Məhkəmə qərarları › İş №2(103)-3481/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3481/2023

12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3481/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ekspert rəyinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin oluna bilməz. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən Mülki- Prosessual Məcəllənin 153.2.1-ci maddəsində göstərilən əsasla imtina edib. Həmin maddəyə görə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, iddia ərzəsində "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 08-76/22 nömrəli rəy mübahisələndirilib. Bu rəy başqa mülki iş – Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-49/2022 nömrəli mülki iş üzrə məhkəmənin qərardadı əsasında verilib və həmin mülki işdə sübutetmə vasitələrindən biridir. Mülki işdə sübutetmə vasitələri iddia ərizəsi verilməklə mübahisələndirilə bilməz, bunun üçün həmin mülki iş üzrə məhkəmə aktlarından prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verilməlidir. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbul edilməsindən imtina etməklə düzgün nəticəyə gəlib, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar