Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3413/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2123/2020 saylı iş üzrə qəbul etdiyi 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı «İddiaçı» İstehsalat Birliyi (bundan sonra “İddiaçı” İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 2680.89 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2710.89 manat pulun cavabdehdən məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlaxalq Bankı “İddiaçı” Şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «İddiaçı» İstehsalat Birliyi 22.06.2017-ci il tarixində 12/23255 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” Müqavilə əsasında “İddiaçı” İstehsalat Birliyi abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana «İddiaçı» İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügüdən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1002AQ**********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. «İddiaçı» İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, 22.02.2017-ci il tarixli ******* saylı akt əsasında 853.20 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 394.20 manat, 28.12.2018ci il tarixli ******* saylı akt əsasında 131.40 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 131.40 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 131.40 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 131.40 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 131.40 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 25.20 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 25.20 manat, 31.07.2019cu il tarixli ******* saylı akt əsasında 25.20 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 25.20 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 25.20 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 99 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 208.80 manat, 01.2020-ci il tarixli ******* saylı akt əsasında 208.80 manat, cəmi 2597.50 manat “İddiaçı” İB-yə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2597.50 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə olaraq cavabdehin əvvəldən borcu olmuş, karta keçirilmiş və tutulmalar aparılmışdır. Hal-hazırda 83.39 manat borcu qalmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2680.89 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2123/2020 saylı iş üzrə qəbul etdiyi 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1357.29 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “İddiaçı” İstehsalat Birliyinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən 20.04.2021-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən Cavabdeh apellyasiya şikayəti ilə müraciət etdiyini bildirilmiş, şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2123/2020 saylı iş üzrə qəbul etdiyi 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh verdiyi apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3413/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3413/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver