Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3453/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Respublikaya idxal etdiyi “Semeyniy Budget” əmtəə nişanlı ət konservi məhsulunun müsadirə edilməklə 6000 (altı min) manat cərimə edilməsi, bu müddət ərzində Respublikaya idxal etdiyi “Semeyniy Budget” əmtəə nişanlı ət konservindən əldə etdiyi gəlirin dövlət büdcəsinə ödənilməsi, eyni zamanda İddiaçı dəymiş 10000 (on min) manat mənəvi ziyanın, 196 manat maddi ziyanın və 121 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh ”ŞAM-Fİ X2” MMC-dən İddiaçı dəymiş 30000 (otuz min) manat mənəvi, 340 manat maddi ziyanın və 121 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3747/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmənin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 2(011)- 3747/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3747/2023 saylı qərardadı ilə şikayət rədd edilərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1240/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3747/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində şikayət verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3747/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2516/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətə baxılması qeyri-mümkün hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli qərardaddan yenidən şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli qərardaddan da şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2516/2024 saylı xx.xx.2024-cüil tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, həmin qərardad rəsmi qaydada xx.xx.2024-cü il tarixində elektron kabinetə yerləşdirilmişdir. Apellyasiya məhkəmsi AR MPM-nin 361-ci maddəsinin tələblərinə əməl edilmədiyi üçün şikayəti qeyri-mümkün hesab etmişdir. Lakin tərəfimdən AR MPM 364-cü maddəsinə uyğun olaraq qeyd olunan nöqsanlar aradan qaldırılaraq yenidən xx.xx.2024cü il tarixində Xətai rayon Məhkəməsinə müraciət edilmişdir. Hesab edir ki, prosessual müddəti buraxmayıb, qanunla nəzərdə tutulmuş müddətlər çərçivəsində qəraradaddan yenidən şikayət verib. Məhkəmə müddət bərpası barədə tələb müəyyən etməkdə haqlı olmamışdır. Belə ki, müddətin hesablanması apellyasiya insatansiyası məhkəməsininin qəradadının alınması vaxtından hesablanmalı idi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2024-cü il tarixli qərardad xx.xx.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə qərardaddan şikayət ilə məhkəməyə müraciət etmiş, şikayət qanunvericiliklə müəyyən olunmuş qaydada (MPM-in 361-ci madəsinin tələblərinə əməl edilməməklə) verilmədiyindən geri qaytarılmışdır. Bununla belə, hazırkı şikayət qərardadın rəsmi qaydada verildiyi tarixdən sonra, prosessual qanunla nəzərdə tutulmuş 10 gün müddəti ötürməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, həmin şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq şikayəti qaytarmaqda haqlı olmuşdur. İddiaçı məhkəməyə müraciət edərək şikayətə şifahi icraat qaydasında baxılmasını xahiş etmiş, lakin apellyasiya baxışı zamanı işə şifahi icraat qaydasında baxılmasını şərtləndirən hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3453/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3453/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver