Məhkəmə qərarları › İş №2(103)-3480/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3480/2021

05.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3480/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Aydın Şükürovun, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reyestr çıxarışının etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddiaçının şikayətinə apelyasiya qaydasında baxılarkən məlumat daxil olmuşdur ki, eyni qərardaddan cavabdeh də şikayət verib. Belə ki, cavabdehin şikayətin kserosurəti Binəqədi Rayon Məhkəməsinin məktubu ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş apelyasiya baxışından çıxarılaraq Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, cavabdehin şikayətinə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinin göstərişinə əməl edilməlidir. Yəni həmin şikayətə Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalı, əgər məhkəmə qərardadı ləğv etməkdən imtina edərsə belə halda şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı iş apelyasiya baxışından çıxarılaraq Binəqədi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar