Məhkəmə qərarları › İş №2(103)-3440/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3440/2020

15.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3440/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, onun nümayəndəsi və vəkili, İddiaçı2 isə nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X10 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6022/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 118.000 ABŞ dollarının və 30 manat dövlət rüsumu əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ilin dekabr ayının sonlarında bəzi işləri ilə əlaqədar olaraq, müəyyən miqdarda borc pula ehtiyacı olduğunu deyərək, ondan tez bir zamanda geri qaytaracağına söz verərək, 211.000 ABŞ dolları məbləğində borc pul istəmişdir. Aralarındakı tanışlığı nəzərə alaraq, ona bir sıra şərtlərlə borc pul verməyə razı olmuşdur. Bu məqsədlə onunla aralarında sadə yazılı formada müqavilə də imzalanmışdır. Cavabdeh həmin puldan ona qismən qaytarsa da borcunu tam ödəməmişdir. Hazırda Mirzənin ona 118.000 ABŞ dolları məbləğində borcu qalmışdır.Qeyd olunanlara dair şahidləri də var. Lakin Mirzədən pulu ödəməsini dəfələrlə tələb etməyinə baxmayaraq, bu günə kimi ona olan borcunu ödəməmişdir. Ona görə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 155.650 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 155.680 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2014-cü ilin may ayının sonlarında bəzi işləri ilə əlaqədar olaraq, müəyyən miqdarda borc pula ehtiyacı olduğunu deyərək, ondan tez bir zamanda geri qaytaracağına söz verərək,165.650manat məbləğində borc pul istəmişdir. Aralarındakı tanışlığı nəzərə alaraq, ona bir sıra şərtlərlə borc pul verməyə razı olmuşdur. Bu məqsədlə onunla aralarında Bakı şəhəri 38 saylı Notariat Kontorunda xx xxx 2014-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən İddiaçı2 borc alan Cavabdeh 165.650 manat məbləğindəpulu borc vermiş, borc alan borcu xx xxxxxx 2014-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin puldan ona qismən qaytarsa da borcunu tam ödəməmişdir. Hazırda cavabdehin ona 155.650 manat məbləğində borcu qalmışdır.Qeyd olunanlara dair şahidləri də var. Lakin cavabdehdən pulu ödəməsini dəfələrlə tələb etməyinə baxmayaraq, bu günə kimi ona olan borcunu ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6023/2019 nömrəli, xx xxxxxxxx 2019-cu il tarixli qərardadına əsasən İddiaçı2 Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair 2(001)-6023/2019 nömrəli mülki iş İddiaçı1 Cavabdeh Zayad oğluna qarşı “pulun tutulması” tələbinə dair 2(001)-6022/2019 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6022/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddialarının rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən çox maraqlı metoddan istifadə etmişdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində onların iddia tələbində qeyd olunan halları təsdiq edən bütün sübutları sadalayaraq sonda iddianın rədd olunması nəticəsinə gəlmişdir. Məhkəmə hər iki iddianı rədd edərkən heç bir sübut növünə istinad etməmiş, yalnız cavabdehin əsassız etirazlarına və özünün təxəyyül və fantaziyalarına istinad etmişdir. Məhkəmə qətnaməsində baş verən hadisələrlə bağlı onun fikrində yaranmış şübhələri, ehtimalları və hansısa "ağlabatan" fikirləri əsas götürərək, lakin bunların heç birinə dair təsdiqedici hal olmadan sübut kimi qiymətləndirmiş və iddianı rədd etmək qənaətinə gəlmişdir. Belə ki, İddiaçı2 tərəfindən Cavabdeh 165.650 manat pulun verilməsinə dair tərəflər arasında xx xxx 2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi vardır. Pullar Mirzəyə verilərkən 71000 ABŞ dolları və 110.000 manat şəklində verilib. Həmin pul vəsaitindən isə Cavabdeh İddiaçı2 müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 10000 manat pul qaytarmışdır. Cavabdeh borcundan qaytardığı pulları özü İddiaçı2 qaytarsa da, sonralar X25in vasitəsilə etmişdir. Fəxrəddin Ağayev də öz növbəsində bu barədə qeyd dəftərində müvafiq qeydiyyat aparmışdır. Həmin qeydiyyat dəftəri sübut kimi məhkəməyə təqdim olunub. Sonuncu dəfə Cavabdeh İddiaçı2 borcundan xx.xx.2017-ci il tarixdə 200 manat pulu şahid Fəxrəddin Ağayevin vasitəsilə qaytarmışdır. Əgər Cavabdeh ondan 211000 ABŞ dolları almamışdırsa, bəs niyə görə dostu Fəxrəddin vasitəsilə ondan ona borcunu qaytarmaq üçün möhlət istəməsini heç nə ilə əsaslandıra bilməmişdir. İddiaçı1 tərəfindən Cavabdeh 211.000 ABŞ dolları məbləğində borc pul verilməsi isə şahidlər X15 və X11 iştirakı ilə verilmişdir. Bunu onlar məhkəmədə verdikləri ifadələrində də bildirmişlər. Məhkəmə iddianı rədd edərkən şahid ifadələri arasında olan ziddiyyətlərə istinad edərək bu ziddiyyətlərin mövcudluğunu nəzərə alaraq iddiaçıların tələblərinin həqiqətə uyğun olmadığı qənaətinə gəlməsi tamamilə əsassızdır. Belə ki, həmin ziddiyyətli hallar baş vermiş hadisələrin əsas mahiyyəti ilə bağlı deyil, hadisələr baş verən gün kimin əynində hansı paltarın olması, havanın necə olması, qapıdan birinci kimin çıxması, kimin divanda, kresloda və ya stulda oturması və sair bu kimi əhəmiyyətsiz, həm də baş verdiyi tarixdən 5 il müddət keçdiyini nəzərə alınsa yaddaşda saxlanmasına ehtiyac olmayan məsələlər barəsindədir. Hazırkı şikayətdə şahidlərin ifadələrini şikayətdə təkrarlayaraq əsassız söz yığını yaratmaq istəmədiklərindən hesab edirlər ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclas protokolları ilə tanış olub bu barədə ətraflı məlumat alacaqlar. İddia tələblərində qeyd olunanları sübut etmək üçün məhkəməyə təqdim etdikləri Cavabdeh tərəfindən tərtib olunmuş borcun etirafına dair müqavilə və məhkəmədə dindirilən şahidlər həmin halları tam təsdiq etmişlər. Hətta tərəfindən aparılmış video və audio yazılar da məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə həmin sübutları nəzərə almamışdır. Həmin səs yazıları iddia ərizələri məhkəməyə təqdim olunan günədək aparılmış telefon danışıqları zamanı qeydə alınmışdır. Bütün danışıqlarda isə cavabdeh bir dəfə də olsun onlara olan borcunu inkar etməmiş, əksinə borcunu yaxın zamanlarda qaytaracağına söz vermişdir. Bunu o, şahidlər X7, X12 və X5 onun evində olduqları zaman aparılmış video çəkiliş zamanı da etiraf etmişdir. Məhkəmə həmin səs yazılarını sübut kimi qiymətləndirməmişdir. Halbuki, Mirzə ilə danışarkən ona səsinin telefonda qeydə alınması barədə dəfələrlə məlumat vermişlər. Şahidlər X7, X12 və X5 məhkəmədə verdiyi ifadələrdən də göründüyü kimi, onlar Cavabdeh evinə gedən zaman aralarında olan söhbətlər zamanı Cavabdeh onlara İddiaçı1 və İddiaçı2 borclarının olmasını etiraf etmiş və yaxın zamanlarda borcunu qaytaracağına söz vermişdir. Məhkəmə heç bir sübuta əsaslanmadan hesab etmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib olunmuş borcun etirafına dair "müqavilə" guya qorxu təsiri altında icra olunmuşdur. Lakin nə iş materiallarında bu barədə hər hansı sübut yoxdur, nədə həmin vaxtdan sonra cavabdeh bu barədə hər hansı hüquq mühafizə orqanına məlumat verməmişdir. Bundan başqa, Cavabdeh ilə arasında olan telefon danışıqlarında bir dəfə də olsun ona təsir və təzyiq olunması müəyyən olunmur. X25 də öz ifadəsində təkzib edir. Cavabdeh ona olan borcunu qaytarmasını bildirsə də buna dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirir ki, o, İddiaçı2 deyil, yalnız İddiaçı1 borc pul almışdır. Əgər belə olsaydı niyə görə o, müqaviləni İddiaçı1 ilə deyil İddiaçı2lə bağlamasını, sonradan xx.xx.2017-ci il tarixdə isə İddiaçı1 152.000 ABŞ dolları məbləğində borclu olmasına dair "müqavilə" yazmasını məhkəmədə heç nə ilə izah edə bilməmişdir. İddiaçı1 tərəfindən Cavabdeh şahidlər X15 və X11 iştirakı ilə 211.000 ABŞ dolları məbləğində borc pul verilməsi halının təsdiq olunması İddiaçı2 2014-cü ilin may ayında kredit müqaviləsi ilə verilmiş borcun da həqiqi olduğunu sübut edir. Məhkəmə qətnamədə qeyd edir ki, 165.650 manat pul həmin dövrün məzənnəsi ilə 211.000 ABŞ dolları məbləğindədir. Lakin həmin dövrün məzənnəsinin müəyyən edilmədən məhkəmənin belə nəticəyə gəlməsi də əsassızdır. Belə ki, iddia olunan pul məbləğləri ayrı-ayrı vaxtlarda verilib. Həm də belə olsaydı xx.xx.2017-ci il tarixdə Cavabdeh borcun etirafına dair "müqavilə" yazarkən bu həmin sənəddə öz əksini tapmalı idi. Bununla yanaşı, şahid Fəxrəddin Ağayev iddiaçılar İddiaçı2lə İddiaçı1 pullarını Cavabdeh aldıqca bu barədə öz qeyd dəftərində hər birinə dair ayrılıqda müvafiq qeydiyyatını aparmışdır. Məhkəmədə ifadə vermiş şahid Fəxrəddin Ağayev verdiyi ifadəsində 2016-cı ildə Cavabdeh ona yaxınlaşaraq İddiaçı1 aldığı borcu qaytarmaqda çətinlik çəkdiyini, İddiaçı1 ona borcu qaytarmağına möhlət verməsi üçün xahiş etməsini, o, da İddiaçı1 bununla bağlı xahiş etmiş, İddiaçı1 də onun xahişini nəzərə alaraq borcun qaytarılması üçün Cavabdeh möhlət verməsini, 2017-ci ildə Cavabdeh borcun etirafına dair müqaviləni yazmasında iştirak etməsi, həmin etirafa dair müqaviləni yazanda Mirzəyə heç kəsin heç bir qanunsuz zor və təsir etmədiyini, Mirzə tərəfindən Yusif və İddiaçı2lərə qaytarılmış borcların hesabatının onun tərəfindən aparıldığını, Mirzə tərəfindən Rəhmanın borcundan sonuncu dəfə 2017-ci ilin xx.xx.2017-ci il tarixdə 200 manat pulun onun vasitəsilə qaytarıldığını bildirmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, Cavabdeh İddiaçı2 165.650 manat borc pul aldığı və həmin puldan qaytarmadığı halda təkrarən İddiaçı1 ona borc pul verməsi inandırıcı deyil. Lakin məhkəmənin bu dəlili də əsassızdır. Çünki, Cavabdeh uzun illər idi ki, onlara məxsus sexdə icarədar işləyirdi və ona böyük inamları olub. Həm də onlara dedi ki, onun məşğul olduğu iş üçün külli miqdarda pul tələb olunur. Əgər pulların tez bir zamanda qaytarılmağını istəyirlərsə onda gərək bu iş üçün əlavə pullar cəlb edilsin. Ona inanıb Cavabdeh əlavə 211.000 ABŞ dolları pul verdi. İddiaçı2 qeyd edir ki, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etməyinə və izahat verməyinə baxmayaraq məhkəmə bunu nə iclas protokolunda, nədə qətnamədə qeyd etməmişdir. İzahat verərkən onu da qeyd etmiş ki, pulu Cavabdeh atasının məlumatı və iştirakı olmadan vermişdir. Sonradan ona məlum oldu ki, atası Mirzəyə borc verib, ona etiraz etdi. Çünki, o, Mirzəyə verdiyi pulu ondan geri ala bilmirdi. Amma atası ona qulaq asmadı və Mirzəyə inanaraq ona 211000 ABŞ dolları borc pulu verdi. Məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, cavabdehi 18-20 ildir ki, tanıyır. İlk dəfə pulu oğlu cavabdehə vermişdi. Cavabdeh qurğuşun satırdı. Razılaşmaları da bu oldu ki, ona pul lazım olanda, bir ay xəbərdarlıq edib istəyə bilər. Pulunu istəyəndə isə ağladı, yalvardı ki, pul yoxdur, amma ona bir az vaxt versin, qaytaracaq. Hətta yenidən alver edib pulunu qaytarması üçün ondan yenə də pullar aldı. Cavabdeh ondan pul almayıbsa, niyə bir dəfə də olsun etiraz etmirdi ki, pul olmayıb. 2014-cü ilin oktyabr ayının əvvəllərində işi genişləndirməsi üçün cavabdeh yenə ondan pul istədi, buna görə də ona pul verdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənləri müdafiə etdi, həmçinin bildirdi ki, qətnamədə heç bir sübuta istinad edilməsinə rast gəlinmir. Qətnamə formal mülahizələrə əsaslanıb. Fəxrəddin cavabdehin iddiaçılara göndərdiyi şahiddir. Rayon məhkəməsində isə işə baxılarkən hakim şahid ifadələrini alanda işə aidiyyəti olmayan suallar verirdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X20 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şahidlərin hər biri iddiaçıların qohumu, işçiləridir. Ortada bir müqavilə var, bir pul olub. Təmsil etdiyi şəxs təhdid olunub. Həmin vaxt onun qabağına nə hazırlanıb qoyulubsa, cavabdeh onu imzalayıb. İddiaçı1 keçmiş prokurorluq işçisidir və aldadılması mümkün deyil. Həmçinin bu pul ticarət işi ilə bağlı olubsa, necə həmin pul istənilən anda verilə bilərdi. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də şikayətin rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh bir neçə ildir ki, biri-birini tanıyır. Cavabdeh iddiaçılara məxsus qeyriyaşayış sahələrindən birinin icarədarı olmuşdur. xx xxx 2014-cü il tarixdə Cavabdeh ilə İddiaçı2 arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı2 Cavabdeh xx xxxxxx 2014-cü il tarixədək 165.650 manat məbləğində pulu borc vermişdir. İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2017- ci il tarixdə borcun etirafı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 2014-cü ilin dekabr ayının 20də İddiaçı1 qurğuşun alıb-satmaq və gəlirini bölmək şərti ilə 211.000 ABŞ dolları məbləğində borc aldığını, həmin puldan 59.000 ABŞ dollarını qaytardığını etiraf etmiş və qalan 152.000 ABŞ dolları hissəsini qısa müddət ərzində qaytaracağına söz vermişdir. Hazırda da İddiaçı1 cavabdehə 2014-cü ilin oktyabr ayında 211.000 ABŞ dolları məbləğində pulu borc verdiyini, 2017-ci ilin 18 mart tarixində bununla bağlı borcun etirafı müqaviləsini bağladığını, ötən dövr ərzində cavabdeh tərəfindən həmin borcdan 93.000 ABŞ dolları məbləğində hissəsinin qaytarıldığını, 118.000 ABŞ dolları hissəsinin isə bugünədək qaytarılmadığını bildirir və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. İddiaçı2 165.650 manat məbləğində puldan 10.000 manat hissəsinin Cavabdeh tərəfindən qaytarıldığını, qalan 155.650 manat hissəsinin isə bu günədək qaytarılmadığını bildirir və həmin məbləğin tutulmasını tələb edir. Məhkəmə iclasında iştirakı İddiaçı1 tərəfindən təmin edilmiş şahidlər X16 və X3 Yusif Ağalar oğlu tərəfindən Cavabdeh 211.000 ABŞ dolları məbləğində pulun verilməsində iştirak etdiklərini bildirirlər. Şahid X21 və X1 Mirzə Ziyad oğlu tərəfindən borcun etirafı barədə müqavilənin yazılmasında iştirak etdiklərini bildirirlər. Eyni zamanda, şahid X6 borcun etirafı barədə müqavilə yazıldıqdan sonra İddiaçı1 tapşırığına əsasən Cavabdeh tərəfindən aparılan bütün ödənişləri şəxsən dəftərə qeyd etdiyini bildirir. Şahidlər X7, X12 və X2 Mirzə Ziyad oğlunun İddiaçı1 olan borcunun qaytarılması ilə bağlı söhbət aparmaq üçün Cavabdeh evinə getdiyini və söhbət zamanı Cavabdeh İddiaçı1 121.000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etdiyini bildirirlər. Cavabdeh iddiaları qəbul etmir. Yalnız 165.650 manat məbləğində borcunun olduğunu və həmin borcu da artıqlaması ilə qaytardığını bildirir və iddiaların rədd edilməsini xahiş edir. Bununla belə, məhkəmə aparılmış araşdırma üzrə belə bir nəticəyə gəlir ki, xx xxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi bundan əvvəl İddiaçı1lə Cavabdeh arasında yaranmış borc münasibətlərindən irəli gələn ümumi məbləği əks etdirir. 2014-cü ilin oktyabr və ya dekabr ayında İddiaçı1lə cavabdeh arasında hər hansı borc müqaviləsi bağlanmamışdır. İddia edilən 211.000 ABŞ dolları məbləği reallıqda xx xxx 2014cü il tarixli müqavilədə göstərilən və həqiqətdə İddiaçı1 tərəfindən verilməklə həmin dövrün məzənnəsi ilə hesablanmış 165.650 manat borc məbləğinin ABŞ dolları ekvivalentidir. Başqa sözlə, İddiaçı2 və İddiaçı1 hərəkətlərindən belə qənaətə gəlmək olur ki, xx xxx 2014-cü il tarixli müqavilənin həqiqi tərəfi İddiaçı2 deyil, İddiaçı1dir, məhz onun tərəfindən Cavabdeh 165.650 manat məbləğində pul borc qismində verilmişdir və xx xxx 2014-cü il tarixli müqavilə ilə bu münasibətlər hüquqi nəticə etibarı ilə pərdələnmişdir. Bu da öz növbəsində həmin əqdin əhəmiyyətsiz olmasına dəlalət edir. Bu səbəbdən bu müqavilədə göstərilən məbləğə İddiaçı1 olan borc məbləği kimi yanaşılmalı və qiymət verilməlidir. xx xxxx 2017-ci il tarixli borcun etirafı müqaviləsinin bağlanmasına isə cavabdeh İddiaçı1 tərəfindən məcbur edilmişdir. Həmin müqavilədə onun ödəməsini vəd etdiyi məbləğ borc məbləği deyil, məhz gəlirdən ödəməsini vəd verdiyi məbləğdir. Bu hal iddia ərizələrinin məzmununda da öz əksini tapmışdır. Halbuki, müqavilədə hər hansı məbləğdə faizin ödənilməsinə dair qeyd şərt olmamışdır. Bu səbəbdən iddiaçının faiz tələb etməsi əsasızdır və faiz borcu qismində hesablanmış hər hansı məbləğ cavabdehə verilmiş borc məbləği kimi qiymətləndirilə bilməz. Bu səbəbdən xx.xx.2017-ci il tarixli sənəd borcun etirafı müqaviləsi olaraq etibarsızdır və hüquqi nəticə etibarı ilə bu münasibətlərdə kreditor qismində çıxış edən İddiaçı1 tərəfindən borclu qismində çıxış edən Cavabdeh verilmiş və özündə həmin vaxt 165.650 manat məbləğində borcun bir hissəsinin icrasının İddiaçı1 tərəfindən qəbul edilməsini təsdiq edən sənəddir. Başqa sözlə, xx.xx.2017-ci il tarixdə İddiaçı1 borc öhdəliyinin 59.000 ABŞ dolları hissəsində icra olunmasını qəbul etmiş və bu halı təsdiqləyən sənəd tərtib edilmişdir. Bundan sonra da cavabdeh tərəfindən ödənişlər davam etdirilmiş və nəticədə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 93.000 ABŞ dolları və 10.000 manat (93.000 x 1,7 = 158.100 + 10.000 = 168.100) məbləğində ödəniş aparılmışdır ki, bu məbləğdə hətta 165.650 manat məbləğindən də artıq məbləğ təşkil edir. Başqa sözlə, cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etmiş və onun bu öhdəliyinə öhdəliyin icrası səbəbi ilə artıq xitam verilmişdir. Bu da öz növbəsində hər iki iddianı əsassız edir və onların rədd edilməsini şərtləndirir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən iddiaçıların şikayəti üzrə iddianın təmin edilməyən hissəsində yoxlanılmalı, cavabdehə münasibətdə isə qətnaməyə toxunulmur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı2lə cavabdeh arasında xx xxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, İddiaçı1lə bağlı isə cavabdeh tərəfindən şəxsən yazılmış xx xxxx 2017-ci il tarixli “müqavilə” başlıqlı borcun etiraf edilməsi barədə yazılı sənəd var və bu faktları tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə cavabdehin İddiaçı2lə xx xxx 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinin formal bağlanmasını, əslində sonuncudan hansısa məbləğdə pul almadığını, eləcə də xx xxxx 2017-ci il tarixli “müqavilə” adlanan borcun etiraf edilməsi barədə yazılı sənədi isə İddiaçı1 ona təzyiqi və hədəqorxusu nəticəsində yazdığını, iddiaçılara heç bir borcu qalmadığını bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək yaxud notariat orqanının iştirakı olmadan öz aralarında mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli əqdlər bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edir, eləcədə hansısa şəxsə konkret məbləğdə borcu olması barədə yazılı qaydada üzərinə öhdəlik götürürlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə yaxud borclunun üzərinə götürdüyü yazılı öhdəliyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul almadığını yaxud hazırki işdə olduğu kimi borcun etirafı haqqında yazılı etiraf sənədinin təzyiq və hədə-qorxu nəticəsində yazdığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə cavabdehlə İddiaçı2 arasında həqiqətən kredit müqaviləsi bağlansa da cavabdeh sonuncu ilə deyil, onun atası İddiaçı1lə aralarında borc(kredit) münasibətlərinin yarandığını, yəni yalnız İddiaçı1 borc aldığını, özü də bu borcun həmin kredit müqaviləsi bağlananadək aldığını, kredit müqaviləsi bağlanarkən və sonradan iddiaçılardan hər hansı bir məbləğdə borc almadığını, aldığı borcu tamamilə qaytardığını, xx xxxx 2017-ci il tarixli İddiaçı1 211000 ABŞ dolları alması, həmin borcdan 59000 ABŞ dolları qaytarması, qalan 152000 ABŞ dollarını qısa müddətə qaytaracağı barədə sənədi isə hədə-qorxu altında yazdığını bildirir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, notariat qaydasında bağlanmış xx xxx 2014-cü il tarixli kredit müqaviləsini və İddiaçı1 211000 ABŞ dolları alması barədə xx xxxx 2017-ci il tarixli borcun etirafı barədə yazılı sənədi əslində aralarında yaranmış hansı münasibətlərin nəticəsi olaraq bağladığını və yazdığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəməmişdir. Belə ki, cavabdeh xx xxxx 2017-ci il tarixli borcun etirafı barədə yazılı sənədi hədə-qorxu təsiri altında yazdığını qeyd etsə də, bu hədə-qorxunun, o cümlədən qanunsuz hərəkətlərin nədən ibarət olduğunu aydın şəkildə açıqlamır. Yəni, cavabdeh həqiqətən də iddiaçı tərəfə olan borcunu tam qaytarmışdırsa, onda niyə və nədən qorxaraq qeyd olunan sənədi yazmışdır? Keçmişdə prokurorluq işçisi, hazırda isə pensiyaçı olan 73 yaşlı iddiaçının hansı hədələri (əslində borcu qaytarmasan səni tutduracam, cinayət məsuliyyətinə cəlb etdirəcəm. və.s kimi ifadələr həqiqi olsa belə bunlar real hədə kimi qiymətləndirilə bilməz və heç bir halda iradəni zədələyən faktlar kimi qəbul oluna bilməz ) cavabdehi qoxuda bilərdi? Ona görə də iddiaçının bu cür sözlərinin hədə, təhdid, təzyiq olması və qorxu yaratması ağlabatan olmamaqla yanaşı, cavabdehin iradəsini zədələməsi də qətiyyən inandırıcı deyildir. Bununla yanaşı, həm qeyd olunan halları, həm notariat qaydasında bağlanmış kredit müqaviləsi üzrə İddiaçı2 pul almadığını, həm də xx xxxx 2017-ci il tarixli sənədi təzyiq və hədə-qorxu altında yazdığını sübut etmək yükü, vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Bunlardan başqa, cavabdeh İddiaçı1 qurğuşun almaq və satmaq məqsədilə ayrı-ayrı vaxtlarda 100000(yüz min) manat, 71000(yetmiş bir min)ABŞ dolları və 10000(on min) manat aldığını etiraf edir və sonuncuya faiz də verdiyini, İddiaçı2lə bağlanan xx xxx 2014-cü il tarixli müqavilənin məhz həmin məbləğləri təminat altına alınması məqsədilə bağlandığını, İddiaçı1 isə 2014-cü ilin oktyabr yaxud dekabr aylarında isə 211000 ABŞ dolları almadığını, bu məbləğlərin eyni məbləğlər olduğunu bəyan edir. Cavabdeh eyni zamanda iddiaçının 93000 ABŞ dolları və 10000 manat qaytarıldığını etiraf etməsinə istinad edərək bəyan edir ki, bu məbləğlərin cəmi və kredit müqaviləsində faiz ödəmək öhdəliyinin olmaması nəzərə alındığı təqdirdə müəyyən olunur ki, xx xxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu, yəni 165500 manatı tam olaraq ödəmiş, həqiqətdə isə ümumilikdə 230000 manat ödəmişdir. Göründüyü kimi, cavabdeh bir tərəfdən xx xxx 2014-cü il tarixədək İddiaçı1 100000(yüz min) manat, 71000(yetmiş bir min)ABŞ dolları və 10000(on min) manat aldığını qəbul edir, digər tərəfdən isə həmin məbləği qaytarmasına dair özü məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmir, ancaq iddiaçı tərəfin 93000 ABŞ dolları və 10000 manat qaytarıldığını etiraf etməsinə istinad edir, bu məbləğin bütün borcu tam əhatə etdiyi barədə dəlil irəli sürür. Lakin açıq-aşkar görünür ki, verilən borcla, qaytarılan borc məbləğlərinin cəmi eynilik təşkil etmir. Digər tərəfdən əgər cavabdeh 93000 ABŞ dolarının qaytarılmasının etiraf edilməsinə istinad edirsə, iddiaçı tərəfdən digər məbləğlərlə yanaşı 71000 ABŞ dolları aldığını da etiraf edir. Bu cür vəziyyətdə, yəni borcu tam qaytardığını söyləyərkən iddiaçının etiraf etdiyi məbləği ABŞ dollarının devalvasiyadan sonrakı manatın məzənnəsinə uyğun hesablayır, ancaq aldığı borc məbləğləri içərisində 71000 ABŞ dollarının olduğunu isə unudur yaxud da 71000 ABŞ dollarının aldığı vaxtda olan manata məzənnəsini əsas götürür. Əlbətdə ki, bu cür mövqeni vicdanlılığın tələb etdiyi tərzdə edilən hərəkət kimi qəbul etmək olmaz. Bununla yanaşı, cavabdeh ümumilikdə iddiaçı tərəfə 230000 manat qaytardığını bəyan edirsə, ən azından bu barədə izahatından başqa hansısa sübut təqdim etməlidir. Lakin bu halın sübut etmə yükü onun üzərinə düşsə də buna dair heç bir sübut təqdim etmir. Cavabdehin izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Qeyd olunanlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi cavabdehin xx xxxx 2017-ci il tarixli sənəddə İddiaçı1 152 000 ABŞ dolları borcunun qalmasını etiraf etməsini, eləcə də iddiaçı tərəfin cavabdehin borcundan 93000 ABŞ dolları qaytarmasını etiraf etməsini və İddiaçı1 iddia tələbinin 118000 ABŞ dolları həcmində olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən, yəni 118000 ABŞ dolları həcmində təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin xx xxxx 2017-ci il tarixli müqavilə başlıqlı borcun etirafı barədə yazdığı sənədi iddiaçılarla cavabdeh arasında olan borc kredit münasibətlərinin yekun vəziyyətini əks etdirən etibarlı və mötəbər bir sübut kimi qiymətləndirir. Çünki, qeyd edilən sənədi cavabdehin real hədə-qorxu yaxud təzyiq nəticəsində yazması yuxarıda qeyd olunanlara əsasən qətiyyən sübuta yetirilmir və inandırıcı da hesab edilə bilməz. Həmin sənəddə qalıq borcun daha artıq məbləğdə olması barədə iddiaçılar tərəfindən hər hansı bir qeyd də əlavə edilməmiş, başqa sözlə iddiaçı tərəfin də həmin məbləği qəbul etmədiyi, yəni bu məbləğlə razılaşmaması mübahisələndirilmir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6022/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 118.000 (yüz on səkkiz min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi 30(otuz) manat alınaraq İddiaçı1 ödənilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6022/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsiləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 118.000 (yüz on səkkiz min) ABŞ dolları Mərkəzi Bankın müəyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi 30(otuz) manat alınaraq İddiaçı1 oğluna verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar