Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3433/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(003)-242/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.X13, Cavabdeh və X7 ilə iranlı Barat adlı şəxs arasında kartof alğı-satqısı ilə əlaqədar biznes fəaliyyəti mövcud olmuş, İranlının etimadını qazanmaq üçün əvvəlcə Cavabdeh öz xalası qızına məxsus topaq sahəsini İranlının göstəridiyi şəxsin adına girov qoymuş, daha sonra Sübhan 55000 manat dəyərində malı satıb pulunu İranlıya göndərmədiyindən, girov qoyulmuş torpağın əldən çıxma təhlükəsi yarandığından həmin girov predmeti olan torpaq sahəsi Cavabdeh xahişi ilə İddiaçı məxsus 0,12 ha torpaq sahəsi ilə əvəzləşdirimiş, aralarında olan razılaşmaya əsasən cavabdeh xalası qızının torpağını girovdan çıxardıqdan sonra iddiaçının pulunu ödəməli və təqribən 2-3 ay müddətində iddiaçıya ya pulunu ya da torpağını verməli olmasına baxmayaraq, cavabdeh həmin pulu iranlıya verə bilmədiyi üçün o, (İranlı) iddiaçının torpağını cavabdehin xalası qızının girovda olan torpağı ilə əvəz edərək satmışdır. 2.Beləqan Rayon Məhkəməsinin qüvvədə olan 04 aprel 2019-cu il tarixli, 2(020)-466/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar X13 və X8 cavabdeh X5 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 07 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 55000 manat pulun, girov qoyulmuş 120000 manat dəyəri olan və İddiaçı məxsus torpağın girovdan azad olunması üçün qalan 65000 manat, gejikdirməyə görə 5000 manat, girova görə ödəməli olduğu 18000 manat, cəmi 93000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qətnamə ilə iddia qismən təmin edilərək cavabdeh X2 oğlundan 55000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçılar X13 və Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. 3.İddiaçı Cavabdeh xalası qızının torpağının iddiaçının əmlakı hesabına və cavabdehin iddiaçını aldatması hesabına iranlının girovundan çıxarılmasını, bunun nəticəsində onun öz torpağından məhrum olmasını və nəticədə Cavabdeh əsassız varlandığını iddia edərək sonuncuya qarşı hazırkı tələblə məhkəmə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60000,0 manat məbləğində pulun və ya 0.12 ha torpağının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, Mayak bagları massivində yerləşən 0,12 sot torpağı var idi və həmin torpağı satmaq üçün elan vermişdi. 2018-ci ildə Cavabdeh adlı şəxs ona yaxınlaşaraq bildirdi ki, o, bir nəfər iranlı ilə iş görür və iranlının etimadını qazanmaq və ondan nisyə mal ala bilməsi üçün iranlının Azərbaycanda olan inandığı şəxsin adına notarial qaydada daşınmaz əmlak rəsmləşdirməli (girov qoymalı) idi. Cavabdeh iranlının göstərdiyi şəxsin adına öz xalası qızına məxsus 180000,0 manat qiymətləndirilmiş torpaq sahəsini rəsmləşdirdiyini və bundan sonra iranlı ona mal verdiyini bildirdi. Eyni zamanda cavabdeh bildirdi ki, o, burda həmin malı Rüstəmlə (qaynı) birlikdə bazarda satış edən Sübhan adlı şəxsə verib satılmasını təşkil edir. Lakin Sübhan 55000 manat dəyərində malı satıb pulunu iranlıya göndərməmişdir və bunun nəticəsi olaraq həmin iranlı ilə arasında mübahisə yaranmış və iranlıda olan cavabdehin xalası qızına məxsus torpağın iranlı tərəfindən mənimsənilməsi təhlükəsi yarandığından iddiaçıdan ona kömək etməyini və hazırda satmaq istədiyi 120000,0 min manat dəyərində olan torpağını iranlının Azərbaycanda olan inandığı şəxsin adına rəsmləşdirməyi xahiş etdi. Əlisahib bildirdi ki, bu pulun qaytarılması üçün ona az bir müddət lazımdı, lakin iranlı təkidlə ya pulu ya da torpağı satmağı tələb edir. Torpağın satılacağı təqdirdə onun xalası qızının ailəsində müəyyən problemlər yarada, münaqişələrə səbəb ola bilər. Razılaşmaya əsasən cavabdeh xalası qızının torpağını iranlının girovundan çıxardıqdan sonra onun pulunu ödəyəcək və təqribən 2-3 ay müddətində iddiaçıya ya pulunu ya da torpağını verməli idi. Lakin cavabdeh həmin pulu iranlıya verə bilmədiyi üçün o, iddiaçının torpağını cavabdehin xalası qızının girovda olan torpağı ilə əvəz edərək satmışdır. O, bununla bağlı cavabdehə irad bildirəndə o narahat olmamağını, Sübhanı məhkəməyə verdiyini və pulu ondan alıb iddiaçıya qaytaracağını bildirdi. Cavabdeh Beyləqan Rayon Məhkəməsinə müraciət edərkən qeyd edilənləri etiraf etmiş, onun günahı ucbatından 120000 manat dəyəri olan torpağının mənimsənilməsinə səbəb olduğunu qeyd etməklə və Sübhandan pulun tutulmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 2(020)-466/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin bu günədək cavabdeh nə pulunu nə torpağını qaytarmamışdır. İddiaçı məcburiyyət qarşısında qalıb polis orqanlarına müraciət etmiş, lakin cavabdeh orda tamamilə həqiqətə uyğun olmayan ifadələr verərək nə torpağını nə pulunu qaytarmır. Cavabdeh xalası qızının torpağı iddiaçının əmlakı hesabına və onun iddiaçını aldatması hesabına iranlının girovundan çıxarmışdır. Nəticədə əsassız varlanan Əlisahib olmuş, lakin bu məsələ istintaqda araşdırılmamışdır. Eyni zamanda istintaqda dindirilən şahidlərin ifadələri də nəzərə alınmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq Cavabdeh 60000,0 manat məbləğində pulun və ya 0,12 ha torpağının alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmiş, izahatında bildirmişdir ki, Vidadini, Mətləbi və Rüstəmi uşaqlıqdan tanıyır. Rüstəmin ona 3000 manat borcu olsa da, qaytara bilmirmiş. Rüstəm həmin ərəfədə demişdir ki, Sübhan adlı dostu irandan kortof vurmaq istəyir və kartofu iranlı bir şəxsin göndərəcəyini demişdir. Lakin iranlının şərti olmuşdur ki, nisyə kartof göndərə bilər, amma torpaq lazımdır ki, iranlının etibar etiyi şəxsin adına girov qoyulsun. Bu halda iranlı nisyə kartof göndərəcəkdir. O, xalası qızının satdıq torpaq sahəsi olduğunu, lakin onlrın öz aralarında danışmalı olduqlarını bildirmişdir. Bu zaman Rüstəm bildirmişdir ki, onun xalası qızı Əsli Əliyevanın torpağını iranlının adına keçirsinlər və bunun müqabilində Əsliyə hər ay 3000 manat pul versinlər. Bundan sonra o, da xalası qızına bu barədə demişdir. Sonradan Əsli ilə Rüstəm öz aralarında danışaraq razılığa gəlmişlər. Onların arasında olan söhbətə o, qarışmamışdır. Sonradan notariusda xalası qızı Əslinin torpağını iranlının göndərdiyi adamın adına keçirmişlər. Bir müddət sonra məlum olmuşdur ki, xalası qızına pul vermədiyindən narazıçılıq olmuş və Əsli torpağını geri istəmişdir. Vidadinin torpağının pulunu Sübhan və Rüstəm qaytaracaqmış. Lakin sonra Sübhan həbsxanaya düşmüş, Rüstəm də Vidadinin pulunu qaytarmamışdır. Onun bu işdə heç bir gəliri və marağı olmayıb, buna görə də iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. 7.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 fevral 2024-cü il tarixli, 2(003)-242/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ramilə Xəzri) iddia tələbi təmin edilməmişdir. 8.Məhkəmədə şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Rüstəm onun qardaşıdır. Rüstəmin kartof biznesi barədə məlumatı olmamışdır. Sonradan məlum olmuşdur ki, qardaşı Rüstəm Əlisahib və Sübhan ilə kartof biznesinə daxil olmuşlar və bu məqsədlə Əlisahibin xalası qızına məxsus torpağı kartofu göndərməli olan iranlı şəxsin etibar etdiyi adamın adına keçirmişlər. İranlı isə kartofu nisyə göndərmiş və İranlıya 55 000 manat borc yaranmışdır. O, xəbər tutanda aydın olmuşdur ki, qardaşı Rüstəm bu borca şərikdir. Məlum olmuşdur ki, Əlisahibin xalası qızının torpağını iranlı Barat adlı şəxs borcun əvəzinə satmaq istəyir. İlk öncə öz torpaq sahəsini təklif etmiş, lakin iranlının adamı həmin torpaq sahəsini bəyənmədiyindən qəbul etməmişdir. Sonra qərara gəliblər ki, Vidadidən xahiş etsinlər ki, öz satlığa qoyduğu Mayak bağlarında yerləşən 12 sot torpağını İranlı Barata versin. Barat isə bununla razılamışdır. Həmin ərəfələrdə, yəni təxminən 2018-ci ildə Vidadi, Rüstəm və Əlisahib onun yaşadığı evə gəlmişlər və torpaq məsələsi barədə söhbəti davam etdirmişlər. Vidadidən eşitmişdir ki, Əlisahib həddən artıq Vidadidən xahişlər edirmiş ki, torpağı geri qaytaracaq, Mətləb və Əlisahib hərəsi 30 000 manat verməlidir. Bu söhbətdən sonra Əlisahib Vidadiyə söz verərək 30 000 manatı verəcəyini bildirmişdir. 9.Məhkəmədə şahid qismində dindirilmiş X19 verdiyi ifadəsində bildirmişdir ki, Vidadini əvvəllər tanımayıb. Əlisahib onun xalası oğludur. Rüstəmin Əlisahibin qonşusu kimi tanımışdır. Xalası oğlu Əlisahib Rüstəmin onunla danışmaq istədiyini demişdir. Rüstəm alver etmək üçün ona məxsus torpaq sahəsinin girov qoyulmasını xahiş etmiş, bunun əvəzində ona hər ay 3000 manat pul verəcəyini demişdir. Maddi vəziyyəti pis olduğundan Rüstəmlə razılaşmış və notariat ofisinə getmişdir. Bir neçə ay keçsə də cəmi 1 dəfə Rüstəm ona 500 manat pul vermişdir. Sonradan onun torpaq sahəsinin satılacağını eşitmiş və bu səbəbdən Rüstəmdən ona məxsus torpaq sahəsinin qaytarılmasını tələb etmişdir. Bu işlərdə Əlisahibin heç bir işi olmamış, yalnız onun xahişi ilə 1 dəfə notariusa onu aparmışdır. Bütün danışıqları Rüstəmlə öz evində şəxsən aparmışdır. Əlisahib Sübhan adlı şəxslə əvvəldən ticarət əlaqələrinin olduğunu və bu işdə də onunla iş görəcəyini bildirmişdir. 10.Məhkəmədə şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində qeyd etmişdir ki, Sübhan adında oğlanla alver etmək istəmişdir. Sübhan təklif etmişdir ki, girov şəklində torpaq və ya ev qormaqla iş görmək olar. Bir neçə gün sonra Əlisahib xalası qızının torpağı olduğunu və onu girov qoymaq mümkün olduğunu demişdir. Sübhan, o, Əlisahib və onun xalası qızı bu işdə pul qazanmalı idilər. Sübhan Əlisahibin xalası qızına ayda 3000 manat pul verəcəklərini demişdir. Məqsədləri irandan göndərilən kartofu qəbul edərək satıb malın pulunu iranlıya göndərmək, qalan gəliri isə aralarında bölmək olmuşdur. Lakin Sübhan onları aldatdıqlarından pul qazana bilməmişdilər. Bu səbəbdən işləri düz getməmiş və Əlisahibin xalası qızının torpağının əldən getməsinə razı olmamışlar. Bu səbəbdən də Vidadidən ona məxsus torpağı girov qoymasını xahiş etmişlər. Vidadi ilə münasibətləri yaxşı olmadığından sonuncu ona razılıq verməmişdir. Bu səbəbdən onun qardaşı Mətləb Vidadi ilə söhbət edərək bu barədə xahiş etmişdir. Eşitdiyinə görə həmin söhbətdə qardaşı Mətləb və Əlisahib iştirak etmiş, onun üzərinə düşən borcun əvəzini Mətləb ödəmiş, bir hissəsinin əvəzinə isə özünə məxsus torpaq sahəsini vermişdir. Əlisahibin xalası qızını əvvəldən tanımışdır, lakin ona məxsus torpaq sahəsini girov qoymaq üçün birlikdə notariusa getmişlər. Beyləqan Rayon Məhkəməsinə Əlisahib ilə birlikdə iddia vermişlər. Orda da Vidadinin torpaq sahəsini Əslinin torpaq sahəi ilə əvəzləşdirdiklərini qeyd etmişlər. 11.İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 2(020)- 466/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia qısmən təmin edilmiş, cavabdeh X2 65000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumun alınıb iddiaçılar X14 və Cavabdeh hesabına ödənilməsi, iddia cavabdeh X2 girov qoyulmuş 120000 manat dəyəri olan və İddiaçı məxsus torpağın girovdan azad olurmusı uçün qalan 65000 manat, gecikdirməyə görə 5000 manat, girova görə ödəməli olduğu 18000 manat, cəmi 88000 manat məbləğində pulun alınıb iddiaçılar X15 və Cavabdeh hesabına ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. 12.İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət təqibi üzrə icraata xitam verilməsi barədə” qərarın surətindən görünür ki, Cavabdeh barəsində ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin material üzrə izahat vermiş Cavabdeh İddiaçı torpaq sahəsini qaytarmalı olduğuna və ya ona pul ödəməli olduğunda dair hər-hansı bir öhdəliyinin olmadığını qeyd etmişdir. 13.İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ №0658871 saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinin sürətindən görünür ki, İddiaçı Bakı şəhər Xəzər rayonu Şüvəlan qəsəbəsi 51 saylı BTK-nın 1230K saylı bağ sahəsini X6 24000,0 manat dəyərinə satmışdır. 14.Məhkəmə müəyyən etmişdir ki, mübahisə predmeti olan Bakı şəhər Xəzər rayonu Şüvəlan qəsəbəsi 51 saylı BTK-nın 1230K saylı bağ sahəsi xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən X4 adına qeydiyyata alınmışdır. Beyləqan Rayon Məhkəməsinin qətnaməsi ilə X2 65000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumun alınıb X14 və Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə təmin edilmiş məbləğin hüquqi əsasını tərəflər arasında bağlanmış kredit müqaviləsi təşkil etmişdir. 15.Məhkəmə mübahisə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehdən onun xeyrinə torpağının girovdan azad olunması üçün 60000,0 manat məbləğində pulun və ya 0,12 ha torpaq sahəsinin geri qaytarılmasını xahiş etmiş, öz tələbini cavabdehin onu aldatması nəticəsində torpağına dair alğı-satqı müqaviləsi bağlaması ilə əsaslandırmışdır və iddiaçının əmlakı hesabına cavabdehin varlanmış olduğunu qeyd edir. Lakin iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. 16.Məhkəmənin mövqeyinə görə Cavabdeh iddiaçının hesabına əsassız varlanmamışdır. Belə ki, sözügedən daşınmaz əmlakın alıcısı o deyildir, onlar arasında heç bir yazılı və ya şifahi razılaşma olmamış və iddiaçı qarşısında vəzifələrin daşıyıcısı olması barədə də hər hansı sənəd və ya cavabdeh tərəfindən edilmiş etiraf müəyyən edilməmişdir. Buna görə də İddiaçı göstərilən müqavilədən yaranmış nəticələrin icrasını cavabdehdən tələb etməkdə haqlı deyildir. 17.Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədiyindən, o cümlədən iddiasının əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında işin hər hansı bir halı ilə təsdiq edilmədiyindən, iddia əsassızdır. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 386.1, 1092.1, 1092.2-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xalası qızının torpağını iddiaçıya məxsus torpaqla əvəzləşdirmiş nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh iddiaçının pulunu və ya torpağını geri qaytaracağına söz versə də, bunu etməkdən imtina etmiş və əsassız olaraq varlanmışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. İş üzrə Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(020) 466/1029 saylı qanuni qüvvəyə minmiş müvafiq qətnaməsi olduğu halda məhkəmə onu sübut kimi qiymətləndirilməmişdir. Məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, işlə bağlı Beyləqan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində öz əksini tapmış hallara düzgün qiymət verilməmişdir. Cavabdeh Beyləqan Rayon Məhkəməsinə müraciət edərkən sübut kimi qeyd etdiyi halları faktiki olaraq inkar etsə də məhkəmə bu halı nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 23.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, o, istintaqda verdiyi izahatında həqiqətən qeyd edib ki, torpağa görə Vidadiyə 1980 manat qaytarmışdır. Bunu ona görə edib ki, Vidadi ondan torpağın pulunu istəyirdi, o da məcbur olub ödəyib. O, Rüstəmlə birlikdə Sübhana qarşı Beyləqanda iddia da vermişlər. O, həmin iddianı könüllü olaraq verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Maddə431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 27.Maddə 431.2.Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 28.Maddə 431.3.Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü ºəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 29.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 30.Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 33.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 37.Belə ki, iddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının yaxın dostu olmuş, cavabdehin iş gördüyü bir nəfər İranlının etimadını qazanmaq və ondan nisyə mal ala bilməsi üçün İranlının Azərbaycanda olan inandığı şəxsin adına notarial qaydada daşınmaz əmlak rəsmləşdirməli (girov qoymalı) idi. Cavabdeh İranlının göstərdiyi şəxsin adına öz xalası qızına məxsus 180000,0 manat qiymətləndirilmiş torpaq sahəsini rəsmiləşdirdiyini və bundan sonra İranlı ona mal verdiyini bildirmişdir. Eyni zamanda cavabdeh bildirmişdir ki, o, burda həmin malı Rüstəmlə (qaynı) birlikdə bazarda satış edən Sübhan adlı şəxsə verib satılmasını təşkil edir. Lakin Sübhan 55000 manat dəyərində malı satıb pulunu İranlıya göndərməmişdir və bunun nəticəsi olaraq həmin İranlı ilə arasında mübahisə yaranmış və İranlıda olan cavabdehin xalası qızına məxsus torpağın İranlı tərəfindən mənimsənilməsi təhlükəsi yarandığından iddiaçıdan ona kömək etməyini və iddiaçıya məxsus 120000,0 min manat dəyərində olan torpağını İranlının Azərbaycanda olan inandığı şəxsin adına rəsmləşdirməyi xahiş etmiş və iddiaçı da onun bu xahişini yerinə yetirmişdir. Razılaşmaya əsasən cavabdeh xalası qızının torpağını İranlının girovundan çıxardıqdan sonra onun pulunu ödəyəcək və təqribən 2-3 ay müddətində iddiaçıya ya pulunu ya da torpağını verməli idi. Lakin cavabdeh həmin pulu İranlıya verə bilmədiyi üçün o, iddiaçının torpağını cavabdehin xalası qızının girovda olan torpağı ilə əvəz edərək satmışdır. O, bununla bağlı cavabdehə irad bildirəndə o, narahat olmamağını, Sübhanı məhkəməyə verdiyini və pulu ondan alıb iddiaçıya qaytaracağını bildirmişdir. Cavabdeh Beyləqan Rayon Məhkəməsinə müraciət edərkən qeyd edilənləri etiraf etmiş, onun günahı ucbatından 120000 manat dəyəri olan iddiaçının torpağının mənimsənilməsinə səbəb olduğunu qeyd etməklə və Sübhandan pulun tutulmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli 2(020)- 466/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Lakin bu günədək cavabdeh nə pulunu, nə torpağını qaytarmamışdır. 38.Məhkəmə iddia tələbinin əsasını təşkil edən halların iddiaçı tərəfindən sübut edilə bilməməsinə və eyni zamanda iş materialları ilə öz təsdqini tapmamasına istinad edərək iddianı rədd etmişdir. 39.Məhkəmə kollegiyasının sorğusuna əsasən Beyləqan Rayon Məhkəməsindən tələb edilmiş iddiaçılar X13 və Cavabdeh X5 qarşı borc tələbinə dair mülki işdən görünür ki, iddiaçılar X13 və X8 cavabdeh X5 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 07 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 55000 manat pulun, girov qoyulmuş 120000 manat dəyəri olan və İddiaçı məxsus torpağın girovdan azad olunması üçün qalan 65000 manat, gecikdirməyə görə 5000 manat, girova görə ödəməli olduğu 18000 manat, cəmi 93000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsində iddiaçılar qeyd etmişlər ki, Sübhan şərikinə bağlanmış müqavilənin şərtlərini pozaraq, iddiaçılardan xəbərsiz, kartofu gizli qəbul edərək, öz tanışları arasında bölüşdürərək, mənimsəmişdir. Beləliklə də iddiaçılardan əlavə, İrandan nisyə göndərilmiş kartofun borcu vaxtında ödənilmədiyindən şişərək, 54 min manata çatdığından Barat İrandan kartof göndərməyi dayandıraraq, ona çatacaq 54 min manat borcun əvəzində girov qoyulmuş və dəyəri 180 min manat olan torpağı öz nümayəndəsi X4 adına özününküləşdirmişdir və həmin torpaq sahəsinin girovdan azad edilməsinə Əkbərzadə dəfələrlə söz versədə, bu ana qədər sözünə əməl etməmişdir. Göründüyü kimi, X7 8 maşın kartofu sataraq, iddiaçının pullarını mənimsədiyindən, Cavabdeh xalasına məxsus 6 sotu 180 min manat dəyərində torpağı girovluqdan azad etmək mümkün olmadığından, onu müvəqqəti olaraq, biabırçılıqdan qurtarmaq məqsədi ilə, Bakı şəhəri Almaz İldırım küçəsi, döngə 6, ev yaşayan İddiaçı məxsus və dəyəri 120 min manat olan 12 sot torpaq sahəsi ilə əvəzləşdirdilər. X1 öz sözünə yenə də əməl etmədi və iddiaçıların təkidi ilə, 7 mart 2018-ci il tarixdə, Bakı şəhəri 22 saylı notariat kontoruna gələrək, torpağı girovdan azad etmək üçün 55 min manat pulu 20 mart 2018-ci il tarixə qədər qaytaracağı barədə kredit müqaviləsi (müqavilənin təsdiq olunmuş surəti ərizəyə əlavə olunur) imzalamışdır. Bağlanmış kredit müqaviləsinin 2-ci bəndində qeyd edilir ki, Borc alan krediti 20.03 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 8-ci bəndinin tələbinə görə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı qeyd edilir. Göründüyü kimi iddiaçılar ona bir neçə dəfə əlavə vaxt versələr də, Əkbərzadə Sübhan qeyd edilən borcu yenə də qaytarmamış və onun günahı ucbatından iddiaçılar dəyəri 120 min manat olan və İddiaçı məxsus torpağı vaxtında girovdan azad edə bilməmişlər. Ona görə də torpaq sahibi İddiaçı hazırda iddiaçılardan özünə məxsus torpağını və ya hazırkı bazar qiymətinə dəyərini tələb edir. Lakin baş vermiş bu hadisələrin cavabdehi olan Əkbərzadə Sübhan kredt borcunu və torpağın qalan dəyərini bu gün də ödəməkdən müxtəlif bəhanələrlə yayınır və buna görədə 2018-ci ilin avqust ayında Xəzər rayon prokurorluğuna müraciət etməli oldular, lakin nəyə görə isə onlar işi araşdırılması üçün (bu barədə Nəsimi RPİ-nin qəbul etdiyi qərarın surəti ərizəyə əlavə olunur) Nəsimi RPİ-nə göndərmişdir. 40.Beləqan Rayon Məhkəməsinin 04 aprel 2019-cu il tarixli, 2(020)-466/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X2 oğlundan 55000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçılar X13 və Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. 41.Həmin mülki işdən görünür ki, cavabdeh X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçılar X13 və Cavabdeh məhkəmədə iddia qaldıraraq ondan 07 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 55000 manat pulun, girov qoyulmuş 120000 manat dəyəri olan və İddiaçı məxsus torpağın girovdan azad olunması üçün qalan 65000 manat, gecikdirməyə görə 5000 manat, girova görə ödəməli olduğu 18000 manat cəmi 88000 manat və ödənilmiş 30 manat dövlət rüsumun tutulub onların hesabına ödənilməsi barədə iddia qaldırmışlar. Onun həqiqətən də iddiaçılara cəmi 55000 manat borcu vardır. Ona görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. 42.Göründüyü kimi hazırki iş üzrə İddiaçı qeyd etdiyi hallar-X13, Cavabdeh və X7 ilə İranlı Barat adlı şəxs arasında kartofun nisyə alğı-satqısı ilə əlaqədar birgə biznes fəaliyyətinin mövcudluğu, Beyləqan Rayon Məhkəməsinin icraatında olmuş yuxarıda qeyd olunan iş üzrə iddiaçı olan, hazırki üzrə Cavabdeh tərəfindən də etiraf edilərək sonuncunun iddia ərizəsində öz əksini tapmışdır. 43.Həmin mülki işdən göründüyü kimi iş üzrə iddiaçı olan, hazırki iş üzrə Cavabdeh xalası qızına məxsus girov qoyulmuş torpağı hazırki iş üzrə iddiaçı Sülymanov Vidadiyə məxsus 120000 manat dəyərində olan torpaq sahəsi ilə əvəzləşdirdiyini etiraf etmişdir. 44.Bundan başqa, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin xitam olunması barədə Xəzər Rayon Polis İdarəsinin cinayət işi materiallarından görünür ki, həmin istintaq üzrə dindirilən İddiaçı ifadəsində qeyd etmişdir ki, Əlisahib ona xüsusi ilə yalvarmışdır ki, xalası qızının evi əldən çıxmasın. Rüstəm və Əlisahib bildirdilər ki, ümumi olaraq 60000 manata torpağı razılaşaq, 30000 manatı Rüstəm, 30000 manatı isə Əlisahib verəcəkdir. Əlisahib bildirdi ki, 10 gün ərzində 20000 manat, 2 ay ərizində isə 10000 manat verəcəkdir. Rüstəm də verəcəyini bildirdi. Lakin Rüstəm pulu qaytarsa da, Əlisahib pulunu vermədi. 5 il ərzində Əlisahibdən böyük problemlərlə cəmi 1980 manat pul ala bilmişdir. Lakin qalan pulu qərəzli şəkildə verməkdən imtina edir. Əlisahib dələduzluq yolu ilə 30000 manatını ələ keçirmişdir. 45.Məhkəmə kollegiyasının iclasında da Cavabdeh torpağa görə iddiaçıya 1980 manat pul qaytardığını etiraf etmişdir. Bu hal həmçinin istintaq materiallarında Vidadi ilə Əlisahibin üzləşməsi protokolunda Əlisahibin özünün etirafı ilə də təsdiq olunur. 46.Beləliklə Beyləqan Rayon Məhkəməsinin 2(020)-466/2019 saylı mülki işindən, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin xitam olunması barədə Xəzər Rayon Polis İdarəsinin cinayət işi materiallarından müəyyən olunur ki, X13, Cavabdeh və X7 ilə İranlı Barat adlı şəxs arasında kartof alğı-satqısı ilə əlaqədar biznes fəaliyyəti mövcud olmuş, İranlının etimadını qazanmaq üçün əvvəlcə Cavabdeh öz xalası qızına məxsus topaq sahəsini İranlının göstəridiyi şəxsin adına girov qoymuş, daha sonra Sübhan 55000 manat dəyərində malı satıb pulunu İranlıya göndərmədiyindən girov qoyulmuş torpağın əldən çıxma təhlükəsi yarandığından həmin girov predmeti olan torpaq sahəsi Cavabdeh xahişi ilə (həmin vaxtı Vidadi ilə Rüstəmin münasibətləri soyuq olmuşdur. Bu hal ********* saylı “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” materialda Cavabdeh xx.xx.2023-cü il tarixli izahatında öz əksini tapmışdır) İddiaçı məxsus 0,12 ha torpaq sahəsi ilə əvəzləşdirilmiş, aralarında olan razılaşmaya əsasən cavabdeh xalası qızının torpağını girovdan çıxardıqdan sonra iddiaçının pulunu ödəməli və təqribən 2-3 ay müddətində iddiaçıya ya pulunu ya da torpağını verməli olmasına baxmayaraq, cavabdeh və Rüstəm həmin pulu İranlıya verə bilmədiyi üçün, cavabdeh iddiaçının torpağını öz xalası qızının girovda olan torpağı ilə əvəzləşdirmişdir. 47.Belə ki, Beyləqan Rayon Məhkəməsinə verilən iddia ərizəsində də Cavabdeh qeyd etmişdir ki, onun xalasına qızına məxsus 6 sotu 180 min manat dəyərində torpağı girovluqdan azad etmək mümkün olmadığından, onu müvəqqəti olaraq, biabırçılıqdan qurtarmaq məqsədi ilə, Bakı şəhəri Almaz İldırım küçəsi, döngə 6, ev yaşayan İddiaçı məxsus və dəyəri 120 min manat olan 12 sot torpaq sahəsi ilə əvəzləşdirmişlər. Əkbərzadə Sübhan qeyd edilən borcu yenə də qaytarmamış və onun günahı ucbatından iddiaçılar (X13 və Cavabdeh) dəyəri 120 min manat olan və İddiaçı məxsus torpağı vaxtında girovdan azad edə bilməmişlər. Ona görə də torpaq sahibi İddiaçı hazırda iddiaçılardan özünə məxsus torpağını və ya hazırkı bazar qiymətinə dəyərini tələb edir. 48.Həmçinin, cavabdeh iddiaçıya 1980 manat pul verdiyini məhkəmə kollegiyasının iclasında etiraf etmişdir. Cinayət işinin xitam olunması barədə istintaq materiallarında 2000 manat (10 ay ərizində hər ay 200 manat olmaqla) verdiyini bildirsə də, məhz həmin məbləğdə pul verdiyini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, iddiaçı tərəfindən ona ödənilən məbləğ 1980 manat həcmində təsdiq olunmuşdur. 49.Həmçinin, istintaq materialları ilə müəyyən olunur ki, torpağa görə qaytarılmalı olan 60000 manatın 30000 manatı X13 tərəfindən qaytarılmışdır. 50.İş materiallarında olan "xxxx" MMC-nin 15 avqust 2023-cü il tarixli, 02-147/23 saylı rəyinə əsasən ünvan ünvanı və yaxın ətraf ərazisində yerləşən, xüsusi mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinin 15 avqust 2023-cü il tarixə bazar dəyəri 0,01 ha-10000 manat, 0,12 ha-120000 manat təşkil edir. 51.Məhkəmə kollegiyası Cavabdeh özlərinin biznes fəaliyyəti ilə əlaqədar İddiaçı məxsus 60000 manat dəyərində torpaq sahəsini, girov predmeti olan, öz xalası qızına məxsus torpaq sahəsi ilə əvəzləşdirdiyini işdə olan sübutlara əsasən etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehin digər şəriki ilə bağlı borclarına görə öz mülkiyyətində olan torpaq sahəsini əvəzləşdirdiyindən, danışığa əsasən X13 tərəfindən iddiaçıya 30000 manat ödənilsə də, cavabdeh öz üzərinə düşən pulu ödəmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, torpaq sahəsinin dəyəri 60000 manatdan artıq olsa da, iddiaçı cavabdehdən və X9 torpağın, ya da torpağa görə 60000 manatın qaytarılmasını xahiş etmişdir. 52.Göründüyü kimi, iddiaçı MM-nin 431-ci maddəsinə əsasən cavabdehin öhdəliyini icra etmişdir. 53.Hazırki işin hallarından da göründüyü kimi cavabdehin İranlı qarşısında olan öhdəliklərinin təminatı üçün qohumunun girov predmeti olan torpaq sahəsi, iddiaçının torpaq sahəsi ilə əvəzləşdirimişdir. 54.Torpaq əvəzləşdirilərkən aralarında olan razılaşmaya əsasən cavabdeh xalası qızının torpağını girovdan çıxardıqdan sonra təqribən 2-3 ay müddətində iddiaçıya ya pulunu ya da torpağını verməli olmasına baxmayaraq, torpağa görə cəmi 1980 manat məbləğində pul ödəmişdir. 55.Məhkəmə kollegiyası cavabdehin öz üzərinə heç bir öhdəlik götürməməsi, sırf iddiaçının ondan əl çəkməsi ilə üçün ona 1980 manat məbləğində pul verməsi ilə bağlı qeyd etdiyi dəlilləri əsassız hesab edərək, qeyd edir ki, bu dəlillər onun Rüstəmlə birlikdə Sübhana qarşı Beyləqan Rayon Məhkəməsində qaldırdığı iddia üzrə mülki iş materialları, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11, X10 ifadələri, Beyləqan Rayon Məhkəməsində işə baxılarkən cavabdeh Sübhanın öz etirafları ilə bir daha təkzib olunur. 56.Göründüyü kimi iddiaçı özünə məxsus torpaq sahəsindən Cavabdeh digər şərikləri ilə birlikdə yaranmış öhdəliklərinin icrası nəticəsində məhrum olmuş, əksinə cavabdeh digər şəriki ilə birlikdə Beyləqan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X2 55000 manat məbləğində pulun onlara ödənilməsi barədə qətnamə qəbul edilməsinə nail olmaqla əsassız varlanmışlar. 57.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd olunan halların, Beyləqan Rayon Məhkəməsində cavabdehlərin iddia ərizəsində etiraf etməsini bildirməsinə, Xəzər RPİ-nin ********* nömrəli cinayət işinin xitam olunması barədə istintaq materiallarına istinad etməsinə baxmayaraq, həmin iş materiallarını tələb edərək araşdırmamış, iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirməmişdir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 58.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Rzayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 may 2017-ci il tarixli Qərarında vurğulanmışdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. 59.Göstərilən halları araşdırmadan və qiymətləndirmədən birinci instansiya məhkəməsinin iddiaçının cavabdehə qarşı tələbinin, iddianın əsasını təşkil edən halların iş materialları ilə öz təsdiqini tapmamasına istinad edilməklə təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. 60.Bu kontekstə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbini rədd edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. 61.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində torpağın dəyəri kimi 60000 manatın ödənilməsini tələb etsə də, Xəzər RPİ-nin ********* nömrəli cinayət işinin xitam olunması barədə istintaq materiallarından göründüyü kimi, o, öz izahatında 60000 manatın yarısı 30000 manatın X13 tərəfindən ödənildiyini etriaf etmiş, Cavabdeh tərəfindən ödənilməli olan 30000 manatından yalnız 1980 manat ödəniş edildiyi iş materialları ilə öz təsdiqini tapmışdır. 62.Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi qismən təmin ediləmli, Cavabdeh 28020 manat (60000-30000-1980=28020) tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 63.Qeyd olunan xüsusatları ümumləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(003)-242/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 28020 manat pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(003)-242/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 28020 (iyirmi səkkiz min iyirmi) manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3433/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3433/2024
25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver