Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3447/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «X30 Təşkilatı» İctimai Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3447/2024 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X15 və X7 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X8, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı «X30 Təşkilatı» İctimai Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 29 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı «X30 Təşkilatı» İctimai Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «X30 Təşkilatı» İctimai Birliyi xx.xx.2006-cı ildə yaradılmış və xx.xx.2006-cı ildə müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas fəaliyyəti gənclər sahəsində müxtəlif layihələrin həyata keçirilməsidir. xx.xx.2022-ci ildə Təşkilat üzvlərinin növbədənkənar Ümumi Yığıncağı keçirilmiş və Təşkilatın idarəetmə orqanlarının səlahiyyətlərinin dayandırılması və növbədənkənar sədr və idarəetmə orqanlarının seçilməsi haqqında qərar qəbul edilmişdir. Buna uyğun olaraq xx.xx.2023-cü ildə təşkilatın idarəetmə orqanlarının tərkibi yenilənmişdir. Ümumi Yığıncağın qərarına məhəl qoymayan əvvəlki sədr Cavabdeh1, İdarə heyətinin üzvləri Cavabdeh2 və Cavabdeh3 təşkilatın işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, eyni zamanda Cavabdeh1 təşkilatın möhürü, asan imza və sədr səlahiyyətlərinin yerinə yetirilməsi üçün zəruri digər sənədləri təhvil verməkdən imtina etmişdir. İlk növbədə təşkilatın möhürü təhvil verilmədiyinə görə qeyri-kommersiya hüquqi şəxsinin reyestr məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət gecikmiş, nəticədə yeni sədrin fəaliyyətə başlaması uzun müddət ləngimişdir. Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində təşkilatın vergi hesablarını vaxtında vermək mümkün olmamış və bu səbəbdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin cavabdehin hərəkətsizliyi nəticəsində təşkilata bütövlükdə 1624,83 manat məbləğində vergi borcu hesablanmışdır. Qeyd edilənlərdən əlavə cavabdehlər «X30 Təşkilatı»nın mütəmadi qaydada işlədiyi beynəlxalq donorlarla elektron məktublar göndərmiş, təşkilatla imzalanmış qrant müqavilələrinin ləğv edilməsini xahiş etmiş, təşkilat barəsində yalan məlumatlar təqdim etmiş, böhtan xarakterli bəyanatlar vermişlər. Ümumi Yığıncağın qanunauyğun qərarını heçə saymaqla cavabdehlər təşkilatın əsas fəaliyyət istiqaməti olan layihələrin dayandırılması üçün davamlı cəhdlər etmişdir. Qeyd edildiyi kimi, təşkilatın möhürü, asan imza və digər sənədləri cavabdehdə olduğu üçün və o seçkilərin nəticəsindən sonra bu sənədləri təhvil vermədiyinə görə təşkilatın fəaliyyəti iflic vəziyyətinə düşmüş, təşkilat Azərbaycan Gənclər Fondu ilə bağlamış Müqavilə əsasında ödənilmiş 6300 manat vəsaiti geri qaytarmağa məcbur olmuşdur. Göründüyü kimi, cavabdehlər «X30 Təşkilatı»nın ali idarəetmə orqanı olan Ümumi Yığıncağın qərarına məhəl qoymamaqla təşkilatın maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh1 yeni sədrin seçilməsini bildiyi halda sədr olaraq bir sıra əməliyyatlar həyata keçirtmiş, təşkilatın maddi ziyana düşməsinə səbəb olmuşdur. Belə ki, cavabdeh hər hansı əsas olmadan hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə imzalamış və təşkilatın hesabından 500 manat vəsait ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.3-cü maddəsinə görə nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. İstinad edilən maddəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinin (mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilən bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) tələbinə uyğun olaraq bu münasibətlərə tətbiq etdikdə aydır olur ki, cavabdeh Ümumi Yığıncağın artıq onu təşkilatın sədrliyindən çıxartmasından sonra həm zəruri sənədləri, möhürü təhvil verməli, həm də təşkilatın qanuni təmsilçisi kimi çıxış etməklə təşkilatın adından hər hansı qərar verməməli idi. Qeyd edilənlərdən əlavə cavabdehlər Ümumi Yığıncağın qərarına məhəl qoymamaqla təşkilatın fəaliyyətinə maneələr yaratmış, işgüzar nüfuzunu zədələmişdir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının əsas işi gənclər sahəsində müxtəlif layihələrin həyata keçirilməsidir və müxtəlif layihələrin həyata keçirilməsində iştirak üçün təşkilatın işgüzar nüfuzu həlledici amil sayılır. Bu baxımdan cavabdeh ötən müddət ərzində onu təşkilatın qanuni təmsilçisi kimi tanıyan müxtəlif təşkilatlara müraciət etməklə, əsassız ittihamlar irəli sürməklə hüquqi şəxsin işgüzar nüfuzunu zədələmiş, mülki hüquq pozuntusuna yol vermişdir. Ümumilikdə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya işgüzar nüfuzun zədələnməsi ilə 5000 manat mənəvi zərər dəymişdir. Göründüyü kimi cavabdehlər «X30 Təşkilatı» X23 Yığıncağının qərarına əməl etməməklə, müxtəlif qanunsuz hərəkətlər etmiş və qanunsuz hərəkətsizliyə yol vermişdir. Ümumilikdə cavabdehlərin yol verdiyi mülki hüquq pozuntuları nəticəsində iddiaçıya aşağıdakı məbləğlərdə zərər dəymişdir: Cavabdeh1 zəruri sənədləri vaxtında təhvil verməməklə, təşkilatın fəaliyyətinin dayanmasına səbəb olmaqla 6300 manat vəsaitin Azərbaycan Gənclər Fonduna geri ödənilməsi; Cavabdeh1 tərəfindən səlahiyyətli olmadığını bildiyi halda və təşkilatın mənafeyi üçün hər hansı tələb olmadığı halda hüquqi yardıma görə 500 manat ödəniliməsi; vergi hesabatlarının Cavabdeh1 təqsirindən vaxtında verilməməsi nəticəsində 1624,83 manat vergi borcu; cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının işgüzar nüfuzunun zədələnməsi nəticəsində iddiaçıya dəymiş 5000 manat məbləğində mənəvi zərər. Göstərilənlərə əsasən Cavabdeh1 qanunsuz hərəkətlərinə görə iddiaçıya vurduğu maddi zərər qismində 8600 manat, cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi qismində 5000 manat və iddianın məhkəmə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,17 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1300 manat, bütövlükdə 6434,70 manatın tutularaq «X30 Təşkilatı»na ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonra iddiaçının nümayəndəsi-vəkili Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində yanlışlıqla işgüzar nüfuz ifadəsi mənəvi zərər ifadəsi işlədilmişdir. İddiaçının hüquqi şəxs olduğunu nəzərə alaraq iddia ərizəsinin mətni boyu işlədilmiş mənəvi zərər ifadəsinin işgüzar nüfuzun pozulması kimi oxunması zəruridir. Bu səbəbdən Cavabdeh1 qanunsuz hərəkətlərinə görə iddiaçıya vurduğu maddi zərər qismində 8600 manat, cavabdehlərdən müştərək qaydada işgüzar nüfuzun pozulmasına görə zərərin əvəzi qismində 5000 manat və iddianın məhkəmə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 134,17 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1300 manat, bütövlükdə 6434,70 manat vəsaitin tutularaq «X30 Təşkilatı»na ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3, 21.1, 21.2, 23.1, 23.4, 23.6, 47.3, 48.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh məhkəmə iclasında da Ümumi Yığıncağın qanuni qərarına məhəl qoymadığını və möhürü təhvil vermədiyini etiraf etmiş, eyni zamanda bu işlə bağlı prokurorluq orqanına müraciət etdiyini qeyd etmişdir. Məhkəmə cavabdehin ifadəsindəki məqamları nəzərə almayaraq, sadəcə təşkilatın özündə köhnə möhürün olmasına əsaslanmaqla iddia tələbinin əsassız olması haqqında yanlış nəticəyə gəlmişdir, halbuki iddiaçının nümayəndəsi X19 ifadəsində dəfələrlə, özündə olan köhnə möhürdə qüsur olduğunu və Ədliyyə orqanının həmin möhürü yalnız prokurorluq orqanının qərarından sonra qəbul etdiyini bildirmişdir. Göründüyü kimi məhkəmə işin faktiki hallarını tam araşdırmadan, iddiaçının nümayəndəsinin ifadəsindən kontekst çıxarışı edərək yanlış nəticəyə gəlmişdir. Ə.X11 səlahiyyətinin olmadığını bildiyini etiraf etsə də, və iddia ərzisəsində və iddiaçının vəkilinin məhkəmə çıxışlarında Mülki Məcəlllənin 47.3-cü maddəsinə əsaslanan mövqe qoyulsa da, məhkəmə bu məqamlara məhəl qoymayaraq, sırf qeydiyyat olmadığına görə cavabdehin səlahiyyətli qanuni təmsilçi olması haqqında yanlış nəticəyə gələrək, vəkil xidməti üçün qanunsuz olaraq ödənilmiş 500 manat vəsaitlə bağlı tələbi rədd etmişdir. Məhkəmə yuxarıda qeyd edilən yanlış nəticə ilə, maddi zərərlə bağlı digər tələblərin də təmin edilməməsi barədə yanlış nəticəyə gəlmişdir. Mənəvi zərərlə bağlı isə, məhkəmənin mövqeyi anlaşılmır, belə ki, işə əlavə edilən email yazışmalarından aydın görünür ki, Əminə xanım təşkilatın işgüzar nüfuzunu pozan hərəkətlərə yol verir və beynəlxalq donorlarla münasibətlərə xələl gətirir. Bu hissə ilə bağlı məhkəmə sadəcə normaları sadalamaqla və ümumi qənaəti qeyd etməklə, iddia tələbinin mənəvi zərərlə bağlı hissəsini də rədd edir. Məhkəmə gəldiyi yanlış nəticələrin davamı olaraq, iddianın digər tələblərini də rədd etmiş və bütövlükdə iddia tələbinin rəd edilməsi haqqında qanunsuz və əsassız nəticəyə gəlmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, barışıqla əlaqədar qarşı tərəfə edilmiş təkliflər var idi. 2020-ci ilin dekabr ayından sonra dəfələrlə müraciət edilmişdir. Hətta valideynləri ilə də əlaqə saxlamaq istəmişlər. Cavabdeh rəhbər seçildiyi müddətdən sonra xaricdə olmuş, ölkəyə qayıtdıqdan sonra isə asan imzanı müvafiq ilin dekabr ayında almışdır. Cavabdeh hətta fəaliyyətdə olduğu dövr ərzində belə birliyə ziyan vurmuşdur. Cavabdeh asan imza almış, birliyin möhürünü dəyişdirmişdir. Dəyişdirilmiş möhürü və təşkilata məxsus digər hüquqi sənədləri özü ilə götürmüşdür. Onlar Ədliyyə Nazirliyinə möhürsüz sənədlərlə müraciət etmişlər. Ədliyyə Nazirliyi tərəfindən isə möhürün bir eskizinin onlarda olduğu bildirilmiş, sənədləri köhnə möhürlə təqdim edəndə isə cavabdehin prokurora müraciət etdiyi məlum olmuşdur. İcra edilməsi nəzərdə tutulan layihələr icra edilə bilməmiş, vəsaiti Gənclər Fonduna geri qaytarmışlar. Birlik Partnyorları ilə bağlı ciddi problemlər yaşanmışdır. Onu da qeyd edir ki, müvafiq ilin dekabrın 25-də təşkilatın yığıncağı olmuş, səsvermə keçirilmiş, İdarə Heyəti buraxılmışdır. Ümumi yığıncağın qərarından xəbərdar olan İdarə Heyəti yığıncaq keçirmişdir. 3 nəfər şəxs özünü İdarə Heyəti adlandıraraq yığıncaq keçirmişdir. Buraxılmış İdarə Heyəti ümumi yığıncağın qərarına qarşı gələ bilməz. Onu da qeyd edir ki, asan imza cavabdehdə idisə, heç bir vergi hesabatları verə bilməzdilər. Qarşı tərəf hətta yeni sədrin seçildiyini də bilirdi.
10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Hüquqi şəxsin nizamnaməsində dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər. Belə ki, müvafiq müddət ərzində cavabdeh qanuni təmsilçi olmadığını bilmişdir. Cavabdeh hüquqi şəxsin ali idarəetmə orqanının qərarına məhəl qoymamışdır, hətta cavabdeh prokurora da müraciət etdiyini bildirmişdir. Cavabdeh qanuni təmsilçi olmadığını bilə-bilə təşkilatın vəsaiti hesabına vəkillə müqavilə bağlamış, səlahiyyətlərinin olmadığını bildiyi təqdirdə xarici təşkilatlaın partnyorlarına mail yazmış, təşkilatın nüfuzuna xələl gətirmişdir. Ədliyyə Nazirliyinin əsas mövqeyi isə o idi ki, şirkətin əsas möhürü olmadanmüvafiq prosedurlar icra oluna bilməz. Cavabdeh özü də etiraf etmişdir ki, möhürü şirkətə qaytarmamışdır. Təşkilatın fəaliyyəti iflic vəziyyətdə olmuşdur, icra edilməsi nəzərdə tutulan layihələr icra edilmədən geri qaytarılmışdır. Asan imza olmadığından birliyin hesabatları vaxtında təqdim edilməmiş, nəticədə cərimələr yaranmışdır. Belə ki, birlik gənclərlə əlaqədar layihələr verir. Onu da qeyd edir ki, ictimai birlik nizamnaməsi çərçivəsində gəlir əldə edə bilər. Vergi borclarının yaranma səbəbinə dair yazılı sübut olmasa da, səbəb 2022-ci ildən sonra müqavilələrə xitam verilməli olduğu təqdirdə, verilməməsi olmuşdur.
11. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, təşkilatda universitetin ikinci kursundan çalışmışdır. Tərəfindən sağlamlıqla əlaqədar layihələr idarə edilmişdir. Aktiv olduğu üçün də idarə heyətinə, 2022-ci ildə isə açıq səsvermə yolu ilə təşkilatın sədri seçilmişdir, sədr seçildikdən 2 gün sonra Türkiyəyə getməli olmuşdur. 15 yanvar 2023-cü ilə qədər ölkəyə qayıtmış, asan imzanı adına keçirmişdir. Belə ki, büdcə məsələləri ondan gizlədilmişdir. Bir müddət sonra onu təşkilata üzvlüyə seçənlər oradan çıxarmışlar. Müvafiq ilin yanvar ayının 10-da Kapital Bankdan müəyyən çıxarışlar əldə etmiş və bu zaman hesabdan bəzi çıxarışların qanuni olmadığını görmüşdür. Məhz həmin müvafiq hesabdan köçürülmələrin onun fəaliyyəti dövründə olduğundan və onun da bu hallardan xəbəri olmadığından prokurorluğa müraciət etmişdir. Prokurorluqda müəyyən məsələlər aydınlaşdırılana qədər seçkilər keçirilməməsi barədə qərar qəbul etmişlər. Prokurorluq isə audit rəyi belə olmadan məsələni bağlamışdır. Qarşı tərəf özü etiraf edir ki, original möhür onlarda olmuşdur. Möhürün dəyişilməsi səbəbi isə asan xidmətdə möhürdə hərf səhvi olduğunun bildirilməsi idi, asan imzaya görə möhürü dəyişdirməli olmuşlar. Təşkilatın işgüzar nüfuzuna xələl gəlməsindən söz gedə bilməz. Belə ki, Gənclər Fondu iddiaçıya maliyyə ayırır. Qarşı tərəf də özü etiraf etdi ki, onlar fondun nümayəndəsi ilə danışaraq, layihənin icrasını dayandırmışlar. Əgər birliyin işgüzar nüfuzu pozulsa idi, 2-3 ay sonra Gənclər Fondu tərəfindən iddiaçıya yenidən layihə ayrılmazdı. Büdcədə 50.000 manata yaxın pul itkisi var idi. Digər tərəfdən möhürün həqiqisi onda olmamışdır, onda olan möhür qanuni möhür olmamışdır. Müvafiq ilin 15 yanvar tarixli iclasında o iştirak etməmişdir. Həmçinin qeyd etdiyi kimi seçkilərin keçirilməməsinə dair İdarə Heyətinin qərarına təsisçi tərəfindən məhəl qoyulmamışdır.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. Maddə 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
16. Maddə 47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər.
17. Maddə 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
29. Birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual normaların tətbiq olunmasında səhvə yol vermiş, işin bütün hallarını ətraflı aydınlaşdırmamışdır.
30. Belə ki, iş materiallarında olan «Donor» qismində Azərbaycan Respublikasının Gənclər Fondu adından Fondun icraçı direktoru X25 və «Resipiyent» qismində «Sağlam Düşüncə» X21 Birliyi adından Cavabdeh1 arasında bağlanmış Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində və müsabiqədənkənar maliyyə dəstəyinin göstərilməsi haqqında A-50 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Donor pulsuz, əvəzsiz və məqsədyönlü şəkildə Müqavilə üzrə Qrantın Resipiyentə ayrılmasını, Resipiyent isə Qrantın məqsədyönlü şəkildə istifadəsini təmin edir (bənd 1.1). Donor «Ekoİnkişaf X2» adlı Layihənin icra edilməsi üçün 9.000 manat məbləğində maliyyə vəsaiti ayırır. Maliyyə dəstəyi yalnız bu Müqavilədə və bu Müqaviləyə Əlavə İ, Əlavə İİ və Əlavə İİİ-də göstərilən məqsəd və qaydada istifadə edilə bilər (bənd 1.2). Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş Layihə üzrə işlərin aparılması şərtləri bu Müqavilə ilə müəyyən edilir (bənd 1.3). Müqavilə imzalandığı gündən qüvvəyə minir. Bu Müqavilə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin müddəti layihənin müddəti ilə eyni vaxtda bitir (bənd 2.1). layihənin müddəti 5 aydır. Müddətin hesablanması pulun köçürülməsi tarixindən başlanır. Ayrılmış maliyyə vəsaiti Layihənin icra olunduğu tarixlərdə istifadə olunmalıdır (bənd 2.2). Layihə üzrə aparılacaq işlərin müddətinin əvvəli ilkin olaraq başlama tarixi xx.xx.2022-ci il tarixli, sonu bitmə tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilir və Sumqayıt şəhəri keçirilməsi ilə müəyyən edilir (bənd 2.3).
31. «Sağlam Düşüncə» Gənclər X12 ümumi yığıncağı İX Növbədənkənar-Seçki Konfransının 28 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, X9 növbəti 2 il müddətinə «Sağlam Düşüncə» X18 seçilməsi, növbəti 2 il müddətinə Orxan Bayramov, Fəridə Baxışova, Ləman Əlipaşayeva və X22 heyətinin üzvlərinin seçildilməsi, namizədlər içərisində ən çox səs yığmış Orxan Bayramovun sədr müayini müəyyən edilməsi, növbəti 2 il müddətinə Əli Eminli, Ülkər Ələkbərli və X26-Təftiş Komissiyasının (NTK) üzvləri seçildilməsi, «Sağlam Düşüncə» Gənclər Təşkilatının xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokoluna əsasən qərarların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi və qeyri-kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışının əldə edilməsi üçün Sevinc Qasımovanın səlahiyyətli nümayəndənin təyin edilməsi qərara alınmışdır.
32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeyri- X5 Reyestrindən Çıxarışından görünür ki, «Sağlam Düşüncə» X21 Birliyi xx.xx.2006-cı il tarixdə 1106-Q10- 2087 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət məqsədi gənc və yeniyetmələr arasında humanizm və vətənpərvərliyin təbliğ edilməsinə, qeyri-formal təhsilin inkişafına və inklüziv mühitin yaradılmasına kömək etməsi, qeyri-hökümət təşkilatının icra orqanlarının əvvəlki tərkibi: İdarə heyətinin üzvləri - Cavabdeh1 (sədr), Cavabdeh3 (sədr müavini), X16, X10, Cavabdeh2 (üzvlər), qeyri-hökumət təşkilatının icra orqanlarının hazırki tərkibi: idarə heyətinin üzvləri – X20 (sədr), X13, X16, X10, X17 (üzvləri), qeyrihökumət təşkilatlarının icra orqanlarının səlahiyyət müddəti – xx.xx.2024-ci il tarixədək, İctimai birliyin üzvlərinin əvvəlki sayı: 55 nəfər, ictimai birliyin üzvlərinin hazırki sayı: 67 nəfər, əvvəlki qanuni təmsilçi: Cavabdeh1, hazırki qanuni təmsilçi: X20, qeydiyyata alınmanın hüquqi əsasları: xx.xx.2023-cü il tarixli Ümumi yığıncağın protokolu və digər sənədlər, dəyişikliyin qeydiyyat tarixi – xx.xx.2023-cü il tarixidir.
33. X30 X12 səlahiyyətli nümayəndəsi Sevinc Qasımova tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üvnanlanmış xx.xx.2023-cü il tarixli müraciətlərin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəzarət Təftiş Komissiyası tərəfindən Nizamnaməsinin 6.2-ci maddəsi əsas gətirilməklə növbədənkənar ümumi yığıncaq çağırılmışdır. Ümumi Yığıncaqda xx.xx.2022-ci il tarixli məmvermə və səsvermənin nəticəsi olaraq formalaşmış İH və NTK-nın istefaya göndərilməsi növbədənkənar seçkilərin keçirilməsi səsə qoyulmuş (şəffaf səsvermə yolu ilə) və onlayn səsvermənin keçirilməsi qərarı qəbul edilmişdir. Keçirilən səsvermədə 67 üzvdən 63 üzv iştirak etmiş və 41 üzv xx.xx.2022-ci il tarixində həyata keçirilmiş seçkilərin nəticəsinin ləğv olunması və növbədənkənar seçkilərin keçirilməsinə səs vermişdir. Ümumi Yığıncağın qərarına əsasən xx.xx.2023-cü ilə X6 təyin edilmiş və seçki baş tutmuşdur. Seçkidə 51 üzv səs hüququndan istifadə etmiş və Sevinc Qasımova 39 səslə X30 Təşkilatı İB-nin növbəti 2 il müddətinə Sədri seçilmişdir. Təşkilatın rəsmi sənədləri və möhürün keçmiş İdarə heyəti tərəfindən saxlanıldığından və «Sağlam Düşüncə» Gənclər Təşkilatının xx.xx.2023-cü il tarixli Ümumi yığıncağının qərarına əsasən birliyin səlahiyyətli nümayəndəsi Sevinc Qasımovaya təhvil verilmədiyindən onlara rəsmi olaraq müraciət ünvanlayıb, qeyd edilən sənədlərin və möhürün səlahiyyətli nümayəndəyə yəni S.Qasımovaya təhvil verilməsini tələb edir. Sənədlərin və möhürün 24 saat ərzində təhvil verilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1ci maddəsi «Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə tamala, məhv etmə, zədələmə və ya gizlətmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etsə ilə cəzalandırılır» əsas gətirilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ünvanlanacaq.
34. X30 X12 səlahiyyətli nümayəndəsi Sevinc Qasımova tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə, Sumqayıt şəhər Prokurorluğuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, «Sağlam Düşüncə» Gənclər Təşkilatı 2006-cı il 07 yanvar tarixində Sumqayıt şəhərində bir qrup gənc tərəfindən təsis edilmiş qeyri-siyasi, qeyrikommersiya, qeyri-hökümət gənclər qurumudur və 2006-cı il 29 aprel tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Qeydiyyat No 1106-Q10-2087). xx.xx.2022-ci il tarixdə Nəzarət Təftiş Komissiyası tərəfindən Nizamnaməsinin 6.2-ci maddəsi əsas gətirilməklə növbədənkənar ümumi yığıncaq çağırılmışdır. Ümumi Yığıncaqda xx.xx.2022-ci il tarixli məmvermə və səsvermənin nəticəsi olaraq formalaşmış İH və NTK-nın istefaya göndərilməsi növbədənkənar seçkilərin keçirilməsi səsə qoyulmuş (şəffaf səsvermə yolu ilə) və onlayn səsvermənin keçirilməsi qərarı qəbul edilmişdir. Keçirilən səsvermədə 67 üzvdən 63 üzv iştirak etmiş və 41 üzv xx.xx.2022-ci il tarixində həyata keçirilmiş seçkilərin nəticəsinin ləğv olunması və növbədənkənar seçkilərin keçirilməsinə səs vermişdir. Ümumi Yığıncağın qərarına əsasən xx.xx.2023-cü ilə X6 təyin edilmiş və seçki baş tutmuşdur. Seçkidə 51 üzv səs hüququndan istifadə etmiş və Sevinc Qasımova 39 səslə X30 Təşkilatı İB-nin növbəti 2 il müddətinə Sədri seçilmişdir. Təşkilatın rəsmi sənədləri və möhürü təşkilatın inventarları olmasına baxmayaraq buraxılmış İdarə heyətinin sədri Cavabdeh1, üzvləri Cavabdeh2 və Cavabdeh3 tərəfindən gizlədilmiş və birliyin səlahiyyətli nümayəndəsi tərəfindən inventarların təhvil verilməsi ilə bağlı rəsmi müraciət ünvanlansa da, təhvil verilməmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən təşkilatın rəsmi sənədlərinin və möhürün ümumi yığıncağın qərarına əsasən səlahiyyətli nümayəndəyə verilməsi ilə bağlı şikayət ərizəsi nəzərə almasını xahiş etmişdir.
35. Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi X29 tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, «X30 Təşkilatı» İctimai Birliyinin qanuni təmsilçisi Cavabdeh1 Sumqayıt şəhər prokurorluğuna müraciət edərək 28 avqust – 04 noyabr 2022-ci il tarixlərdə Birliyin əvvəlki qanuni təmsilçisi X4 Birliyin hesabına köçürülmüş 23685 manat məbləğində pul vəsaitini mənimsədiyini bildirmiş və həmin müraciət əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, «Sağlam Düşüncə» X1i təmsilçisi qismində xx.xx.2922-ci il tarixdən Cavabdeh1 Müşfiq qızı çıxış etsə də, şəxsiyyət vəsiqəsi ilə bağlı problemləri olduğundan, həmçinin ölkə hüdudlarından kənarda olduğundan, qanuni təmsilçi olması barədə sənədləri banka təqdim etməmiş və öz razılığına əsasən bank əməliyyatları üzrə qanuni təmsilçi qismində keçmiş idarə heyətinin sədri X13 çıxış etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Orxan Bayramovun kart hesabı kimi göstərilmiş hesab əslində ictimai birliyin kart hesabı olmuş, sadəcə olaraq Orxan Bayramovun qanuni təmsilçi olduğu vaxtlarda həmin hesab açıldığından onun adı qeyd edilmişdir. Bundan başqa, ictimai birlik tərəfindən təşkil olunmuş hər tədbirdən sonra layihə sifarişçilərinə görülmüş işlərlə bağlı hesabat təqdim olunmuş və layihə sifarişçiləri tərəfindən tədbirə ayrılmış pul vəsaitlərinin xərclənməsi ilə bağlı hər hansı bir narazılıq ifadə edilməmişdir. Belə ki, araşdırma materialına əlavə edilmiş bank hesablarındaan, çıxarışlardan və xidmət müqavilələrindən görünür ki, layihə sifarişçiləri tərəfindən ictimai birliyin hesabına müxtəlif vaxtlarda köçürülmüş pul vəsaitləri layihə çərçivəsində xərclənmişdir. Bəzi xərclər nağd qaydada aparıldığından ictimai birliyin bank hesablarından birliyin Orxan Bayramovun adına açılmış kart hesabına köçürülmüş, oradan isə nağdlaşdırılaraq layihə çərçivəsində müəyyən işlərin görülməsinə xərclənmişdir. Bunu da layihə sifarişçiləri tərəfindən araşdırma müddəti ərzində şəhər prokurorluğuna hər hansı bir şikayət və ya tələbin ünvanlanmaması bir daha təsdiq edir. Beləliklə, aparılmış araşdırma zamanı «X30 Təşkilatı» İctimai Birliyinin qanuni təmçilsiçi Cavabdeh1 birliyin keçmiş qanuni təmçilsi Orxan Bayramovun 23685 manat məbləğində pul vəsaitini mənimsəməsi ilə bağlı göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
36. İş materiallarına əlavə edilmiş və azərbaycan dilinə tərcümə edilmiş Cavabdeh1 tərəfindən Tomasz Szopanın adına ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubundan görünür ki, o, Cavabdeh1, Azərbaycanda 2023-2024-cü illər üçün SALTOnun info-mərkəzi seçilmiş X30 Təşkilatının (SDGT) qanuni nümayəndəsidir. Təkliflə bağlı həlledici məsələ ilə əlaqədar olaraq bu təcili müraciəti yazır. Yanvarın ortalarında o, və CSYO idarə heyətinin daha iki üzvü (sədr müavini Cavabdeh3 və Cavabdeh2 – İdarə Heyətinin üzvü) onun qanuni icazəsi olmadan təşkilatın bank hesablarından nağd pul köçürmələrini müəyyən etmişlər. Korrupsiya faktından şübhələndilər və işin bütün təfərrüatları ilə Azərbaycan Renspublikası Prokurorluğun rəhbərinə məlumat vermişlər. Yanvarın 12-dən araşdırmalar başlanılıb və onlar təşkilat adından bütün bank köçürmələrini dayandırmışlar. İstintaq davam etdiyi üçün prosesin sonuna qədər heç bir müqavilə imzalamırlar və heç bir qrant qəbul etmirlər. Ötən e-poçtda Ramiz Əliyev qeyd etmişdir ki, Sevinc Qasımova yeni qanuni nümayəndə seçilib. Artıq başa düşdüyü kimi, yuxarıda qeyd olunan problemə görə qurumun idarə heyətində heç bir dəyişiklik olmayıb və istintaqın sonuna qədər də olmayacaq. Əlavə edilmiş sənədlərdə onun təşkilatda tutduğu vəzifənin sübutunu görə bilərdi. Aydındır ki, sənədi imzalayacaq yeganə şəxs o, Cavabdeh1dır. Əgər ondan başqa hansı bir şəxsdən imza alsa, imzanın etibarlı olmadığını bildirin. İmza yalnız CSYO-nun idarə heyətinə aid olan bu e-poçtdan göndəriləcək (mailto:sdgtboard@gmail.comElektron ünvan ). Dərin təəssüf hissi ilə bildirir ki, davam edən istintaqa görə o yeni bir xəbərdarlığa qədər prosesi sonlandırmaq istəyir, bunun da olacağını da qeyd etmək lazımdır ki, Norveçdəki ilk məlumat sessiyasında iştirak etmək üçün tərəflərindən heç bir şəxs olmayacaq. O, yalnız öz e-poçt ünvanı olan (Elektron ünvan ) ilə əlaqə saxlayacaq və prosesin gedişi ilə bağlı məlumat verəcək. Prosesin sonunda nəticələr onunla paylaşılacaq və hər şey qaydasında olarsa, bütün tədbirlərlə əməkdaşlığı davam etdirəcəklər. Onun mövqeyini sübut etmək üçün başqa hüquqi qurumlardan əlavə sənədlərə ehtiyacları varsa, o, onları da asanlıqla təqdim edə bilər.
37. İş materiallarına əlavə edilmiş və azərbaycan dilinə tərcümə edilmiş Cavabdeh1 tərəfindən Simon Presserin adına ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubundan görünür ki, adı Cavabdeh1dır və o, Azərbaycanda yerləşən «Sağlam Düşüncə» X18dir. Təşkilatı ilə bağlı təcili bir məsələ məlumat vermək istərdi. Təşkilatının bəzi üzvləri ilə bağlı daxili hüquqi problemlər yaşayır. Təəssüf ki, bu məsələlərin hüquqi cəhətdən qeyri-qanuni tərəfləri var, ona görə də xx.xx.2023-cü il tarixdən hazırda prokurorluq tərəfindən araşdırmalar aparılır. Yuxarıda qeyd olunan problemə görə təşkilatda heç bir sədr dəyişikliyi olmayıb və istintaqın sonuna qədər də olmayacaq. Əlavə edilmiş sənədlərdə onun təşkilatdakı vəzifəsi və bank hesabları üzrə qanuni təmsilçiliyini sübut edən məlumatlarla tanış ola bilər. Mövcud şərtlərlə əlaqədar olaraq onlar idarə heyəti olaraq pul köçürmələrinin şəffaflığının araşdırılması və sığortalanması məsələsi sonlanana qədər heç bir layihə ilə ortaqlıq etməmək qərarına gəlmişlər. Tərəfdaş təşkilat kimi qoşulduqları və hər iki layihənin bir mərhələsini Azərbaycanda keçirməyi planlaşdırdıqları iki layihə var, lakin yuxarıda qeyd etdiyi kimi nə layihəyə ev sahibliyi edə bilirlər, nə də layihələrə tərəfdaş ola bilirlər. Təqdim olunan YOU-D49D5A86 və KA153- YOU-D288F860 idi. Dərin təəssüf hissi ilə bildirir ki, davam edən təhqiqat səbəbindən sadəcə olaraq ev sahibliyi etmək üçün büdcəni qəbul edə bilmədiyinə görə növbəti bildirişə qədər prosesi dayandırmaq istəyir. Ondan başqa hər kəsdən hər hansı imza/möhür alacaq olsa, bilinsin ki, digər imza/möhür etibarlı deyil. Onun mövqeyini sübut etmək üçün başqa hüquqi qurumlardan əlavə sənədlərə ehtiyacları varsa, o, onları da asanlıqla təqdim edə bilər.
38. İş materiallarına əlavə edilmiş və azərbaycan dilinə tərcümə edilmiş Cavabdeh1 tərəfindən İlaria Zomer & İtalian NGO (X38 Regis) və İtalia Milli Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron məktubundan görünür ki, o, Cavabdeh1, Azərbaycanda 2022-ci ilin avqust ayından indiki vaxtda yerli və xarici olaraq bütün tanınmış sənədlərdə Sağlam Düşüncə X18 və hüquqi nümayəndəsidir (CSYO) (Organization İD(OİD) E10200624, ERASMİS+PİC (UNİQUE İD CODE) 9********). Güman edir ki, onlar KA2 layihəsinə sahiblik edən təşkilatında baş verən daxili qanunsuz problemlər barədə artıq məlumatlıdırlar (2022-1-İT03-KA220-YOU- ********* Gənclər üçün İş-İtaliyada keçiriləcək gənclərin reabilitasiyası). 2022-ci ilin oktyabr ayından etibarən CSYO-nun sədri olaraq QHT-lərdə bütün idarəetmə proseslərinə rəhbərlik edir, o da əvvəldən bu xüsusi layihə üçün Azərbaycandan layihə yazan komandada olmuşdur. Təəssüf ki, təşkilatlardan bəzi üzvlərin görüşünə bir həftə qalmış İtaliya QHT-yə e-məktub göndəriblər, onların təxribatlarına görə bütün faktlara rəhmən onun müqaviləsi ləğv edilib. Onlarla əlaqə saxlayan insanlar Prokurorluq tərəfindən korrupsiyaya işi ilə bağlı araşdırmalara cəlb olunublar. QHT-lərdə qeyri-qanuni köçürmələri aşkar edəndə idarə heyəti üzvləri ilə müzakirə etmişdir və girişi bloklayaraq dayandırılmağa çalışılan araşdırmalara başlamışlar, e-poçt və yeni seçim prosesi həyata keçirmişlər. İtalyan QHT-nin perspektivini də başa düşməyə çalışır, onlar öz perspektivindən yanaşırlar. Davamlılıq tələb edən KA2 və «yeni şuranın» tanınmadan təmin edə bilməyəcəyi, onsuz da göndərilməyən və bir aydır söz hüquqi sənədlərdən aydın şəkildə görünür. Avropa Komissiyası tərəfindən müəyyən edilmiş yeni qaydalara əsasən bütün iştirakçı təşkilatlarda təsdiq edilmiş layihələrin 4 əsas sənədi olmalıdır (mümkünsə ingilis dilində). Təşkilat xahiş edən kimi hamısını təqdim etmiş və vəziyyəti ətraflı şəkildə bildirmişdir. Bundan əlavə, 1-ci mərhələ üçün yeni iştirakçıların seçilməsi üçün cəmi 15 gün vaxt verilir, lakin ortada heç nə yoxdur. Bütün bu hadisələr göstərir ki, bir neçə nəfər bu fürsətdən yalnız təşkilatı çaşdırmaq üçün istifadə edib. Bütün bu faktları nəzərə alaraq o, NA-dan tərəfdaşlıq vəziyyətinə yenidən baxmasını xahiş edir. Qeyri- qanuni orqanlar hansılar ki, sövdələşməyən və təqiblərə rəhbərlik edə bilməyəcəklər. Sədr kimi qeyd etməlidir ki, o, bu layihədə üçüncü tərəflər və İtaliya QHT-si tərəfindən seçilmiş iştirakçılar ilə bağlı qanunu rəsmən təsdiq etməmişdir. Bundan əlavə büdcənin ödənilməsi üçün mənədlər və qarşıdakı mərhələlərdə sonrakı mərhələlərlə bağlı heç nəyə imza atmayacaq. Bundan əlavə təəssüf ki, bir İtaliya QHT-si yalan məlumatlara və provakasiyalara əsaslanır. Üstəlik, bu layihədə aylarla çalışdıqları bir insan kimi aldıqları bütün qanunsuz sənədləri onunla paylaşmasını xahiş etmişdir.
39. İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X14 Baş İdarəsi tərəfindən «X30 Təşkilatı» İctimai Birliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********2 nömrəli bildirişindən görünür ki, «X30 Təşkilatı» İctimai Birliyinin xx.xx.2023-cü il tarixə ümumilikdə 806,70 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 770,34 manat, faizlər üzrə 36,36 manat borcu vardır.
40. Kollegiya ilk növbədə iddiaçının Cavabdeh1 zəruri sənədləri vaxtında təhvil verməməsi və layihə üzrə işlərin görülməməsi səbəbindən 6300 manat vəsaitin Azərbaycan Gənclər Fonduna geri ödənilməsi ilə bağlı həmin məbləğin ondan tələb edilməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
41. Mülki Məcəllənin 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
42. Yuxarıda qeyd edilən normanın məzmunundan da göründüyü kimi qeyrikommersiya hüquqi şəxsləri, o cümlədən də ictimai birliklərin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməsi üçün yalnız qanunvericiliklə müəyyən olummuş halların mövcudluğu öz əksini tapmalıdır. Hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi məbləğin əsasında iddiaçının hansısa xüsusi məqsədləri üçün əldə etdiyi və şəxsi vəsaiti olan pul məbləği deyil, onun üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən layihələrin aparılması üçün ayrılmış məbləğ təşkil edir və cavabdehin əməli nəticəsində həmin məbləğin geri qaytarılması iddiaçıya bu və ya digər formada hansısa zərərin vurulması ilə nəticələnməmişdir. Daha qısa desək, ictimai birliyə öz məqsəd və təyinatına uyğun olaraq müəyyən bir qurum tərəfindən verilən pul vəsaiti yenə həmin qurumun özünə qaytarılmışdır və iddiaçıya dəyən hər hansı real zərər mövcud deyildir, buna görə də həmin məbləğin cavabdehdən tələb edilməsinin hər hansı hüquqi əsası mövcud deyildir.
43. Halbuki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum qərarında da göstərildiyi kimi mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3) ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
44. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.
45. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyindən də göründüyü kimi deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Lakin yuxarıda da göstərildiyi kimi iddianın və apellyasiya şikayətinin birinci dəlili olan 6300 manat vəsaitin dəymiş zərər qismində iddiaçıya qaytarılması üçün hər hansı hüquqi əsas mövcud deyildir.
46. Apellyasiya şikayətinin digər, yəni vergi hesabatlarının vaxtında verilməməsi nəticəsində 1624,83 manat vergi borcunun Cavabdeh1 tutulması ilə bağlı dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, qeyd edilən vergi borcunun konkret olaraq hansı dövrləri əhatə etməsi, Cavabdeh1 şirkətin rəhbəri olaraq səlahiyyətli olduğu dövrdə, yaxud digər bir vaxtda yaranmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir və apelyasiya baxışı zamanı da buna aid hansısa sənədin olmadığı iddiaçının nümayəndəsi və vəkili ilə aparılan sual-cavab nəticəsində də öz əksini tapmışdır.
47. Halbuki nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
48. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
49. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
50. Kollegiya iddiaçının Cavabdeh1 tərəfindən ona hüquqi yardım göstərilməsi üçün vəkillə bağladığı müqaviləyə görə təşkilatın hesabından götürdüyü 500 manat vəsaitin tutulması ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir.
51. İş materiallarındakı «Sağlam Düşüncə» Gənclər X12 ümumi yığıncağı İX Növbədənkənar-Seçki Konfransının 28 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, X9 növbəti 2 il müddətinə «Sağlam Düşüncə» X18 seçilməsi, növbəti 2 il müddətinə Orxan Bayramov, Fəridə Baxışova, Ləman Əlipaşayeva və X22 heyətinin üzvlərinin seçilməsi, namizədlər içərisində ən çox səs yığmış Orxan Bayramovun sədr müavini müəyyən edilməsi, növbəti 2 il müddətinə Əli Eminli, Ülkər Ələkbərli və X26- Təftiş Komissiyasının (NTK) üzvləri seçilməsi, «Sağlam Düşüncə» Gənclər Təşkilatının xx.xx.2023-cü il tarixli ümumi yığıncağının protokoluna əsasən qərarların Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi və qeyri-kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarışının əldə edilməsi üçün Sevinc Qasımovanın səlahiyyətli nümayəndənin təyin edilməsi qərara alınmışdır.
52. X28 Gənclər X12 səlahiyyətli nümayəndəsi Sevinc Qasımova tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üvnanlanmış xx.xx.2023-cü il tarixli müraciətlərin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəzarət Təftiş Komissiyası tərəfindən Nizamnaməsinin 6.2-ci maddəsi əsas gətirilməklə növbədənkənar ümumi yığıncaq çağırılmışdır. Ümumi Yığıncaqda xx.xx.2022-ci il tarixli səsvermə və səsvermənin nəticəsi olaraq formalaşmış İH və NTK-nın istefaya göndərilməsi növbədənkənar seçkilərin keçirilməsi səsə qoyulmuş (şəffaf səsvermə yolu ilə) və onlayn səsvermənin keçirilməsi qərarı qəbul edilmişdir. Keçirilən səsvermədə 67 üzvdən 63 üzv iştirak etmiş və 41 üzv xx.xx.2022-ci il tarixində həyata keçirilmiş seçkilərin nəticəsinin ləğv olunması və növbədənkənar seçkilərin keçirilməsinə səs vermişdir. Ümumi Yığıncağın qərarına əsasən xx.xx.2023-cü ilə X6 təyin edilmiş və seçki baş tutmuşdur. Seçkidə 51 üzv səs hüququndan istifadə etmiş və Sevinc Qasımova 39 səslə X30 Təşkilatı İB-nin növbəti 2 il müddətinə Sədri seçilmişdir. Təşkilatın rəsmi sənədləri və möhürün keçmiş İdarə heyəti tərəfindən saxlanıldığından və «Sağlam Düşüncə» Gənclər Təşkilatının xx.xx.2023-cü il tarixli Ümumi yığıncağının qərarına əsasən birliyin səlahiyyətli nümayəndəsi Sevinc Qasımovaya təhvil verilmədiyindən onlara rəsmi olaraq müraciət ünvanlayıb, qeyd edilən sənədlərin və möhürün səlahiyyətli nümayəndəyə yəni S.Qasımovaya təhvil verilməsini tələb edir. Sənədlərin və möhürün 24 saat ərzində təhvil verilmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi «Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etsə ilə cəzalandırılır» əsas gətirilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ünvanlanacaq.
53. İş materiallarından da göründüyü kimi hazırki iş üzrə Cavabdeh1 artıq Birliyin sədr vəzifələrini daşımaq, o cümlədən həmin vəzifədən irəli gələn hərəkətlərin həyata keçirməklə bağlı səlahiyyətli olmadığını bilməsinə baxmayaraq Birliyə məxsus vəsaitdən vəkillə müqavilə bağlanması üçün istifadə etmiş (məhkəmə prosesinin heç bir mərhələsində, o cümlədən cavabdehin özü tərəfindən verilən izahatlarda bu hal təkzib olunmamışdır) və bununla da əməli iddiaçıya real zərər vurulması ilə bağlı nəticələnmişdir.
54. Lakin həmçinin onu da qeyd etmək lazımdır ki, Cavabdeh1 həmin əməlin törədilməsi zamanı şirkətin rəhbəri kimi səlahiyyətli olsa idi belə, Birliyin öz məqsədləri üçün istifadə etməli olduğu vəsaitdən öz şəxsi maraqları və ehtiyacları üçün yararlanaraq məhz şəxsi işi ilə əlaqədar vəkilə müraciət etmişdir və bu da qanunvericiliklə yolverilməz hesab olunmuşdur.
55. Belə ki, Mülki Məcəllənin 49.4.5-ci maddəsinə əsasən hüquqi şəxsin mənafeləri üçün bu Məcəllə ilə müəyyən edilən vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs özü üçün, hüquqi şəxsə aidiyyəti olan şəxslər və ya digər şəxslər üçün maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə hüquqi şəxsin əmlakının mənimsənilməsi və ya israf edilməsinə görə hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıyır.
56. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 öz şəxsi məqsədləri üçün və buna səlahiyyətinin olmadığını bilərək Birliyə məxsus olan vəsaitdən istifadə etdiyindən və sonuncuya 500 manat məbləğində maddi ziyan vurduğundan, apelyasiya şikayəti qeyd edilən hissədə əsaslı olmaqla məhz həmin hissədə təmin edilməlidir.
57. Kollegiya apelyasiya şikayətinin işgüzar nüfuza vurulmuş 5000 manat məbləğində ziyanın tutulması ilə bağlı dəlillərinə münasibətdə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 23.6-cü maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
58. Kollegiya qeyd edir ki, işgüzar nüfuza vurulması halı, o cümlədən bununla bağlı zərərin mövcudluğu hansısa mötəbər sübutlarla öz təsbitini tapmadığından apelyasiya şikayəti qeyd edilən hissədə əsassız olmaqla təmin edilməməlidir.
59. Məhkəmə kollegiyası apelyasiya şikayətinin hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 1300 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, şikayət həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, iddia tələblərinin təmin olunan hissəsi ümumi iddia məbləğinin mütənasib olaraq çox az hissəsini əhatə etdiyindən, iddia həm maddi ziyanın ödənilməsi, həm də işgüzar nüfuza vurulmuş ziyanın ödənilməsi hissələrində əsassız hesab edildiyindən və sonuncu tələb bununla bağlı olduğundan iddia tələbi bu hissədə də təmin edilə bilməz.
60. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilərək «X30 Təşkilatı» İctimai Birliyinin xəzinəsindən hüquqi yardıma görə götürülmüş 500 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı «X30 Təşkilatı» İctimai Birliyinə ödənilməlidir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
62. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
64. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən - hüquqi yardıma görə götürülmüş 500 manat məbləğində pul vəsaitin Cavabdeh1 tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. «X30 Təşkilatı» İctimai Birliyinin xəzinəsindən hüquqi yardıma görə götürülmüş 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı «X30 Təşkilatı» İctimai Birliyinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova