Məhkəmə qərarları › İş №2(103)-3462/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3462/2022

05.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3462/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06.10.2021-ci il tarixli qətnaməsindən ilkin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayıb Müəyyən etdi: İddiaçı hüquqi varisi X1 Cavabdeh qarşı “mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin boşaldılması, icarə müqaviləsinin ləğv edilməsi, icarə borcunun tutulması və sair” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra Cavabdeh X2 qarşı “icarəsində olan qeyri-yaşayış sahəsindən istifadəyə mülkiyyətçinin törətdiyi maneçiliklərin aradan qaldırılmasının təmin olunması və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06.10.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən, qarşılıqlı iddia rədd edilmişdir. Qətnamədən narazı qalan ilkin Cavabdeh (nümayəndə və vəkil Vəkil2lə birgə) apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti elektron qaydada verilsə də, qanunvericiliyin tələblərinə uyğun formada tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, MPM-in 361-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Həmin Məcəllənin 361-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-nin 361.1-ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Həmçinin Məcəllənin 361.1.4, 361.1.5, 361.1.6-cı maddələrinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Göründüyü kimi apellyasiya şikayəti ilkin Cavabdeh tərəfindən elektron qaydada verilmiş, lakin şikayət qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur) uyğun tərtib edilməmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də kollegiya hesab edir ki, ilkin Cavabdeh tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Səbail Rayon Məhkəməsinin 2(009)-678/2021 saylı, 06.10.2021-ci il tarixli qətnaməsindən ilkin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar