Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3488/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMMC-yə qarşı iş üzrə (Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü barədə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı üçüncü şəxslər qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Maraqlı şəxs1 cəlb edilməklə “qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4583/2024 nömrəli qərardadından iddiaçının apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinə qarşı üçüncü şəxslər qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Maraqlı şəxs1 cəlb edilməklə “qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 1121-MM8-0217nömrəli qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4583/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4583/2024 nömrəli qərardadı ilə geri qaytarılmışdır.
4. Daha sonra iddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4583/2024 nömrəli qərardadı ilə həmin şikayət geri qaytarılmışdır.
5. Sonradan iddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin məhkəmə baxışına təyin edilməsinə və ya əks təqdirdə bu şikayət baxıldıqdan 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4583/2024 nömrəli qərardadı ilə həmin məhkəmənin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
7. İddiaçı buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-4583/2024 nömrəli mülki iş üzrə qəbul edilən xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadların ləğv edilməsinə və buraxılmış müddətlərin bərpa edilməsinə və baxışa təyin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 4583/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4583/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s). Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. İş materiallarından müəyyən olunur ki, İddiaçı buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etsə də, məhkəmə yalnız həmin ərizəyə baxaraq buraxılmış prosessual müddəti bərpa etmiş, mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq qərardaddan verilmiş şikayətə münasibət bildirmədən şikayətin iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir.
11. Halbuki, Mülki Prosessual Məcəlləsnin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.
12. Göründüyü kimi, prosessual müddəti bərpa etdikdən sonra birinci instansiya məhkəməsi həmin qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi, yaxud da şikayətin təmin edilməməsi və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməli idi.
13. Lakin birinci instansiya məhkəməsi qərardaddan verilən şikayətə özü münasibət bildirmədən birbaşa baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir.
14. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Yasamal Bakı Şəhəri Rayon Məhkəməsinə göndərilməlidir.
15. Göstərilənlərə əsasən və MPM-in 127, 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 4583/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyrimümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: