Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3454/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(004)-5289/2023 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 saylı evin 84 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 57/24 nömrəli evin, 84 nömrəli mənzilinə olan istifadə hüququnun itirilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin 2(004)-5289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsinin 2(004)-5289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək qətnamənin ləğvi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-5289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdır. Belə ki, 2 ildən çoxdur ki, elektron kabineti işləmədiyindən istifadə edə bilmir. Buna görə də qətnaməni əldə etmək üçün məhkəməyə müraciət etmiş və şəxsən təqdim edilmişdir. Qeyd edir ki, onun elektron kabinetolmasına baxmayaraq elektron məhkəmə sistemindən istifadə etmir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5289/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizə təmin edilərək cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müdddəti buraxması üzrlü hesab edilərək bərpa edilmiş və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(004)-5289/2023 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 29 aprel 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin e-2(004)-5289/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadında və cavabdehin ərizəsində qeyd olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixli qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almışdır. Lakin elektron məhkəmə sistemindən istifadə edə bilmədiyi və cavabdehə məxsus telefon nömrəsi işləmədiyi üçün sms bildirişləri ona gəlməmişdir. İş materiallarına əlavə edilmiş vəkil orderindən və etibarnamədən görünür ki, xx.xx.2023-cü ildə Vəkil2 vəkil üçün nəzərdə tutulmuş etibarnamə verilmiş və Cavabdeh Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi üçün xx.xx.2024-cü il tarixdə order verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Vəkil2 tərəfindən apellyasiya şikayəti verilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyü üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Lakin cavabdeh və vəkil tərəfindən həmin qərardaddan şikayət verilməmiş və buraxılmış prosessual müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair ərizə təqdim edilməmişdir. O zaman burada sual yaranır ki, cavabdeh xx.xx.2024-cü il tarixədək qətnamədən məlumatsız idisə, xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətini necə vermişdir?! Məhkəmə heç bir hüquqi əsası olmadan qətnamənin rəsmialındığı tarixdən, yəni xx.xx.2023-cü ildən 98 gün (3 aydan artıq), apellyasiya şikayətinin geri qaytarıldığı tarixdən, yəni xx.xx.2024-cü ildən 2 aydan artıq vaxt keçdikdən sonra yenidən apellyasiya şikayəti verilmiş və məhkəmə buraxılmış prosessual müddətibərpa etmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixdə qəbzə imza etməklə aldığı qətnamədən, xx.xx.2024-cü il tarixdə elektron məhkəmə portalı vasitəsi ilə apellyasiya şikayət verməsi ilə qətnamədən məlumatlı olduğunu və şikayət verə bilməsini sübut edir. Odur ki,cavabdehin nümayəndəsi və vəkilinin ərizəsində istinad etdiyi hallar iş materiallarında olan sənədlərlə təkzib olunduğundan, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi üzürlü hesab hesab edilə bilməz. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(004)-5289/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı mülki iş üzrə 2(004)-5289/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, daha sonra isə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada şəxsən təqdim edilmişdir. Cavabdeh tərəf isə xx.xx.2024cü ildə ilk dəfə apellyasiya şikayəti vermiş, lakin prosessual müddət ötürüldüyündən məhkəmənin qərardadına əsasən şikayət geri qaytarılmışdır. Bundan sonra cavabdehin nümayəndəsi vəkili xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, şəxsi elektron kabinetinin işləmədiyini, həmçinin elektron kabinetin bağlı olduğu mobil nömrənin (*** *** ** **) ləğv edildiyini bildirmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli abunə müqaviləsinə əsasən fakturasız xətt sistemində Cavabdeh istifadəsinə verilmiş 051 *** ** ** nömrənin balansına xx.xx.2022-ci il tarixdə 1 manatlıq danışıq kartı yüklənmiş və həmin tarixdə qüvvədə olan taroflərə müvafiq olaraq 051 *** ** ** nömrənin rabitə xətti xx.xx.2022-ci il tarixdə birtərəfli olaraq bağlanmışdır. Müvafiq müddət ərzində yeni məbləğ yüklənmədiyindən (180 gün) xx.xx.2022-ci il tarixdə 051 *** ** ** nömrə ləğv olunmuş və müvafiq müqavilə münasibətlərinə xitam verilmişdir. Məhkəmə kollegiyası ərizəçinin müddətin üzürlü səbəblərdən ötürülməsi ilə bağlı ərizədə göstərdiyi dəlilləri əsaslı hesab edərək qeyd edir ki, qətnamə cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq onun adına qeydiyyatda olan mobil nömrəsi, dolayısı ilə şəxsi elektron kabineti işləmədiyindən qətnaməni məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə rəsmi qaydada şəxsən təhvil almışdır. Lakin o, qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərkən bu barədə sübutlarını təqdim etmədiyindən müddət ötürülmüş hesab etmişdir. Bundan sonra, cavabdeh faktın sübut edilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etmiş, MMC-nin cavabına əsasən yenidən məhkəməyə müraciət etmiş və bununla bağlı olaraq müddət ötürülmüşdür. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alman) gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(004)-5289/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3454/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3454/2024
22.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver