Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3428/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Eyvazov Rafael Əmir oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "Cavabdeh MMC-yə qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-136/2023 saylı, 21 fevral 2023-cü il tarixli nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən İddiaçı peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə 2012-ci ilin may ayından etibarən peşə xəstəliyi ilə əlaqədar zərərə görə ödənilməsi nəzərdə tutulan aylıq ödəncin, eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı ödəniləcək aylıq ödəncin gecikdirilən hər gününə 2012-ci ilin may ayının 1-dən qətnamə icra olunanadək 2 faiz məbləğində ödəncin əmək haqqı və müəyyən edilmiş əmək haqqıya uyğun olaraq ödənc şirkət (MMC) tərəfindən hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən yenidən hesablanaraq yaranmış fərqin İddiaçı ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən cavabdeh əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 2012-ci ilin may ayından etibarən peşə xəstəliyi ilə əlaqədar zərərə görə Cavabdeh MMC tərəfindən İddiaçı peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə aylıq ödəncin verilməsi, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faizdən fərqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 80 faizə uyğun ödəncin verilməsi davam etdirilməsi, qətnamənin qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edərsə, həmin faiz 80 faizdən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödənc həmin faizə uyğun verilməsi, cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödəniləcək aylıq ödəncin gecikdirilən hər gününə 2012-ci ilin may ayının 1-dən qətnamə icra olunanadək 2 faiz məbləğində ödəncin tutulması qət edilmişdir. Qeyd edilən icra vərəqəsi "xxxx" MMC tərəfindən tam həcmdə və lazımi qaydada icra olunmamışdır. Belə ki, "xxxx" MMC icra vərəqəsi üzrə İddiaçı aylıq ödəncini 1306,2 manatdan hesablayaraq, 01 may 2012-ci ildən 31 avqust 2015-ci il tarixə qədər dövr üçün 52248 manat aylıq ödənci və aylıq ödəncin gecikdirilmiş hər gününə görə 30199 manat hesablayaraq bank hesabı vasitəsilə cəmi 82447,34 manatı 25 avqust 2015-ci il tarixdə Nəsimi icra şöbəsinin hesabına köçürmüşdür. İcra vərəqəsi üzrə köçürülmüş məbləğin açıqlamasına dair "xxxx" MMC tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, müəssisə 40 ay ərzində ödənilməmiş ödənci bir dəfəyə ödəmiş (1306,2 manat x 40 aya = 52248 manat) və yalnız 2012-ci ilin may ayının ödəncinin 2%-ni (1306,2 manat x 0,02 = 26,12 manat) həmin ödəncin gecikdirilmiş günlərinin sayına, yəni 1156 günə vurmaqla (26,12 manat x 1156 gün = 30199,34 manat) ümumilikdə 82447,34 (52248 + 30199,34 = 82447,34) manat məbləğində ödəniş etmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra vərəqəsi Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2018-ci ildə icra məmuru tərəfindən icra icraatına xitam verilmişdir. Tərəfimizdən icra məmurunun “İcraata xitam verilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-887/2015 nömrəli 13 fevral 2019-cu il tarixli qərardadı ilə şikayəmitimiz təmin edilməmişdir. Lakin, məhkəmə 2(103)-887/2015 nömrəli 13 fevral 2019-cu il tarixli qərardadında izah etmişdir ki, hazırda tam icra ilə bağlı fikir ayrılığı var: icra məmuru və borclu hesab edir ki, tam icra olub, tələbkar isə hesab edir ki, tam icra olmayıb. Tərəflər öz mövqelərini əsaslandırmaq üçün aylıq ödəncin məbləğinə istinad edirlər, onların hesablamaları fərqli olduğundan fikir ayrılığı yaranır. Yəni, hazırki mübahisə əslində aylıq ödəncin məbləği barədədir. Aylıq ödəncin məbləği mübahisəli olduğundan onun gecikdirilməsinə görə verilən ödənclərin məbləği də mübahisəlidir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, mülki işə mahiyyəti üzrə baxılarkən aylıq ödəncin miqdarı barədə məsələ mübahisə predmeti olmayıb, ona görə də aylıq ödəncin pul ifadəsi (hansı məbləğdə verilməsi, hansı pul vahidi ilə verilməsi və s.) araşdırılmayıb. Mübahisə predmeti olan məsələ ödəncin verilib-verilməməsi olub, məhkəmə mübahisəni həll edərək qət edib ki, borclu ödənci verməlidir. Borclu isə qətnaməni icra edib, yəni ödənci verib. Qətnamədə göstərilən «80 faiz ödəncin miqdarını yox, əmək qabiliyyətinin itirilmə faizini bildirir. İşə mahiyyəti nüzrə baxılarkən ödəncin pul ifadəsi həll edilmədiyinə görə qətnamənin icrası zamanı bu məsələ həll edilə bilməz. Qətnamədə məbləğ göstərilmədən «aylıq ödəncin verilməsi» qət edildiyinə görə borclunun özünün düzgün hesab etdiyi məbləği (əmək qabiliyyətinin 80 faiz itirilməsinə uyğun hesab etdiyi məbləğ) verməsi «aylıq ödəncin verilməsi» hesab olunur, bununla da qətnamə tam icra Olunmuş sayılır. Eyni qayda gecikməyə görə verilməli olan ödəncə də aiddir, çünki o, aylıq ödəncin məbləğində nisbətdə müəyyən olunur. Odur ki, icra sənədi tam icra olunmuş sayılmalıdır. İcra sənədi üzrə icraata xitam verilməsi tələbkarı ümumi qaydada «pul tələbi barədə» iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Əgər o, hesab edir ki, borclu ona aylıq ödənc kimi 52.248 manat, gecikməyə görə ödənc kimi 30.199,34 manat deyil, daha çox məbləğ verilməlidir, belə halda iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, iddia ərizəsinin məzmununda istədiyi məbləği göstərməlidir. Cavabdeh tərəfindən mübahisəli məbləği ödəyərkən aylıq ödəncin məbləğinin müəyyən edilməsində və gecikdirilən məbləğə görə icra gününə qədər gecikdirilmiş məbləğin 2% ödəncində tam ödəməni həyata keçirməməsi səbəbindən hazırki iddia ərizəsilə məhkəməyə müraciət etmək qərarına gəldik. Belə ki, birincisi İddiaçı Cavabdeh MMC-nin fəaliyyətə başladığı ilk gündən həmin şikrətdə işləmişdir. Onunla və bütün digər işçilərlə əmək müqaviləsi bağlanılarkən əmək haqqı ABŞ dolları ilə müəyyən edilmiş və hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən ödənilirdi. Cavabdeh MMC-nin rəhbərliyi ilə Azərbaycan Respublikasının vətəndaşı İddiaçı arasında bağlanmış 01 sentyabr 2007-ci il tarixli 002 saylı Əmək müqaviləsi və həmin müqaviləyə 01 sentyabr 2008-ci il tarixli 001 nömrəli Əlavənin 4.1 maddəsində işçinin aylıq Ümumi Əmək haqqı ABŞ dollarına ekvivalent olan məbləği təşkil edir. Müqavilənin 4.2 maddəsində “Hər ayın sonuncu iş günündə Şirkət işçinin xalis əmək haqqını (yəni, işçi tərəfindən ödənilən bütün vergi və ödəmələri çıxdıqdan sonra, işçinin alacaq əmək haqqı) Azərbaycan Respublikası milli valyutasında - Manatla (AZN) - Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən işçinin bank hesabına köçürülməlidir. Göründüyü kimi Cavabdeh MMC-nin rəhbərliyi arasında Azərbaycan Respublikasının vətəndaşı İddiaçı arasında bağlanmış Əmək Müqaviləsinin yuxarıda qeyd edilən maddələrinin tələblərinə uyğun peşə əmək qabiliyyətinin itirimə faizi nəzərə alınmaqla 2012-ci ilin may ayına qədər şirkət tərəfindən hər ay ABŞ dollarının Azərbaycan RespublikasıMilli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən vətəndaş İddiaçı ödənc ödənilmişdir. 01 sentyabr 2007-ci il tarixli 002 nömrəli Əmək Müqaviləsinin 4.1 və 4.2 maddələrinin və ona 01 sentyabr 2008-ci il tarixli 001 nömrəli Əlavənin 2-ci maddəsinin şərtlərinə görə İddiaçı əmək haqqı və müəyyən edilmiş əmək haqqıya uyğun olaraq ödənc şirkət (MMC) tərəfindən hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən ödənilməlidir. İkincisi, orta əmək haqqının hesablanması cədvəlindən göründüyü kimi İddiaçı əlilliyə görə ödənilməli orta əmək haqqı şirkət tərəfindən 1.931,56 ABŞ dollarımüəyyən edilmişdir. Şirkət tərəfindən İddiaçı hesablanmış orta aylıq əmək haqqı nəzərə alınmaqla 2012-ci ilin may ayından 2015-ci ilin avqust ayına qədər orta aylıq əmək haqqının 80 %-i ilə aylıq ödənc məbləği 1.545,25 (bir min beş yüz qırx beş dollar iyirmi beş sent) ABŞ dolları müəyyən edilir (1.931,56 x 80% = 1.545,25). Müəyyən edilmiş aylıq ödəncə uyğun olaraq şirkət tərəfindən hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə (avqust 2015-ci ilə) olan mübadilə məzənnəsinə (1 ABŞ dolları / 1,05 AZN) əsasən İddiaçı gecikdirilən 40 aya görə ödənilməli məbləğ 64.900,50 (altmış dörd min doqquz yüz manat əlli qəpik) manat müəyyən edilir (1.931,56 ABŞ dolları x 80% = 1.545,25 ABŞ dolları; 1.545,25 ABŞ dolları x 40 ay = 61.810,0 ABŞ dolları; 61.810,00 ABŞ dolları x 1,05 = 64.900,50 AZN). Üçüncüsü, icra vərəqəsi üzrə köçürülmüş məbləğin açıqlamasına dair "xxxx" MMC tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, müəssisə yalnız 2012-ci ilin may ayının ödəncinin 2%-ni (1306,2 manat x 0,02 = 26,12 manat) həmin ödəncin gecikdirilmiş günlərinin sayına, yəni 1156 günə vurmaqla (26,12 manat x 1156 gün = 30199,34 manat) ümumilikdə 82447,34 (52248 + 30199,34 =82447,34) manat məbləğində ödəniş etmişdir. Halbuki, icra sənədinə əsasən 2012-ci ilin may ayının ödənişini xx.xx.2012-ci ildə ödəməli olduğu halda xx.xx.2015-ci ildə ödədiyinə görə gecikmələrin sayı 30 gün deyil, 1186 gündür. 2012-ci ilin iyun ayının ödənişini xx.xx.2012-ci ildə ödəməli olduğu halda xx.xx.2015-ci ildə ödədiyinə görə gecikmələrin sayı 31 gün deyil, 1156 gündür. Bu qayda ilə bütün ayların 2% xx.xx.2015-ci ilə qədər ödəniş günlərinin 30-31 gün azalması ilə hesablanmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli 2(103)-887/2015 nömrəli Qətnaməsi nəzərə alınmaqla 2012-ci ilin may ayından qətnamənin icra olunduğu 25 avqust 2015-ci ilə qədər hər ay üzrə orta aylıq əmək haqqı ilə gecikdirilmiş aylıq ödəncin (1.545,25 ABŞ dolları) gecikdirilmiş hər gün üçün 2% hesabı ilə məbləğ 770.623,39 (yeddi yüz yetmiş min altı yüz iyirmi üç manat otuz doqquz qəpik) müəyyən edilir (1.545,25 ABŞ dolları x 2% = 30,91 ABŞ dolları; 30,91 ABŞ dolları x 23744 gün = 733.927,04 ABŞ dolları; 733.927,04 ABŞ dolları x 1,05 = 770.623,39 manat). Bu hallar “İmza” Ekspertiza Mərkəzinin İEM-722 nömrəli 19 aprel 2022-ci il tarixli rəyi ilə də təsdiq edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(006)- 249/2022 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı “zərərə görə aylıq ödəncin verilməsi, aylıq ödəncin gecikdirildiyi günlərə görə ödəncin verilməsi və maddi ziyanın əvəzinin ödənilməsi barədə” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini, işə mahiyyəti üzrə baxaraq iddiasının təmin olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC tərəfindən İddiaçı peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə 2012-ci ilin may ayından etibarən peşə xəstəliyi ilə əlaqədar zərərə görə ödənilməsi nəzərdə tutulan aylıq ödəncin, eyni zamanda Cavabdeh MMC tərəfindən İddiaçı ödəniləcək aylıq ödəncin gecikdirilən hər gününə 2012-ci ilin may ayının 1-dən qətnamə icra olunanadək 2 faiz məbləğində ödəncin əmək haqqı və müəyyən edilmiş əmək haqqıya uyğun olaraq ödənc şirkət (MMC) tərəfindən hər ay ABŞ dollarının Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan mübadilə məzənnəsinə əsasən yenidən hesablanaraq yaranmış fərqin ödənilməsini təşkil edir. Yəni ödəncin tutulması ilə ödəncin yenidən hesablanaraq yaranmış fərqin ödənilməsi tamamilə fərqli iddia tələbləridir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-887/2015 nömrəli 13 fevral 2019-cu il tarixliqərardadında məhkəmə izah etmişdir ki, həmin mülki işə mahiyyəti üzrə baxılarkən aylıq ödəncin miqdarı barədə məsələ mübahisə predmeti olmayıb, ona görə də aylıq ödəncin pul ifadəsi (hansı məbləğdə verilməsi, hansı pul vahidi ilə verilməsi və s.) araşdırılmayıb. Mübahisə predmeti olan məsələ ödəncin verilibverilməməsi olub, məhkəmə mübahisəni həll edərək qət edib ki, borclu ödənci verməlidir. Borclu isə qətnaməni icra edib, yəni ödənci verib. Qətnamədə göstərilən «80 faiz ödəncin miqdarını yox, əmək qabiliyyətinin itirilmə faizini bildirir. İşə mahiyyəti üzrə baxılarkən ödəncin pul ifadəsi həll edildiyinə görə qətnamənin icrası zamanı bu məsələ həll edilə bilməz. Qətnamədə məbləğ göstərilmədən «aylıq ödəncin verilməsi» qət edildiyinə görə borclunun özünün düzgün hesab etdiyi məbləği (əmək qabiliyyətinin 80 faiz itirilməsinə uyğun hesab etdiyi məbləğ) verməsi «aylıq ödəncin verilməsi» hesab olunur, bununla da qətnamə tam icra olunmuş sayılır. Eyni qayda gecikməyə görə verilməli olan ödəncə də aiddir, çünki aylıq ödəncin məbləğində nisbətdə müəyyən olunur. Odur ki, icra sənədi tam icra olunmuş sayılmalıdır. İcra sənədi üzrə icraata xitam verilməsi tələbkarı ümumi qaydada «pul tələbi barədə» iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Əgər o, hesab edir ki, borclu ona ödənc kimi 52.248 manat, gecikməyə görə ödənc kimi 30.199,34 manat deyil, daha çox məbləğ verilməlidir, belə halda iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, iddia ərizəsinin məzmununda istədiyi məbləği göstərməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh tərəf şikayətə etiraz göndərərək şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnamə ilə qət olunub ki, 2012-ci ilin may ayından peşə xəstəliyi ilə əlaqədar zərərə görə Cavabdeh MMC tərəfindən İddiaçı aylıq ödənc ödənilməsi, xx.xx.2012-ci il tarixdən qətnamə icra edilənədək aylıq ödəncin gecikdirildiyi hər günə görə cavabdeh tərəfindən iddiaçıya gecikdirilən məbləğin 2 faizi məbləğində ödənc ödənilməsi, iddianın qalan hissəsinin isə rədd olunması qət edilmişdir. Daha sonra mülki işə apellyasiya qaydasında baxılıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə qət edilib ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilsin, 2012ci ilin may ayından etibarən cavabdeh tərəfindən iddiaçının peşə əmək qabiliyyətinin 80 faiz itirilməsinə görə aylıq ödənc verilsin, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faizdən fərqli miqdarı TSEK tərəfindən təyin ediləcəyi tarixədək 80 faizə uyğun ödəncin verilməsi davam etdirilsin, qətnamənin qəbul edilməsindən sonra TSEK peşə əmək qabiliyyətinin itirilmə fiaizini təyin edərsə, həmin faiz 80 fazidən fərqli olarsa, fərqli faizin təyin edildiyi tarixdən etibarən aylıq ödənc həmin faizə uyğun verilsin, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Hazırda isə iddiaçı hər hansı bir məbləğ göstərmədən yenidən qeyd olunan tələblə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəlləsinin 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən tələblərlə bağlı qanuni qüvvədə olan məhkəmə aktı mövcud olduğundan həmin tələblərə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabix Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-136/2023 saylı, 21 fevral 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3428/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3428/2023
10.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver