Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3474/2020 01.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Aktivlərinin X3 MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(004)-8515/2018 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Bank Aktivlərinin X3 MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan əsas borc üzrə 20.401 ABŞ dolları, faiz borcu üzrə 9.626,92 ABŞ dolları olmaqla, cəmi 30.027,92 ABŞ dolları məbləğində kredit borcunun və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehin mülkiyyətində olan **-NB-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ İ 40” markalı (buraxılış ili 2011, Ban - KMHLC81CBCU021056, rəngi - Ağ, mühərrik - G4NABU928317) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutma yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(004)- 8515/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilməklə, Cavabdeh "xxxx" QSCnin xeyrinə xx.xx.2012-ci il tarixli 0318 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 20.401 ABŞ dolları, faiz borcu qismində 9.626,92 ABŞ dolları, cəmi 30.027,92 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, 2011-ci il buraxılışlı, mühərrik nömrəsi G4NABU928317, ban nömrəsi KMHLC81CBCU021056 olan, «HYUNDAİ İ 40» markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh "xxxx" QSC-yə borcunun ödənilməsi, avtomobilin satışından sonra artıq qalan məbləğin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 0318 saylı kredit müqaviləsindən görünür ki, ASC-nin Sənaye filialı tərəfindən Cavabdeh 28335 ABŞ dolları məbləğində illik 18% ödənilmək şərtilə avtomobilin alınması üçün kredit verilmiş, müqavilənin son müddəti tərəflərin qarşılıqlı razılığı ilə 05 yanvar 2017-ci il tarix müəyyən olunmuşdur. Bankla Cavabdeh arasında bağlanmış eyni tarixli və eyni nömrəli ipoteka müqaviləsi ilə isə sonuncu həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi mülkiyyətində olan 2011-ci il buraxılışlı, mühərrik nömrəsi G4NABU928317, ban nömrəsi KMHLC81CBCU021056 olan, «HYUNDAİ İ 40» markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilini ipoteka ilə yüklü etdirmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 33335 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “Xidmət müqaviləsi”nə əsasən, Agentlik "xxxx" QSC-yə onun "xxxx" ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini "xxxx" QSC-yə ödəməyi, "xxxx" QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar Agentliyin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər. Xidmət müqaviləsinə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə "xxxx" QSC arasında S-AVK-1981 saylı xx.xx.2018-ci tarixli sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə "xxxx" QSC tərəfindən hazırki iş üzrə Cavabdeh aid sənədlər də təhvil-təslim aktına əsasən Agentliyə verilmişdir. Göründüyü kimi, güzəşt edilmiş problemli aktivlərlə bağlı tələb etmə hüququ "xxxx" QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) Agentliklə xidmət müqaviləsi bağlamışdır. Xidmət müqaviləsinin 2.1.4-cü bəndindən görünür ki, Agentliyə problemli aktivlər üzrə mövcud borcların ödənilməsi tələbi ilə Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, icra orqanlarında, dövlət orqanlarında iştirak etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə, o cümlədən MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyətlər verilmişdir. Müqavilənin 2.4-cü bəndinə görə, problemli aktivlərlə bağlı müqavilədə qeyd olunan xidmətlərin icrası məqsədilə "xxxx" QSC tərəfindən Agentliyin icraçı direktoruna müvafiq səlahiyyətlərin təsbit edildiyi etibarnamə verilir. Eləcə də müqavilənin ümumi məzmunundan açıq-aşkar aydın olur ki, Agentlik yalnız nümayəndəlik funksiyalarını yerinə yetirmək səlahiyyətində olmuşdur. Bu isə o deməkdir ki, Agentlik məhkəmədə iddianı öz adından yox, bu və ya başqa cavabdeh barəsində tələb hüququna malik olan "xxxx" QSCnin adından qaldıra bilərdi. Lakin, "xxxx" QSC ilə Agentlik arasında xx.xx.2016-cı il tarixdə “Xidmət müqaviləsi” bağlandıqdan sonra, nümayəndəlik institutunda baş vermiş dəyişikliklərə görə ( 31 oktyabr 2017-ci il tarixli 853-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu), hüquqi şəxsi yalnız qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edə bilərlər (MPM-in 69.2-ci m.). Eləcə də nəzərə almaq lazımdır ki, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (MPM-in 73.1-ci m.). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (MPM-in 73.4-cü m.). Göründüyü kimi, hüquqi şəxsin nümayəndəsi ya qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, ya da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir, ona görə də o, tərəflər arasında “Xidmət müqaviləsi” bağlanmasına baxmayaraq, qanunda nümayəndəlik institutuna edilmiş dəyişikliklərdən sonra "xxxx" QSC-nin məhkəmədə nümayəndəsi ola bilməz. Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə görə isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan Agentliyin icraçı direktoru tərəfindən imzalandığından, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 391, 400, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8515/2018 saylı iş üzrə 26 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bank Aktivlərinin X3 MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3474/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3474/2020
01.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver