Məhkəmə qərarları › İş №2(103)-3439/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3439/2025

18.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-3439/2025 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Cümşüd Rəşid oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: ("maddi ziyanın ödənilməsi”) hakimlər Talışinski Fuad Şəmsəddin oğlu (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi vəkil Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı İbrahimov Cümşüd Rəşid oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona dəymiş 5000 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ## ### 2019-cu ildə dostları Dilsuz Musayev, Şərif Kərimli və Dəyanət Osmanlıdan söhbət əsnasında öyrənmişdir ki, Azərbaycanda “xxxx” adlı şirkət fəaliyyət göstərir və onların da üzv olduqları bu şirkətdən qoyduqları pulun müqabilində hər ay 30% qazanc əldə edirlər. Şirkətin Bakı ofisinə Cavabdeh adlı bir qadın rəhbərlik edir. Belə asan qazanc onu da maraqlandırdı və o, səhərisi gün Dəyanət Osmanlı və Dilsuz Musayevlə görüşüb həmin ofisə, Cavabdeh yanına yollandılar. Görüşdülər və Arifə xanım “xxxx” şirkətinin etibarlı və beynəlxalq səviyyədə tanınmış bir şirkət olduğuna ona inandırdı. Lakin həmin gün o, tanışlıq məqsədi ilə gəldiyindən Arifə xanıma pul verə bilmədi. Danışdılar ki, sabah pulu gətirəcək. Səhəri gün saat 16 radələrində o, yenidən Dəyanət və Dilsuzla görüşüb bir daha Arifə xanımın görüşünə getdilər (Zeynal Xəlil küçəsi, 11). Uzun illərdi pensiyasını toplayıb 5 min manat pul cəmləmişdi. Fikirləşdi ki, bu pulu evdə çürütməkdənsə, versin qazanc əldə eləsin. Açığı, dostları da verdikləri məbləğin müqabilində Arifədən faiz alırdılar. O, gətirdiyi 5 min manatı sayıb Dəyanətə verdi, Dəyanət də öz növbəsində pulları sayıb Arifə xanıma verdi. Arifə xanım pulları götürüb seyfə qoydu və kompüterdə onun adına loqin açdı, parol yazdı. Sonra onları xırda kağız parçalarına köçürüb ona verdi. Bildirdi ki, o, pulları birbaşa banka qoya bilmir, Bakıda xüsusi adam var, o, götürdüyü pulları ona verir, o isə bu pulları kriptovalyutaya çevirib mərkəzi ofisə göndərir, oradan isə onların faizləri gəlir. Əslində Arifə xanımın dediyi həmin adamı heç kəs tanımırdı, hamı Arifə xanımla “alış-veriş” edirdi. Səhərisi gün tezdən Dəyanət ona zəng edib bildirdi ki, bəs eşitdiyinə görə “xxxx” şirkəti bağlanıb. Onlar danışıb səhər 9-da Arifə xanımın kirayəyə götürdüyü ofisə gəldilər. Bu zaman onun oğlu idarə etdiyi “Ford” markalı mikroavtobusu həyətdə saxlayıb ev və məişət əşyalarını maşına yükləyirdi ki, aradan çıxsın. Lakin onlar onu dayandırdılar. Tezliklə həyətdə bir neçə zərərçəkmiş də yığışdı, o cümlədən dostları Şərif müəllim də gəldi. Onlar Arifədən pullarını tələb etdilər. O bildirdi ki, o hamısını göndərib. Ona dedi ki, “Arifə xanım, axşam saat 4-5 arası, ona 5 min manat vermişdir, özünüzün dediyinizə görə həmin pulları heç yerə köçürmürsünüz, kiməsə aparıb əlbəəl verirsiniz. Axşam da tələsikdə onu aparıb verə bilməzdiniz, ona görə də, o sizdədir, heç yerə verməmisiniz”, xahiş edir onun qəpik-qəpik yığdığı pensiya pullarını qaytarsın. Bu zaman oğlu ona hücum elədi və onlar əlbəyaxa oldular. Arifə xanım aranı sakitləşdirmək üçün onlara dedi ki, Nərimanov parkının yanında bir çayxana var, gedəyin orada oturub sakitcə müzakirə edəyin. Onlara isə,yəni Şərif Kərimliyə və ona dedi ki, sizin qoyduğunuz məbləğ böyük olduğu üçün sizin vəsaitinizi başqa bir şirkətə yönəldəcək, onlar normal fəaliyyət göstərirlər. O da orada təmsil olunur. Səhər Arifə xanımla yenidən görüşdülər. O, onları H.Əliyev Mərkəzinin yanında hündür bir binada yerləşən ofisə gətirdi. 40-45 yaşlarında olan bir kişi ilə tanış edib bildirdi ki, bu şirkətin valyutası “coin”dir və onlar müxtəlif hərraclar təşkil edərək brend malların satışını təşkil edir və “ölən” pulları dirildirlər. “O, onları ora yazır və pullarını “coin”ə çevirib hərraclarda iştirakınızı təşkil edəcək ki, pullarınızı dirildəsiniz.” O özünün tərtib etdiyi (əllə yazılmış) bir “ərizə-qəbz” forması çıxardı və onlara qol çəkdirdi. Açığı, hər şeydən əlləri boşa çıxdığına görə, ürəklərində inanmasalar da, “ərizə-qəbzi” imzaladılar. Arifə rus dilində yazdığı bu “ərizəqəbzdə” iddia edirdi ki, guya “xxxx” şirkətində maliyyə problemi yarandığına görə özünün üzv olduğu “xxxx” şirkətindəki hesabından Şərif Kərimliyə “xxxx”da itirdiyi 2000 avroya görə “xxxx”dakı kabinetinə “Princ-86” loqininə 70 coin, həmin şirkətə təzə üzv olmuş Cümşüd İbrahimova isə həmin hesaba 2500 avro hesabı ilə 86 coin hədiyyə olaraq köçürür. Onun hesabı olmadığına görə hər ikisinin “vəsaiti” Şərif Kərimlinin adına açılmış hesabda cəmləşdirilir. Həmin dövrdə mövcud olan valyuta kurslarını da təhrif edən Arifə onun 5000 manatını avronun o zamankı kursuna (1,85 manat) rəğmən 2702 avro yazmaq əvəzinə, 2500 avro göstərir. (Bura qədər yazdıqlarının canlı şahidi olan, özü də zərərçəkmiş qismində Arifənin tələsinə düşmüş Şərif Kərimli dediklərini inanır ki, təsdiq edər.) Xeyli müddət gözləyib nəticə görmədiyindən, o, hüquq-mühafizə orqanlarına şikayət etdi. Şərif müəllim yaşadığı stresslərdən ağır ürək əməliyyatı keçirdiyindən, bu işləri o tək görməli oldu. Nərimanov rayon polis idarəsində müstəntiq R Elnur Məmmədov şahidləri çağırmadan Arifəni ayrıca dəvət edib dindirdi, heç bir üzləşmə etmədən Arifəni təmizə çıxaran formada qərar verdi (## ###### 2022ci il) və onun əməlində cinayət tərkibi olmadığını elan etdi. O, qərardan Nərimanov rayon prokurorluğuna şikayət verdi. Prokurorluq qərarı ləğv etdi və işi yenidən baxılmaq üçün rayon polis idarəsinə göndərdi. Bu dəfə işə müstəntiq R Aqil Qasımov baxdı. O, Arifəni və onu dəvət etdi. O, tələbini bir daha təkrar etdi: “Banklarda sistemin işləmədiyi bir halda (axşam saat 18 radələrindən sonra) onun pulu heç yerə köçürülə bilməzdi, ona görə də, onun 5 min manatını Arifə xanım heç yerə köçürməyib, pul onda qalıb və mənimsəyib.” Bu zaman müstəntiq onu bayıra çıxardı. Arifə ilə təkbətək nə danışdılarsa, o, içəri daxil olanda, öz qərarını elan etdi ki, cinayət tərkibi olmadığına görə şikayət rədd olunur. Sonra ona məsləhət gördü ki, belə işlərlə Narkotiklərlə Mübarizə İdarəsi məşğul olur, siz ora müraciət edin. O da belə etdi. Narkotiklərlə Mübarizə İdarəsinə yazılı şikayət göndərdi. Qəribədir ki, həmin şikayəti yenidən Nərimanov polis idarəsinə göndərildi və batdı. O, sonuncu imdadı məhkəmədən gözləyir. Ümid edir ki, məhkəmə onun illərlə pensiyanı toplayıb düzəltdiyi 5 min manatın Cavabdeh tərəfindən mənimsənilməsinə imkan verməyəcək, ona dəymiş ziyanın və məhkəməyə ödədiyi rüsumun cavabdeh tərəfindən ödənilməsini təmin edəcək.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi R X8 cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2022-ci il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İbrahimov Cümşüd Rəşid oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayt işinin başlanması rədd edilməsi və vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır; - Bakı şəhəri Nərimanov rayon prokuroru R Hidayət Nurəlibəyovun cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında ## ###### 2023-cü il tarixli qərarına əsasən, İbrahimov Cümşud Rəşid oğlunun müraciəti əsasında toplanmış material üzrə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Elnur Məmmədov tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın əsassız və qanunsuz olduğuna görə ləğv edilməsi, materialın əlavə araşdırma aparılması üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır; - Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi R X3 cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2023-cü il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanması rədd edilməsi və vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Qeyd olunan qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh İbrahimov Cümşüd Rəşid oğlunun izahatında göstərdiklərini təkzib edərək, Cümşüd İbrahimova qarşı hər hansı bir formada dələduzluq etmədiyini, sonuncunun verdiyi pulu internetdə balansa qoyduğunu və ondan asılı olmayan səbəblərdən pul qoyduğu “xxxx-Coin” internet portalında coinin dəyərini itirdiyi üçün qoyulan pulun dəyərinin ölməsi səbəbilə Cümşüd İbrahimovun və onun kimi bir çoxlarının pulunu itirdiyini bildirmişdir; - Kərimli Şərif, İbrahimov Cümşüd, Aqafonova Tatayana və Cavabdeh tərəfindən imzalanmış “Ərizə-İltizam”dan görünür ki, “xxxx” kompaniyasında gözlənilməz maliyyə problemləri yaranması ilə bağlı, mən Kərimli Şərif, kömək qismində Cavabdeh hədiyyə kimi 70 coin, belə ki, o da xxxx kompaniyasının partnyorudur (1 coinin kurs üzrə 30 evro olduğu üçün 2000 evro) və özünün xxxx kabinetindən Princ 86 loqin adı altında, eləcə də, “xxxx” şirkətində eyni vəziyyətdə olan İbrahimov Cümşüdün adına da hədiyyə olaraq 85 coin (2500 evro) xxxx kabinetindən Princ 86 loqin adı altında almışdır. Və həmin vaxtdan Arifə xanıma heç bir pritenziyamız yoxdur və bunu şahidlərin iştirakı ilə öz imzamızla təsdiq edirik. Əgər xxxx” şirkəti öz fəaliyyətini bərpa edərsə, bu müqavilə ləğv olunacaqdır. ## #### 2019-cu il tarixdən hər dəfə Princ 86 kabinetinə 10 coin köçürülür, ümumi məbləğ 155 coin təşkil edir”; - Təqdim olunmuş “xxxx” şirkətinin rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, 3000 ABŞ dolları məbləğində vəsait ## ### 2019-cu il tarixdə iddiaçının həmin internet səhifəsində yaradılmış elektron kabinetinə yüklənmişdir; - Şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, o, Naibə xanımı “xxxx” şirkətindən tanıyır. Cümşud müəllimin və onun ortaq dostu rəhmətə getmiş Dilsuz Musayev onu Arifə xanımla tanış etmişdi. İlk əvvəl o, həmin rəhmətə gedən dostu Dilsuzla birlikdə “xxxx” şirkətinə pul qoymuşlar. Cümşüd müəllimin ad günü olan vaxtı, Cümşüd müəllim dedi ki, pensiya pulunu yığmışdır və həmin şirkətə qoyub faiz götürmək istəyir. Həmin günün sabahısı onun iştirakı olmadan günorta vaxtı Cümşüd müəllim digər ortaq dostları olan Dəyanətlə gedib “xxxx” şirkətinə 3000 ABŞ dollar pul qoyublar. Lakin Arifə xanım deyib ki, müəyyən pul çatmır, əlavə faiz də ödəməlidir. Cümşüd müəllim qalan pulu sabahsı gətirib Arifə xanıma verib. Həmin günün axırı xəbər gəldi ki, “xxxx” şirkəti bağlanıb. Sabahısı günü Cümşud müəllimlə Arifə xanımın yanına getdilər. Həmin vaxt Arifə xanım əşyalarla birlikdə köçürdü. Həmin yerdə Cümşüd müəllimlə Arifə xanımın oğlu arasında dava düşdü. Ondan sonra Arifə xanım onu və Cümşüd müəllimi qırağa çəkərək, başqa bir şirkətə getdiyini bildirdi və onlara dedi ki, 1 həftə gözləsinlər, şirkət açılmazsa, bütün faizləri geri qaytararlar. Cümşüd müəllimin tələbi o idi ki, pulu günorta verib, 2-3 saat sonra Arifə xanım pulu başqa adama verir, o da sistemə vurur. Həmin adamı onlar tanımır. Lakin həmin günün sonu “xxxx” şirkəti bağlanıb, pulu gecə ilə sistemə vura bilməzdilər. Ona görə Cümşüd müəllim pulun geri qaytarılmasını istəyirdi. Arifə xanım da dedi ki, pulu vermişəm. Sonra Arifə xanım onlara başqa şirkəti təklif elədi və bildirdi ki, həmin şirkət hərracla məşğul olur. Həmin şirkətdə dedilər ki, Cümşüdün elektron kabineti yoxdur. Cümşüdün pulunu onun elektron kabinetinə köçürdü Arifə xanım. Həmin şirkətdə Arifə xanımı yaxşı tanıyırdılar. Onlara dedilər ki, bu şirkət hərrac keçirəcək və onlar da pullarını əşya qismində alacaqlar. Həmin şirkət də indi yoxa çıxıb. Onlar ancaq Arifəni tanımışlar. Arifə xanım onlara demişdi ki, o da həmin oyunu oynayır, ancaq onlar Arifə xanımı “xxxx” şirkətinin nümayəndəsi kimi tanıyırdılar. Onlara “xxxx” şirkətindən hər ay 40% gəlir verəcəkləri vədini vermişdilər. Lakin onlar pulun mənbəyini araşdırmamışdılar. Arifə demişdi ki, şirkətə qoyulan pul kompaniyalara qoyulub, ondan sonra faiz əldə edilib, onların da faizini verəcəklər. O, “xxxx” şirkətinə özü 1000 manat, oğlunun adından 200 dollar və işçisinin adından 300 manat pul qoymuşdur. O, qoyduğu puldan hər hansısa faiz götürməmişdir. Onun qoyduğu pulun üstünə faiz gələrək 4000 manat olmuşdu və həmin 4000 manat puldan bir qəpik də götürməmişdi. Arifə son dəfə ona demişdi ki, faizini götürsün, çox yığılmağa qoymasın, o isə bildirmişdir ki, qoy bu ay da qalsın, gələn ay götürər. Onun 4000 manatı da belə itmiş oldu.

3. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçı kimi “xxxx” saytının iştirakçısı olmuş və iddiaçının xahişi ilə onun saytda qeydiyyatdan keçməsinə, yəni adına loqin və parolun açılmasına köməklik etmişdir. “xxxx” şirkətinin rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat ekvivalentində 3000 ABŞ dolları məbləğində vəsait ## ### 2019-cu il tarixdə iddiaçının həmin internet səhifəsində yaradılmış elektron kabinetinə yüklənmişdir. İş materiallarında olan Kərimli Şərif, İbrahimov Cümşüd, Aqafonova Tatayana və Cavabdeh tərəfindən imzalanmış “Ərizə- İltizam”dan görünür ki, cavabdeh özü kimi “xxxx” şirkətinin iştirakçısı olan Kərimli Şərifin adına internet resursunda açılmış elektron kabinetinə, həmin günə 1 ədədinin dəyəri 30 Avro təşkil edən, ümumilikdə 85 ədəd (2550 Avro) “Coin”i (kriptovalyuta) iddiaçının xeyrinə hədiyyə olaraq köçürmüşdür və iddiaçı cavabdehə qarşı heç bir tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin ## ###### 2022-ci il tarixli və ## #### 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarları ilə iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitin sonuncu tərəfdə saxlanması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. İddiaçının cavabdehlər tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 21-ci maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi 5000 manat pulun cavabdehdən tutulması əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə habelə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin tam ləğv edilməsi və iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2, 21.1; Mülki Prosessual Məcəlləsinin 80, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı mülki işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsasından birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddia tələbləri təmin edilməlidir: ## ### 2019-cu ildə iddiaçı Cümşüd İbrahimov dostları Dilsuz Musayev, Şərif Kərimli və Dəyanət Osmanlıdan söhbət əsnasında öyrənir ki, Azərbaycanda “xxxx” adlı şirkət fəaliyyət göstərir və onların da üzv olduqları bu şirkətdən qoyduqları pulun müqabilində hər ay 30% qazanc əldə edirlər. Şirkətin Bakı ofisinə Cavabdeh adlı bir qadın rəhbərlik edir. Bu cür qazanc əldə olunması onu da maraqlandırmış və o, səhərisi gün Dəyanət Osmanlı və Dilsuz Musayevlə görüşüb həmin ofisə, cavadeh Cavabdeh yanına gəlmişlər. Görüş zamanı cavabdeh Cavabdeh “xxxx” şirkətinin etibarlı və beynəlxalq səviyyədə tanınmış bir şirkət olduğunu, həmin şirkətə qoyulmuş pulun itirilməməsi və gəlir gətirilməsinə iddiaçını əmin edərək inandırmışdır. Məhz cavabdeh Cavabdeh həmin şirkətin səlahiyyətli nümayəndəsi olmasına inanaraq səhəri gün, saat 16 radələrində, iddiaçı yenidən Dəyanət və Dilsuzla görüşüb, bir daha cavabdehlə görüşərək uzun illər pensiyasını toplayıb 5 min manat nağd pulu sayıb Dəyanətə vermiş, Dəyanət də öz növbəsində pulları sayıb cavabdeh Cavabdeh təqdim etmişdir. Cavabdeh tərəfindən iddiaçıdan 5000 manat pulun alınmasına dair hər hansı yazılı sənəd tərtib edilməmiş, bütün danışıqlar şifahi söhbət qaydasında aparılmış və bu zaman cavabdeh Cavabdeh bildirmişdir ki, iddiaçıdan aldığı 5000 manat nağd pulların cavabdehliyi onun üzərindədir və həmin pula görə hər ay faiz gəliri ödəyəcəkdir. İddiaçı bu şifahi qaydalarla razılaşıb 5000 manat nağd pulu inanaraq cavabdeh Cavabdeh vermiş, sonuncu isə pulu götürüb seyfə qoymuş və kompüterdə onun adına loqin açaraq parol təyin etmiş, sonra isə onları xırda kağız parçalarına köçürüb iddiaçıya vermişdir. Lakin məhkəmə pulların həqiqətəndə şirkətə yerləşdirilməsini mötəbər sübutlarla təsdiq etməmiş, pulu konkret olaraq cavabdeh tərəfindən kimə təhvil verməsini, bu faktı təsdiq edən sübutların olubolmamasını, guya cavabdeh Cavabdeh 5000 manat pulu alan şəxsin həqiqətən də olubolmaması, həmin şəxs hansı əsaslarla pulu qəbul etməsi, hansı bank və ya digər vasitə ilə şirkətin hesabina köçürüb-köçürməməsi, köçürmənin hansı qaydada həyata keçirilməsini, bu köçürmə hansı mötəbər sübutlarla təsdiqinin tapıb-tapmaması halları məhkəmə tərəfindən dəqiqləşdirilməmişdir. Halbuki, cavabdeh Cavabdeh bildirmişdir ki, pulları birbaşa banka qoya bilmir, Bakıda xüsusi adam var, o, götürdüyü pulları ona verir, həmin şəxs isə bu pulları kripto valyutaya çevirib mərkəzi ofisə göndərir, oradan da onların faizləri gəlir. Əslində isə cavabdehin göstərdiyi həmin şəxsi heç kəslə tanış etməmiş, bütün işləri cavadeh özü görürmüşdür. Mülki işin bu hallarına baxmayaraq, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıdan 5000 manat pulun hansı şərtlərlə alınmasına, həmin şərtlər kim tərəfindən müəyyən olunmasına, iddiaçıya hansı məbləğdə gəlirin verilməsi, hansı dövrdən hansı dövrə kimi hesablanması, pulun geri alınması qaydası hallarına aydınlıq gətirilməmişdir. Eyni zamanda həmin “xxxx” şirkətinin Azərbaycan Respublikasında rəsmi nümayəndəliyinin olub-olmaması, cavabdeh Cavabdeh həmin şirkətə münasibətdə hansısa səlahiyyətlərinin olması, şirkətin fəaliyyətinin nədən ibarət olması, cavabdehin həmin şirkətdə hansısa işə rəsmi qaydada qəbul olunması, əmək vəzifələlərinin nədən ibarət olması hallarına məhkəmə tərəfindən mötəbər sübutlarla aydınlıq gətirilməmişdir. Bu səbəbdən işin halları onu deməyə əsas verir ki, cavabdeh qanunsuz fəaliyyətlə məşğul olaraq, rəsmi səlahiyyətləri olmadığı halda iddiaçı Cümşüd İbrahimova hansısa əsassız yüksək gəlir vəd edərək onun 5000 manat pulunu alaraq ələ keçirmişdir. Məhkəmə isə işin bu hallarına əhəmiyyət verməmiş, nəticədə də məhkəmə səhvə yol verərək qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Mülki işin materiallarından görünür ki, 5000 manat pulun cavabdehə verilməsinin səhərisi gün tezdən iddiaçıya dostu Dəyanət tərəfindən zəng olunaraq “xxxx” şirkətinin bağlanması xəbərini çatdırmışdır. Onlar danışıb səhər 9-da cavabdeh Cavabdeh kirayəyə götürdüyü ofisə gələrək cavabdehin həmin ofisdən əşyalarını götürüb qaçmaq istədiyini müşahidə etmişlər. Bu zaman iddiaçı bunun qarşısını almış və oraya gəlmiş digər zərər çəkmişlərlə birlikdə cavabdehdən pullarını tələb etmişlər. Cavabdeh onlara bildirmişdir ki, bütün pulları göndəribdir. Lakin iddiaçı israrla cavabdeh Cavabdeh tələb etmişdir ki, real olaraq onun 5000 manat pulunu heç cür harasa göndərə bilməzdi, çünki pul işin sonunda verilmiş və cavabdehin seyfində saxlanılmışdır. Buna baxmayaraq, cavabdeh Cavabdeh növbəti dəfə iddiaçını aldadaraq pulun onda olmamasını bildirmişdir. Halbuki, cavabdeh özü iddiaçıya bildirmişdir ki, 5000 manat pulu axşam saat 17 radələrində aldığından həmin pulları heç yerə köçürməmiş və kiməsə aparıb təhvil verəcəkdir. Belə olan halda 5000 manat pulu cavabdeh faktiki mənimsəyərək özündə saxlamış və iddiaçıya qaytarmaqdan imtina etmişdir. Məhkəmə işin bu hallarını nəzərə almamış, cavabdeh tərəfindən iddiaçını aldadaraq alınmış 5000 manat pulun açıq-aşkar qaytarmayaraq ələ keçirilməsi faktı təsdiqini tapmasına baxmayaraq məhkəmə iddianı rədd etməsi barədə qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Bundan başqa, cavabdeh Cavabdeh öz əməllərini ört-basdır etməsi məqsədilə guya iddiaçıya kəməklik göstərərək, fakltiki isə yenidən aldadaraq özünündə təmsil olunduğu başqa bir şirkətə apararaq guya onun vəsaitini normal fəaliyyət göstərən digər şirkətə yönəldəcəkdir. Bu məqsədlə cavabdeh Cavabdeh iddiaçını X4 yanındakı binada yerləşən ofisə gətirmiş, orada 40-45 yaşlarında olan bir kişi ilə tanış edib bildirdi ki, bu şirkətin valyutası “coin”dir və onlar müxtəlif hərraclar təşkil edərək, brend malların satışını təşkil edir və iddiaçının 5000 manat pulunu bərpa edəcəklər. Guya bu məqsədlə cavabdeh Cavabdeh rus dilində yazdığı “ərizə- qəbzdə” qeyd etmişdir ki, guya “xxxx” şirkətində maliyyə problemi yarandığına görə özünün üzv olduğu “xxxx” şirkətindəki hesabından Şərif Kərimliyə “xxxx”da itirdiyi 2000 avroya görə “xxxx”dakı kabinetinə “Princ-86” loqininə 70 coin, həmin şirkətə təzə üzv olmuş Cümşüd İbrahimova isə həmin hesaba 2500 avro hesabı ilə 86 coin hədiyyə olaraq köçürür. İddiaçının hesabı olmadığına görə hər ikisinin “vəsaiti” Şərif Kərimlinin adına açılmış hesabda cəmləşdirilir. Həmin qəbzə də iddiaçı imza ataraq bunu təsdiqləmiş, sonra isə cavabdehin ələ keçirdiyi 5000 manat pulun bu cür hərəkətlərlə geri qaytarmamaq niyyəti ilə edilməsi aşkar olunmuşdur. Səbail rayon məhkəməsi bu halları dəqiqləşdirməyib, cavabdehin bu cür hərəkətlər etməyə səlahiyyətlərinin olub-olmaması araşdırımayıb, hansı qaydada cavabdehin təmsilçilik və nümayəndəlik etməsi hüquqları müəyyənləşdirilməyib, bu kimi vəzifələrin yerinə yetirilməsi səlahiyyətləri ona verilməsinə aydınlıq gətirilməmişdir. Həmin pula görə hər ay faiz gəliri ödəyəcəkdir. İddiaçı bu şifahi qaydalarla razılaşıb 5000 manat nağd pulu cavabdeh Cavabdeh vermiş, sonuncu isə pulu götürüb seyfə qoymuş və kompüterdə onun adına loqin açdı, parol yazdı. Sonra onları xırda kağız parçalarına köçürüb iddiaçıya vermişdir. Məhkəmə pulların həqiqətəndə şirkətə yerləşdirilməsini mötəbər sübutlarla təsdiq etməmiş, pulu konkret olaraq cavabdeh tərəfindən kimə təhvil verməsini, bu faktı təsdiq edən sübutların olub-olmamasını, guya cavabdeh Cavabdeh 5000 manat pulu alan şəxsin həqiqətəndə olub-olmaması, həmin şəxs hansı əsaslarla pulu qəbul etməsi, hansı bank və ya digər vasitə ilə şirkətin hesabina köçürübköçürməməsi, köçürmə hansı qaydada həyata keçirilməsini, bu köçürmə hansı mötəbər sübutlarla təsdiqinin tapıb-tapmaması halları məhkəmə tərəfindən aydınlaşdırmamışdır.

5. Cavabdehin nümayəndəsi vəkil Vəkil Nizami oğlu apellyasiya şikayətinə etiraz etmiş və qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, guya cavabdeh “xxxx” adlı şirkətinin Bakı şəhərində yerləşən ofisinin rəhbəri olmuş və sözügedən şirkətin etibarlı və beynəlxalq səviyyədə nüfuza malik olduğu barədə iddiaçını inandıra bilmişdir və cavabdeh tərəfindən 5000 manat vəsaitin həqiqətən də şirkətə yerləşdirilməsi faktı məhkəmə icraatı zamanı mötəbər sübutlar ilə öz təsdiqi tapmamışdır. İddiaçının yuxarıda qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, cavabdeh də iddiaçı kimi “xxxx” saytının iştirakçısı olmuş və iddia ərizəsində etiraf edildiyi kimi iddiaçının xahişi ilə onu yalnız saytda qeydiyyatdan keçməsinə, yəni adına loqin və parolun açılmasına köməklik etmişdir. Həmçinin, “xxxx” şirkəti xarici ölkədə qeydiyatdan keçmiş və həmin şirkətin ölkəmizdə filialı və nümayəndəliyi olmadığından, cavabdeh bu şirkətin Azərbaycan Respublikasında qanuni təmsilçisi və ya nümayəndəsi ola bilməz, həmçinin onun fəaliyyətinin dayandırılması və ya müflis olması ilə bağlı məsuliyyət daşıya bilməzdi. Əlavə olaraq, iş materiallarına əlavə edilmiş “xxxx” şirkətinin rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat ekvivalentində 3000 ABŞ dolları məbləğində vəsait ## ### 2019-cu il tarixdə iddiaçının həmin internet səhifəsində yaradılmış elektron kabinetinə yüklənmişdir. Cavabdehin guya iddiaçını aldadaraq onun pulunun ələ keçirilməsi dəlilinə, bununla bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin ## ###### 2022-ci il tarixli və ## #### 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarlarının təsviri hissələrinə əsasən, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitin sonuncu tərəfdə saxlanması faktları öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, iş materiallarında mövcud olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında’' Qərarlardan müəyyən etmək olar ki, iddiaçı tərəfindən cavabdehə verilmiş vəsaitin sonuncu tərəfindən özündə saxlanılması faktı təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, guya cavabdeh öz əməllərini ört-basdır etmək məqsədilə iddiaçını aldadaraq yenidən onun vəsaitini başqa şirkətə yerləşdirmişdir. İddiaçının qeyd etdiyi dəlilinə münasibətdə bildirir ki, iş materiallarında mövcud olan ## #### 2019-cu il tarixli iltizamdan müəyyən etmək olar ki, cavabdeh humanistlik göstərərək eyni ilə özü kimi “xxxx” şirkətinin iştirakçısı olan Kərimli Şərifin adına internet resursunda açılmış elektron kabinetinə, həmin günə 1 ədədinin dəyəri 30 avro təşkil edən, ümumilikdə 85 ədəd (2550 AVRO) “Coin”i (kriptovalyuta) iddiaçının xeyrinə hədiyyə olaraq köçürmüşdür. Beləliklə, yuxarıda qeyd edilmiş işin hallarından sonra iddiaçı ## #### 2019- cu il tarixli dördtərəfli “İltizam”ı imzalayaraq, cavabdehə qarşı heç bir tələblərinin olmadığını bildirmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Bakı Apellyasiya məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks komputer-texniki və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktubları ilə əlavə materialların təqdim edilməsi barədə ekspert vəsatətləri təqdim edilmədiyindən komputer-texniki və məhkəmə-mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmişdir.

7. Bakı Apellyasiya məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks komputer-texniki və məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli və ##.##.2026-cı il tarixli məktubları ilə məhkəmə-mühasibat ekspertizasının aparılması üçün zəruri olan ilkin uçot sənədləri təqdim edilmədiyindən, ekspertizasının aparılması və rəy verilməsi üçün zəruri olan “xxxx” və “xxxx” şirkətlərində iddiaçılara məxsus olan hesablara girişin təmin edilməsi və aparılmış əməliyyatların təhlili üçün müvafiq şərait yaradılmadığından müvafiq olaraq məhkəmə-mühasibatlıq və komputer-texniki ekspertizasının aparılmasından imtina edilmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətlə eyni məzmunda izahat verməklə iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Vəkil apellyasiya şikayətinə etiraz ərizəsi ilə eynilik təşkil edən məzmunda izahat verməklə şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmayahaqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair yoxlayan məhkəmə kollegiyası qeyd edir ki,apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. İzah olunmalıdır ki, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin faktiki hallarını araşdıran birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunan sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir.

15. Hazırkı işin halları baxımından cavabdehin hər hansı hüquqa zidd əməli müəyyən edilməmişdir. Belə ki, tərəflərin kriptovalyuta əməliyyatları həyata keçirməklə gəlir əldə etmək məqsədli könüllü fəaliyyət həyata keçirmələri işin mübahisəsiz halıdır. Bu növdə əməliyyatlar üzrə gəlir əldə edilməsinin isə risk amilinə bağlı olduğu hamıya bəlli haldır. Cavabdeh iddiaçının xahişi ilə onun saytda qeydiyyatdan keçməsinə, yəni adına loqin və parolun açılmasına köməklik etmişdir. “xxxx” şirkətinin rəsmi internet səhifəsindən əldə edilmiş çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat ekvivalentində 3000 ABŞ dolları məbləğində vəsait ## ### 2019-cu il tarixdə iddiaçının həmin internet səhifəsində yaradılmış elektron kabinetinə yüklənmişdir. İş materiallarında olan Kərimli Şərif, İbrahimov Cümşüd, Aqafonova Tatayana və Cavabdeh tərəfindən imzalanmış “Ərizə-İltizam”dan görünür ki, cavabdeh özü kimi “xxxx” şirkətinin iştirakçısı olan Kərimli Şərifin adına internet resursunda açılmış elektron kabinetinə, həmin günə 1 ədədinin dəyəri 30 Avro təşkil edən, ümumilikdə 85 ədəd (2550 Avro) “Coin”i (kriptovalyuta) iddiaçının xeyrinə hədiyyə olaraq köçürmüşdür və iddiaçı cavabdehə qarşı heç bir tələblərinin olmadığını bildirmişdir. Cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyi, zərərin vurulması, əsassız varlanma halları və hər hansı bir vəzifənin yaranması üçün digər hal mövcud deyildir. Diqqətə çatdırılmalıdır ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi R X8 cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İbrahimov Cümşüd Rəşid oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayt işinin başlanması rədd edilməsi və vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır.

16. Eyni zamanda qeyd edilməlidir ki, kriptovalyutanın birjada alqı-satqısı üzrə əməliyyatların araşdırılması xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-ci il tarixli və ##.##.2026-cı il tarixli məktubları ilə məhkəmə-mühasibat ekspertizasının aparılması üçün zəruri olan ilkin uçot sənədləri təqdim edilmədiyindən, ekspertizasının aparılması və rəy verilməsi üçün zəruri olan “xxxx” və “xxxx” şirkətlərində iddiaçılara məxsus olan hesablara girişin təmin edilməsi və aparılmış əməliyyatların təhlili üçün müvafiq şərait yaradılmadığından müvafiq olaraq məhkəməmühasibatlıq və komputer-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Beləliklə, iddianın mülki səciyyəsi sübut olunmur, cavabdehin əməllərinin cinayət hüquqi səciyyəsinə qiymət verilməsi baxımından mülki icraatın səlahiyyətlərinə aid olmadığı, habelə cinayət təqibi orqanının “münasibətlərin mülki səciyyə daşıması” barədə qənaətinin əsasları da müəyyən edilmədiyindən cavabdehin hərəkətlərinin hazırki icraat növü həddində qiymətləndirilməsi mümkün deyildir.

17. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və onun verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi: İddiaçı İbrahimov Cümşüd Rəşid oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə İnformasiya Sistemi”) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar