Məhkəmə qərarları › İş №2(103)-346/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-346/2025

20.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-346/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı "borcun silinməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçınə qarşı "borcun silinməsi" tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə mülki işə baxaraq İşin halları:

1. Cavabdeh İddiaçı İstehsalat Biriliyi ilə arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 13 mart 2020-ci il tarixli müqavilə imzalanmışdır.

2. İddiaçı iş 21148,93 manat məbləğində borcun tutulmasını tələb edir. İş materiallarına xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli, 31 mart 2021-ci il tarixli, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli, ******* nömrəli, 31 may 2021-ci il tarixli, ******* nömrəli, 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli, 29 iyul 2022-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 28 aprel 2023-cü il tarixli, ******* nömrəli aktlar əlavə edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi digər aktlar iş materiallarına əlavə edilməmişdir.

İş üzrə qəbul olunmuş məhkəmə aktları

3. İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 21148,93 manatın, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 154,65 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 21703,58 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankının Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-779 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2016--ci il üzrə 2 akt olmaqla cəmi 341,40 manat, 2017- ci il üzrə 5 akt olmaqla cəmi 762,20 manat, 2018- ci il üzrə 12 akt olmaqla cəmi 2419,80 manat, 2019- ci il üzrə 9 akt olmaqla cəmi 631,80 manat, 2020-ci il üzrə 6 akt olmaqla cəmi 1756,80 manat, 2021- ci il üzrə 12 akt olmaqla cəmi 4010,40 manat, 2022- ci il üzrə 12 akt olmaqla cəmi 6281,28 manat, 2023cü il üzrə 9 akt olmaqla cəmi 4760,64 manat, ümumilikdə 20964,32 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq İddiaçı İB-nə 184,61 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-nə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 21148,93 manat təşkil etməkdədir.

5. İddiaçı Cavabdeh İddiaçınə qarşı "borcun silinməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə nüraciət edərək cavabdehin ilkin iddiasının rədd edilməsini, İddiaçı İB tərəfindən onun abonent koduna hesablanmış 21148,93 manat borcun silinməsini, 2016-cı ildən 2023-cü ilə qədərki dövr üzrə sərf edilməsi mümkün olan qazın ödəniş məbləğinin hesablanmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, daimi olaraq Azərbaycanda yaşamır. O, hərdən Azərbaycana gəlir və çox zaman ancaq bir neçə gün Azərbaycanda olur. Evin faktiki sahibi kimi ona məlumat verməklə məsələnin qarşısını almaq mümkün olardı. Hadisənin qarşısını almaq məqsədi ilə tədbir görülməli idi. Ödənilməli olan qaz sərfiyyatının məbləği orta hesabla aylıq 50-60 manat, illik 600-700 manat hesablanmalı idi. Aktlar tərtib olunarkən təyin olunan cərimələr əsaslandırılmamış və dəyişkən olmuşdur. Akt tərtib edən İddiaçı İB-nin əməkdaşları aktı ya evin faktiki sahibi kimi Cavabdeh, ya da onun səlahiyyətli nümayəndəsinə təqdim etməli idilər. Heç bir aktda nə Cavabdeh özünün, nə də onun səlahiyyətli nümayəndəsinin imzası yoxdur.

7. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə 3000 manat borc və 21,93 manat dövlət rüsumu olmaqla cəmi 3021,93 manat tutularaq İddiaçı hesabına ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən təbii X4nın pozulmasına görə Cavabdeh (abonent kodu: **********10000) hesablanmış 18148,93 (on səkkiz min yüz qırx səkkiz manat, doxsan üç qəpik) manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilkin iddia üzrə iddiaçı sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında Cavabdeh 21148,93 manat məbləğində borcunun yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin məbləğdə pulun tutulması hissəsində əsaslandıran, yəni Cavabdeh məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar iddiaçı tərəf məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirafına əsasən cavabdeh tərəfindən 3000 manat dəyərində təbii qazdan istifadə olunmuşdur. Məhkəmə hesab etmişdir ki, 3000 manat məbləğində dəymiş zərər Cavabdeh alınıb İddiaçı İB-nə ödənilməlidir. Məhkəmə ilkin iddia tələbinin hüquqi yardım üçün 400 manat məbləğində pulun ödənilməsi hissəsini nəzərdən keçirərək hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi iş materialları ilə sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın ilkin iddia ilə birbaşa əlaqəli olduğunu nəzərə almaqla qarşılıqlı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, Cavabdeh təbii qazdan istifadəyə görə 21148,93 manat borcun silinməsinə dair iddia tələbi 3000 manat borcun silinməsi hissəsində təmin oluna bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 442-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 5.2, 5.5-ci maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 77.1, 119, 216-220, 222 və 360-cı maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024 tarixli, e-2(003)-1284/2024 nömrəli qətnaməsini dəyişdirərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək İddiaçıİstehsalat Birliyinə borcunun olduğunu etiraf etmiş, təbii qazdan istifadəyə görə debitor borcunun və təbii qazdan sayğacdan kənar istifadəyə görə ödəməli olduğu məbləğin 3000 manat olduğunu bildirmişdir. İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Aktların əsaslığı həqiqiliyini məhkəmə yerli baxış zamanı müşahidə etsə də qətnaməsində tam olaraq etinasız yanaşmışdır. Belə ki, hər vaxt olduğu kimi cavabdeh yerli baxış zamanı sayğacsız qeydiyyata alınmyan şəkildə istifadə etmiş və istifadə etməsini imkansızlığı ilə əlaqələndirmişdir. Məhkəmə isə cavabdeh tərəfindən qətnamədə təbii qazın talanmasını dəstəkləmişdir. Hazırki məhkəmə də yerli baxış təyin etsə yuxarıda qeyd edilən halları açıq aşkar müəyyən edəcəkdir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə, aktları nabonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır. Məhkəmə isə bu halları iddia müddətini keçməsini əlaqəndirirsə də hazır ki, təbii qazın talamasın heç bir hüquqi münasibət bildirməmiş və bu da iddia müddəti keçməmiş akların təmin edilməməsinə əsas vermir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz-sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh nəinki istifadə etdiyi təbii qazın həcmini ödəməmiş bundan əlavə sayğacsız təbii qazdan istifadə edərək iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclaslarında isə özünün etdiyi hərəkətlərə açıq aşkar bəraət qazandırmaqda idi. Tərəflərindən təqdim olunmuş sübutlara – yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Əslində məhkəmənin başqa araşdırmalarına lüzum yox idi sadəcə məhkəmə müşahidə etdiklərini məhkəmə qətnaməsində qeyd etməli və iddianı təmin etməli idi. Məhkəmə qanunvericliyin tələblərindən də aydın olur ki, sübutlara qiymət verməlidir məhkəmə isə cavabdehin açıq aydın istifadəsinə etinasızlıqla yanaşaraq heç bir təbii qazın talamasını nəzərə almayaraq qətnamə qəbul etmişdir

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika X2 Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X3 çıxış edərək bildirir ki, ümumi olaraq 15.949 manat hesablanmışdır. Məbləğin səbəbi qoşulan qurğulardan və hesabat formasından aslıdır.

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbini bildirməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”

5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir.

Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və ilkin iddianın tam təmin edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, hazırki mülki işdə ilkin iddia borcun tutulması, qarşılıqlı iddia isə borcun silinməsi tələbidir. Göründüyü kimi qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə ilkin iddianın təmin olunmayan, qarşılıqlı iddianın isə təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın qismən təmin olunan hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilərək 2087.16 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, 2087.16 manat məbləğində borcun silinməsi ilə bağlı qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

23. İddiaçı iddia edir ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinə qeyri-qanuni qoşulma halı ilə bağlı İddiaçı İstehsalat Biriliyi tərəfindən 2016-cı il üzrə 2 akt, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli, 31 mart 2021-ci il tarixli, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli, ******* nömrəli, 31 may 2021-ci il tarixli, ******* nömrəli, 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli, 29 iyul 2022-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 28 aprel 2023-cü il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir.

24. İş materiallarına xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli, 30 oktyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli, 31 mart 2021-ci il tarixli, ******* nömrəli, 26 fevral 2021-ci il tarixli, ******* nömrəli, 30 aprel 2021-ci il tarixli, ******* nömrəli, 31 may 2021-ci il tarixli, ******* nömrəli, 30 iyun 2021-ci il tarixli, ******* nömrəli, 30 iyul 2021-ci il tarixli, ******* nömrəli, 31 avqust 2021-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2021-ci il tarixli, ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2021-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2021-ci il tarixli, ******* nömrəli, 31 yanvar 2022-ci il tarixli, ******* nömrəli, 28 fevral 2022-ci il tarixli, ******* nömrəli, 31 mart 2022-ci il tarixli, ******* nömrəli, 31 may 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli, 29 iyul 2022-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 28 aprel 2023-cü il tarixli, ******* nömrəli aktlar əlavə edilmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi digər aktlar iş materiallarına əlavə edilməmişdir.

25. Hazırda iddiaçı tələbində cavabdehə məxsus abonent hesab nömrəsinə hesablanmış 21148,93 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.

26. Cavabdeh isə hesablanmış borcun əsassız olduğuna istinad edərək 21148,93 manat məbləğində borcun silinməsini xahiş edir.

27. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən bildirmişdir ki, daimi olaraq Azərbaycanda yaşamır. Ancaq bir neçə gün Azərbaycanda olur. Bu səbəbdən iddianı qismən 3000 manat hissədə qəbul edir.

28. Birinci instansiya məhkəməsi İddiaçı İstehsalat Biriliyi tərəfindən mötəbər sübutların təqdim edilməməsi əsası ilə, 3000 manat məbləğində borcun etirafına istinad edərək, 3000 manat məbləğində dəymiş ziyanın tutulması barədə ilkin iddianın təmin edilməsi, 18148,93 manat məbləğində (21148,93 – 3000 = 18148,93 manat) hesablanmış borcun silinməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.

29. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları araşdırmamış, işə əlavə edilən və edilməyən aktlara qiymət verməmiş, saldoda ödənişlərin olmamasını nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

30. ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinə qeyri-qanuni qoşulma izləri mövcud olub olmamasının müəyyən edilməsi üçün kompleks məhkəmə trasoloji ekspertizası təyin edilmişdir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2024-cü il tarixli, 3-16-16/2-3/1613 nömrəli ekspert rəyində qeyd edilir ki, tədqiqat obyekti olan boruya 05 dekabr 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən evə baxış keçirildi. Tədqiqata bir ədəd boz rəngli plastmasaoxşar materialdan hazırlanmış qaz sayğacı və boru təqdim edilmişdir. Tədqiqata təqdim edilən boruya adi gözlə təbii işıq altında və xüsusi böyüdücü lupanın köməyi ilə müxtəlif ölçülərdə böyüdülərək təqdim edildi. Bu zaman qeyd olunan borunun üzərində trasoloji zədə aşkar edilmədi. Tədqiqatın nəticəsi olaraq qeyd edilir ki, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

32. Kollegiya qeyd edir ki, ekspert rəyi də digər sübutlarla yanaşı qiymətləndirilir. İşdə olan saldodan da müəyyən edilir ki, istehlakçı tərəfindən ödənişlər edilməmişdir.

33. İstehlakçı tərəfindən aylıq ödənişlər olmadığı üçün işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı məhkəmə borcun düzgün hesablanmasını yoxlamaq üçün sorğu vermişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, 3-15-2-1/2-2264/2024 saylı mütəxəssis rəyində qeyd edilir ki, abonentin qaz sərfinə dair saldosundan (GAZREP) görünür ki, istehlak olunan təbii qaza görə istehlakçı tərəfindən 2016-2022-ci illər ərzində ödəniş edilməmişdir. Bu səbəbdən də qeyd olunan illər üzrə orta aylıq qaz sərfini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4nın 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq iddiaçının yaşayış evində halhazırda istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 kub.m, 1 ədəd dəmir sobanın qaz sərfi 1,4 kub.m, 1 ədəd İran istehsalı olan istilik sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.metr, 1 ədəd su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1,5 kub.metr, işləmə rejimi 12 saat, 12 aylıq istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-4 məişət tipli plitəsi üçün – 1,2 kub.metr x 12 saat x 360 gün = 5164 kub.metr; su qızdırıcısı üçün – 1,5 kub.metr x 12 saat x 360 gün = 6480 kub.metr, 1 ədəd dəmir sobanın (qış mövsümü nəzərə alınmaqla) qaz sərfi – 1,4 kub.metr x 12 saat x 150 gün = 2520 kub.metr; İran sobası üçün (qış mövsümü nəzərə alınmaqla) – 1,5 kub.metr x 12 saat x 150 gün = 2700 kub.metr; Ümumilikdə 2016-cı il ərzində sayğacdan kənar, qaz xəttinə qeyri-qanuni qoşulma halında istehlak edilmiş təbii qazın həcmi 5184 kub.metr + 6480 kub.metr + 2520 kub.metr + 2700 kub.metr = 16880 kub.metr, 2017-ci il ərzində 16880 kub.metr, 2018-ci il ərzində 16880 kub.metr, 2019-cu il ərzində 16880 kub.metr, 2020-ci il ərzində 16880 kub.metr, 2021-ci il ərzində 16880 kub.metr, 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları ərzində 5628 kub.metr və orta aylıq qaz sərfi – 1407 kub.metr təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı ildə qüvvədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28 noyabr 2016-cı il tarixli 18 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 2200 kub.metr (2200 kub.metr daxil olmaqla) olan hissəsi) olan hissəsi üçün hər 1 kub.metri 0,10 manat, illik hesabat həcminin 2200 kub.metrdən yuxarı hissəsi üçün hər 1 kub.metr 0,20 manat qiymət təyin edilməsini nəzərə alaraq 2016-cı il ərzində hesablanan 16880 kub.metr qaz həcminin dəyərinin 3156 manat (2200 kub.metr x 0,10 manat = 220 manat; 14680 kub.metr x 0,20 manat = 2936 manat; 220 manat + 2936 manat = 3156 manat), 2017-ci ildə 3156 manat, 2018-ci ildə 3156 manat, 2019-cu ildə 3156 manat, 2020-ci ildə 3156 manat, 2021-ci ildə 3156 manat, 2022-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə 169 manat olmasını nəzərə alaraq bu illər üzrə qaz xəttinə qeyri-qanuni qoşulma halında zərərin miqdarı ümumilikdə 15949 manat məbləğində müəyyən edilə bilər.

34. Məhkəmə kollegiyası qeyd edir ki, 2016-cl il tarixli akt üzrə cavabdehə 341.40 manat məbləğində borc, 2017-ci il tarixli 5 akt üzrə 762.20 manat məbləğində borc yazılmışdır. Lakin 2016 və 2017-ci illər üzrə tərtib edildiyi qeyd edilən aktlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 2016 və 2017-ci illər üzrə tərtib edilmiş aktlara əsasən hesablanmış borcun 341.40 + 762.20 = 1103,60 tutulması üçün heç bir əsas yoxdur. İlkin iddia tələbi həmin hissədə əsassızdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına iddiaçı tərəfindən 2018-ci il üzrə 3 akt, 2019-ci il üzrə 1 akt, 2020-ci il üzrə 3 akt, 2021-ci il üzrə 11 akt, 2022-ci il üzrə 12 akt, 2023-cü il üzrə 4 akt əlavə edilmişdir.

36. Kollegiya bir daha qeyd edir ki, işə əlavə edilməyən aktlar üzrə borcun tutulmasının tələb edilməsi əsassızdır.

37. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli qanuna əsasən əlavə edilmiş (2022-ci il mayın 1-dən qüvvəyə minmiş) 8-1 nömrəli maddənin tələbində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

38. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .

39. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh İddiaçı istinad etdiyi 31 may 2022-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli, 30 iyun 2022-ci il tarixli, ******* nömrəli, 29 iyul 2022-ci il tarixli, ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli, ******* nömrəli, 29 aprel 2022ci il tarixli, ******* nömrəli, 31 avqust 2022-ci il tarixli, ******* nömrəli, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli, 30 noyabr 2022-ci il tarixli, ******* nömrəli, 31 avqust 2023-cü il tarixli, ******* nömrəli, 31 yanvar 2023-cü il tarixli, ******* nömrəli, 28 fevral 2023-cü il tarixli, ******* nömrəli, 28 aprel 2023-cü il tarixli, ******* nömrəli aktlar nömrəli akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, 31 may 2022-ci il - 28 aprel 2023-cü il tarixli aktlar üzrə borc tutulmalı deyildir.

41. İşdə olan digər aktlara münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, 3-15-2-1/2-2264/2024 saylı mütəxəssis rəyi nəzərə alınmaqla borcun məbləği müəyyən edilməlidir.

42. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş 21 oktyabr 2024-cü il tarixli, 3-15-2-1/2-2264/2024 saylı mütəxəssis rəyinə əsasən iddiaçıya 2018-ci il üzrə 3 akta görə 263x3 = 789 manat, 2019-cu il üzrə 1 akta görə 263 manat, 2020-ci ildə 3 akta görə 789 manat, 2021-ci il üçün 11 akta görə 2893 manat, 2022-ci ilin ilk 4 ayı üzrə 169 manat itirilmiş qaz sərfiyyatı olmuşdur. O cümlədən iddiaçı qeyd edir ki, 184.16 manat isə debitor borcudur. Beləliklə, kollegiya hesab edir ki, ilkin iddia tələbi 5087,16 manat məbləğində borcun tutulması hissəsində əsaslı olmuşdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yalnız cavabdehin 3000 manat məbləğində borcun tutulması tələbini təmin etməklə düzgün olmayan qənaətə gəlmişdir.

44. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh 5087,16 manat məbləğində borcu mövcuddur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı 2087,16 manat məbləğində (5087,16 – 3000) dəymiş ziyanın cavabdehdən tutulması barədə tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qarşılıqlı iddianın ilkin iddia ilə birbaşa əlaqəli olduğu üçün Cavabdeh təbii qazdan istifadəyə görə 21148,93 manat borcun silinməsinə dair iddia tələbi 5087,16 borcun silinməsi hissəsində təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini 18148,93 manat borcun silinməsi hissəsində təmin etməklə düzgün olmayan qənaətə gəlmişdir. Qarşılıqlı iddia tələbi 18148,93 manat - 2087,16 manat = 16061,77 manat borcun silinməsi hissəsində əsaslıdır.

46. Belə ki, ilkin iddia tələbi 21148,93 manat məbləğində dəymiş ziyanın tutulması ilə bağlıdır, məhkəmə 5087,16 manat dəymiş ziyanın tutulmasını əsaslı hesab edir. 16061,77 (21148,93 - 5087,16 = 16061,77) manat məbləğində borc cavabdehə əsassız olaraq hesablandığı üçün silinməlidir.

47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e- 2(003)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın qismən təmin olunan hissəsində ləğv edilməli, ilkin iddia tələbi qismən təmin edilərək 2087.16 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, 2087.16 manat məbləğində borcun silinməsi ilə bağlı qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir.

47. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət vermyi zəruri sayır. Bu məsələ prosessual qanunvericiliklə tənzimləndiriyindən, bu məsələyə qiymət verərkən məhkəmə tərəflərin belə tələbinin olub olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edildiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20.87 dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməlidir.

48. Kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-1284/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən ilkin iddianın təmin olunmayan və qarşılıqlı iddianın qismən təmin olunan hissəsində ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilərək 2087.16 (iki min səksən yeddi manat on altı qəpik) manat məbləğində pul ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə təmin edilməsin. 2087.16 (iki min səksən yeddi manat on altı qəpik) manat məbləğində borcun silinməsi ilə bağlı qarşılıqlı iddia tələbi isə təmin edilməsin. Qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20.87 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən İddiaçı tərəfindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar