Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-342/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı maraqlı şəxslər Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi cəlb olunmaqla, Cavabdeh qarşı “heyvandarlıq təsərüfatının yaşayış masivindən uzaqlaşdırılması və ərazidəki antisanitariya vəziyətinin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094) 69/2023 saylı, 14 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində iddiaçının yaşadığı mənzilə yaxın, yəni yaşayış yerinə yaxın ərazidə özünə ferma düzəldərək xırda buynuzlu heyvanları saxlayır. Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən cavabdehə xəbərdarlıq edilmiş və qısa müddət ərzində ərazini boşaltmaq tövsiyə olunsa da, cavabdeh tərəfindən qeyd olunan nöqsanlara aradan qaldırılmamışdır. Hazırda iddiaçı cavabdehə məxsus fermanın sökülməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı maraqlı şəxslər Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi cəlb olunmaqla, Cavabdeh qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən Cavabdeh məxsus fermanın sökülərək heyvandarlıq təsərüfatının yaşayış massivindən uzaqlaşdırılması, ərazidəki antisanitariya vəziyətin cavabdeh tərəfindən aradan qaldırılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Kərimov X3 rayonu 40-cı məhəllə ev 1 mənzil 24 ünvanında yaşasa da, Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yəni yaşayış yerinə yaxın ərazidə özünə ferma düzəldərək 70-80 baş xırda buynuzlu heyvanları saxlayır. Həmin heyvanlardan yaranan ifunətli iy, qoxu və antisanitariya vəziyətində evdə yaşamaq mümkünsüzdür. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Pirallahı Rayon Gigiyena və Epidemiologiya mərkəzinə ərizə ilə müraciət etmiş və həmin idarə tərəfindən cavabdehə heyvanların ərazidən köçürülməsi üçün on gün müddət qoyulsada buna əməl olunmamışdır. Bundan başqa, bununla bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə və Pirallahı rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də məhkəməyə müraciət etməyini bildirmişlər. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-69/2023 saylı, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh məxsus Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən ferma sökülərək heyvandarlıq təsərüfatı yaşayış masivindən uzaqlaşdırılması, ərazidəki antisanitariya vəziyət cavabdeh tərəfindən aradan qaldırılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində iddiaçının yaşadığı mənzilə yaxın, yəni yaşayış yerinə yaxın ərazidə özünə ferma düzəldərək 70-80 baş xırda buynuzlu heyvanları saxlayır. Həmin heyvanlardan yaranan ifunətli iy, qoxu və antisanitariya vəziyət iddiaçının ona məxsus evdə yaşamasını mümkünsüz etmişdir. Bununla bağlı iddiaçı tərəfindən Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinə şikayət ərizəsi ilə müraciət etmiş mərkəzin əməkdaşları tərəfindən araşdırma aparılaraq aşkar olunmuş sanitariya norma və qayda pozuntularının aradan qaldırılması Cavabdeh təkliflər verilmiş və xx.xx.2022-ci il tarixində verilmiş təkliflərin icra vəziyyəti yerində yoxlanılarkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xırdabuynuzlu heyvan ferması başqa ünvana köçürülməmiş və ərazidəki antisanitariya vəziyyəti aradan qaldırılmamışdır. Daha sonra iddiaçı tərəfindən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə etdiyi müraciətə baxılmış və müraciəti ilə əlaqədar ünvan 4i yaşayış sahəsinə İcra hakimiyyətinin əməkdaşları tərəfindən baxış keçirilmiş və Cavabdeh Rəhim oğlunun qanunsuz olaraq heyvandarlıqla məşğul olduğu məlum olmuşdur. Bununla bağlı cavabdehə xəbərdarlıq edilmiş və qısa müddət ərzində ərazini boşaltmaq tövsiyə olunsa da, cavabdeh tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, 170.2, Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması şərtləri haqqında qaydaların 2.1, 4.4.5; «Kənd təsərrüfatında və heyvandarlıqda əmək gigiyenasi» haqqında qaydaların 9.6; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1 və 217.4-cü maddələrə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdırarkən iddiaçının ümumiyyətlə bu tələbə dair subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 22 nömrəli 24 fevral 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2013-cü il 09 sentyabr tarixli 359 nömrəli sərəncamı ilə Pirallahı qəsəbəsinin şimal-qərb hissəsində Pirallahı rayon İcra Hakimiyyətinə ayrılmış ərazidən İddiaçı Nuşərivan oğluna fərdi yaşayış evinin tikintisi üçün 0,016 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə işin bu halını qeyd etsə də, həmin sənədin qanuniliyini, əsaslılığını ümumiyyətlə məhz mübahisəli torpağa aidiyyatını müəyyənləşdirməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Pirallahı rayon İcra hakimiyyətinin 24 fevral 2017-ci il tarixli sərəncam ilə ona fərdi yaşayış evinin tikilməsi üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Qanunun tələbinə əsasən müəyyən olunur ki, o illərdə (yəni 2001-ci ildən sonra) ümumiyyətlə Rayon İcra hakimiyyətlərinin torpaq ayırmaq səlahiyyəti olmayıb. Bundan əlavə bu sərəncama torpağın yerləşmə sxemi, plan-cizgisi və ya kadastrı əlavə edilməyib. Bütün bunlar olmadığı halda həmin sərəncamın məhz mübahisəli torpağa adi olması işin sübut edilməyən və şübhəli hallarıdır. Mübahisəli ərazidə 1953-cü ildən bu günə qədər heyvandarlıq təsərüfatı ilə məşğuldur. İddiaçının məhkəməyə təqdim etdiyi yerləşmə sxemi belə olmayan Piralahı Rayon İcra Hakimiyyətinin yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsinə dair sərəncam isə 24 fevral 2017-ci il tarixdə verilmişdir. Yəni iddiaçıya həmin torpağ sahəsi ayrılarkən o həmin fermanın mövcudluğunu görmüşdür və bu haqda məlumatlı idi. Bundan əlavə məhkəmə öz qərarında Azərbaycan Respublikasının “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanılması şərtləri haqqında” qaydalarına əsaslanıb. Həmin Qaydaların 4.4.5-ci bəndində göstərilən şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanılması qadağandır. Lakin məhkəmə iş üzrə ekspertiza təyin etsə idi və mütəxəssi rəyi alsa idi bəlli olardı ki, ona məxsus ferma ilə çoxmərtəbəli binalar arasında məsafə 800 metrdən çoxdur. İşin bu haları tam araşdırılmadığına görə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mənzil Məcəllə:
15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması şərtləri haqqında qaydaları:
2.1. Baytarlıq, sanitaiya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. 4.4.5. Şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır.
«Kənd təsərrüfatinda və heyvandarliqda əmək gigiyenasi» haqqında qaydaları:
9.6. Əmək şəraitinin radikal şəkildə sağlamlaşdırılması heyvandarlıq fermalarının, tikililərinin səmərəli quraşdırılması, əsas və yardımçı istehsalat əməliyyatlarının bütün komplekslərinin mexanikləşdirilməsi zamanı mümkündür. Mal-qaranın növündən asılı olmayaraq, heyvandarlıq fermalarının tikililərin quruluşuna və saxlanmasına (bir baş heyvana düşən ərazinin sahəsi istisna edilməklə) prinsip etibarilə eyni gigiyenik tələblər qoyulur. Ferma üçün ayrılmış ərazi hündür yerdə, yağış suları yaxşı axan, yaşıllıq ərazisinə və su mənbəyinə yaxın, yaşayış binalarından 200 m-dən aralı məsafədə seçilməlidir. Tikililərin divarlarına mala çəkilməli və ağardılmalıdır, döşəmələr isti (asfalt, gilli-çınqıllı, ağac və s.) olmalıdır.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 22 nömrəli, 24 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 09 sentyabr tarixli 359 nömrəli sərəncamı ilə Pirallahı qəsəbəsinin şimal-qərb hissəsində Pirallahı Rayon İcra Hakimiyyətinə ayrılmış ərazidən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının aparatının İddiaçı ünvanlanmış K-7-103 nömrəli, 27 iyul 2021 ci il tarixli məktubundan görünür ki, Rayon İcra Hakimiyyətinə ünvanlamış müraciətə baxılmış və müraciəti ilə əlaqədar ünvan 4i yaşayış sahəsinə əməkdaşlar tərəfindən baxış keçirilmiş və Cavabdeh Rəhim oğlunun qanunsuz olaraq heyvandarlıqla məşğul olduğu məlum olmuşdur. Vətəndaş Cavabdeh Rəhim oğluna xəbərdarlıq edilmiş və qısa müddət ərzində ərazini boşaltmaq tövsiyə olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 12-510/04 nömrəli, 29 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, “Pirallahi rayon Gigiyena və X1 rayonu S.Bağırov küçəsinin sakini İddiaçı yaşadığı ünvanda yaranmış antisanitariya barədə şikayət ərizəsi üzrə mütəxəssisləri tərəfindən 153 saylı MKİS-in rəisi, şikayətçi və Cavabdeh iştirakı ilə yerində araşdırılmışdır. Müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan ünvanda həqiqətən Cavabdeh tərəfindən xırdabuynuzlu heyvandarlıq ferması yaradılıb və 150 başa yaxın xırdabuynuzlu heyvanlar saxlanılır. Şikayətçinin yaşayış mənzili ilə heyvandarlıq təsərrüfatı arasındakı məsafə təqribən 10-15 metr təşkil edir. Ərazidə mövcud antisanitariya vəziyyəti, kəskin qoxu, iy, üfunət haqlı olaraq qonşunun şikayətinə səbəb olmuşdur. Məlumat üçün bildirilir ki, belə təsərrüfatlar qüvvədə olan Sanitariya Norma və Qaydalarına əsasən, yaşayış massivindən ən azı 300 (üç yüz) metr aralı məsafədə olmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi təklif edir: 10 gün müddətinə heyvandarlıq təsərrüfatı qeyd olunan ünvandan köçürülsün, ərazidəki antisanitariya vəziyyəti aradan qaldırılsın, ünvanda təmizlik və dezinfeksiya işləri aparılsın. Əks təqdirdə Cavabdeh barəsində inzibati qaydada tədbir görüləcək və müvafiq sənədlər hüquq mühafizə orqanlarına təqdim ediləcəkdir.” Bu barədə həmin tarixdə akt tərtib edilmiş iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış 058-9428K-322 nömrəli, 08 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Pirallahı Rayon Polis Şöbəsinə etdiyi müraciətə baxılmışdır. Qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığı üçün, aidiyyəti üzrə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə və məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Bakı şəhəri Pirallahı rayon Gigiyena və X2 Kələntərova ünvanlanmış 12-542/04 nömrəli, 11 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi bildirir ki, onun antisanitariya barədə şikayət ərizəsi əməkdaşları tərəfindən araşdırılarkən aşkar olunmuş sanitariya norma və qayda pozuntularının aradan qaldırılması üçün vətəndaş Cavabdeh xx.xx.2022-ci il tarixli 12-510/04 saylı məktubla təkliflər verilmişdir. xx.xx.2022-ci il tarixində verilmiş təkliflərin icra vəziyyəti yerində yoxlanılarkən müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh tərəfindən xırdabuynuzlu heyvan ferması başqa ünvana köçürülməmiş və ərazidəki antisanitariya vəziyyəti aradan qaldırılmamışdır. Mövcud vəziyyəti nəzərə alaraq, ərazidə müvafiq tədbirlərin həyata keçirilməsi üçün rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixli, 12-540/04 saylı məktubla müraciət olunmuşdur. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Bundan başqa, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Bundan başqa, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Lakin şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində iddiaçının yaşadığı mənzilə yaxın, yəni yaşayış yerinə yaxın ərazidə özünə ferma düzəldərək 70-80 baş xırda buynuzlu heyvanları saxlayır. Həmin heyvanlardan yaranan ifunətli iy, qoxu və antisanitariya vəziyət iddiaçının ona məxsus evdə yaşamasını mümkünsüz etmişdir. Cavabdeh isə apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iş üzrə ekspertiza təyin etsə idi və mütəxəssi rəyi alsa idi bəlli olardı ki, ona məxsus ferma ilə çoxmərtəbəli binalar arasında məsafə 800 metrdən çoxdur. İşin bu haları tam araşdırılmadığına görə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin dəlillərinə qiymət verilməsi eləcə də iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə tikinti-texniki və sanitar-epidomioloji ekspertizaları təyin edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə 3-16-16/2-10/7638 nömrəli, 19 mart 2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən Cavabdeh inşa edilmiş ferma iddiaçının yaşadığı Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində olan evindən təqribən 10-15 metr məsafədə yerləşir. Fermanın tikintisi yaşayış ictimai zonalardan 300 metr məsafədən az olmayaraq nəzərdə tutulmalıdır. Mübahisə predmeti olan fermanın fəaliyyəti iddiaçının hər hansı hüquq və mənafelərini həyata keçirilməsinə məhdudiyyət və ya maneənin yaradıb-yaradmamasının müəyyən edilməsi mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən Cavabdeh inşa edilmiş fermada saxlanılan heyvanlardan yaranan üfunət iyi, qoxusu ətrafda yerləşən yaşayış massivlərində yaşayış üçün narahatlığın yaranmasına, antisanitariya vəziyyəti isə gələcəkdə gəlməsinə səbəb ola infeksion xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Aparılmış tədqiqatın dəyəri isə 50 manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh ona məxsus ferma ilə çoxmərtəbəli binalar arasında məsafənin 800 metrdən çox olmasını bildirsə də, bu barədə mötəbər sübut təqdim edə bilməmişdir. Bunun əskinə isə təqdim edilmiş ekspert rəyi ilə həmin məsafənin 10-15 metr olması müəyyən edilmişdir. Həmçinin qeyd olunan rəylə fermada saxlanılan heyvanlardan yaranan üfunət iyi, qoxusunun ətrafda yerləşən yaşayış massivlərində yaşayış üçün narahatlığın yaranmasına, antisanitariya vəziyyəti isə gələcəkdə gəlməsinə səbəb ola infeksion xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyini şübhə altına almaq üçün isə əsas yoxdur. Belə ki, ekspert tərəfindən mübahisəli sahəyə baxış keçirilməklə müvafiq mütəxəssis rəyi əsasında tədqiqat aparılmaqla əsaslandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mal qaranın növündən asılı olmayaraq, heyvandarlıq fermalarının tikililərin quruluşuna və saxlanmasına (bir baş heyvana düşən ərazinin sahəsi istisna edilməklə) prinsip etibarilə eyni gigiyenik tələblər qoyulsa da, Cavabdeh məxsus fermada saxlanılan heyvanlardan yaranan üfunət iyi, qoxusu ətrafda yerləşən yaşayış massivlərində yaşayış üçün narahatlığın yaranmasına, antisanitariya vəziyyəti isə gələcəkdə gəlməsinə səbəb ola infeksion xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilməsi müəyyən edildiyindən, eləcə də ferma üçün ayrılmış ərazi hündür yerdə, yağış suları yaxşı axan, yaşıllıq ərazisinə və su mənbəyinə yaxın, yaşayış binalarından 200 m-dən aralı məsafədə seçilməli olsa da, Bakı şəhəri, Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən Cavabdeh məxsus ferma iddiaçının yaşadığı Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində olan evindən təqribən 10-15 metr məsafədə yerləşməsi müəyyən edildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirmişdir ki, iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək barədə subyektiv hüququ olmamış, həmçinin iddiaçıya torpaq sahəsi ayrılan zaman ümumiyyətlə Rayon İcra Hakimiyyətinin torpaq ayırmaq səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 22 nömrəli, 24 fevral 2017-ci il tarixli sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2013-cü il 09 sentyabr tarixli 359 nömrəli sərəncamı ilə Pirallahı qəsəbəsinin şimal-qərb hissəsində Pirallahı Rayon İcra Hakimiyyətinə ayrılmış ərazidən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır, həmin sərəncamın qüvvədən düşməsi barədə isə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı izahatından görünür ki, ona ayrılmış sahədə fərdi yaşayış evi tikmişdir. İşin bu halı iş materiallarında olan fərdi yaşayı evinin eskizi və buna dair müvafiq sənədlərin surətləri ilə təsdiq edilir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı bu halın təsdiqi kimi CD təqdim etmişdir. Diskə baxış keçirilərkən çəkiliş iddiaçının yaşadığı evdən həyata keçirilmiş və oradan mübahisəli fermanin həmin evinin ara məsafəsinin az olması müşahidə olunur. Bundan başqa ekspert rəyi ilə müəyyən edilmişdir ki, inşa edilmiş ferma iddiaçının yaşadığı Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində olan evindən təqribən 10-15 metr məsafədə yerləşir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının mübahisəli fermanın mövcudluğunu gördüyü və bu haqda məlumatlı olduğu halda ona ayrılmış torpaq sənədin qanuniliyini, əsaslılığını ümumiyyətlə məhz mübahisəli torpağa aidiyyatını müəyyənləşdirməməsi, eləcə də, rayon icra hakimiyyətinin torpaq ayırmaq səlahiyyəti olmamaqla bu sərəncama torpağın yerləşmə sxemi, plan-cizgisi və ya kadastrı əlavə edilməməsinə dair dəlillərinə qiymət verərək qeyd etməyi zəruri sayır ki, hazırki mübahisə ilə əlaqədar iddiaçının aidiyyatı orqanları çoxsaylı müraciətləri əsasında dəfələrlə araşdırma aparılmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə əgər apellyatorun qeyd etdiyi dəlillər doğru olmuş olsa idi, ən azından bu mübahisədən tam məlumatlı olan rayon İcra Hakimiyyəti bu qanunsuz sənədləşmə və yerləşmə ilə bağlı müvafiq tədbirlər görmüş olardı. Lakin iş materiallarında olan cavab məktublarından iddiaçı tərəfindən qanunsuzluğa yol verilməsi görünmür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh məxsus Bakı şəhəri Pirallahı rayonu S.Bağırov küçəsində yerləşən ferma sökülərək heyvandarlıq təsərüfatı yaşayış masivindən uzaqlaşdırılması, ərazidəki antisanitariya vəziyət cavabdeh tərəfindən aradan qaldırılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094) 69/2023 saylı, 14 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov