Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-342/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkili X7, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(003)-240/2021 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında həyətinə baxan Cavabdeh məxsus evin hasardan açılmış iki pəncərəsinin bağlanması və həyətində quraşdırılmış cavabdehə məxsus kondisionerin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında olan evinin həyətinə Cavabdeh tərəfindən hasardan həyətinə baxan 2 pəncərə qoyulmuş və sahəsində kondisioner quraşdırılmışdır. Həmin 2 pəncərənin onun həyətinə baxması və kondisionerin onun yaşadığı torpaq sahəsində quraşdırılması qanunsuz və əsassızdır. Bu barədə Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə müraciət etsə də, mülki məsələ olduğundan məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Cavabdeh tərəfindən quraşdırılan həmin pəncərələr onun həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. O, öz torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir. Həmçinin kondisioner onun həyətyanı sahəsində quraşdırıldığına görə ona darvazasının açılıb-bağlanmağında maneçilik yaradır. Cavabdeh tərəfindən bu cür maneələrin yaradılmasını təsdiq edən fotoşəkilləri iddia ərizəsinə əlavə etmişdir. Maraqlı tərəflər kimi hüquqi və ya fiziki şəxslər yalnız o halda özbaşına tikilinin sökülməsinə dair iddia qaldırmaq hüququnun subyekti kimi qəbul edilə bilərlər ki, həmin özbaşına tikilinin onların qanunla qorunan maraqlarına toxunması faktı aşkar müəyyən olunsun. Bu mənada, hesab edir ki, cavabdeh tərəfindən hasarda qoyulan həyətinə baxan pəncərələr və həyətində quraşdırılan kondisioner iddiaçı kimi onun qanunla qorunan mənafelərini pozduğu aşkar olduğuna görə iddia tələbində haqlıdır. Sözügedən pəncərələr və kondisioner iddiaçının özünə məxsus olan həyət sahəsindən istifadəsinə maneçilik törədir. Bunlar tərəflərin izahatları ilə yanaşı, işdə olan fotoşəkillərlə də öz təsdiqini tapır. Həmçinin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilməli və həmin pəncərələrin və kondisionerin maneə törədib-törətmədiyi, tikinti-texniki normalara uyğun olub-olmadığı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “süni-mərmər sexinin sökülməsi və qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi və həmin bağ sahəsində sünimərmər sexinin inşasının və həmin fəaliyyət növü ilə məşğul olmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı subyektiv hüququ olmayan şəxsdir. Belə ki, iddia ərizəsində göstərdiyi halları təsdiq edən sübutları, yəni torpaq sahəsinin mülkiyyətində və ya istifadəsində olmasına dair, eyni zamanda, göstərdiyi evin onun mülkiyyətində və ya istifadəsində olmasına dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, cavabdeh hansı hüquqlarının pozulduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.Torpaq sahəsinin icarəyə verilməsi haqqında Xəzər rayonu, Buzovna Bələdiyyəsi ilə onun arasında bağlanmış 025/201 saylı, 19.09.2011-ci il tarixli icarə müqaviləsinə əsasən Buzovna qəsəbəsində ünvan 1 ünvanında 570 kv.m. bağ torpaq sahəsi onun icarəsinə verilmişdir. O, həmin torpaq sahəsində bağ evi inşa edərək yay aylarında öz ailə üzvləri ilə birlikdə həmin bağ sahəsindən və bağ evindən istifadə edir. Bağ evi tikildikdən sonra iş üzrə cavabdehlə qonşuluq münasibətləri yaxşı olmuşdur. Cavabdeh onun bağına nəzarət edirdi və bunun müqabilində zəhmət haqqı alırdı. Bağ evi tikilərkən cavabdeh özü evin arxasından pəncərə və kondisioner quraşdırılmasına razılıq vermiş, hətta kondisionerin küçədə quraşdırılmasına razı olmamış, oğurlanma təhlükəsi olmasını bildirərək, evinin arxasında quraşdırılmasını təklif etmişdir. Cavabdehin ona qarşı iddia irəli sürməsinin səbəbi uzun müddətdir istifadəsində olan torpaq sahəsində qanunsuz olaraq lisenziya olmadan süni mərmər sexi inşa edərək süni mərmər istehsal etməsi nəticəsində kəskin aseton-yapışqan qoxusu, eləcə də mərmərin hazırlanmasında istifadə olunan digər kimyəvi maddələrin iyi və qoxusu, daşın emalı zamanı tozunun ona və ailəsinə çox pis təsir etməsi ilə əlaqədar aidiyyəti orqanlara şikayət yazmağı olmuşdur. O, artıq uzun müddətdir ki, bağ sahəsində istirahət edə bilmir. Bu səbəbdən də, aidiyyəti orqanlara müraciət etmişdir. Hələ 2016-cı ildə şikayətinə cavab olaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 Departamenti 17/177-01 saylı, 22.07.2016-cı il tarixli cavab məktubunda göstərmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh qeyd olunan ünvanda evinin həyətyanı sahəsində əvvəllər mərmər hazırlanması işləri həyata keçirmişdir. Lakin İddiaçı yazılı izahat verərək 2016-cı ilin 10 iyul tarixindən həyətyanı sahəsində bu fəaliyyətlə məşğul olmadığını və bu fəaliyyətin həyata keçirilməsi üçün inşa edilmiş tikilinin söküldüyünü bildirmişdir. Əraziyə keçirilən baxış zamanı həyətyanı sahədə mərmər-qranit hazırlanması işləri ilə məşğul olmadığı və bu məqsəd üçün inşa edilmiş tikilinin söküldüyü müəyyən edilmişdir. Qeyd olunan cavab məktubu ilə müəyyən olunur ki, cavabdeh həqiqətən də bağ sahəsində qadağan olunan qanunsuz fəaliyyət növü ilə məşğul olmuşdur, həmin sahə sökülsə də yenidən inşa olunaraq həmin sahədə cavabdeh zəhərli kimyəvi maddələrin qarışığı ilə süni mərmər-qranit daşı hazırlayır və satışını təşkil edir. Bu isə bağ istirahət zonasında qadağan olunur. Aidiyyəti orqanlar onun iştirakı olmadan şikayət olunan sahəyə özlərinin yazmasına görə baxış keçirirlər və pozuntu olmadığını, çirklənmənin norma daxilində olduğu barədə cavablar yazırlar. Halbuki, istirahət zonasında kimyəvi-zəhərli maddələrlə bağlı nəyinsə istehsalı qadağandır. Eyni zamanda, sexə işlək vəziyyətdə baxış keçirilməli idi. Qeyd olunanlara əsasən, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia təmin edilərək, cavabdehin həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi və həmin bağ sahəsində süni-mərmər sexinin inşasının və həmin fəaliyyət növü ilə məşğul olmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-240/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında yerləşən Cavabdeh məxsus evin hasardan açılmış, İddiaçı evinə baxan iki pəncərəsinin bağlanması və həyətində quraşdırılmış Cavabdeh məxsus kondisionerin sökülməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “süni-mərmər sexinin sökülməsi və qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddiasının isə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməsi qət olunmuşdur. İlk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-240/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən hesab etmişdir ki, mübahisə predmeti olan pəncərələrin açılmasına və kondisioner quraşdırılmasına ilk iddia üzrə cavabdehin hüququ olmamışdır, bu tikinti norma və qaydalarına uyğun deyildir, ilkin iddiaçını öz qanuni mülkiyyətində olan əmlakından sərbəst istifadə hüququndan məhrum etmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu qənaət səhvdir. Qeyd olunanlara əsasən, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia təmin edilərək, cavabdehin həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi və həmin bağ sahəsində süni-mərmər sexinin inşasının və həmin fəaliyyət növü ilə məşğul olmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkili X12 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X9 ilk iddia tələbinin məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən hasarda qoyulan iddiaçının həyətinə baxan pəncərələrin və həyətində quraşdırılan kondisionerin iddiaçının qanunla qorunan mənafelərini pozduğuna görə onun iddia tələbində haqlı olduğunu bildirmişdir. Sözügedən pəncərələr və kondisioner iddiaçının özünə məxsus olan həyət sahəsindən istifadəsinə maneçilik törədir və bununla yanaşı hesab edir ki, cavabdehə məxsus iddiaçının həyətinə baxan pəncərələrin mövcud olması milli mentalitetə uyğun olmayan haldır. Məhkəmə iclasının vaxtı və yeri barədə ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə АR MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, mülki işə barədə ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-240/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 19 sentyabr 2011-ci il tarixli 025/2011 saylı müqavilənin surətindən görünür ki, Buzovna Bələdiyyəsi tərəfindən 570 kv.m. torpaq sahəsi Cavabdeh icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayonu Buzovna Bələdiyyəsinin 24.09.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 27 A ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 Departamentinin 22.07.2016-cı il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Abşeron küçəsi ünvanında İddiaçı məxsus yaşayış evinin həyətyanı sahəsində əvvəllər mərmər hazırlanması işləri həyata keçirilmişdir. Lakin İddiaçı yazılı izahat verərək 2016-cı il 10 iyul tarixdən yaşadığı həyətyanı sahəsində bu fəaliyyətlə məşğul olmadığını və bu fəaliyyətin həyata keçirilməsi üçün inşa edilmiş tikilinin söküldüyünü bildirmişdir. Əraziyə keçirilən baxış zamanı həyətyanı sahədə mərmər-qranit hazırlanması işləri ilə məşğul olunmadığı və bu məqsəd üçün inşa edilmiş tikilinin söküldüyü müəyyən olunmuşdur. İş materiallarından görünür ki, X1 şikayəti əsasında Abdullayev X2 Bələdiyyəsinə dəvət olunmuş, İddiaçı fəaliyyəti ilə əlaqədar təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Milli Hidrometerologiya Xidmətinin aktlarına əsasən heç bir qanuna zidd hallar aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X8 və X13 Agentliyinin 23.09.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fiziki şəxs İddiaçı məxsus süni-mərmər hazırlayan sexinin fəaliyyəti ilə bağlı 30.08.2020-ci il tarixli müraciəti araşdırılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, 11x7 metr ölçüdə qapalı otaqda fəaliyyət göstərən süni-mərmər sexində ventilyasiya sistemi quraşdırılıb və işlək vəziyyətdədir. Baxış keçirilən zaman heç bir qayda pozuntusu aşkar olunmamışdır. 19 avqust 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən sexdə ekoloji monitorinq aparılmış və akt tərtib olunmuşdur. Akta əsasən yoxlama aparılan ərazidə səs və qoxu səviyyəsinin norma daxilində olduğu müəyyən edilmiş və insan həyatı üçün təhlükəli olacaq hər hansı qaz aşkar edilməmişdir. İş üzrə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2021-ci il tarixli 10/3825 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında yerləşən tikilinin iki qonşu sahələrinin sərhədində inşa edilmiş divara bitişik olmasını nəzərə alaraq, həmin tikilidən qonşu torpaq sahəsinə iki pəncərənin açılmasının və orada kondisioner quraşdırılmasının tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən olunur. İş üzrə təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 04 fevral 2021-ci il tarixli 01-73/17 saylı rəyindən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus həyətdə fəaliyyət göstərən mərmər sexindən çıxan qaz, toz, qoxu və s. kimyəvi maddələr qonşuluqda yaşayan Cavabdeh sağlamlığına zərər vurulmasını öyrənmək məqsədilə laboratoriyaya məxsus avadanlıqlar vasitəsilə götürülmüş və sanitar gigiyenik laboratoriyada müayinə edilmişdir. Laboratoriya müayinələrinin nəticələri sanitar normalara uyğun gəlmişdir. Laboratoriya müayinələrinə əsasən belə nəticəyə gəlmək olar ki, sağlamlığına təsir göstərən mərmər sexindən çıxan kimyəvi maddələrin Cavabdeh sağlamlığına heç bir mənfi təsiri yoxdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı 02 aprel 2021-ci il tarixdə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X5, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkili və nümayəndəsi X7 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanına yerli baxış keçirilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 6 evin sağ hissədə yerləşən iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divara bitişik olması, qonşuya məxsus tikilidən onun sahəsinə iki pəncərənin açılması və ona məxsus divarda kondisioner quraşdırılması, evin sol hissəsində yerləşən torpaq sahələrinin sərhədində inşa edilmiş divara bitişik olması və həmin ərazidə mərmər sexinin olması müəyyən olunmuşdur. Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 6 ünvanda yerləşən iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divara bitişik olması, həmin tikilidən qonşu sahəsinə iki pəncərinin açılması müəyyən olunmuşdur. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7330/21 saylı 13.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks-məhkəmə ekspertizası təyin edilmişdir.Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1)Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni-mərmər sexinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda qaz, toz, qoxu, və s. kimyəvi maddələr, habelə səs-küy normalar daxilindədirmi? 2)Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni-mərmər sexinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda qaz, toz, qoxu, və s. kimyəvi maddələr, habelə səs-küy qonşuluqda olan şəxslərin, xüsusilə Cavabdeh sağlamlığına zərər vururmu? Ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertizanın aparılmasına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «RESPUBLİKA GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ» Publik hüquqi şəxsin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssləri cəlb edilməklə və qeyd olunan sex fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda (ən azı 2 saat işlədilməsi təmin olunmaqla ) aparılması qərara alınmışdır. Mülki işin materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 20/81 saylı, 31 yanvar 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Milli Hidrometeorologiya Xidmətinin, Abşeron Rayon Vəkillər bürosunun və Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən 28.01.2022-ci tarixində monitorinq keçirilmişdir. Ölçmə işləri şikayətçinin vəkili və sex sahibinin iştirakı ilə sabit hava şəraitində saat 10:50-12:00 radələrində səyyar GM- 1356 cihazı vasitəsilə qeyd olunan ünvanın ətraf ərazilərində aparılmış və təyin edilən səsküy səviyyəsi 51.5 dBA (norma: 60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olmuşdur. Eyni zamanda, monitorinq zamanı sözügedən mərmər sexinin sifarişlər əsasında fəaliyyət göstərdiyi və hal-hazırda sifariş olmadığından sexin işləmədiyi məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04-22/3/450-2022 saylı, 01 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, 28.01.2022-ci il tarixdə yerində keçirilmiş baxış nəticəsində mənzil sahibi Cavabdeh evdə olmaması və evin qapısının bağlı olması, süni mərmər istehsalı sexinin nümayəndəsi İddiaçı isə sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qeyd olunanlar barədə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin və ETSN-nin Milli Hidrometereologiya Xidmətinin X4 nümayəndələrinin iştirakı ilə akt tərtib olunmuşdur. Süni mərmər istehsalı sexinin nümayəndəsi İddiaçı akta imza etməkdən imtina etmişdir. 28.01.2022-ci il tarixli Sanitariya gigiyenik qiymətləndirmə aktına əsasən araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus həyətdə süni mərmər sexi fəaliyyət göstərir, sexin həyətə və küçəyə qapıları vardır, sex ilə qonşunun(şikayətçinin) evi arasındakı məsafə təqribən 16-17 metrdir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanına uyğun olaraq sexdə səs küyün səviyyəsini ölçmək məqsədilə İddiaçı avadanlıqların işlədilməsi və bu zaman əmələ gələn toz, qoxu, səs-küyün laborator instrumental yolla ölçülməsi xahiş olunmuşdur. Lakin birmənalı olaraq avadanlıqların işlədilməsinə və ölçmələrin aparılmasına lazımi şərat yaradılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, “Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” Məhkəmə Kollegiyası əvvəla ilk iddia tələbinə qiymət verərək qeyd edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında həyətinə baxan Cavabdeh məxsus evin hasardan açılmış iki pəncərəsinin bağlanması və həyətində quraşdırılmış cavabdehə məxsus kondisionerin sökülməsi barədə tələbdir. İlk iddia üzrə İddiaçı iddia edir ki, həmin 2 pəncərənin onun həyətinə baxması və kondisionerin onun yaşadığı torpaq sahəsində quraşdırılması qanunsuz və əsassızdır.Cavabdeh tərəfindən quraşdırılan həmin pəncərələr onun həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır.O, öz torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir.Həmçinin kondisioner onun həyətyanı sahəsində quraşdırıldığına görə ona darvazasının açılıb-bağlanmağında maneçilik yaradır. Kollegiya qeyd edir ki, hüquqi və ya fiziki şəxslər yalnız o halda özbaşına tikilinin sökülməsinə dair iddia qaldırmaq hüququnun subyekti kimi çıxış edə bilərlər ki, həmin özbaşına tikili onların qanunla qorunan maraqlarına toxunsun. İş üzrə aparılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2021-ci il tarixli 10/3825 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında yerləşən tikilinin iki qonşu sahələrinin sərhədində inşa edilmiş divara bitişik olmasını nəzərə alaraq, həmin tikilidən qonşu torpaq sahəsinə iki pəncərənin açılmasının və orada kondisioner quraşdırılmasının tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən olunur. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X9 ilk iddia tələbinin məzmununa uyğun izahat verərək, cavabdeh tərəfindən hasarda qoyulan iddiaçının həyətinə baxan pəncərələrin və həyətində quraşdırılan kondisionerin iddiaçının qanunla qorunan mənafelərini pozduğuna görə onun iddia tələbində haqlı olduğunu bildirmişdir.Qeyd etmişdir ki, sözügedən pəncərələr və kondisioner iddiaçının özünə məxsus olan həyət sahəsindən istifadəsinə maneçilik törədir və bununla yanaşı hesab edir ki, cavabdehə məxsus iddiaçının həyətinə baxan pəncərələrin mövcud olması milli mentalitetə uyğun olmayan haldır. Göründüyü kimi, ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı cavabdeh tərəfindən evinin hasarında qoyulan və iddiaçının həyətinə baxan pəncərələrin iddiaçının qanunla qorunan hansı mənafelərini pozduğuna dair heç bir dəlil göstərməmiş, sübut təqdim etməmişdir.Bu hissədə tələbini yalnız cavabdehə məxsus iddiaçının həyətinə baxan pəncərələrin mövcud olmasını milli mentalitetə uyğun olmayan hal kimi əsaslandırmışdır. Bu mənada, Kollegiya hesab edir ki, cavabdeh tərəfindən hasarda qoyulan iddiaçının həyətinə baxan pəncərələrin ilk iddiaçının qanunla qorunan mənafelərini pozması (havalandırmaya və giriş-çıxışa maneələr yaratması və.sair) aşkar olunmadığına görə iddia tələbi pəncərələrin bağlanması hissədə əsaslı sayıla bilməz.Belə ki, sözügedən pəncərələrin mövcudluğu iddiaçının özünə məxsus olan həyət sahəsindən istifadəsinə maneçilik törətməsi sübut olunmur. Kollegiya bir daha vurğulayır ki, hüquqi və ya fiziki şəxslər yalnız o halda özbaşına tikilinin sökülməsinə dair iddia qaldırmaq hüququnun subyekti kimi çıxış edə bilərlər ki, həmin özbaşına tikili onların qanunla qorunan maraqlarına toxunsun. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə kollegiyası əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin Məhkəmə Kollegiyası qeyd edir ki, ilk iddia tələbi cavabdeh tərəfindən kondisioner iddiaçının həyətyanı sahəsində quraşdırıldığına görə ona darvazasının açılıbbağlanmağında maneçilik yaratdığından kondisionerin sökülməsi hissədə əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Daha sonra qarşılıqlı iddia tələbi ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin həyətində inşa edilən süni-mərmər sexinin sökülməsi hissəsində iddia təmin olunmalı, həmin bağ sahəsində süni-mərmər sexinin inşasının və həmin fəaliyyət növü ilə məşğul olmasının cavabdehə qadağan edilməsi hissəsində isə iddia rədd edilməlidir. Belə ki, cavabdehin həyətində inşa edilən süni-mərmər sexi söküldüyü təqdirdə, həmin bağ sahəsində cavabdehin süni-mərmər sexi işlətmək kimi fəaliyyət ilə məşğul olması özlüyündə mümkün olmayacaqdır.İddia tələbinin süni-mərmər sexinin inşasının cavabdehə qadağan olunması hissəsi ilə bağlı isə Kollegiya qeyd edir ki, cavabdeh gələcəkdə qanunsuz olaraq sex inşa etdiyi və bu inşaat iddiaçının hüququnu pozduğu təqdirdə iddiaçının aidiyyəti dövlət orqanlarına və ya məhkəməyə müraciət etmək hüququ vardır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdehin həyətində inşa edilən sünimərmər sexinin sökülməsi tələbi ilə bağlı Məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 Departamentinin 22.07.2016-cı il tarixli məktubunda görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Abşeron küçəsi ünvanında İddiaçı məxsus yaşayış evinin həyətyanı sahəsində əvvəllər mərmər hazırlanması işləri həyata keçirilmişdir. Lakin İddiaçı yazılı izahat verərək 2016-cı il 10 iyul tarixdən yaşadığı həyətyanı sahəsində bu fəaliyyətlə məşğul olmadığını və bu fəaliyyətin həyata keçirilməsi üçün inşa edilmiş tikilinin söküldüyünü bildirmişdir. Əraziyə keçirilən baxış zamanı həyətyanı sahədə mərmər-qranit hazırlanması işləri ilə məşğul olunmadığı və bu məqsəd üçün inşa edilmiş tikilinin söküldüyü müəyyən olunmuşdur. Daha sonra iş materiallarından görünür ki, X1 şikayəti əsasında Abdullayev X2 Bələdiyyəsinə dəvət olunmuş, İddiaçı fəaliyyəti ilə əlaqədar təqdim etdiyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Milli Hidrometerologiya Xidmətinin aktlarına əsasən heç bir qanuna zidd hallar aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X8 və X13 Agentliyinin 23.09.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fiziki şəxs İddiaçı məxsus süni-mərmər hazırlayan sexinin fəaliyyəti ilə bağlı 30.08.2020-ci il tarixli müraciəti araşdırılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, 11x7 metr ölçüdə qapalı otaqda fəaliyyət göstərən süni-mərmər sexində ventilyasiya sistemi quraşdırılıb və işlək vəziyyətdədir. Baxış keçirilən zaman heç bir qayda pozuntusu aşkar olunmamışdır. Daha sonra 19 avqust 2020-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən sexdə ekoloji monitorinq aparılmış və akt tərtib olunmuşdur. Akta əsasən yoxlama aparılan ərazidə səs və qoxu səviyyəsinin norma daxilində olduğu müəyyən edilmiş və insan həyatı üçün təhlükəli olacaq hər hansı qaz aşkar edilməmişdir.İş üzrə alınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəzər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 04 fevral 2021-ci il tarixli 01-73/17 saylı rəyindən görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus həyətdə fəaliyyət göstərən mərmər sexindən çıxan qaz, toz, qoxu və s. kimyəvi maddələr qonşuluqda yaşayan Cavabdeh sağlamlığına zərər vurulmasını öyrənmək məqsədilə laboratoriyaya məxsus avadanlıqlar vasitəsilə götürülmüş və sanitar gigiyenik laboratoriyada müayinə edilmişdir. Laboratoriya müayinələrinin nəticələri sanitar normalara uyğun gəlmişdir. Laboratoriya müayinələrinə əsasən belə nəticəyə gəlmək olar ki, sağlamlığına təsir göstərən mərmər sexindən çıxan kimyəvi maddələrin Cavabdeh sağlamlığına heç bir mənfi təsiri yoxdur.İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində 02 aprel 2021-ci il tarixdə ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X5, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkili və nümayəndəsi X7 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanına yerli baxış keçirilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 6 evin sağ hissədə yerləşən iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divara bitişik olması, qonşuya məxsus tikilidən onun sahəsinə iki pəncərənin açılması və ona məxsus divarda kondisioner quraşdırılması, evin sol hissəsində yerləşən torpaq sahələrinin sərhədində inşa edilmiş divara bitişik olması və həmin ərazidə mərmər sexinin olması müəyyən olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilən Rəy və məktublardan göründüyü kimi, həmin sənədlərdəki məlumatlar ziddiyyətli olmaqla işin həqiqi hallarını əks etdirməmişdir, birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən bəzi məktub və rəydə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında olan mübahisəli sexin artıq sökülmüş olması, bəzi sənədlərdə sexin fəaliyyətindən yaranan səs-küy və atmosfer tullantılarının (toz, iy və.sair) norma daxilində olması və.sair kimi ziddiyyətli rəy və məlumatlara istinad etməklə, göstərilən ziddiyyətlərə baxmayaraq sexin fəaliyyətinin qanuni olması və qarşılıqlı iddia üzrə iddiaçının hüquqlarını pozmadığı qənaətinə gəlmişdir. Lakin mübahisəli sexin fəaliyyətindən yaranan səs-küy və atmosfer tullantılarının (toz, iy və.sair) norma daxilində olub-olmamasının müəyyən edilməsi üçün sex işlək vəziyyətdə ekspertiza aparılmalı olması nəzərə alınmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7330/21 saylı 13.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks-məhkəmə ekspertizası təyin edilmişdir.Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1)Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni-mərmər sexinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda qaz, toz, qoxu, və s. kimyəvi maddələr, habelə səs-küy normalar daxilindədirmi? 2)Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni-mərmər sexinin fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda qaz, toz, qoxu, və s. kimyəvi maddələr, habelə səs-küy qonşuluqda olan şəxslərin, xüsusilə Cavabdeh sağlamlığına zərər vururmu?Ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.Həmçinin, Ekspertizanın aparılmasına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «RESPUBLİKA GİGİYENA VƏ EPİDEMİOLOGİYA MƏRKƏZİ» Publik hüquqi şəxsin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssləri cəlb edilməklə və qeyd olunan sex fəaliyyət məqsədləri üçün işlək vəziyyətdə olduğu halda (ən azı 2 saat işlədilməsi təmin olunmaqla ) aparılması qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7330/21 saylı 13.10.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 20/81 saylı, 31 yanvar 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Milli Hidrometeorologiya Xidmətinin, Abşeron Rayon Vəkillər bürosunun və Səhiyyə Nazirliyinin Gigiyena Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən 28.01.2022-ci tarixində monitorinq keçirilmişdir. Ölçmə işləri şikayətçinin vəkili və sex sahibinin iştirakı ilə sabit hava şəraitində saat 10:50-12:00 radələrində səyyar GM-1356 cihazı vasitəsilə qeyd olunan ünvanın ətraf ərazilərində aparılmış və təyin edilən səs-küy səviyyəsi 51.5 dBA (norma: 60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilində olmuşdur. Eyni zamanda, monitorinq zamanı sözügedən mərmər sexinin sifarişlər əsasında fəaliyyət göstərdiyi və hal-hazırda sifariş olmadığından sexin işləmədiyi məlum olmuşdur. Kollegiya məhkəməyə təqdim edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 20/81 saylı, 31 yanvar 2022-ci il tarixli məktubunda müəyyən olunmuş 28.01.2022-ci tarixli monitorinqin nəticələri ilə razılaşmır.Belə ki, həmin məktubdan və eyni vaxtda monitorinqə cəlb edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04-22/3/450-2022 saylı, 01 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, süni mərmər istehsalı sexinin nümayəndəsi (sahibi) İddiaçı sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır.Halbuki, yuxarıda qeyd edildiyi kimi, mübahisəli sexin fəaliyyətindən yaranan səs-küy və atmosfer tullantılarının norma daxilində olub-olmamasının müəyyən edilməsi üçün sex işlək vəziyyətdə ekspertiza aparılmalı olması Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7330/21 saylı 13.10.2021-ci il tarixli qərardadında qərara alınmışdır. Həmçinin, yuxarıda qeyd olunan qərardadın icrası ilə bağlı iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04-22/3/450-2022 saylı, 01 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, 28.01.2022-ci il tarixdə yerində keçirilmiş baxış nəticəsində mənzil sahibi Cavabdeh evdə olmaması və evin qapısının bağlı olması, süni mərmər istehsalı sexinin nümayəndəsi İddiaçı isə sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Qeyd olunanlar barədə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin və ETSN-nin Milli Hidrometereologiya Xidmətinin X4 nümayəndələrinin iştirakı ilə akt tərtib olunmuşdur. Süni mərmər istehsalı sexinin nümayəndəsi İddiaçı akta imza etməkdən imtina etmişdir. 28.01.2022-ci il tarixli Sanitariya gigiyenik qiymətləndirmə aktına əsasən araşdırma zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus həyətdə süni mərmər sexi fəaliyyət göstərir, sexin həyətə və küçəyə qapıları vardır, sex ilə qonşunun(şikayətçinin) evi arasındakı məsafə təqribən 16-17 metrdir. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanına uyğun olaraq sexdə səs küyün səviyyəsini ölçmək məqsədilə İddiaçı avadanlıqların işlədilməsi və bu zaman əmələ gələn toz, qoxu, səs-küyün laborator instrumental yolla ölçülməsi xahiş olunmuşdur.Lakin birmənalı olaraq avadanlıqların işlədilməsinə və ölçmələrin aparılmasına lazımi şərat yaradılmamışdır. Eyni zamanda Məhkəmə Kollegiyasının iclasında dindirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin mütəxəssisi X10 izahatında və verilən suallara cavabında bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni-mərmər sexinə baxış keçirmək istəmişlər, lakin, İddiaçı buna şərait yaratmamışdır.Həmçinin, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanına uyğun olaraq belə mübahisəli obyektlər yaşayış sahəsindən 50 metr uzaq məsafədə yerləşməlidir.Lakin sex ilə qonşunun (şikayətçinin) evi arasındakı məsafə təqribən 16-17 metrdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, “Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.” Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 saylı Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilmişdir.Həmin Normaların ümumi müddəalarına əsasən: 1.1. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra - normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. 1.2. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. 1.3. Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.
2. Səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri
2.1. Daimi səs-küyün normalaşdırılan parametrləri (L) orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir. Təxmini qiymətləndirmə məqsədilə (LA, dB) səs səviyyəsindən istifadə edilməsinə icazə verilir. 2.2. Daimi olmayan səs-küyün normalaşdırılan parametrləri dBA ilə səsin ekvivalent enerjisi (L A.ekv ) və maksimal səviyyəsi (L A.maks ) -dır. Daimi olmayan səs-küyün yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi eyni vaxtda ekvivalent və maksimal səs-küy səviyyələrinə görə təyin edilir. Halbuki, göründüyü kimi, mübahisəli sexin fəaliyyətindən yaranan səs-küy və atmosfer tullantılarının norma daxilində olub-olmamasının müəyyən edilməsi üçün sex işlək vəziyyətdə ekspertiza aparılmalı olmasına baxmayaraq süni mərmər istehsalı sexinin nümayəndəsi (sahibi) İddiaçı sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5ci maddəsinə əsasən (“Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.”), həmçinin Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 saylı Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7330/21 saylı 13.10.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin monitorinq məktubunu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsinin 04-22/3/450-2022 saylı, 01 fevral 2022-ci il tarixli məktubunu, həmin monitorinq zamanı iştirak etmiş və Məhkəmə Kollegiyasının iclasında dindirilən mütəxəssis X6 izahatını (izahatda bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus həyətdə fəaliyyət göstərən süni-mərmər sexinə baxış keçirmək istəmişlər, lakin, İddiaçı buna şərait yaratmamışdır.Həmçinin, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanına uyğun olaraq belə mübahisəli obyektlər yaşayış sahəsindən 50 metr uzaq məsafədə məsafədə yerləşməlidir.Lakin sex ilə qonşunun (şikayətçinin) evi arasındakı məsafə təqribən 16-17 metrdir.), eləcə də “Ekoloji təhlükəsizlik haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununlarının tələblərini, habelə mübahisəli sexin fəaliyyətindən yaranan səs-küy və atmosfer tullantılarının norma daxilində olubolmamasının müəyyən edilməsi üçün sex işlək vəziyyətdə ekspertiza aparılmalı olmasına baxmayaraq süni mərmər istehsalı sexinin nümayəndəsi (sahibi) İddiaçı sexin avadanlıqlarının işə salınmasından imtina edərək, sexdə ölçmələrin aparılmasına şərait yaradılmaması səbəbinə görə ekspertizanın keçirilməsi mümkün olmamasını əsas götürərək hesab edir ki, mübahisəli sexin fəaliyyəti ilk iddia üzrə iddiaçının sağlamlığına zərərli təsir göstərir və iddiaçı Cavabdeh onun evindən 16-17 metr məsafədə yerləşən (yuxarıda qeyd edilən normativ hüquqi aktlarda 50 metr məsafə nəzərdə tutulduğuna baxmayaraq) mübahisəli süni mərmər sexinin sökülməsini tələb etməkdə haqlıdır. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Bu Qanun hüquqi və fiziki şəxslərin, dövlət və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir. Bu Qanunun məqsədi insanın həyatını və sağlamlığını, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. M a d d ə 3 . Ekoloji təhlükəsizlik sahəsində qanunvericilik 3.1. Ekoloji təhlükəsizlik sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1.
1. Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır.
2. Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə təmin olunur: əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli proqramların yerinə yetirilməsi; dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena normativlərinə əməl edilməsini; əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına yönəldilmiş gigiyena təlim-tərbiyəsi işlərinin görülməsi; əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariyagigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat verilməsi; dövlət və idarə sanitariya nəzarəti, dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət sistemi. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı məxsus süni-mərmər sexinin fəaliyyət göstərməsi nəzərdə tutulan torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər də müəyyən olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: Maddə111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, Məhkəmə Kollegiyası nəticəyə gəlir ki, Apellyasiya şikayəti qismən təmin olunmal, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-240/2021 saylı, 26.04.2021-ci il tarixli tarixli qətnaməsi tam ləğv edilərək ilk iddia qismən təmin olunmal, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında, İddiaçı həyətində quraşdırılmış Cavabdeh məxsus kondisioner sökülməli, ilk iddia qalan hissədə rədd edilməli, həmçinin, qarşılıqlı iddia qismən təmin olunmalı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həyətində inşa edilən süni-mərmər sexi sökülməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul mütənasib olaraq ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-240/2021 saylı, 26.04.2021-ci il tarixli tarixli qətnaməsi tam ləğv olunsun. İlk iddia qismən təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında, İddiaçı həyətində quraşdırılmış Cavabdeh məxsus kondisioner sökülsün. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 27 ünvanında İddiaçı həyətində inşa edilən süni-mərmər sexi sökülsün. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza xərci olaraq 50 (əlli) manat məbləğində pul mütənasib olaraq ilk iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı və ilk iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Şərafət Məmmədova
Hakimlər: Fuad Babayev
Rafael Eyvazov