibedən mülahizələrə əsaslanmaqla, zərərin ödənilməsindən açıq-aşkar boyun qaçırır. Belə ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Rüstəmov Edvin Tofiq oğlu iddiaçıya dəyən zərərin ödənilməsi üçün növbəti dəfə xx.xx.2022-ci il tarixdə cavabdehin ofisinə gələrkən, həmin şəxsə 09/A-701/2 saylı, xx.xx.2022-ci il tarixli 3-cü şəxsə və iddiaçıya ünvanlanmış məktub təqdim olunmuşdur. Həmin məktubda iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinin cavabı olduğu bildirilmişdir. Eləcə də, «Hörmətli Xəyal müəllim» ifadəsi göstərilməklə, iddiaçının 650 manat zərər məbləği ilə razı olmadığı və zərərin yenidən hesablanması üçün "xxxx" MMC-yə həvalə olunması qeyd olunmuşdur. Rəyin Şirkətə daxil olmaması, rəy Şirkətə daxil olduqdan sonra müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Bu halda da, cavabdehin bu işə məsul olan əməkdaşları heç nədən çəkinmədən və bilə-bilə yalan məlumatlar daxil etməklə, həmin məktubu 3-cü şəxsə göndərmiş və nəticədə etibarı ilə xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən rəsmi qaydada ərizə ilə bütün məlumatlar və həmin rəyin cavabdehə təqdim olunmasına baxmayaraq, rəyin şirkətə daxil olmaması səbəbi ilə ödəniin həyata keçirilməsindən çox böyük hiylə və məharətlə yayınmışlar. Cavabdehin iddiaçıya qarşı açıq-aşkar qərəzli və maddi hüququn imperativ normasının tələblərinə zidd olan hərəkətləri (hərəkətsizliyi) bununla da bitməmişdir. Belə ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi Abbasov Orxan İlqar oğlu iddiaçıya dəyən zərərin ödənilməsi üçün növbəti dəfə xx.xx.2022-ci il tarixdə cavabdehin ofisinə gəlmiş və sığorta mütəxəssisi və işlərin icraatçısı vəzifəsində çalışan Mustafayev Oğuz Zəlimxan oğlu ilə uzun sürən danışıqlardan sonra, sanki həmin əməkdaş Şirkət tərəfindən «Xəyal müəllimə» ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun məzmunundan xəbərsiz kimi bildirilmişdir ki, iddiaçı barəsində Prokurorluğa şikayət verilmişdir. Məhz bu səbəbdən də ödəniş aparılması mümkün deyildir. Həmin əməkdaşa bildiriləndəki, «Hörmətli Xəal müəllimə təqdim etdiyiniz məktubda ödənişin aparılmamasının səbəbi rəyin təqdim olunmaması qeyd olunmuşdur, hazırda isə, yəni 6 gün keçdikdən sonra tərəflər arasında yol-nəqliyyat hadisəsi ilə əlaqədar hansı yeni hadisə baş verdi ki, və yaxud vəziyyət dəyişdi ki, Xəyal müəllimə və iddiaçıya verdiyiniz vədə əməl etmirsiniz?!» Bununla yanaşı iddiaçının nümayəndəsi qeyd etmişdir ki, «iddiaçıya ödəməli olduğunuz məbləği hansı hüquq normasının tələbi əsasında dayandırırsınız? Ümumiyyətlə, İXM-nin tələbinə görə hazırki hal üzrə qəbul edilmiş "xxxx" qərardan, Siz Sığorta Şirkəti olaraq şikayət vermək üçün nə obyektiv, nə də subyektiv hüquqa malik deyilsiniz». Həmin əməkdaş sualları cavablandıra bilmədiyini etiraf edərək nümayəndəni tənzimləmə şöbəsinin müdiri Sofiyev Etibara yönləndirdi, sonuncu isə Hüquq Şöbəsinin müdiri Xankişiyev Tariyelin hüquqla bağlı məsələlərə cavab verə biləcəyini söylədi. Nəhayət həmin şəxslər də «Xəyal müəllimə» ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun məzmunundan xəbərsiz kimi, ödənişin aparılmayağacını və evdə oturub onlardan məktub gözləmələrini məsləhət gördülər. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 08/01-471 saylı və xx.xx.2022-ci il tarixli, 09/A-701/3 saylı məktublar daxil olmuşdur. Həmin məktublar «Xəyal müəllimə» ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba göstərilən hallara və verilən vədlərə açıq-aşkar ziddir. Digər tərəfdən, Sığorta Şirkəti adından göndəriilmiş həmin məktubları imzalayan şəxs tərəfindən DYP-nin və Prokurorluğun vəzifə səlahiyyətlərinə aid məsələlərə toxunulması və bununla bağlı konkret nəticəyə gəlməsi, həmin şəxsin vəzifə səlahiyyətlərinə aid olmayan, yəni vəzifə səlahiyyətlərindən sui-istifadə etiəklə göstərilən nəticəyə gəlməsini açıq-aşkar müəyyən edir. Belə ki, xx.xx.2022-ci il tarixli, 08/01-471 saylı və xx.xx.2022-ci il tarixli, 09/A-701/3 saylı məktublarda, heçnədən çəkinmədən və açıq-aşkar göstərilir ki, «Araşdıma zamanı məlum olur ki, Siz (yəni iddiaçı) Yol Hərəkəti Haqqında ARQ-nun 42-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət etməmisiniz». Bir sözlə iddiaçının bu cür nəticəyə gəlməsi, onun yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarəti həyata keçirən orqan kimi göstərilməsini sübut edir. Qanunvericiliyin tələbi ilə yol-hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta törədilməsi zamanı təqsirli şəxsin və yaxud zərərçəkmiş şəxsin müəyyən olunmasında bu və ya digər formada Sığorta Şirkətinə hər hansı bir hüquq və səlahiyyət müəyyən olunmamışdır. Odur ki, Sığorta Şirkət adından bütün cavab məktublarını imzalayan İdarə Heyəti Sədrinin müşaviri Ceyhun Qurbanlı və iddiaçı və onun nümayəndələri ilə görüşlərdə iştirak edən əməkdaşlarının iddiaçıya qarşı hərəkətlərində (hərəkətsizliyində) vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, eləcə də yuxarıda adı çəkilən bəzi sənədlərə saxta və bilə-bilə yalan məlumatlar daxil etmə əməllərinin istisnasına olunmasını şübhə altına alır. Göstərilənləri nəzərə alaraq cavabdehin iddiaçıya qarşı bilə-bilə və açıq-aşkar qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) qarşısının alınması, eləcə də davamlı və israrlı şəkildə qərəzli hərəkətlərinə (hərəkətsizliyinə) son qoyulması, həmçinin mənəvi zərərin və bununla bağlı çəkilən məsrəflərin qarşıalınması üçün məcbur qalıb məhkəməyə müraciət edir. Hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinə iş materiallarında olan sənəd və sübutların müqavisəli təhlilindən irəli gələn tələblərə müvafiq dəyərləndirmə aparılmalıdır. Hesab edir ki, inzibati xəta iş üzrə qəbul olunmuş qərardan şikayət vermək hüququna malik olmayan cavabdeh və onun əməkdaşları, Konstitusiya Məhkəməsində formalaşmış hüquqi mövqeyin əksinə olaraq, inzibati xəta iş üzrə çıxarılmış qərardan şikayət verməklə, həmin şikayətə cavab alana qədər zərəri iddiaçıya ödəməmə hərəkəti həmin şəxslərin həm vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə etmə halını, həm iddiaçya qarşı bilə-bilə qanunsuz və heç bir hüquqi əsas olmayan hərəkətlərinin (hərəkətsizliyinin) mövcudluğunu, həm də formal fərziyələrinə və uydurmalarına əsaslanan müxtəlif bəhanələrə əsaslanmaqla iddiaçıya qarşı qərəzli olma halını sübut edir. Odur ki, cavabdehin bəzi vəzifəli şəxsləri tərəfindən iddiaçının hüquqlarına qarşı bilə-bilə qanunsuz hərəkətlərə (hərəkətsizliyə) yol verildiyindən iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İddiaçıya zərərə görə ödənilməli olani 1300 manatın cari ilin avqust ayının 09dan iddia ərizəsinin məhkəməyə təhvil verildiyi tarixədək, yəni xx.xx.2022-ci il tarixədək müddəti nəzərə alsalar müəyyən olunur ki, gecikdirilmiş 105 gün ərzində, hər gün üçün zərər məbləğinin 0,1% miqdarında 136,50 manat dəbbə pulu ödənilməlidir. Bundan başqa, mənəvi ziyana görə də 1000 manat məbləğin ödənilməsi tam ədalətli olardı. Konstitusiya Məhkəməsində formalaşmış hüquqi mövqeyə görə cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətlərində hüquqdan sui-istifadə halları açıq-aşkar nümayiş etdirilir, eləcə də cavabdehin bəzi vəzifəli şəxsləri bir qrup halında əlbir olaraq sosial ədalətə və vicdanlılığa sığmayan əməlləri ilə iddiaçının qanunla qorunan hüquqlarını təhrif etməklə qəbul etmirlər. Cavabdehin bu işə məsul olan vəzifəli şəxsləri bir qrup halında birləşməklə iddiaçıya qarşı törədilmiş hərəkətlərində cinayət əməlinin olmasına əsaslı və inandırıcı şübhələr yarandığından, aşağıda göstərilənlərin nəzərə alnmasını xahiş edir. İşin hallarından görünür ki, qrup üzvlərindən cavabdehin bu işə məsul bir sıra vəzifəli şəxsləri əvvəlcədən planlaşdırılmış şəkildə iddiaçını və 3-cü şəxsi açıq-aşkar aldadaraq 1300 manat pulu ödəmək üçün üzərinə maddi neymət əldə etmə cəhdləri baş tutmadığı üçün bu cür qanunsuz hərəkətlər yol vermişlər. Odur ki, bu işdə maraqlı və cavabdeh olan şəxslərarasında vahid cinayətkar niyyət mövcud olmuş, onların əldə olunacaq mənfəətin ola bilsin ki, qabaqcadan aralarında bölgüsünü də müəyyən etməkləri istisna olunmur və bu işlə bağlı sənədləşdirmə işlərinin aparılmasına bilavasitə məsul olan vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərinin olmasına əsaslı və inandırıcı şübhələr yaranmışdır. Belə ki, bu cinayətin subyekti vəzifələri şəxsdir, subyektiv tərəfi qəsdlə törədilən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmə, motivi – üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmə, ictimai təhlükəli nəticə isə dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmalıdır. Deməli, cavabdehin bu işə məsul və cavabdeh əməkdaşları həm iddiaçının, həm də dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurma, özgənin əmlakını aldatma yolu ilə ələ keçirməyə cəhd etmə, əməli ağır nəticələ səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi, öz qulluq mövqeyindən istifadə etməklə pul vəsaitini vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talamağa cəhd şübhələri, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların və hesabatların daxil edilməsi ilə vəzifə saxtakarlığının törədilməsi əməlini də istisna etmir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən inzibati xəta iş üzrə qəbul olunmuş qərardan şikayət vermək hüququna malik olmadığı halda inzibati xəta iş üzrə çıxarılmış qərardan şikayət verməklə, həmin şikayətə cavab alana qədər 1300 manat zərərin iddiaçıya ödəməmə hərəkətinin, eləcə də bir-birini təkzib və təhrif edən cavablar verməklə 1300 manat zərərin iddiaçıya ödənilməsində göstərilən hərəkətlərin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi, mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hərəkətlərnə və vəzifə səlahiyyətlərinin yerinə yetirilməsində göstərdiyi əsassız və qanunsuz hərəkətsizliyə son qoyulması, sığorta hadisəsi nəticəsində dəymiş 1300 manat zərərin və həmin zərərin vaxtında ödənilməməsi üçün iddia ərizəsinin məhkəməyə təqdim olunması müddətinə – 136,50 manat, eləcə də ödəniş gününə qədər dəbbə pulunun və 1000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə xərcləri olaraq 46 manat dövlət rüsumunun və 300 manat vəkil xidməti üçün haqqın ödənilməsi barədə qətnamə çıxarılması, cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş edilmişdir.
15. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, inzibati xətai iş üzrə qəbul olunmuş qərardan, Prokurorluq orqanlarına və Daxili İşlər Nazirinə, cavabdeh tərəfindən təqdi olunmuş şikayət ərizələrinə cavab alana qədər, sığorta hadisəsi nəticəsində dəymiş zərərin iddiaçıya ödənilməməsi hərəkətinin, eləcə də sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı birbirini təkzib və təhrif edən cavabların verməsi və mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, sığorta hadisəsi nəticəsində dəymiş 1300 manat zərərin və həmin zərərin vaxtında ödənilməməsi üçün iddia ərizəsinin məhkəməyə təqdim olunması müddətinə 136,50 manat, eləcə də ödəniş gününə qədər dəbbə pulunun və 1000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə xərcləri olaraq 46 manat dövlət rüsumunun və 300 manat vəkil xidməti üçün haqqın ödənilməsi barədə qətnamə çıxarılması, cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi xahiş edilmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-683/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı məxsus olan «BMW 420İ Gran Coupe minik» markalı, markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1300 (bir min üç yüz) manat sığorta ödənişi, sığorta ödənişinin gecikdirilməsi üçün hesablanmış 100 (yüz) manat dəbbə pulu, ödənilmiş hüquqi xidmət xərcin əvəzi kimi 100 (yüz) manat və ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1534 (bir min beş yüz otuz dörd) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.4, 442, 467, 922.1, 923.1, 925.2, 934-cü maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2, 18.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin - qismən, iddianın təmin olunmaması hissəsində ləğv olunması; iddianın “İnzibati xəta iş üzrə qəbul olunmuş qərardan, Prokurorluq orqanlarına və Daxili İşlər Nazirinə, cavabdeh tərəfindən təqdim olunmuş şikayət ərizələrinə cavab alana qədər, sığorta hadisəsi nəticəsində dəymiş zərərin iddiaçıya ödənilməməsi hərəkətinin, eləcə də sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı birbirini təkzib və təhrif edən cavabların verməsi və mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması və cavabdehdən mənəvi ziyanın əvəzi kimi 1000 manat məbləğində pulun ödənilməsi hissələrinin; eləcə də, dəbbə pulunun tam, yəni 36,50 manatın ödənilməsi hissəsinin; hüquqi yardım xərcinə görə tam yəni 200 manat məbləğində pulun ödənilməsi hissəsinin və dövlət rüsumunun tam, yəni 66 manatın ödənilməsi hissəsinin təmin olunması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını, cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qeyd edilənlərə hüquqi qiymət verilməmiş və iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirilmişdir. Açıq-aşkardır ki, iddiaçıya dəyən zərərin ödənilməsinə görə, 2022-ci ilin müxtəlif aylarında və müxtəlif günlərində 10 dəfə cavabdehə və 3 dəfə Azərbaycan Respublikasının Mərkəzi Bankına edilmiş müraciətə birbirini təkzib və təhrif edən cavablar verilməsi və zərərin ödənilməsinin təmin edilməsi istiqamətində hər hansı bir hərəkət edilməməsi- mənəvi sarsıntıya səbəb olan amillərdəndir. Digər tərəfdən, cavabdeh tərəfin bilə-bilə və açıq-aşkar qanunsuz hərəkəti (hərəkətsizliyi) ilə iddiaçının qanunla müdafiə olunan hüquqları qərəzli surətdə pozulduğu halda onun hansı mənəvi iztirablar çəkməsinin sübuta ehiyacı olmayan halı kimi qəbul olunmalıdır. Məhkəmənin bu hal üzrə gəldiyi nəticədən müəyyən olunur ki, iddiaçıya qarşı cavabdeh tərəfindən törədilən yuxarıda göstərilən qanunsuz hərəkətlər (hərəkətsizlik), iddiaçıya mənəvi ziyan deyil, mənəvi rahatlıq hissi yaşatmışdır. Gülünc doğurur ki, məhkəmə qeyd olunan hal üzrə ümumi söz ifadələrindən istifadə etmiş və gəldiyi nəticənin ümumiyyətlə mənasını düzgün şərh etməmişdir. Adi haldır ki, avtomobilə dəyən zərər üçün qanunvericiliyin tələbininə görə 7 gün ərzində ödənilməli olan pul vəsaiti hər hansı bir vəzifəli şəxslərin vəzifəsindən sui-istifadə etməsi, eləcə də bilə-bilə qanunsuz hərəkəti (hərəkətsizliyi) nəticəsində, 105 gün ərzində ödənilmirsə və bu müddət ərzində mütəmadi olaraq dəfələrlə onlara müraciət edilirsə və bununla bağlı qanunvericiliyə müvafiq heç bir tədbir görülmədiyindən məcbur qalıb məhkəməyə müraciət olunursa, bu halda normal insanın istirab keçirməsi və sarsıntı çəkməsi açıq-aşkardır. Göstərilən hallar mənəvi sarsıntı və istirab üçün kifayətedici sübut deyildirsə, deməli bu halda insan mənəvi rahatlıq hissi keçirməklə, mübahisəsini gülərüzlə və xoşqədəmlə davam etdirməlidir. Təssuflər olsun ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunan sübutlar və faktlar nəzərə alınmamış və məhkəmə düzgün nəticəyə gəlməməklə bir qədər ədalətsizliyə yol vermişdir. Bundan başqa, məhkəmə, iddia tələbinin dəbbə pulunun 36,5 manat tutulması hissəsində təmin etməməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə yalnız maddi hüquq normalarını sadalamış və işin hallarını nəzərə almamışdır. Aşıq-aşkardır ki, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanmaqla, həmin normanın tələbinin hazırkı işə səbəbli əlaqəsini göstərmədən və qanunvericiliyin tələbi ilə hesablanmış dəbbə pulunun miqdarının tənasübsüz surətdə yüksək dəbbə pulu olması halını ümimiyyətlə müəyyən etmədən yalnız hüquqi görüntü yaratmışdır. Məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını, həmçinin iddiaçının vəkili onun atası olmasını (ailə daxili münasibətlərdə atanın övladından 300 manat xidmət haqqı almasını) nəzərə alaraq, hüquqi yardıma görə tutmanın 200 manat hissəsində təmin etməməkdə də haqlı olmamışdır. İşin o qədər də mürəkkəb olmamasını göstərilən yardımın həcmi, işə baxılma müddəti, tələbin kifayət qədər yüksək olmaması, həmçinin iddiaçının vəkili onun atası olması ilə əlaqələndirməklə, məhkəmənin gəldiyi nəticə qəbul edilən (ağılabatan) deyil və ədalətsizdir. Məhkəmə, iddianın məhkəmə xərci ödənilmiş dövlət rüsumunun 66 manat tutulması hissəsində təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Belə ki, işin hallarından görünür ki, məhkəmə mübahisəsinə səbəb cavabdehin iddiaçıya qarşı bilə-bilə edilmiş qanunsuz hərəkətlərindən müdafiə olunması, iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsi barədə olmuş və iddiaçı dövlət rüsumunu məhz qanunvericiliyin tələbinə müvafiq olaraq ödəmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia ərizəsində və iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında təqdim etdiyi bütüb sübutları, faktları və dəlilləri dəyərləndirmədən və dəyərləndirməmənin səbəblərini qətnamədə açıqlamadan iddia tələbinin yuxarıda göstərilən hissələrini rədd etməklə, eləcə də yuxarıda göstərilən digər hissələrini tam təmin etməməklə səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 427.4 ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
24. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 467 məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
26. Maddə 922.1 sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
27. Maddə 925.2 sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetinin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.
28. Maddə 923.1 sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
29. Maddə 934 bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun
30. Maddə 16.2 sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərdə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərdə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
31. Maddə 18.1 bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
32. Maddə 18.2 sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə yalnız apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-683/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
43. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növü ilə sığortalanmış «Ford Transit minik» markalı, ** CO *** dövlət qeydiyyat nişanlı və «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçının avtomobilinə dəymiş zərər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 605 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı həmin məbləğlə razı olmamış və "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi ilə «BMW 420İ Gran Coupe minik» markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 1300 manat müəyyən edilmişdir. Hazırda iddiaçı inzibati xəta iş üzrə qəbul olunmuş qərardan, Prokurorluq orqanlarına və Daxili İşlər Nazirinə, cavabdeh tərəfindən təqdi olunmuş şikayət ərizələrinə cavab alana qədər, sığorta hadisəsi nəticəsində dəymiş zərərin iddiaçıya ödənilməməsi hərəkətinin, eləcə də sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı bir-birini təkzib və təhrif edən cavabların verməsi və mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, sığorta hadisəsi nəticəsində dəymiş 1300 manat zərərin və həmin zərərin vaxtında ödənilməməsi üçün iddia ərizəsinin məhkəməyə təqdim olunması müddətinə 136,50 manat və 1000 manat mənəvi zərərin ödənilməsi, məhkəmə xərcləri olaraq 46 manat dövlət rüsumunun və 300 manat vəkil xidməti üçün haqqın ödənilməsi barədə qətnamə çıxarılması, cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci və 313- cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onlar barəsində xüsusi qərardad çıxarılması və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini tələb edir.
44. Məhkəmə iddia tələbinin inzibati xəta iş üzrə qəbul olunmuş qərardan, Prokurorluq orqanlarına və Daxili İşlər Nazirinə, cavabdeh tərəfindən təqdim olunmuş şikayət ərizələrinə cavab alana qədər, sığorta hadisəsi nəticəsində dəymiş zərərin iddiaçıya ödənilməməsi hərəkətinin, eləcə də sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı bir-birini təkzib və təhrif edən cavabların verməsi və mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması hissəsi üzrə haqlı olara qeyd etmişdir ki, həmin hissədə tələb əsassızdır.
45. Belə ki, iddiaçının irəli sürmüş olduğu bu tələb (inzibati xəta iş üzrə qəbul olunmuş qərardan, Prokurorluq orqanlarına və Daxili İşlər Nazirinə, cavabdeh tərəfindən təqdim olunmuş şikayət ərizələrinə cavab alana qədər, sığorta hadisəsi nəticəsində dəymiş zərərin iddiaçıya ödənilməməsi hərəkətinin, eləcə də sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı bir-birini təkzib və təhrif edən cavabların verməsi və mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması) heç bir hüquqi nəticə doğurmayan tələb olmaqla, təmin olunduğu təqdirdə qətnamənin icrası ilə bağlı hansı icra hərəkətlərinin edilməsi qeyri müəyyən olduğundan icrası mümkün olmayacaq. Bu isə məhkəmənin və müvafiq icra şöbəsinin iş yükün artırılmasına gətirib çıxaracaqdır.
46. Məhkəmə kollrgiyası həmçinin qeyd edir ki, qeyd olunan bu tələb məhkəmənin araşdırmağı olduğu məsələ olmaqla ona əsaslandırıcı hissəsində hüquqi qiymət verilməsi nəzərdə tutulan hissədir (qət etdi hissəsi deyil).
47. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi inzibati xəta iş üzrə qəbul olunmuş qərardan, Prokurorluq orqanlarına və Daxili İşlər Nazirinə, cavabdeh tərəfindən təqdim olunmuş şikayət ərizələrinə cavab alana qədər, sığorta hadisəsi nəticəsində dəymiş zərərin iddiaçıya ödənilməməsi hərəkətinin, eləcə də sığorta hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı bir-birini təkzib və təhrif edən cavabların verməsi və mülki hüquq münasibətlərindən yaranmış hüquqdan sui-istifadə etmə hərəkətlərin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması hissəsi əsassız hesab edilməli və təmin edilməməlidir.
48. Məhkəmə iddia tələbinin zərərin vaxtında ödənilməməsi üçün iddia ərizəsinin məhkəməyə təqdim olunması müddətinə 100 manat dəbbə pulunun tutulması hissəsi üzrə də haqlı nəticəyə gəlmişdir.
49. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməlidir. Mülki işin hallarından isə görünür ki, cavabdeh təşkilat sığorta pulunun verilməsindən bötüvlükdə imtian etməmiş, yalnız avtomobilə dəyən zərərin məbləğni iddia tələbində olan məbləğlə razılaşmamışdır.
50. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi kimi 1000 manat məbləğində pulun tutulması hissəsi üzrə də haqlı olaraq qeyd etmişdir ki, həmin hissədə tələb təmin edilməməlidir.
51. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə haqlı olaraq hesab etmişdir ki, 1000 (bir min) manat mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir.
53. Məhkəmə hüquqi yardım xərcinə görə 300 manat məbləğində pulun tutulması hissəsi üzrə də haqlı olaraq qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir.
54. Belə ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən müvafiq qəbz iddia ərizəsinə əlavə edilsə də, məhkəmə baxılan mülki işin o qədər də mürəkkəb olmamasını, yəni konkret halda həmin işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini, tələbin kifayət qədər yüksək olmamasını, həmçinin iddiaçının vəkili onun atası olmasını (ailə daxili münasibətlərdə atanın övladından 300 manat xidmət haqqı almasını) nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməli və hüquqi yardıma görə ağlabatan məbləğ kimi 100 (yüz) manat məbləğində pulun tutulması müəyyən edilməlidir.
55. Məhkəmə kollegiyasl iddiaçının cavabdehin bu işlə bağlı vəzifəli şəxslərinin əməlində cinayət əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə tələbi üzrə aşağıdakıları qeyd edir.
56. Belə ki, xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər.
57. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.
58. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır.
59. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
62. Məhkəmə kollegiyası həmçinin izah edir ki, qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-683/2023 nömrəli, 21 fevral 2023cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.