Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3478/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3.741.14 manat məbləğində əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.771.14 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 2016-cı il tarixli 12/579 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1502AZ**********42 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2. yarımbəndinin və “X4 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4 pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx xxxxxxxx 2016-cı il tarixli ******* saylı akt əsasında 60 manat, xx xxxxxx 2017-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, xx xxxxxxxx 2017-ci il tarixli ******* saylı akt əsasında 34,60 manat, xx xxxxxxx 2017-ci il tarixli 0İ25954 saylı akt əsasında 26,80 manat, xx xxxxxx 2017-ci il tarixli 0l31065 saylı akt əsasında 214,20 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 602,20 manat, 19fevral 2018-ci il tarixli ******* saylı akt əsasında 138,20 manat, xx xxxx 2018- ci il tarixli ******* saylı akt əsasında 90,60 manat, xx xxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 285,60 manat, xx xxx 2018-ci il tarixli ******* saylı akt əsasında 133,80 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx xxxxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx xxxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx xxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx xxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019- cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat, cəmi2828 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə cavabdehin əvvəldən 913,14 manat borcu olmuş və karta keçirilmişdir. İddiaçı "İddiaçı” İstehsalat Birliyi tərəfindən cavabdehə 3741,14 manat pulun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, pulun ödənilməsi bu günə qədər təmin olunmamışdır. Bu səbəbdən də, istehlak olunmuş təbii qazın dəyəri olan cəmi 3741,14 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh İddiaçı İB-yə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi,”İddiaçı” İB tərəfindən ona “təbii qazdan qeyri-qanuni istifadəyə görə” qanunsuz və əsassız olaraq hesablanmış 3741,14 manat məbləğində borcun tam olaraq silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hal-hazırda İddiaçı İB tərəfindən xx.xx.2017-ci il tarixində aralarında bağlanmış 12/18964 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” ilə ona məxsus fərdi yaşayış evi qazla təmin olunur. Buna uyğun olaraq cavabdehin istifadəsində Smart tipli G-4 markalı 1602AZ**********19 saylı qaz sayğacı vardır. xx.xx.2017-ci il tarixli ******* saylı aktdan da göründüyü kimi bu sayğac həmin tarixdən öncə də mövcud olmuşdur. İddiaçı İB-in iddia etdiyi müqavilə və sayğac ona aid deyildir. Belə ki, iddiaçı tələbini onunla əsaslandırılır ki, guya o, 2016cı ildən etibarən bu günə qədər G-4 markalı, 1502AZ**********42 saylı qaz sayğacından kənar xəttdən istifadə edir. Halbuki göstərdiyi kimi İddiaçı İB tərəfindən o, başqa qaz sayğacı ilə təmin edilmiş və bundan sonra aralarında xx.xx.2017-ci il taixində müqavilə bağlanmışdır. Həmin sayğac üzrə isə onlara əvvəlki borcları olduğuna görə smart kart verilməmişdir. Bu qədər borcun necə və nə zaman yaranması isə cavabdehə bildirilməmişdir. Belə ki, onlar hazırda da bu səbəbdən təbii qazdan istifadə edə bilmirlər. Hal-hazırda o, tək qızı ilə birlikdə həmin evdə qalır, evin qızdırılması üçün isə köhnə odun peçindən (batareya) istifadə edir. Evinin vəziyyətini, onların burada təbii qaz olmadan hansı şəraitdə yaşadığını həm İddiaçı İB, həm də məhkəmə nümayəndələrinə yerində göstərə bilər. Bu şərtlər altında onların kənar xəttlə təbii qazı “taladıqlarını” iddia etmək absurddur. Onun sadəcə savadı olmadığı üçün borcun silinməsi və smart kartın ona təqdim edilməsi hüququnun olduğunu bilməmiş və buna görə də hər hansı bir tələb irəli sürməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı İddia üzrə cavabdeh İddiaçı İB isə bundan istifadə edərək onlardan həmin borc məbləğinin qanunsuz olaraq tələb edilməsini davam etdirmiş və əsassız şəkildə həmin məbləğin ondan tutulması məqsədilə məhkəməyə müraciət etmiş, yalnız özlərinə sərf edən və ona məlum olmayan hansısa sənədləri təqdim edərək ona məxsus 1602AZ**********19 saylı sayğacın mövcudluğu faktını gizlətmişdir. Bundan əlavə, onun iştirakı olmadan birtərəfli qaydada tərtib edilmiş aktlarla razı deyil. Tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtı-vaxtında sərf etmiş qazın dəyəri qismində pul ödənilmişdir. Görünür ki, İddiaçı İB əməkdaşları tərəfindən ona məxsus qaz sayğacına qəsdən müdaxilə olunmuş və foto-şəkilləri çəkilmişdir. Bu barədə, nə də tərtib edilmiş aktlar barədə cavabdehin xəbəri olmamış və bu barədə ona imza etdirilməmişdir. Bütün bu proseslər gizli şəkildə həyata keçirilmişdir. Sayğaca baxış keçirilən zaman hər hansı bir müdaxilənin olması və ya olmaması məlum deyildir. Sayğacdan kənar xəttin olması isə, kim tərəfindən, hansı şəraitdə edildiyi qeyri-müəyyəndir. Sayğac küçədə yerləşdiyindən istənilən vaxt, istənilən şəxs tərəfindən hər hansı bir müdaxiləyə məruz qala bilər. Sayğacdan kənar xətt çəkilməsinin onun tərəfindən olunması və buna görə borcun hesablanması qanunsuzdur. Bu qədər borcun yaranması özü-özlüyündə absurdur. Onlar köhnə kənd evində yaşayan kasıb bir ailədirlər. Evin qızdırılması üçün yalnız köhnə peçdən (batareyadan) istifadə edirlər. İstifadə etdikləri cihazlar müqavilədə əks olunanlar ilə məhdudlaşır. Hal-hazırda isə smart-kart verilmədiyindən məcbur olaraq yalnız odunla evi qızdırırar, ümumiyyətlə, təbii qazdan istifadə etmirlər. İstixana və ya digər hər hansı bir təsərrüfatı yoxdur. Buna görə də 3741,14 məbləğində borcun yaranması real deyildir. Biz sayğacdan kənar xəttdən istifadə etsəydik belə, bu məbləğdə borc yarana bilməzdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 60 manat məbləğində borc və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 70 manat məbləğində pul vəsaiti iddiaçı “İddiaçı" İstehsalat Birliyinin xeyrinə tutulması,iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X4 pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 34,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 26,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 214,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 602,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 138,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 90,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 285,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat, cəmi 2828 manat İddiaçınə manat ziyan vurmuşdur. Bundan əlavə olaraq cavabdehin əvvəldən 913,14 manat borcu olmuş və karta keçirilmişdir. Hal-hazırda da istehlakçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə davam etdirilir.İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 3741,14 manat məbləğində dəymiş ziyan hesablanmışdır.Cavabdehilə bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh təbii qazdan istifadə və qaydaları pozduğuna görə 3741,14 manat debitor borcu qalmışdır. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş iddiaçıya münasibətdə iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. Cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İlk əvvəl məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İddiaçı İB-yə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi,”İddiaçı” İB tərəfindən ona “təbii qazdan qeyriqanuni istifadəyə görə” qanunsuz və əsassız olaraq hesablanmış 3741,14 manat məbləğində borcun tam olaraq silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinə münasibət bildirilməmişdir. Bundan başqa məhkəmə iclas protokolundan sədrlik edənin qətnamə və qərardadı elan etməsi göstərilsə də, iş materiallarına hər-hansı qərardad əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə olan halda birinci instansiya məhkəməsinin qətnamə ləğv edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx xxxxxxxx 2016-cı il tarixli ******* saylı akt əsasında 60 manat, xx xxxxxx 2017ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, xx xxxxxxxx 2017-ci il tarixli ******* saylı akt əsasında 34,60 manat, xx xxxxxxx 2017-ci il tarixli ******* saylı akt əsasında 26,80 manat, xx xxxxxx 2017-ci il tarixli ******* saylı akt əsasında 214,20 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 602,20 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 138,20 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 90,60 manat, xx xxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 285,60 manat, xx xxx 2018-ci il tarixli ******* saylı akt əsasında 133,80 manat, xx xxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx xxxxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 129,60 manat, 31oktyabr 2017-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, xx xxxxxx 2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx xxxxxx 2019cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx xxxx 2019- cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx xxxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, xx xxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx xxxx 2019-cu il tarixli, ******* saylı akt əsasında 14,40 manat və xx xxxxxx 2019-cu il tarixli ******* saylı akt əsasında 14,40 manat dəymiş zərər hesablanmışdır. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehin sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləməsinə, belə olan halda qaz sayğacının sonuncu tərəfindən istifadə olunan qazın həcmini tam şəkildə qeydə almamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qanunun 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı birinci aktın tərtib olunmasından sonrakı üç il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilmir.İlk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdir. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən hesablanmış pulun cavabdeh tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmir. Belə olan halda kollegiya hesab edir ki, xx xxxxxxxx 2016-cı il tarixli ******* saylı akt əsasında 60 manat dəymiş zərərin tutulması hissəsində iddia təmin edilməli, digər aktlara əsasən hesablanmış dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. Bundan başqa iddiaçı cavabdehdən 913,14 manat borcun hansı əsaslarla yaranması, borcun hansı qaydada hesablanması məhkəmə iclasında müyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbləri tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 manatı Cavabdeh, 20 manatı isə iddiaçıya aid edilməlidir Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə yaranmış 60 manat məbləğində borc və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 70 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-299/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 60 manat məbləğində borc və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 70 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-3478/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3478/2020
09.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver