Məhkəmə qərarları › İş №2(103)-3477/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3477/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3477/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-3477/21 Məhkəmə iclasının protokolu 22 iyun 2021-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh1, X3 (onun qanuni nümayəndəsi Cavabdeh1) və X5 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-1145/2020 saylı 02 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılır. Sədrlik edən məhkəmə iclasını saat 12:20-də açır, iş üzrə məhkəmə iclaslarının fasiləsiz videoaudio yazısının aparıldığını və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X2 qanuni nümayəndəsi, eyni zamanda Cavabdeh1 nümayəndəsi və vəkili X4məhkəmə iclasında iştirak edir. Sədrlik edən işdə iştirak edən şəxsin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini müəyyənləşdirir. İddiaçının nümayəndəsi Nümayəndə – FİN xxxxxxx Cavabdeh1 nümayəndəsi və vəkili X4– Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclas katibini elan edir, tərkibə və iclas katibinə etirazın əsaslarını izah edir və onlara etirazların olub-olmadığını soruşur. Etirazlar daxil olmadı. Sədrlik edən məhkəmə iclasında iştirak edən iddiaçıdan vəsatətlərinin olubolmadığını soruşur. İddiaçının nümayəndəsi: Möhtərəm hakimlər! Birinci instansiya məhkəməsinin mühabisələndirilən qətnaməsindən iddiaçı olaraq biz də apellyasiya şikayəti vermişik, lakin bu günkü məhkəmə iclası ilə bağlı məhkəmə bildirişində bununla bağlı hər hansı məlumat qeyd edilməmişdir. Sərdrlik edən iş materiallarına baxış keçirir, işdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-1145/2020 saylı 02 noyabr 2020-ci il tarixli qətnaməsindən yalnız Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin olduğu, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış elektron apellyasiya şikayətinin işə əlavə edilmədən mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini bildirir. Sədrlik edən iş üzrə tərəflərdən mülki işin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə münasibətini soruşur. İddiaçının nümayəndəsi: Mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edirəm. Cavabdehin nümayəndəsi: Mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmirəm. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh1, X3 (onun qanuni nümayəndəsi Cavabdeh1) və X5 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş apelyasiya baxışından çıxarılsın və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Məhkəmə iclası saat 12:25-də bağlı elan edilir. Məhkəmə iclası protokolu 22 iyun 2021-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar