Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3421/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qızı və X3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(007)-8359/2016 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılmasına dair həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(007)- 8359/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qızı və X1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (keçmiş Darvin) küçəsindəki 24A nömrəli evin 26 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, qətnamənin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qızı və X1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (keçmiş Darvin) küçəsindəki 24A nömrəli evin 26 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qətnamədən apelyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və ərizəni onunla əsaslandırmışlar ki, qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddəti buraxmışlar, buna səbəb isə həmin dövrdə Azərbaycan Respublikasında müəyyən müddət olmamalarıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını, müddətin bərpa edilib, apelyasiya şikayətinin baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, onlar məhkəmədə mövcud mübahisə ilə bağlı mülki işə baxılan zaman və sonralar Azərbaycan Respublikasında kənarda yaşamışlar, ümumiyyətlə məhkəmə qətnaməsinin alınması barədə xəbərnaməyə imza olunan tarixdə Azərbaycan Respublikasında olmamışlar. Xəbərnamədə olan imzalar onlara məxsus deyil, qətnamə nümayəndə X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə təhvil alınmışdır, həmin qətnamədən verilmiş apelyasiya şikayəti qanunvericiliklə müəyyən olunan müddətdə verilmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(007)-8359/2016 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 işdə qeyd olunan ünvanına göndərilmiş xx xxxxxx 2017-ci il tarixdə xəbərnaməyə imza edilməklə qətnamə alınmışdır. Həmçinin Cavabdeh3 qətnamənin alınması üçün məhkəməyə ərizə ilə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi onun nümayəndəsi X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə təhvil alınmışdır. Həmçinin iş materiallarından müəyyən edilir ki, iş üzrə digər cavabdeh olan Cavabdeh2 qızı (şikayət vermiş cavabdehlərin qızı) xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət etmiş, xx.xx.2017-ci il tarixdə qətnamənin surətini almış, bundan başqa X5 (şikayət vermiş cavabdehlərin oğlu) xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət etmiş və xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qətnamənin surətini rəsmi qaydada almışdır. Məhkəmə hesab etmişdir ki, qeyd olunan qətnamənin təkrar qəbul edilməsi apelyasiya şikayətinin verilmə müddətinin axımını yenidən başlatmır, qanunla müəyyən edilmiş müddətdə qətnamədən apelyasiya şikayəti verilməmişdir. Qətnamə artıq tam icra olunmuş və bundan sonra apelyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Şikayət ərizəsində ötürülmüş prosessual müddətin bərpa dilməsi xahiş edilsə də, prosessual müddətin üzürlü səbəbdən ötürülməsi barədə əsaslı sübutlar əlavə edilməmişdir. Kollegiya vəsatət müəlliflərinin qətnamənin surətini ölkə hüdudlarından kənarda yaşamaları səbəbindən almamaları barədə dəlilləri ilə razılaşsa belə, qətnamənin surətinin onların ailə üzvlərinə rəsmi qaydada təqdim olunması mübahisə doğurmur. Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinin tələbinə görə isə məhkəmə sənədi işdə iştirak edən şəxsin (şəxslərin) ailə üzvünə təqdim olunduqda, həmin sənəd rəsmi qaydada verilmiş hesab olunur. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən apelyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3421/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3421/2021
01.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver