Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3463/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-325/2022 saylı işi üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil Tariyel qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Həsənova Ramilə Ələsgər qızı Cavabdeh qarşı “işin, xidmətin qüsurları nəticəsində dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində gördüyü işin və xidmətin qüsurları nəticəsində İddiaçı yetirdiyi zərərin əvəzi olaraq 3740 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 1000 manat pulun və iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istehlakçı olan İddiaçı şəxsi tələbatını ödəmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində təmir tikinti işləri aparması məqsədi ilə 2021-ci ili aprel ayında Cavabdeh xidmətlərindən istifadə etmək üçün onunla şifahi razılaşmışdır. Cavabdeh smeta xərclərini hesablamış və təmir-inşa işlərində tikinti materialları üçün 2800 manat, əlavə olaraq qapı sifarişi və fəhlələrə vermək üçün 940 manat olmaqla, ümumilikdə iddiaçıdan 3740 manat pul almışdır. Lakin Cavabdeh fərdi yaşayış evinin üzərində apardığı tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yerinə yetirilmədiyi üçün İddiaçı əmlakına zərər yetirmişdir. Belə ki, Cavabdeh tikinti normalarına cavab verməyən xidmətləri nəticəsində ikinci mərtəbə kimi inşa edilən tikili yaşayış evinin birinci mərtəbəsinin də deformasiyaya məruz qoymaqla uçma təhlükəsi yaratmışdır. Cavabdeh Məmmadov Tofiq Vaqif oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində gördüyü xidmətlərin aparılan təmir-tikinti işlərinin inşaat norma və qaydalarına uyğun olubolmadığının müəyyən edilməsi üçün iddiaçı tərəfindən səlahiyyətli ekspertə müraciət olunmuşdur. Azərbaycan Respublikası "Müstəqil Ekspertiza Mərkəzi” MMC-nin ekspertləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu. Sabunçu qəsəbəsi Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə baxış keçirilməklə müvafiq tədqiqatlar aparılmış və 26 aprel 2021-ci il tarixli N-262 saylı rəy tərtib edilmişdir. Həmin rəydən görünür ki, yaşayış evinin üzərində aparılmış tikinti işləri İnşaat Norma və qaydalarının tələblərinə uyğun yerinə yetirilməmişdir. Rəyin tədqiqat hissəsinə əlavə edilmiş smeta cədvəlinə əsasən 15 saylı fərdi yaşayış evində aparılmış inşaat işlərinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 2767.0 (iki min yeddi yüz altmış yeddi) manat olduğu müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-325/2022 saylı işi üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Həsənova Ramilə Ələsgər qızının Cavabdeh qarşı “işin, xidmətin qüsurları nəticəsində dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamələrdən iddiaçının nümayəndəsi və vəkili Vəkil Tariyel qızı verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Sabunçu Rayon Məhkəməsi işin faktiki hallarını araşdırmamış, təqdim olunmuş və məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlara düzgün qiymət vermədən aidiyyatı olmayan hüquq normalarına istinad etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə dindirilmiş şahid ifadələri və keçirilmiş ekspertiza rəylərini ilə iddiaçının cavabdeh tərəfindən istehlakçı hüquqlarını pozulması və sonuncunun təqsiri ucbatından ona maddi və mənəvi zərər dəyməsinin sübuta yetirilməsinə diqqət və əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməsində İddiaçı öhdəliyinin, onun tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və«Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat ilə birlikdə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət edilməli, yalnız bundan sonra təqdim edilmiş eksiz planı qanunvericiliyin tələblərinə uyğun olduğdan sonra mövcüd tikilyə hər hansı bir əlavələr və ya dəyişikliklər edilə bilməsini zəruri bilmişdir. Lakin bu norma hazırkı iddia tələbində tətbiq oluna bilməzdi. Əvvələ ona görə ki, iddiaçının yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi həmin ərazidə yerləşən digər evlər kimi sənədsiz yaşayış evləridir. Sözügedən ərazidə qonşuluqda yerləşən evlərin belə qeydiyyat sənədləri yoxdur. Belə sənədi olmayan evlər üzərində tikinti işlərinə icazəni isə almaq qeyri-mümkündür. Məhkəmə qətnamədə qeyd olunan həmin normaları hazırkı iddia tələbinə münasibətdə tətbiq etməli deyildi. Çünki burada mübahisələndirilən məsələ cavabdehin iddiaçıya məxusus fərdi yaşayış evində icraçı kimi tikinti işləri görməsi həmin işlərə yalnış rəhbərlik etməsi nəticəsində qüsurlu işlərin görülməsi, nəticədə iddiaçıya cavabdeh tərəfindən həm maddi həm də mənəvi zərər yetirilməsi olmuşdur . Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-325/2022 saylı işi üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dəvət edilmiş Quliyev Mirdamət Hətəm oğlu ifadəsində bildirmişdir ki, o, iddiaçı ərini olan Ağanın tanışıdır. Cavabdeh isə Göyçayda tanış olmuşdur. Bir gün Ağa ona zəng edərək ona usta lazım olduğunu bildirmişdir. Cavabdeh isə peşəsi usta olduğundan o bu haqda Tofiqə demişdir. Tofiq isə ona evə baxmaq lazım olduğunu, tikinti işlərini öz sxem planı ilə tikə biləcəyini bildirmiş, Ağanın yoldaşı olan Ramilə xanım isə bununla razılaşmışdır. Razılaşmaya görə Tofiq Ramilə xanımın yaşadığı evin ikinci mərtəbəsini qaldırmalı idi. Bir gün Tofiq ona zng edərək onu tikinti gedən yerə çağırmışdır. O Ramilə xanımgilə gedərək tikinti işlərinin aparılamsında tərəflər arasında narazalığ olduğunun şahidi olmuşdur. Tikintiyə nə qədər pul xərcləndiyindən məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dəvət edilmiş Abdullayev Bəhruz Allahverdi oğlu ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusudur. 2021-ci ilin təxminən yaz aylarında Ramilə xanımgilin evində tikinti işlərinin getdiyinin şahidi olmuşdur. Tikinti işlərinin 2 nəfər tərəfindən aparılıdığını görmüşdür. Tikintnin kim tərəfindən aparıldığından onun məlumatı yoxdur. Tofiqin kim olduğunu bilmir. Sonradan ona məlum olmuşdur ki, tikinti nəticəsində Ramillə xanımgilin evinin birinci mərtəbəsinə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" nin 26 aprel 2021-ci il tarixli, 262 nömrəli ekspertin rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Dadaşov – Sabunçu qəsəbəsində yerləşən, İddiaçı yaşadığı 15 saylı fərdi yaşayış evinin üzərində aparılmış tikinti işləri İnşaat Norma və qaydalarınanın tələblərinə uyğun yerinə yetirilməmişdir. Rəyin tədqiqat hissəsinə əlavə edilmiş smeta cədvəlinə əsasən 15 saylı fərdi yaşayış evində aparılmış inşaat işlərinə sərf olunan vəsaitin məbləği 2767 manat olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli, 10/4088 nömrəli rəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin dam örtüyünün üzərində aparılmış təmir tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədələri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun inşa olunmadığı və həmin bəndlərin tələbləri pozulduğu müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin dam örtüyünün üzərində aparılmış təmir işlərinin ümumi dəyəri təqribnə 2823 manat məbləğində müəyyən edilmiş, İddiaçı faktiki sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin birinci mərtəbəsindəki deformasiyanın olub-olmaması müəyyən etmək üçün Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən tərtib ediləcək rəyin mərkəzə təqdim olunmadığından üçün qoyulmuş sual üzrə tədqiqatlar aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1128.1-ci maddəsinə əsasən malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarının 4.1 və 4.2ci maddələrindən görünür ki, sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi olaraq podrat müqaviləsi bağlanaraq, cavabdeh faktiki iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin dam örtüyündə təmir-tikinti işləri aparmışdır. İddiaçı yəni sifarişçi İddiaçı sözügedən təmir işlərinin tikinti norma və qaydalarına uyğun olmaığını irəli sürərək tikinti matriallarına sərf edilmiş 2800 manat məbləğinin geri qaytarılmasını tələb edir. Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 nömrəli qərarının 4.1 və 4.2ci maddələrinin tələbindən də görünür ki, mövcud obyektə dəyişiklik edilməsi üçün ilk növbətə sifarişçinin yəni İddiaçı öhdəliyi idiki, onun tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat ilə birlikdə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət edilməli, yalnız bundan sonra təqdim edilmiş eksiz planı qanunvericiliyin tələblərinə uyğun olduğdan sonra mövcüd tikilyə hər hansı bir əlavələr və ya dəyişikliklər edilə bilərdi. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən həyata keçirilən tikinti işlərinin yarasız olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbinin tikintiyə sərf edilmiş 2800 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilə bilməz. Bundan başqa iddia tələbinin digər hissəsini əhatə edən qapı sifarişi və fəhlələrə ödənilən 940 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək məhkəmə haqlı olaraq qeyd etmişdir ki, qeyd edilən pul məbləğinin cavabdehə verilməsini və göstərilən pul məbləğini hansı əsaslarla iddiaçı tərəfindən geri tələb edilməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilmədiyində iddia tələbi bu hissəsədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərlə təkzib olunduğundan, apellyasiya şikayətində qeyd edilənlər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-325/2022 saylı işi üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil Tariyel qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-325/2022 saylı işi üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3463/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3463/2022
11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver