Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3486/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı Nizami oğlunun Cavabdeh qarşı “cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(004)-1918/2023 nömrəli qərardadından İddiaçı Nizami oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nizami oğlu Cavabdeh qarşı “cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, vəkil Cavabdeh barəsində cinayət işinin başlanmasına dair xüsusi qərardad çıxarılması və tərəfindən vəkil Cavabdeh ödənilmiş 5000 manat pulun ondan alınaraq geri ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(004)- 1918/2023 nömrəli qərardadı ilə İddiaçı Nizami oğlunun Cavabdeh qarşı “cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarılması və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, xx.xx.2023-cü il tarixli, 3056 nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 20 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı Nizami oğluna qaytarılması qərara alınmış və İddiaçı Nizami oğluna qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı Nizami oğlu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə Yasamal Rayon Məhkməəsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Dövlət rüsumunun az ödənilməsi hissəsində iddiaçı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, lakin qərardadın iddia ərizəsinə ərazi aidiyyatı üzrə baxılmaması hissəsi ilə razılaşmamışdır. Belə ki, Cavabdeh qeydiyyat ünvanı Nəsimi rayonu olsa da iddia ərizəsi “Kəngərli və Partnyorları” vəkil bürosunda işləyən vəkil Cavabdeh qarşı vermişdir və vəkil bürosu ilə bağlanmış müqavilə mövcuddur. Həmin müqavilə isə Yasamal rayonu M.F.Axundov ünvanında bağlanmışdır. Göründüyü kimi vəkil bürosu Yasamal rayonu ərazisində yerləşir və müqavilədə məhz sözü gedən büro vasitəsi ilə bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(004)- 1918/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsini verərkən, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu tam ödəməmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı iddia ərizəsi verilən zaman qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun tam ödənilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin ərazi aidiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Məhkəmə kollegiyası isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, mülki işin materiallarından görünür ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan ünvan 5 şəhəri, Nəsimi rayonu N.Yusifbəyli küçəsi, 15/5 ünvanında qeydiyyatda olduğundan iddia ərizəsi də Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Nəsimi rayon Məhkəməsinə verilməl idi, lakin iddiaçı ərazi aidiyyəti qaydalarına riayət etməmişdir. Şikayətin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Hazırda isə iddia ərizəsində cavabdeh qismində fiziki şəxs olan Cavabdeh göstərilmiş, vəkil bürosu cavabdeh qismində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bütün qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuş, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyаsı hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2023cü il tarixli, 2(004)-1918/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(004)- 1918/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3486/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3486/2023
18.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver