Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3483/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh MMC, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh MMC, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(004)-2573/2024 nömrəli qərardadından İddiaçı şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh MMC, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin qiymətləndirmənin nəticələri haqqında 05 mart 2021-ci il tarixli QXM-2925 saylı hesabatının ləğv edilməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e-2(004)- 2573/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh MMC, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.
3. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı icra məmurunun hərəkətlərini mübahisələndirdiyindən və iş hazırda icra mərhələsində olduğundan, məhkəmə nəzarəti qaydasında icra məmurunun hərəkətlərindən şikayət ilə müvafiq məhkəməyə müraciət etməli idi.
4. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyinin tətbiq üzrə” 24 noyabr 2021-ci il tarixli qərardadının 32-ci bəndinə əsasən göstərilir ki, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməlidir. Qəbulundan imtina olunan iddia ərizəsində aydın şəkildə göstərilmişdir ki, üzərinə həbs qoyulmuş payın (mənzilin) qiymətləndirilməsi üçün icra məmurunun 01 fevral 2021-ci il tarixli qərarı ilə bu dəfə Cavabdeh MMC-dən mütəxəssis dəvət edilmişdir. Mütəxəssisin 05 mart 2021-ci il tarixli rəyinə əsasən üzərinə həbs qoyulmuş pay (mənzil) bu dəfə 280000 manat dəyərində qiymətləndirilmişdir. Pay qiymətləndirildikdən sonra 15 mart 2021-ci il tarixdə tələbkara təklif olunmuş, sonuncu təklifi qəbul etmiş və icra məmurunun 19 mart 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş pay tələbkara verilmişdir. Hazırki vəziyyətdə üzərinə həbs qoyulmuş əmlakın tələbkar tərəfindən qəbul edilməsi, əmlakın açıq hərracda satılması ilə eyni hüquqi qüvvəyə malikdir. Nəticədə əmlak borclunun mülkiyyətindən tələbkarın mülkiyyətinə keçmişdir. Məhkəmə iddia ərizəsində göstərilənləri araşdırmadan iddiadan imtina barədə qərardad qəbul etmiş və səhv nəticəyə gəlmişdir. Məhkəmə qərardadında icra məmurunun hərəkətlərinin mübahisələndirdiyini qeyd etsə də, əslində icra məmurunun hərəkətləri deyil, qiymətləndiricinin qeyri-obyektiv rəyi mübahisələndirilmişdir
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, e-2(004)- 2573/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;. Maddə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir Maddə 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 nömrəli qərardadı: Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Birinci instansiya məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməsi qənaətinə gələrkən ona əsaslanmışdır ki, icra məmurunun hərəkətləri mübahisələndirilir və iş hazırda icra mərhələsindədir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 nömrəli qərardadı isə hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında , hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsini nəzərdə tutur.
11. İşin hallarını qeyd olunan qərardakı tövsiyələr baxımından qiymətləndirilməsi və işin hallarının araşdırılması məqsədilə kollegiyanın qərardadına əsasən işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
12. Araşdırma zamanı məlum olmuşdur ki, hal – hazırda İddiaçı X3 xeyrinə pul vəsaitinin tutulması ilə bağlı icra sənədi üzrə icraat davam etdirilir, lakin "xxxx" Fərdi Firmasının 17 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasovun 19 mart 2021-ci il tarixli qərarının icra olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4436/17 saylı, xx.xx.2018-ci il tarixli və 2(004)4960/17 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı X1 "xxxx" fərdi firmasında olan kooperativ üzvünün payı (mənzil) ünvan 1 ünvanda yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilin X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır və 28 mart 2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, X7 küçəsi, 1054-cü məhəllə, ev -, mənzil 60 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri Yasamal raylonu, Şəfaət Mehdiyev küçəsi, 331, M8, m1) üzərində X3 mülkiyyət hüququ qeydə alınmışdır.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 nömrəli qərardadında əks olunan hüquqi mövqenin mahiyyəti də bundan ibarətdir ki, hərracın keçirilməsinədək olan dövr ərzində icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında, hərrac keçirildikdən sonra isə iddia icraatı qaydasında mübahisələndirilməlidir. Hazırkı iş üzrə hərrac keçirilməmişdir və əmlak borcun əvəzində tələbkara təklif olunmuş və sonuncu tərəfindən əldə edilmişdir. Yəni, artıq yaşayış sahəsinin tələbkara verilməsi başa çatmışdır və sonuncunun adına reyestrdən çıxarış da mövcuddur.
14. Belə olduğu təqdirdə pul vəsaitinin ödənilməsi barədə icra sənədi üzrə icraat davam etsə də, artıq yaşayış sahəsinin verilməsi ilə bağlı prosedur başa çatmışdır. Buna görə də borclunun mübahisələndirdiyi xüsusatlar iddia icraatı çərçivəsində baxılmalıdır.
15. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e- 2(004)- 2573/2024 nömrəli qərardadından İddiaçı verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, e- 2(004)- 2573/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh MMC, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 01 saylı Bakı Ərazi İdarəsinə qarşı qiymətləndirmənin nəticələri barədə hesabatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.