Məhkəmə qərarları › İş №2(103)-3427/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3427/2023

25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3427/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə mülki iş üzrə (açar sözlər: borc tələbi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, e-2(004)-5514/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi barədə 05 iyul 2021-ci il tarixli qərara əsasən zərərçəkən şəxs qismində tanınaraq dindirilmiş İddiaçı göstərmişdir ki, 2018-ci ilin yanvar ayının sonunda Cavabdeh1 və Cavabdeh3 ona müraciət etmiş, ondan 5000 ABŞ dolları pul istəmiş, həmin vaxt o, onların hər ikisinə 5000 ABŞ dolları verə bilməyəcəyini desə də, Laçın ona yenidən müraciət etmiş, 800 manat verəcəyinə söz vermişdir. Növbəti dəfə ona zəng vuran zaman Laçın və tanımadığı bir nəfər şəxs ev alqı-satqısı işi ilə məşğul olduqlarını, ondan aldıqları pulu da həmin işə qoyub gəlir əldə edərək ona 800 manat əlavə gəlir kimi pul verəcəklərini bildirmişdir. O, da onunla razılaşmış, Laçına zəng vurub pulu birlikdə götürmələrini deyəndə, Laçın ona evdən çıxa bilmədiyini bildirmiş, Əminə ilə qardaşı Mamedin gələrək pulu götürücəyini demişdir. O, həmin gün Xarici İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Əminə və Mamedlə görüşüb 5000 ABŞ dolları pulu Əminəyə vermişdir. Bir həftə sonra o, Laçın, Əminə və Kənanla görüşmüşdür. Onlar ona pulun 3-4 gün gecikdiyini, narahat olmamağını demişlər. Bu vaxt Əminəyə telefon zəngi gəlmiş, Əminə həmin telefon danışığından sonra ona, yenə də ev alqı-satıqısı üçün əlavə 20000 manat pul lazım olduğunu demişdir. Bu zaman o, onlara həmin pulu verə bilməyəcəyini desə də, ona müxtəlif vədlər vermişlər. O, da sonda onlara 10000 ABŞ dolları verməyə razı olmuş, onlar da ona bu pulun üstündə əlavə 2000 ABŞ dolları pul verəcəklərini bildirmişlər. Həmin günün səhəri o, 10000 ABŞ dolları pulu Kənana Yasamal rayon Qeydiyyat idarəsinin qabağında vermişdir.

2. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh1 təxminən 2018-ci ilin yanvar - fevral aylarında bir ay müddətinə qaytarmaq şərti ilə İddiaçı cəmi 15000 ABŞ dolları məbləğində borc götürdüyünü etiraf etmiş və iltizam verərək İddiaçı almış olduğu pulu 15 iyul 2021-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür.

3. Həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Cavabdeh2 və Cavabdeh3 da ifadələrində Cavabdeh1 2018-ci ildə İddiaçı cəmi 15000 ABŞ dolları məbləğində borc götürdüyünü təsdiq etmişlər.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas borcun ödənilməsi məqsədi ilə 15000 ABŞ dolları, həmin pul vəsaitinin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsi tətbiq edilməklə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4942,55 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi yardıma çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 700 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan Cavabdeh1 2018-ci ilin yanvar ayında iddiaçıya müraciət edərək 5000 ABŞ doları məbləğdə pulu borca istəmişdir. Həmin vaxt pulu olmadığından o, borc verməkdən imtina etmişdir. Bundan sonra Əminənin əri – iş üzrə Cavabdeh2 və ümumi tanışları – iş üzrə digər Cavabdeh3 iddiaçı ilə əlaqə saxlayaraq Əminənin həmin pula kəskin ehtiyacının olduğunu bildirmiş və borcun qaytarılmasına zəmanət verərək, borcun üstündə əlavə pul verəcəklərinə vəd vermişlər. İddiaçı cavabdehlərə inanaraq borc-xərc edib həmin məbləği əldə edərək Əminəyə vermişdir. Bundan bir neçə gün sonra cavabdehlər iddiaçı ilə görüşmüş və Əminə iddiaçıya müraciət edərək ona 20000 ABŞ dolları məbləğdə pul lazım olduğunu bildirmiş və borc istəmişdir. İddiaçı həmin məbləğdə pulu olmadığını desə də, Kənan və Laçın bu dəfə də, borcun qaytarılmasına zəmanət verərək, borcun üstündə əlavə pul verəcəklərinə vəd vermişlər. İddiaçı cavabdehlərə inanaraq 10000 ABŞ dolları məbləğində pulu əldə edib, növbəti gün Əminəyə vermişdir. Aralarında olan razılığa görə cavabdehlər borcu 10 günün tamamında qaytarmalı və üstündə əlavə qazanc da vermək barədə vədlər versələr də, borcu qaytarmamış və borcun qaytarılması barədə iddiaçının müraciətlərinə məhəl qoymamışlar.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, e-2(004)- 5514/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 15000 ABŞ dolları əsas borc, 4060 ABŞ dolları faiz, cəmi 19060 ABŞ dolları (məhkəmə qərarının icra olunduğu tarixə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə), 336 manat hüquqi yardım üçün ödənilən xərcin və 28,70 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 ilə iddiaçı arasında 2018-ci ildə şifahi borc müqaviləsinin bağlanması, iddiaçının Cavabdeh1 15000 ABŞ dolları borc verməsi və həmin borcun hazıradək geri qaytarılmaması öz təsdiqini tapmışdır. Odur ki, iddia Cavabdeh1 həmin borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.

8. Birinci instansiya məhkəməsi 15000 ABŞ dolları pul vəsaitini qanunsuz saxlamağa görə 4942,55 ABŞ dolları faiz tələbi ilə bağlı qeyd etmişdir ki, hazırda Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsinin 7,25% olması, Cavabdeh1 borcunu 1 aprel 2018-ci il tarixdən geri qaytarmaması nəzərə alınaraq, cavabdehdən 3 il 8 ay 24 gün üçün 4060 ABŞ dolları (15000 x 7,25%) x 3 il 8 ay 24 gün) faiz tutulmalı, qalan hissədə faiz tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi borcun digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da tutulması hissəsində iddianı təmin etməməsini isə iddianın həmin şəxslərə qarşı hissədə təsdiq edilməməsi ilə əsaslandırmışdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 449.1, 449.2, 449.4, 739.1 və 740.1-ci maddələrinə istinad ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, borcun yalnız Cavabdeh1 tutulması barədə Rayon Məhkəməsinin gəldiyi nəticə səhvdir. Çünki digər cavabdehlər borcalan Cavabdeh1 iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. Bundan başqa, Rayon Məhkəməsi 15.000 ABŞ dolları məbləğində borcun qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinin tətbiq edilməsi ilə bağlı faizləri 2018-ci ilin yanvar ayından hesablanmalı olması əvəzində həmin faizləri 2018-ci ilin aprel ayından hesablamışdır.

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehin apellyasiya şikayətinin dəlilləri belə olub ki, Cavabdeh1 ümumilikdə 15000 manat (ABŞ dolları deyil) məbləğində pulun ondan iddiaçının xeyrinə tutulmasına razı olsa da, qalan tələblər ilə razı deyil. Belə ki, Cavabdeh1 iddiaçıdan 15.000 manat məbləğində pulu borc almasına baxmayaraq, hazırda iddiaçı ABŞ dolların Azərbaycan manatına qarşı dəyərinin dəyişməsindən istifadə edərək borcun ABŞ dolları ilə qaytarılmasını tələb edir. Rayon Məhkəməsi isə bu hala diqqət yetirmədən hazırki iddianı bu formada təmin etmişdir. Bundan başqa Rayon Məhkəməsinin Cavabdeh1 iddiaçının xeyrinə bank uçot dərəcəsi ilə faizin tutulması barədə nəticəsi də əsaslı deyil. Çünki Cavabdeh1 ilə iddiaçı arasında borcun qaytarılmasının gecikdirilməsi halında faizin ödənilməsi şərtləşdirlməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)-5672/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə Cavabdeh1 15000 ABŞ dolları (qətnamə icra ediləcəyi tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), hüquqi yardıma çəkilmiş xərcin əvəzi olaraq 336 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,70 manat məbləğdə pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin olması və bu münasibətlərə borcla bağlı maddi hüquq normalarının tətbiq edilməsi ilə razılaşmayaraq göstərib, birinci instansiya məhkəməsinin əsaslanması səhv və iş üzrə tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun olmamışdır. Çünki iddiaçı ilə Cavabdeh1 arasında borc münasibətlərinə dair yazılı müqavilə bağlanmamışdır. Halbuki, Mülki Məcəlləsinin 740.2-ci maddəsinin mətninə xx.xx.2016-cı il tarixdə edilmiş dəyişikliyə görə, həmin tarixdən bağlanılan borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

16. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 337-ci maddəsinə istinadən hesab edib ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış şifahi borc müqaviləsi əhəmiyyətsiz əqd olmuş, müqavilə, qanunun forma tələbi ilə bağlı şərtlərin pozulması ilə bağlanmışdır. Həmin müqavilənin əhəmiyyətsiz əqd olması müəyyən edildiyindən, müqavilə üzrə Cavabdeh1 aldığı məbləğləri iddiaçıya geri qaytarmalıdır.

17. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıdan aldığı 15000 ABŞ dolları məbləğində borcdan 5000 ABŞ dollarını qaytardığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutu (sübutları) məhkəmələrə təqdim edə bilməmişdir. Buna görə də Cavabdeh1 iddiaçının xeyrinə borcun əvəzi olaraq 15000 ABŞ dolları məbləğində pul tutulmalı və tutma məhz Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə əsasən həyata keçirilməlidir.

18. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin “15.000 ABŞ dolları məbləğində pul vəsaitin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsinin tətbiq edilməklə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4.942,55 ABŞ dolları məbləğində faizlərin Cavabdeh1 iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı göstərib ki, tərəflər arasındakı borc müqaviləsi əhəmiyyətsiz əqd olması səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinin tətbiqi istisna olunduğu üçün həmin tələb məhz bu əsasla rədd edilməlidir.

19. Apellyasiya instansiya məhkəməsi iddiaçının pulun digər iki cavabdehdən də tutulmalı olması barədə apellyasiya şikayətinin dəlilləri üzrə isə qeyd edib ki, Mülki Məcəllənin 471-ci maddəsinə görə, zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. İşin hallarından və elə iddiaçı tərəfin verdiyi məlumatlardan bəlli olmuşdur ki, iddiaçı ilə Cavabdeh2 və Laçın İsmayılov arasında zaminliklə bağlı müqavilələr bağlanmamışdır. Başqa sözlə müəyyən edilmişdir ki, müzakirə edilən tələb əsassız olmuşdur. Lakin birinci instansiya məhkəməsi müzakirə edilən bu tələbi göstərilən əsasla deyil, tələbin əsaslandırılması əsası ilə təmin etməmişdir.

20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337, 449, 471 və 740-cı maddələri ilə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023cü il tarixli, 2(102)-1227/2023 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(103)-5672/2022 nömrəli qətnaməsi 4942,55 ABŞ dolları məbləğdə faizin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilən hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır.

16. Ali Məhkəmənin qərarının əsaslarına görə, “- 38. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 15000 ABŞ dolları məbləğdə pul vəsaitinin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsi tətbiq edilməklə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4942,55 ABŞ dolları məbləğdə faizlərin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. - 39. Belə ki, iddiaçı həmin tələbini cavabdehin onun pul vəsaitini qanunsuz saxlaması ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin iddianı rədd edərkən bunu onunla əsaslandırıb ki, tərəflər arasındakı borc müqaviləsi əhəmiyyətsiz əqd olması səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinin tətbiqi istisna olunduğu üçün həmin tələb məhz bu əsasla rədd edilməlidir. - 40. Məhkəmə kollegiyası həmin iddianın qeyd edilən əsasla rədd edilməli olması ilə bağlı apellyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmır. - 41. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. - 42. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 43. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 337.5-ci maddəsində müqavilənin əhəmiyyətsiz olduğu hallarda Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsini istisna edən müddəa yoxdur. Apellyasiya instansiyasının nəyə görə bu nəticəyə gəlməsi qətnamədən görünmür. - 44. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı borc müqaviləsinin əhəmiyyətsiz əqd olması səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinin tətbiqinin istisna olunduğunu göstərsə də, gəldiyi nəticəni istinad etdiyi həmin maddi hüquq normaları baxımından əsaslandırmamış, eyni zamanda həmin tələbi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı kontekstində də qiymətləndirməmişdir. - 45. Bundan başqa, iddiaçı 4942,55 ABŞ dolları məbləğində pulu öhdəliyin vaxtında icra edilməməsi ilə əlaqələndirib. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin pulu zərər kimi tələb edib-etməməsinə də aydınlıq gətirməyib. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faiz məbləği MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələbləri baxımından zərər kimi qiymətləndirilib. - 46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası 15000 ABŞ dolları məbləğdə pul vəsaitinin qanunsuz saxlanılmasına görə bank uçot dərəcəsi tətbiq edilməklə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 4942,55 ABŞ dolları məbləğində faizin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilməsi hissəsində apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır və həmin hissədə qətnamə ləğv edilməlidir.”

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin 11-14-cü bəndlərində qeyd olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verib, təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

26. Cavabdeh1 öz apellyasiya şikayətinə uyğun izahat verib, təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarı: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.”

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarı: “ 2. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.”

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətləri ilə qətnamə bütövlükdə mübahisələndirilsə də, iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmənin 13 mart 2023-cü il tarixli, 2(102)-1227/2023 nömrəli qərarı ilə, 4942,55 ABŞ dolları məbləğdə faizin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddianın rədd edilən hissəsində ləğv edilib, iş həmin hissədə apellyasiya baxışına göndərildiyindən və qətnamə geri qalan hissələrdə qanuni qüvvəsini aldığından məhkəmə aktı yalnız 4942,55 ABŞ dolları məbləğdə faizin Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissədə və apellyasiya şikayətlərinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – 4942,55 ABŞ dolları məbləğdə faizin Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində ləğv elilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, eyni hissədə iddia qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə maddi hüquq normaları pozulmuş düzgün tətbiq edilməmişdir.

34. Birinci instansiya məhkəməsi 4942,55 ABŞ dolları məbləğdə faizin Cavabdeh1 tutulmasını Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandırmışdır.

35. Habuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən bu norma əsasında faizlərin tutulması üçün iddiaçı qarşı tərəfin pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini sübuta yetirməlidir. Əks təqdirdə faizlərin bu norma əsasında tutulması mümkün deyildir. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən məhkəməyə belə bir sübut təqdim olunmamışdır.

36. Bu halda isə faizlərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(102)-1227/2023 nömrəli qərarının 45-ci bəndində qeyd olunduğu kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən həyata keçirilməlidir. Həmin maddənin məzmununa görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

37. Hazırkı situasiyada da kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb etməsi mümkün olmadığından məhkəmə kollegiyası hesab edir ki, pul vəsaitinin gecikdirilməsinə görə faizlər Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən tutulmalıdır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan faiz məbləği MM-in 21.2, 443.1 və 443.2ci maddələrinin tələbləri baxımından zərər kimi qiymətləndirilmişdir.

39. Apellyasiya şikayətində faizlərin tutulmasının başlanğıcı da mübahisə olunan haldır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərizəsində pul vəsaitini 2018-ci ilin mart ayından başlayaraq tələb etdiyinə müddət 01 mart 2018-ci il tarixdən iddia ərizəsinin verildiyi 21 avqust 2021-ci il tarixə qədər olan dövrü (3 il 5 ay 20 gün) əhatə etməlidir. Belə olduğu təqdirdə həmin dövr üçün tutlumalı olan faiz borcunun məbləği 2604,5 ABŞ dolları təşkil edir.

40. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin faiz borcunun tutulması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin bu hissəsində ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə həmin hissədə ləğv olunaran yeni qətnamə çıxarılmalı, 2604,5 ABŞ dolları ABŞ dolları

41. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, e-2(004)- 5514/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, e-2(004)- 5514/2021 nömrəli qətnaməsi qismən - 4942,55 ABŞ dolları məbləğində faizin tutulmasının rədd edilməsi hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Eyni hissədə iddia qismən təmin edilsin. 2604,5 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar