Məhkəmə qərarları › İş №2(103)-3409/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3409/2022

19.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3409/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) cavabdeh "xxxx" MMC-yə qarşı “auditor hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-167/2022 saylı, 28.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli auditor hesabatının etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən aparılmış audit əsasında 30 oktyabr 2020-ci il tarixli auditor hesabatı tərtib edilmişdir. Tərtib edilmiş auditor hesabatına əsasən şiddətli töhmətin elan edilməsi barədə 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmr qəbul edilmişdi. Audit rəyi onun hüquq və vəzifələrinə toxunduğu üçün 27 may 2021-ci il tarixində "xxxx" MMC-nin direktor-auditoru Nümayəndə1 qanunsuz hərəkətlərindən Azərbaycan Respublikası Auditorlar Palatasına müraciətinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitə "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasının X2 tələblərinə uyğunluğunun monitorinqini (keyfiyyətin monitorinqi) aparılmışdır. Monitorinqin nəticəsində Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin 20 sentyabr 2021-ci il tarixli 02-130 nömrəli məktubuna əsasən "xxxx" MMC tərəfindən onun əmək fəaliyyətinə dair aparılmış audit yoxlaması X2, X4 Məcəlləsinin və X1 tələblərinin pozulması ilə aparıldığı üçün keyfiyyətsiz hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göstərilənlərə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş 30.10.2020-ci il tarixli auditor hesabatının etibarsız hesab edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-167/2022 saylı, 28.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı (3-cü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) cavabdeh "xxxx" MMCyə qarşı audit hesabatının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, audit yoxlaması barədə hesabat öz-özlüyündə birbaşa iddiaçı barəsində hər hansı hüquqi nəticə törətmir. Həmin hesabatda göstərilənlərin əsaslı olubolmaması rəyin əsasında iddiaçıya verilmiş şiddətli töhmət barədə əmrin mübahisələndirildiyi məhkəmə tərəfindən qiymətləndirilə bilər. Məhkəmənin iddia tələbinə məhkəmə tərəfindən belə münasibəti başa düşülən deyildir və belə birtərəfli, qərəzli, ədalətsiz yanaşma qəbuledilməzdir. Belə ki, iş materiallarından göründüyü kimi, audit hesabatı onun əmək fəaliyyətinin yoxlanılmasının nəticəsi hesab olunaraq tərtib edilmişdir. Yəni audit rəyinin (hesabatının) onun hüquq və vəzifələrinə toxunmaması barədə məhkəmənin mülahizəsi tamamilə əsassızdır. Məhkəmə onun iddia tələbinin yolverilməzliyini əsaslandırmamaqla yanaşı, onun hansı orqana və ya məhkəməyə müraciət etməyini öz qərardadında qeyd etməmişdir. Belə ki, məhkəmə onun barəsində tərtib edilmiş audit hesabatının onun hüquq və vəzifələrinə toxunmamasını əsaslandıra bilməmişdir. Məhkəmənin əsassız olaraq belə qənaətə gəlməsi onun hüquq və vəzifələrinin pozulması ilə nəticələnmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-167/2022 saylı, 17.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi "xxxx" MMC-də aparılmış audit yoxlaması əsasında tərtib edilmiş auditor hesabatına əasən ona şiddətli töhmət elan edilməsi barədə 30.11.2020-ci il tarixli əmr qəbul edilmişdir. Bununla əlaqədar iddiaçı qeyd olunan auditor hesabatını məhkəmədə mübahisələndirmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, audit yoxlaması barədə hesabat özözlüyündə birbaşa iddiaçı barəsində hər hansı hüquqi nəticə törətmir. Həmin hesabatda göstərilənlərin əsaslı olub-olmaması rəyin əsasında iddiaçıya verilmiş şiddətli töhmət barədə əmrin mübahisələndirildiyi məhkəmə tərəfindən qiymətləndirilə bilər. Hazırki iddiaya məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman “töhmət” əmri iddiaçı tərəfindən mübahisələndirilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, həmin mübahisə üzrə birinci instansiya məhkəməsində yekun məhkəmə aktı qəbul edilmiş və iş hazırda apellyasiya məhkəməsinin icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, audit yoxlaması barədə hesabat müstəqil surətdə hər hansı hüquqi nəticə törətmədiyindən və onun əsasında iddiaçının işəgötürəni tərəfindən verilmiş “töhmət” əmri iddiaçı tərəfindən mübahisələndirdiyindən, hazırki iddiaya məhkəmədə baxılmalı deyil. Kollegiya Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-167/2022 saylı, 28.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-167/2022 saylı, 28.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar