Məhkəmə qərarları › İş №2(103)-3466/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3466/2021

15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3466/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümyəndəsi-vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı (üçüncü şəxs Bəhram Milani cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(006)-184/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilərək, “xxxx” MMC-dən maddi zərərə görə 6650 manat və mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər «xxxx» MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyan - 15 min manat və mənəvi ziyanın 100 min manat civarında cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun onurğa nayihəsində C5-C7 fəqərə arası disklərin yüksəkliyi azalmışdır. Özünü çox pis hiss edirdi. Ona Milana VİP klinikasını məsləhət gördülər. Onu əməliyyat edəcək həkim X7da iranlı Almaniya vətəndaşı professor doktor Bahram Milani idi, onu təcrübəli savadlı həkim kimi ona məsləhət gördülər. O xx xxxx 2019-cu ildə əməliyyat edilməsi üçün 6500 AZN və 150 AZN ödəmişdir. Klinik diaqnoz: Bel-oma osteoxondrozu, L4-L5 və L5-S1 foqoroarasının sağ tərəfli foraminal stenozu. Sağ aşağı süst monoparez. Kökcük ağrı sindromu. Əməliyyat aparılıb xx xxxx 2019-cu ildə. O, 7 saat əməliyyat masasında olmuşdur. Onu gözləyən qohumlar demişdilər. xx xxxx 2019-cu il əməliyyatdan sonra onun ağrıları kəskinləşdi, o artıq sərbəst gəzə bilmirdi lakin həkim Bahram Milani dediki belə olmalıdır və o klinikadan çıxartdılar evə yazdılar. O, əhəmiyyət verməyib evə getdi və evdə halım pisləşdi. X8 Almaniyaya gedəcəyini dedi və köməkçisinin mobil nömrəsini verdi. Günbəgün halı pisləşirdi. Zəng etdi köməkçiyə dedi ki, Qəbələdədi və ağrı kəsici dərmanlarını qəbul etməyə məsləhət gördü, lakin onlar ona əks təsir göstərdi. xx xxxxx 2019cu il tarixdə Milani gəldi və o onun qəbuluna getdi və ona bərpa mərkəzinə getməyə məsləhət gördülər və bir ay bərpa mərkəzində müalicə aldı. O başqa klinikada MRT keçdi və ona dedilər ki sizin sol tərəfdə cuzi əməliyyat aparılıb, lakin sağ tərəfdən olunmalı idi. O getdi müayinəyə ona dedilər ki, yenidən əməliyyat olmalıdır. Yoxlanıldıqdan sonra məlum oldu ki heç bir əməliyyat keçirilməyib. Sağlam tərəfə cərrahi müdaxilə olunub. Milani dediki yenidən əməliyyat olunmalıdır. Ondan sonra o getdi Bahram Milaninin yanına.Həkim ona deyib ki, birinci gün gəl pulunu götür. Lakin birinci gün gəldi heç kim pul vermədi. Nəyə görə başqa ölkənin həkimi Azərbaycan vətəndaşlarını şikəst edir? Hər gün o həkimlərə və ağrı kəsici dərmanlar üçün pul ödəyir. x xxxx 2019-cu ildə o klinikaya getdi və ödənilən məbləğin qəbzini tələb etdi. Klinikanın rəhbəri Xuraman xanımın 41-ci polis bölməsində işləyən oğlu Elçin isə ona verilən qəbzi cırıb atdı. Səbayıl rayonu 41-ci polis bölməsinin işçisi Elçin adlı şəxs bizə hədə-qorxu gəldi və ona dedi ki, pulu verməyəcəklər sizə, çıxın gedin və təhqir edici sözlər dedi. Onlar polisə müraciət etdi, polis tərəfindən ona qəbz verildi. O şikəst olub və sərbəst gəzə bilmir. Hərəkət etmək üçün ona əlavə köməyə ehtiyacı var və yenidən əməliyyat olunmalıdır, onun maddi durumu pisdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnaməni qismən ləğv edib, iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaitini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri qətnamədə göstərməklə onu hüquqi cəhətdən tam əsaslandırmamış, məqsədyönlü şəkildə yanlış nəticəyə gəlmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh “xxxx” MMC-n səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə mövcud və əlavə sübutlar əsasında yeni qətnamə qəbul edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, obyektiv araşdırılmamışdır, qətnamə işin hallarına və nəticəsi ilə təsviri hissəsi uyğun olmadığı, maddi və prosessual hüquq nornaları pozulması ilə qəlbul edilmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrıayrılıqda müzakirə edib, apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayəti ilə razılaşmayaraq rədd olunmaasını xahiş edən iddiaçını və səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Stasionar xəstənin ******* saylı tibbi kartasından çıxarışa əsasən xəstə İddiaçı, daxil olma tarixi – xx.xx.2019-cu il, evə yazılma tarixi -xx.xx.2019-cu il, klinik diaqnoz – bel-oma osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarasının sağ tərəfli foraminal stenozu. Sağ aşağı süst monoparez. Kökcük ağrı sindromu. əməliyyatdan sonrakı vəziyyət. Anamnez xəstə bel-oma nayihəsində olan və sağ ayağa irradiyasiya edən ağrılardan, keylikdən, zəiflikdən “X7”a müraciət edib. Deməyinə görə uzun müddətdir xəstədir və aparılan konservativ müalicə effektsizdir. Nevroloji status Sağ pəncənin bükücü əzələlərinin mötədil parezi, axill refleks soldan çağırılmır, Laseq simptomu sağdan 30C (+). Sağ aşağı süst monoparez. Əməliyyat L4, L5 və S1 fəqərələrin hissəvi hemilaminektomiyası, L4-L5 və L5-S1 fəqərəarasının hər iki tərəfli dekompressiv foramenotomiyası və sinir kökcüklərinin azad edilməsi. Əməliyyat fəsadsız keçdi. Fiziki gərginlikdən qorunmaq məsləhət görülmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli X1-Oma sahəsinin MR Müayinəsinin surətindən görünür ki, Xülasə: L4-L5 səviyyəsində sağ tərəfli hemilyaminektomiya deffekti, L3-L4 intervertebral diskin arxa, soltərəfli, lateroforaminal protruziyası. L4-L5 intervertebral diskin arxa, geniş əsaslı protruziyası. Hərbi-Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli Bel-oma fəqərələrinin MRT müayinəsindən görünür ki, L4, L5 end platolarında sub xondral ödəm görünür. L3-L4 diskin sol extra foraminal yerləşmiş 3.5 mm ölçülən proturuziyası izlənilir. L4-L5 diskin sirkulyar yerləşmiş 4.0 mm ölçülən proturuziyası izlənilir. Spinal kanal və hər iki neyronal foramenlər daralmışdır, sinir köklərinə kompressiya izlənilir. xx.xx.2019-cu il tarixli «xxxx» MMC-nin arayışından görünür ki, İddiaçı Milana Hospitalın hesabına 150 manat və 6500 manat məbləğində ödəniş etmişdir. «xxxx» MMC ilə X4 arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İİ № ******* X3 surətindən görünür ki, Parvizi Milaniyə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək müddətə iş icazəsi verilmişdir. İş materiallarında olan 495/KEŞ saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Elmi-Təcrubi və Tədris Birliyinin rəyindən görünür ki, İddiaçı adına Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli Onurğanın Bel-Oma nahiyyəsinin MRT müayinəsində: “L4, L5 end platolarında sub xondral ödəm görünür. L3-L4 diskin sol extra foramenal yerləşmiş 3,5mm ölçülən proturuziyası izlənilir. L4-L5 diskin sirkulvar yerləşmiş 4,0mm ölçülən proturuziyası izlənilir. Spinal kanal və hər iki neyronal foramenlər daralmışdır, sinir köklərinə kompressiya izlənilir”. Onurğanın boyun nahiyyəsinin MRT müayinəsində: “C2-Th4, disklərin dehidrasiyası. C3-C4 diskin sol foramenal yerləşmiş 2,5mm ölçülən proturuziyası izlənilir. Sol foramen daralmışdır, sinir köklərinə kompressiya izlənilir. CfrC? diskin sirkulvar yerləşmiş 3,0mm ölçülən yırtığı izlənilir. Hər iki neyronal foramen daralmışdır”. “X7”da tərtib edilmiş ******* saylı “Xəstəlik tarixi”nin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bel-oma nahiyyəsində olan və sağ ayağa irradiyasiya edən ağrılar, keyiik, zəiflik şikayətləri ilə “X6” müraciət edib. Deməyinə görə, uzun müddətdir ki, xəstədir və aparılan konservativ müalicə effektsizdir. Nevroloji statusda: Sağ pəncənin bükücü əzələlərinin mötədil parezi, axill refleks soldan çağrılmır, Laseq simptomu sağdan 30C(+). Sağ aşağı süst monoparez”. EKQ-də: “Sinus ritmi, miokardda işemiya əlamətləri (ön divar çəpr zirvə yan divar), sol mədəciyin kəskin hipertrofıyası, tək supraventrikuliyar ekstrasistoliyası”. Ağciyərlərin Rentgenoqrafiyasında: “normal rentgen müayinəsi”. xx.xx.2019-cu il tarixdə “L5 fəqərəarası soldan hemilaminektomiyası, L4 və Sj fəqərəarası soldan hissəvi hemilaminektomiyası. Sinir kökcüklərin sərbəstləşdirilməsi” cərrahi əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. 16xx.xx.2019-cu il tarixlərdə xəstənin ümumi vəziyyəti stabil olaraq qalır. Huşu aydındır. Tənəffüs və hemodinamik göstəriciləri stabil, norma daxilindədir. Dinamik müşahidə və müalicə davam etdirilir. xx.xx.2019-cu il tarixdə xəatə kafi vəziyyətdə evə yazıldı. Tövsiyyə: Fiziki gərginlikdən qorunmaq məsləhətdir. Klinik diaqnoz: “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu. Sol aşağı süst monoparez. Əməliyyatdan sonrakı vəziyyət”. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəmə-tibbi müayinəsi keçirildi. Deməsinə görə, 7 ilə yaxındır ki, bel ağrısından əziyyət çəkir, televiziya vasitəsilə reklam olunan “Milano Hospital”da işləyən həkim Bəhram Milaniyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Həkim müayinəsinə və əvvəllər keçirilmiş MRT nəticələrinə əsasən, həkim tərəfindən cərrahi əməliyyat təklif edilmişdir. xx.xx.2019-cu il tarixdə klinikaya ödəniş aparılaraq stasionara qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə üzərində cərrahi əməliyyat icra edilmişdir. xx.xx.2019-cu il tarixdə ağrılar səbəbindən hərəkət məhdudlaşmışdır. xx.xx.2019-cu il tarixdə dəyişiksiz xəstəxanadan evə buraxılmışdır. Bundan sonra Bərpa İnstitutunda fizioterapevtik və konservativ müalicələri davam etmişdir. Uzun müddətli müalicələrə baxmayaraq yaxşılaşma əldə edilməmişdir. Təkrar B.Milaniyə müraciət etmiş və təkrar MRT müayinəsi aparılmışdır. MRT müayinəsinin nəticəsində patologiyanın aradan qaldırılmadığı qeyd edilmişdir.

1. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. 2. Məhkəmətibbi müayinəsi zamanı bel fəqərəsinin aşağı nahiyəsində 8x0,3smölçüdə qəhvəyimtil rəngli, üzərində cərrahi əməliyyat izi olan çapıq toxuması aşkar edildi. 1955-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə ‘‘Milana’’ VİP Hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu” diaqnozu düzgün təyin edilmişdir. 2.3.İddiaçı mövcud olan patologiya ilə əlaqədar ona aparılmış əməliyyat taktiki olaraq düzgün icra edilmişdir. Xəstəyə hər iki tərəfdən geniş laminektomiya və transpedikulyar fıksasiyanın aparılması məqsədə müvafiq olduğu halda, həkimin seçimindən asılı olaraq yalnız bır tərəfdən (sol) hemilaminektomiya icra edilmişdir. 4. İddiaçı üzərində hal hazırda təkrar sağ tərəfli hemi laminektomiya cərrahiyyə əməliyyatın aparılmasına ehtiyac vardır. İş materiallarında olan 254 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyinin rəyindən görünür ki, İddiaçı adına Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb İdarəsindən verilmiş xx.xx.2019-cu il tarixli Onurğanın Bel- Oma nahiyyəsinin MRT müayinəsində: “L4, L5 end platolarında subxondral ödəm görünür. L3- L4 diskin sol extra foramenal yerləşmiş 3,5mm ölçülən proturuziyası izlənilir. L4-L5 diskin sirkulyar yerləşmiş 4,0mm ölçülən proturuziyası izlənilir. Spinal kanal və hər iki neyronal foramenlər daralmışdır, sinir köklərinə kompressiya izlənilir”. Onurğanın boyun nahiyyəsinin MRT müayinəsində: “C2-Th4, disklərin dehidrasiyası. C3-C4 diskin sol foramenal yerləşmiş 2,5mm ölçülən proturuziyası izlənilir. Sol foramen daralmışdır, sinir köklərinə kompressiya izlənilir. C6-C7 diskin sirkulyar yerləşmiş 3,0mm ölçülən yırtığı izlənilir. Hər iki neyronal foramen daralmışdır”. İşdə olan ‘‘X5 tərtib edilmiş ******* saylı “Xəstəlik tarixf'nin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə bel-oma nahiyyəsində olan və sağ ayağa irradiyasiya edən ağrılar, keylik, zəiflik şikayətləri ilə “X6” müraciət edib. Deməyinə görə, uzun müddətdir ki, xəstədir və aparılan konservativ müalicə effektsizdir. Nevroloji statusda: Sağ pəncənin bükücü əzələlərinin mötədil parezi, axill refleks soldan çağrılmır, Laseq simptomu sağdan 30C(+). Sağ aşağı süst monoparez”. EKQ-də: “Sinus ritmi, miokardda işemiya əlamətləri (ön divar çəpr zirvə yan divar), sol mədəciyin kəskin hipertrofıyası, tək supraventrikuliyar ekstrasistoliyası”. Ağciyərlərin Rentgenoqrafıyasmda: “normal rentgen müayinəsi”. xx.xx.2019-cu il tarixdə “L5 fəqərəarası soldan hemilaminektomiyası, L4və Sı fəqərəarası soldan hissəvi hemilaminektomiyası. Sinir kökcüklərin sərbəstləşdirilməsi” cərrahi əməliyyatı icra edildi. Əməliyyat fəsadsız keçdi. 16-xx.xx.2019-cu il tarixlərdə xəstənin ümumi vəziyyəti stabil olaraq qalır. Huşu aydındır. Tənəffüs və hemodinamik göstəriciləri stabil, norma daxilindədir. Dinamik müşahidə və müalicə davam etdirilir. xx.xx.2019-cu il tarixdə xəatə kafi vəziyyətdə evə yazıldı. Tövsiyyə: Fiziki gərginlikdən qorunmaq məsləhətdir. Klinik diaqnoz: “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu. Sol aşağı süst monoparez. Əməliyyatdan sonrakı vəziyyət”. İddiaçı adına “UniKlinika”dan verilmiş xx.xx.2019-cu il tarixli “Onurğanın beloma sahəsinin MR müayinəsisində: “L4-L5 səviyyəsində sağ tərəfli hemilyaminektomiya deffekti. L3-L4 intervertebral diskin arxa, soltərəfli, lateroforaminal protruziyası. L4-L5 intervertebral diskin arxa, geniş əsaslı protruziyası”. İddiaçı “Bakı sağ.amlıq Mərkəzin” klinik-nevroloji müayinəsinə xx.xx.2020-ci il tarixdə göndəriş verildi. xx.xx.2020-ci il tarixdə İddiaçı klinik-nevroloji müayinəsi və əməliyyatdan əvvəl və sonrakı radioloji müayinələrin nəticələri: 1. “Vətəndaş İddiaçı hansı diaqnoz əsasmda əməliyyat olunmuşdur?” Klinik nevroioji müayinə və əməliyyatdan əwəl olunmuş MRT müayinənin əsasmda İddiaçı lyumbal dar kanal diaqnozu ilə cərrahi müdaxilə olunduğunu düşünürəm. 3. “Cərrahi əməliyyat düzgün icra edilmişdirmi?” Əməliyyatdan öncə xəstənin şikayətləri belində və sağ ayağında olan ağrılar olmuşdur. Bel-oma nahiyəsinin MRT müayinəsində L4-L5 fəqərələri nahiyəsində lyumbal dar kanal və L4 fəqərəsinin anterior Grade İ spondilolistezi aşkar cdilmşdir. Bundan başqa bu seqmentin qeyri-stabilliyinin digər əlamətləri faset effuziyası, disk məsafəsinin yüksək olması və qapayıcı səfhələrdə degenerativ iltihab əlamətləri aşkar edilmişdir. Bunları nəzərə alaraq xəstəyə göstəriş olan əməliyyat sinir elementlərinin dekompressiyası ilə yanaşı L4-L5 fəqərələrinin fıksasiyası və füzyon olduğunu düşünürəm. Əməliyyatdan sonra çəkilmiş MRT müayinədə sol tərəfdə paravertebral əzələlərdə yara kanalı vizualizasiya olunur, lakin sağ tərəfdə bu görünmür (xəstənin şikayətləri sağ ayağında olan ağrılar olmuşdur), on vacibi iso istər solda, istərsə də sağda sinir köklərinin kompressiyasına səbəb olan sümük elementləri rezeksiya olunmamış və stenoz olduğu kimi saxlanılmışdn. Bundan başqa L4 fəqərəsinin anterior listezi artmışdır. Beləliklə, corrahi müdaxilənin istər plaıılamasında, istərsə də texniki icrasında qüsurlar vardır. 4. “Cərrahi əməliyyat edilmədən müalicə mümkündürmü?” Xəstənin əməliyyatdan əvvəlki MRT filmlərini müaiynə edərkən optimal müalicə metodunun cərrahiyyə olduğunu düşünürəm. 5. “Keçirdiyi əməliyyatdan sonra onun səhhətində hansı müsbət və mənfi dəyişiklikilər olmuşdur?” Əməliyyatdan sonra xəstənin nevroioji əlamətləri olduğu kimi qalmış və aksial ağrıları artmışdır. Bundan başqa L4 fəqərəsinin listezi artdığına görə xəstədə sagital balansı kompensasiya etmək üçün lyumbal deformasiya inkişaf etməyə başlamışdır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmətibbi ekspert rəyinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.Tərtib edilmiş tibbi sənədlərə əsasən, İddiaçı xx.xx.2019-cu il tarixdə “Milana” VİP Hospitalda aparılmış müvafiq müayinələrdən sonra “L4-L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu” diaqnozu düzgün təyin edilmişdir. Həmin diaqnozun optimal müalicə metodu cərrahiyyə əməliyyatı hesab edilir. 2.3. xx.xx.2019-cu il tarixdə “L5 fəqərəarası soldan hemilaminektomiyası, L4 və S1 fəqərəarası soldan hissəvi hemilaminektomiyası. Sinir kökcüklərin sərbəstləşdirilməsi” cərrahi əməliyyatı təyin edilmiş diaqnoza uyğun taktiki olaraq düzgün icra edilmişdir. 4.İddiaçı üzərində hal hazırda L4 fəqərəsinin listezi artdığına görə xəstədə sagital balansı kompensasiya etmək üçün lyumbal deformasiya inkişaf etməyə başlamışdır və onda təkrar sağ tərəfli hemilaminektomiya cərrahiyyə əməliyyatın aparılmasına ehtiyac vardır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2019-cu ildə «xxxx» MMC-yə belində və sağ ayağında olan ağrılara görə müraciət etmişdir. Aparılmış müayinə nəticəsində cərrahi əməliyyat təklif olunmuş, həkim məsləhətinə inanaraq cərrahi əməliyyata razılıq vermişdir. xx.xx.2019-cu il tarixdə üzərində cərrahi əməliyyat icra edilmişdir. xx.xx.2019-cu il tarixdə ağrılar səbəbindən hərəkət məhdudlaşmışdır. xx.xx.2019-cu il tarixdə xəstəxanadan evə buraxılmışdır. Bundan sonra Bərpa İnstitutunda fizioterapevtik və konservativ müalicələri davam etmişdir. Uzun müddətli müalicələrə baxmayaraq yaxşılaşma əldə edilməmişdir. Təkrar B.Milaniyə müraciət etmiş və təkrar MRT müayinəsi aparılmışdır. MRT müayinəsinin nəticəsində patologiyanın aradan qaldırılmadığı qeyd edilmişdir. İddiaçı qeyd edir ki, «xxxx» MMC-nin həkimi neyrocərrah Bahram Milani tərəfindən iddiaçıya klinik diaqnoz – bel-oma osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarasının sağ tərəfli foraminal stenozu. Sağ aşağı süst monoparez. Kökcük ağrı sindromu təyin edilmişdir. Lakin «xxxx» MMC-nin həkimi neyrocərrah Bahram Milani tərəfindən iddiaçının üzərində “L4- L5 və L5-S1 fəqərəarası kanalının sol tərəfli foraminal stenozu” diaqnozu ilə əməliyyat həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iddia tələbi üzrə mübahisələndirilən faktlar təqdim edilmiş sübutlarla tam olaraq sübuta yetmiş, “Milano Hospital”da X4 tərəfindən aparılan əməliyyat nəticəsində iddiaçının sağlamlığına zərər vurulmuşdur və bu halın aparılmış qüsurlu cərrahiyyə əməliyyatının nəticəsində yaranması mümkündür. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmçinin həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi dəymiş ziyanın tutulması hissəsində qismən əsaslıdır və cavabdeh «xxxx» MMC-dən iddiaçının xeyrinə 6650 manat məbləğində pul tutulmasını qət etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə keçirilmiş təkrar ekspertiza rəyinin (254 saylı) tədqiqat hissəsində mütəxəssislər konkret heç bir fakt göstərməyərək ilkin rəydə əks olunmuş halları ümumi şəkildə sadalamaqla kifayətlənmişlər. Odur ki, rəyin nəticə hissəsindən göründüyü kimi, mütəxəssislər iddiaçının sağ tərəfindəki şikayətlərin səbəbini konkret ifadə etməkdən yayınmışlar. Digər əks olunmuş nəticələr isə 495/KEŞ saylı rəyi təkrarladığı aydın müşahidə olunur. Belə ki, rəyin 2.3. bəndinə əsasən müəyyən edilmişdir ki, “xəstəyə hər iki tərəfdən geniş laminektomiya və transpedikulyar fıksasiyanın aparılması məqsədə müvafiq olduğu halda, həkimin seçimindən asılı olaraq yalnız bır tərəfdən (sol) hemilaminektomiya icra edilmişdir.” İş materiallarına əlavə edilmiş Stasionar xəstənin ******* saylı tibbi kartasından çıxarışa əsasən, bel-oma osteoxondrozu, L4-L5 və L5-S1 fəqərəarasının sağ tərəfli foraminal stenozu, Sağ aşağı süst monoparez klinik diaqnozu qoyulmasına baxmayaraq əlavə edilmiş digər sənədlərdə isə (sol) hemilaminektomiya icra edildiyi və diaqnozun düzgün müəyyən edildiyi qeyd olunur. Göründüyü kimi, təqdim edilmiş sənədlərdə ziddiyyətlər mövcuddur, lakin buna baxmayaraq 495/KEŞ saylı ekspert rəyində xəstəyə hər iki tərəfdən geniş laminektomiya və transpedikulyar fıksasiyanın aparılmasının məqsədə müvafiq olduğu nəticəsinə gəlinmişdir. X4 tərəfindən isə yalnız sol tərəfdən hemilaminektomiya icra edilməsi isə əməliyyatdan sonra iddiaçının vəziyyətində müsbət dəyişikliyə səbəb olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbində cavabdehin təqsirli hərəkətlərinin olması ilə bağlı iddia tələbinin iddiaçıya vurulmuş 100 000 manat mənəvi ziyanın tutulması hissəsi haqlı olaraq qismən təmin olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002- ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, aparılan əməliyyatlar nəticəsində iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, cavabdeh “xxxx” MMC-dən mənəvi ziyana görə 3000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən kollegiya Binəqədi rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya

qət etdi:

İddiaçı və cavabdeh «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar