Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3430/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada müəyyən edilməsi, çıxarılma və sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraat dayandırılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “payın naturada müəyyən edilməsi, çıxarılma və sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-942/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakdan çıxarılması və boşaldılaraq təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və digərlərinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən 0.0882 ha torpaq sahəsindən və ümumi sahəsi 324.8 kv.m olan daşınmaz əmlak kompleksindən (4 saylı kafe (Gilavar) çıxarılması, həmin sahələrin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini dəyişdirərək ünvan 2 ünvanında yerləşən 0.0882 ha torpaq sahəsində ümumi sahəsi 324,8 kv.m olan daşınmaz əmlak kompleksinin “hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışda göstərildiyi kimi iddiaçıya məxsus 85 faiz payının naturada müəyyən edilməsi, həmin sahədən cavabdehlərin çıxarılması və sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etdi və vəsatətini onunla əsaslandırdı ki, iddiaçı Cavabdeh1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı hərracın və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı münasibətdə çıxarışın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia qaldırmışdır. Ona görə də hesab edir ki, hazırki iş üzrə mübahisə predmetinə dair əmlak barəsində iddiaçının adına verilmiş çıxarış inzibati məhkəmə qaydasında mübahisələndirildiyindən hazırki işə baxılması mümkün deyil.
4. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-942/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən mülki iş üzrə icraatın, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı hərracın və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı münasibətdə çıxarışın ləğv edilməsinə dair 2-1(112)-7146/2023 saylı iş üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı hərracın və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı münasibətdə çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 Şəxsi tərəfindən ünvan 3 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli hərracın və Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs İddiaçı arasında daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli müqavilənin etibarsız hesab olunması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 Şəxsi tərəfindən qeydə alınmış daşınmaz əmlaka mülkiyyət hüququna dair müvafiq çıxarışın üçüncü şəxs İddiaçı nisbətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinə dair 2-1(112)-7146/2023 nömrəli iş inzibati məhkəmənin icraatındadır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı hərracın və daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı münasibətdə çıxarışın ləğv edilməsi tələbinə dair 2-1(112)-7146/2023 nömrəli iş üzrə mübahisə predmeti hazırki mülki iş üzrə mübahisə predmetinə dair iddiaçıya məxsus hüquqmüəyyənedici sənədin ləğv edilməsindən ibarət olduğundan hazırki mülki işə baxılması mümkün deyildir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət ilə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-942/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini və mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mülki işin materiallarında olan sübutları tam araşdırmadan qanunsuz qərardad qəbul etmişdir ki, bu da iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Belə ki, iddiaçı mübahisəli sahəni qanuni yolla əldə etmiş və vicdanlı alıcıdır. Həmçinin, cavabdeh həmin əmlakın 85 fazinin iddiaçıya satılması barədə məlumatı hazırkı mübahisə başlamazdan 1 (bir) ildən artıq müddətdə bilmiş, lakin ötən dövrdə iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında alğı-satqı müqaviləsini mübahisələndirməmiş, yalnız iddiaçı özünə məxsus ərazini qanunsuz zəbt etmiş və hazırda istifadə edən cavabdehlərin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bu isə vicdanlı alıcı və mülkiyyətçi olan iddiaçının öz mülkiyyətindən istifadə etməsini daha artıq müddətdə məhdudlaşdırmaq, eyni zamanda, hazırkı mülki işi məqsədli şəkildə uzatmağa xidmət edir. Lakin hazırkı vəziyyətdə işə baxılmasını mümkünsüz edən heç bir əsas mövcud deyildir və iddia tələbi də cavabdehin təqdim etdiyi çıxarışa uyğun olaraq dəyişdirilmişdir. Həmçinin, cavabdeh özü də iddiaçıya bildirmişdir ki, sözügedən əmlak kompleksinin 85 faizi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçıya təklif olunsa da, tələb edilən vəsaiti ödəyə bilmədiyi üçün qalan ərazini almamışdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, Bakı İnzibati Məhkəməsində qaldırılan iddianın uğurluluq ehtimalı sıfıra bərabərdir. Belə ki, iddiaçı həmin əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmiş və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş hərrac Azərbaycan Dövlət Televiziyası (AzTV) vasitəsilə canlı olaraq yayımlanmışdır.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-942/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, hazırkı iş üzrə İddiaçı mübahisəli torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2ın çıxarılması və sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi xahiş edir.
14. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili X6 şəxsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə müraciət edərək mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı verilmiş çıxarışı mübahisələndirmiş və ləğv edilməsini xahiş etmişdir.
15. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksinin 85 %-i İddiaçı, 15%- isə Cavabdeh1 mülkiyyətindəndir. Cavabdeh1 İddiaçı adına əmlak kopleksinin qeydiyyatına əsas olmuş hərracı mübahisələndirərək bildirir ki, ümumi paylı mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq inzibati məhkəmənin icraatında olan işə baxılanadək hazırki mülki işin icraatını dayandırmışdır.
16. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, “..Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. İş üzrə icraatın dayandırılması— məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir”.
17. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındakı hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutmuşdur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın və iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktlar müəyyən edilmiş olsun.
18. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iş üzrə icraatın dayandırılması ilə bağlı ərizəsinin təmin edilməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-942/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev