Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-349/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X5 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-903/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhər X4 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1964-cü il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikililərin reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, İnternasionalnaya küçəsində yerləşən 21 saylı evi Nümayəndə qızına məxsus olmuşdur.
2. Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsində istifadədə olan 0,00791 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58,9 kv.m. olan 21 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsində yerləşən 21 saylı ev 2 yaşayış otağından ibarətdir, ümumi sahəsi 58,9 kv.m., yaşayış sahəsi 31,4 kv.m., köməkçi sahəsi 27,5 kv.m., tikintialtı 79,1 kv.m, torpaq sahəsinin faktiki sahə 0,07062 ha, tikintialtı sahə 0,00969 ha, digər sahələr 0,06093 ha təşkil etmişdir.
4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planın və ölçüsündən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı Çıxarışı ilə X3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 19 “B” saylı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 150 kv.m. torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. X15 kitabında xx.xx.2012-ci il tarixdə 31326 nömrə ilə uçota alınmışdır.
5. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsində istifadədə olan 0,015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 439 kv.metr olan 19 “b” nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 2-ci mərtəbədən 41,5 kv.m., X8 2-ci mərtəbədən 40,0 kv.m., Cavabdeh isə evdən qalan hissə və torpaq sahəsi məxsusdur.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək zəbt olunmuş torpaq sahəsinin ona qaytarılması barədə qətnamə çıxarılmasını və cavabdehin əməlində ona qarşı dələduzluq əməli olduğuna görə xüsusi qərardadla prokurora müraciət olunmasını xahiş etmişdir.
7. Tələbdə göstərilib ki, onunla hasar qonşuluğunda satılmış evi Cavabdeh almışdır. Şahin onu aldadaraq kor və oğlanlarının dustaq olduqlarından istifadə edərək, özünə təzə ev tikiləcəyini bildirmişdir. Qoca və kor olduğundan istifadə edərək ona məxsus olan sənədli həyətyanı sahəsinin 1 metrə yaxın hissəsini oğurlayaraq 4 mərtəbəli yaşayış evi tikdirmişdir. Bundan xəbər tutsa da Şahin bunu inkar etmişdir. Şahinin işçisi olan Salam adlı şəxs onlara gələrək Şahinin evinin texniki pasportunu ona vermis və Şahinin həqiqətən həyətyanı sahəsini zəbt etdiyini bildirmişdir. X16 adlı şəxsin qohumu olduğunu və heç nə edə bilməyəcəklərini demişdir. Bundan sonra, o, oğlunun sinif yoldaşı Rasimi Şahinin yanına göndərmişdir. Lakin Şahin xəbərdarlıq etmişdir ki, əgər onu məhkəməyə versələr, o, qadının dustaq oğlanlarından və qızından şikayət edəcək və təzminat tələb edəcəkdir. Şahin onun övladlarını şantaj edir. 2 dəfə Bakı şəhər prokurorluğuna və Səbail rayon prokurorluğuna bu barədə şikayət etsə də, əhəmiyyət verən olmamışdır. Onun şikayəti ilə bağlı Şahin barəsində və saxta sənəd barəsində tədbir görülməsini xahiş etmiş, onun şəxsi, sənədi olan həyətyanı sahəsinin Şahinin adına kimin və nə əsasla verməsi ona aydın deyildir. Cavabdehin onun həyətinə müdaxilə edib torpağını zəbt etməsi hüququnun pozulması kimi qiymətləndirilməlidir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-903/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. 9 Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “X14 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 115 nömrəli mütəxəssis rəyində qeyd olunub ki, cavabdeh tərəfindən inşa edilmiş evin və bünövrəsinin 11 kv.metrlik hissəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir, həmçinin evin arxa hissəsində iddiaçıya aid 2 kv.m. torpaq sahəsi, qarşı tərəfində isə 2 kv.m. torpaq sahəsi cavabdeh tərəfindən daş hasara alınaraq istifadə edilir. Bundan əlavə, tərəflərə məxsus torpaq sahələrinin texniki pasportlarında 1 kv.metrə yaxın torpaq sahəsinin cizgiləri üst-üstə işlənmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda inşa edilən evin bir hissəsi onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsi hüdudlarından kənarda inşa edilmişdir. Cavabdeh mülkiyyətində olan ev ona ayrılmış mülkiyyətində olan torpaq sahəsi hüdudlarından kənara çıxır və bu kənara çıxma 11 kv.m.təşkil edir. Cavabdeh mülkiyyətində olan ev və ona ayrılmış və mülkiyyətində olan torpaq sahəsi hüdudlarından kənara çıxırsa, evin hüdudlarından kənara çıxan hissəsi İddiaçı mülkiyyətində olan 0,03721 ha torpaq sahəsinə düşür. Birinci instansiya məhkəməsinin qənaətinə görə həm iddiaçının, həm cavabdehin torpaq sahələri üzərində olan mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçmiş, lakin mütəxəssis rəyi ilə müəyyən edilir ki, tərəflərə məxsus torpaq sahələrinin texniki pasportdakı 0,6 kv.m. torpaq sahəsinin cizgiləri üst-üstə işlənmişdir. Bu fakt həmin hissəyə dair tələbə ümumi məhkəmədə baxılaraq qiymət verilməsini mümkünsüz hesab edir. Cavabdeh tərəfindən inşa edilən evin bir hissəsi onun mülkiyyətində olan torpaq sahəsi hüdudlarından kənara çıxır, yəni onun mülkiyyətində olan ev ona ayrılmış və mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənara çıxır ki, bu kənara çıxma 11 kv.m., evin sağ və sol hissələrindəki ərazidə isə hər biri 2 kv.m. olmaqla, cəmi zəbt olunan sahə 4 kv.m., ümumilikdə isə 15 kv.m. təşkil edir. Başqa sözlə, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 15 kv.m. hissəsini zəbt etmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin zəbt olunması halı müəyyən edilsə də, həmin hissənin cavabdehdən alınaraq iddiaçıya qaytarılması mövcud tikilinin sökülməsi, bununla da həmin tikili üzərində digər şəxslərin mövcud olan mülkiyyət hüquqlarının pozulması ilə, eyni zamanda cavabdehə külli miqdarda ziyan vurulması ilə nəticələnə bilər ki, məhkəmə bunu ədalətli hesab etmir. Məhkəmə hesab edib ki, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin alınıb iddiaçıya verilməsi mümkün olmadığından, iddiaçı yalnız zəbt olunmuş torpaq sahəsinin real bazar qiymətinə uyğun kompensasiyasını tələb etməkdə haqlı hesab edilə bilər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə yalnız irəli sürülmüş tələblər üzrə işə mahiyyəti üzrə baxmalı olduğundan, məhkəmə hesab edib ki, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin qaytarılması barədə iddiaçı tərəfindən qaldırılan iddia tələbi təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin yeni əsasla təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərib ki, Səbail Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli iclasında iş üzrə öz təşəbbüsü ilə məhkəmə ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi «X14 və Ekspertiza Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunmuşdur. MMC-nin Yerquruluşu mühəndisi Ayaz Şıxəliyev tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli 115 saylı mütəxəssis rəyinin işdə olan sənədlərlə, habelə işin faktik halları ilə ziddiyyət təşkil etdiyini nəzərə alaraq məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında qeyd olunan suallara aydınlıq gətirmək üçün mütləq qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin həm yerquruluşu, həm də reyestr xidmətinin mütəxəssisləri cəlb olunmaqla, habelə ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə olunmaqla təkrar kompleks məhkəmə ekspertizasının keçirilməsi barədə tərəfindən vəsatət təqdim olunmuş, lakin vəsatət əsassız olaraq təmin olunmamışdır. Məhkəmə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbini rədd etsə də «X14 və Ekspertiza Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinin Yerquruluşu mühəndisi Ayaz Şıxəliyev tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli 115 saylı mütəxəssis rəyini sübut kimi qəbul edərək Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin zəbt olunması faktını müəyyən etmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə (iddia tələbinin rədd olunması) cavabdehin xeyrinə olsa da, qətnamənin əsaslandırıcı hissəsində «cavabdeh tərəfindən torpaq zəbt olunması faktının müəyyən olunması» kimi yanlışlığın olması heç bir əsas olmadığı halda cavabdeh üçün növbəti potensial iddia tələbi təhlükəsi yaradır. Bu səbəbdən ekspertiza qarşısında qoyulmuş suallar daha mükəmməl formada araşdırılmaqla iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin təmin olunmamasının əsası dəyişdirilməlidir. İşə baxan məhkəmə prosessual qanunvericiliyin tələblərini də pozmuş, qanunların tələbini tətbiq etməmişdir. İşə baxan məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Cavabdeh məxsus fərdi yaşayış evinin inşa edildiyi sahə ayrıca torpaq sahəsi kimi yox, yaşayış sahəsi (mənzil) kimi əldə edilmiş və sökülərək yerində hazırki yaşayış evi tikilmişdir. Sökülmüş evin yerləşdiyi sahə hazırki evin yerləşdiyi torpaq sahəsindən daha böyük olmuşdur. (X18 proqramı vasitəsilə 2013-cü ilə qədər olan görüntülər vasitəsilə asanlıqla ayırd etmək olar, hansısa səbəbdən həmin görüntülər ardıcıllıqla rəyə əlavə olunmamışdır). Başqa sözlə, yeni yaşayış evi inşa olunarkən nəinki iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamış, əksinə, tikinti aparılan torpaq sahəsi iddiaçının xeyrinə müəyyən qədər azaldılmışdır. Bundan başqa, Cavabdeh məxsus hazırki fərdi yaşayış evi eskiz layihəsi Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmaqla 2013-cü ildə iddiaçı və ailə üzvlərinin gözü qarşısında bünövrədən inşa edilmiş, ötən uzun müddət ərzində iddiaçı ilə aralarında heç bir mübahisə olmamışdır. Yalnız iddiaçı istifadəsində olan torpaq sahəsinə cavabdehdən uzun müddət sonra çıxarış əldə etdikdən sonra mübahisəli vəziyyət yaranmışdır. Müəmma da ondan ibarətdir ki, Cavabdeh hazırki evi sökülmüş evin yerində inşa etdiyi halda iddiaçının adına cavabdehə məxsus evin altındakı torpaq sahəsinə dair çıxarış necə verilə bilərdi? Cavabdeh məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə bitişik olan, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin (təxminən yarısının) zəbt edildiyi nəzərə alınmamış, rəyə əlavə olunmuş xəritədə zəbt olunmuş (yəni mülkiyətdə olan torpaqla birlikdə faktiki istifadə olunan) torpaq sahəsinin konturları bütövlükdə göstərilməmişdir. Belə olan halda zəbt edildiyi göstərilən torpaq sahəsinin hissəvi ya da bütöv olaraq zəbt olunmuş torpaq sahəsinə aid olub-olmaması xəritədən aydın olmur. Bundan əlavə, əgər Cavabdeh Səbail rayon İcra Hakimiyyətilə razılaşdırılmış eskiz layihəsindən kənara çıxaraq tikinlinin bir hisəsini qonşu torpaq sahəsində inşa etmişdisə bu pozuntu tikintiyə nəzarət edən orqanın gözündən necə qaçmış, ən əsası, necə ola bilər ki mülkiyyət hüquqlarını qeydə alan orqan pozuntunu görərək mülkiyyət hüquqlarını ilkin qeydiyyata almış, texniki pasportda heç bir qeyd əlavə etməmişdir. İkincisi, qeyd olunan tikili hazırki tarixə bir neçə dəfə (ilk dəfə, daha sonra isə hissəvi satışı ilə əlaqədar) DƏDRX tərəfindən hüquqların dövlət qeydiyyatına alınmış, hər dəfə də evin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələri və s. koordinatlar dəqiq müəyyən edilməklə texniki pasport tərtib olunmuş, çıxarış verilmişdir. Bundan əlavə, bitişik torpaq sahəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dair həmçinin xx.xx.2021-ci il tarixdə (cavabdehə məxsus tikili qeydə alındıqdan daha sonra) reyestr nömrəsi **********76-10301 olan texniki pasport tərtib edilmişdir. Belə olan halda sual olunur, əgər Cavabdeh məxsus fərdi yaşayış evinin bir hissəsi (11 kv.metr kifayət qədər nəzərə çarpan sahədir) mütəxəssis Ayaz Şıxəliyevin rəydə göstərdiyi kimi iddiaçıya məxsus torpaq sahəsində inşa edilmişdisə necə olub ki, daşınmaz əmlaka hüquqları qeydə alan orqan (Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) bir neçə dəfə mübahisələndirilən obyektdə olmuş, ən müasir texniki vasitələrin köməyi ilə bir neçə dəfə koordinatlar müəyyən etmiş, pozuntu ( layihədən kənara çıxma) isə nəzərdən qaçırmışdır?
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın yeni əsasla rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
13. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X9 təqdim etdiyi rəylə eyni məzmunda izahat verdi və təsdiq etdi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi 4,7 kv. metr ölçüdə zəbt olunub.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ və İİ hissələri. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 29, İV bəndi. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 152.1. Mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən "hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın yeni əsasla rədd edilməsi üçün əsasdır.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia rədd edilsə də şikayətin obyektini qətnamənin əsaslandırıcı hissəsində müəyyən edilən halların həqiqi olmaması ilə bağlı hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin əsaslandırıcı hissəsində müəyyən edilən halların həqiqi olmaması ilə bağlı ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin qətnamənin əsaslandırıcı hissəsində müəyyən etdiyi hallar(ölçülər) qismən həqiqi oduğundan mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
25. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşsada, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də qismən aradan qalxdığından məhkəmənin qətnamənin əsaslandırıcı hissəsində müəyyən etdiyi hallar(ölçülər) qismən həqiqi oduğundan iddia tələb edilən qaydada haqlı sayıla bilməzdi.
26. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə tərkibi hesab etmişdir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanda inşa edilən evin bir hissəsi onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsinin hüdudlarından kənarda inşa edilib-edilməməsi, edilmişdirsə, bu, yəni kənarda inşa edilən hissənin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Ələddin Ağakişiyev küçəsində istifadədə olan 0,00791 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 58,9 kv.m. olan 21 nömrəli fərdi yaşayış evinə aid torpaq sahəsində inşa edilib-edilməməsi, inşa edilmişdirsə bu hissənin neçə kv.metr təşkil etməsi, eləcə də Cavabdeh tərəfindən evin arxa hissəsində İddiaçı aid 2 kv.m. torpaq sahəsi, qarşı tərəfində isə 2 kv.m. torpaq sahəsinin daş hasara alınaraq istifadə edilibedilməməsinin və tərəflərə məxsus torpaq sahələrinin texniki pasportlarında 1 kv.metrə yaxın torpaq sahəsinin cizgilərinin üst-üstə işlənməsinin müəyyən edilməsi üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertiza təyin edilməli və ekspertizanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsininin mütəxəssisi(mühəndisi)cəlb edilməklə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmalıdır.
27. Məhkəmə tərkibi apellyasiya şikayətlərinin dəlillərinin yoxlanılmaqla iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə hesab etdi ki, 1 saylı Bakı Ərazi İdarəsininin mütəxəssisi(mühəndisi)cəlb edilməlidir. Çünki, müəyyən edilməsi tələb edilən hallara dair məlumatlar, yəni daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə dair arxiv məlumatları, digər zəruri sənədlər və məlumatlar yalnız qeyd olunan İdarədə mövcud olduğundan mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazini və sərhədlərini də ancaq o İdarə (mühəndisi, eksperti)tərəfindən müəyyən edilir. Hazırki işdə veriləcək və analoji işlərdə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylərdən açıq-aşkar bəlli olur ki, bu rəylər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi rəyi olduğu kimi köçürməklə tərtib olunur. Bunun başqa cür olması da mümkün deyil. Çünki, Məhkəmə Ekspertiza Mərkəzində sırf bu növdə ekspertiza keçirilmir və bu sahədə xüsusi biliyə malik ekspertlər fəaliyyət göstərmir, eləcə də torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları yoxdur. Bu cür vəziyyətdə ekspertizanın keçirilməsinin həm də Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi yalnız bu xarakterli işlərə baxılması müddətinin süni surətdə uzadılmasına və digər neqativ hallara səbəb olur ki, nəticədə də ədalət mühakiməsinin maraqları zərər görmüş olur. Əlbətdə ki, gələcəkdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin ərazi idarələrindəki olan torpaq sahələrinə dair arxiv sənədləri və elektron kadastr məlumatları Məhkəmə Ekspertiza Mərkəzində də olacağı təqdirdə yəqin ki, bu sahədə yeni ekspertiza növü yaranacağı istisna olunmur.
28. Bununla yanaşı, ölkə prezidentinin “Məhkəmə -hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır, o cümlədən özəl məhkəmə ekspertiza fəaliyyətinin təşkili üzrə ardıcıl tədbirlər görülür. Qanunvericilikdəki yeniliklərə əsasən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs Ədliyyə Nazirliyinin təşkil etdiyi icbari təlimlərdə iştirak etməli, müsahibədən keçməli, özəl məhkəmə eksperti şəhadətnaməsi almalı və barəsində məlumatlar Məhkəmə Ekspertləri Reyestrinə daxil olmalıdır. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə zəruri hazırlıq işləri görülmüş və hüquqi tənzimləmə məsələləri tam həllini tapdıqdan sonra özəl məhkəmə ekspertizası institutunun tətbiqi mükün olacaqdır. Lakin bu işlər başa çatdırılmadığı və heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən, bəzən də əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə etməklə müxtəlif məsələlərlə bağlı rəy verilir, o cümlədən hazırki işdə də birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertizanın aparılması “X14 və Ekspertizası Mərkəzi” MMC-yə həvalə edilmişdir. Bu MMC də 7 iyun 2022-ci il tarixli 115 nömrəli rəyi vermiş və məhkəmə də həmin rəyi mötəbər sübut kimi qəbul edərək yekun nəticəyə gəlmişdir. Lakin qeyd olunduğu kimi bu cür sənədlərin özəl məhkəmə ekspertizası yaxud mütəxəssis rəyi kimi qəbul olunması qanunsuzdur və bu cür sənədlərin məhkəmə icraatı çərçivəsində istifadə olunması, başqa sözlə sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Xüsusən də torpaq mübahisələri ilə bağlı bu cür rəylərin sübut növü kimi qəbul edilməsi ümumiyyətlə qəbuledilməzdir. Çünki, əgər dövlət qurumu olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində yuxarıda qeyd olunduğu kimi torpaq sahələrinə dair arxiv sənədləri və torpaqlara dair elektron kadastr məlumatları yoxdursa, demək, hansısa MMC-də bu cür sənəd və məlumatların olması da mümkün sayılmır. Bununla bağlı, Ədliyyə Nazirliyinin məhkəmələrə ünvanlanmış rəsmi müraciəti də mövcuddur.
29. Məhkəmə tərkibinin qəbul etdiyi qərardada əsasən Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi mülkiyyətində olan 0.015 ha torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi öz mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən qonşunun tərəfindən istifadədə və mülkiyyətdə olan torpaq sahəsinə düşmür. Mübahisəli vəziyyət yerində araşdırılmışdır. Məlum oimuşdur ki, sənəd üzrə qonşuların ara sərhəddi ilə texniki pasportlara nəzərən fərq var. Nəticədə 4.7 kv.m torpaq sahəsi Cavabdeh ərazisində qalmışdır. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən qonşunun tərəfindən istifadədə və mülkiyyətdə olan torpaq sahəsinə düşmür.
30. Yuxarıda qeyd olunduğu kimi, bu rəy təqdim edildikdən sonra, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/2824 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində də qeyd edilmişdir ki, Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi mülkiyyətində olan 0.015 ha torpaq sahəsinin hüdudları daxilindədir. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi öz mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən qonşunun tərəfindən istifadədə və mülkiyyətdə olan torpaq sahəsinə düşmür. Mübahisəli vəziyyət yerində araşdırılmışdır. Məlum oimuşdur ki, sənəd üzrə qonşuiarın ara sərhəddi ilə texniki pasportlara nəzərən fərq var. Nəticədə 4.7 kv.m torpaq sahəsi Cavabdeh ərazisində qalmışdır. Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən qonşunun tərəfindən istifadədə və mülkiyyətdə olan torpaq sahəsinə düşmür.
31. Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli rəydə üçüncü suala verilmiş cavabda qismən anlaşılmazlıq olduğundan həmin İdarənin rəyi vermiş mühəndisinventarlaşdırıcısı X9 məhkəmə iclasına dəvət olundu və verdiyi rəyi müdafiə edərək bildirdi ki, həqiqətən iddiaçıya aid 4.7 kv.m torpaq sahəsi Cavabdeh ərazisində qalmışdır.
32. Beləliklə, birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən mötəbər sübut əsasında müəyyən edildi ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 15 kv.m. hissəsini deyil, 4.7 kv. metr hissəsini zəbt etmişdir. Ona görə də, nə qədərki, iddiaçı birinci instansiya məhkəməsinin mövqeyi ilə, yəni “cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin zəbt olunması halı müəyyən edilsə də, həmin hissənin cavabdehdən alınaraq iddiaçıya qaytarılması mövcud tikilinin sökülməsi, bununla da həmin tikili üzərində digər şəxslərin mövcud olan mülkiyyət hüquqlarının pozulması ilə, eyni zamanda cavabdehə külli miqdarda ziyan vurulması ilə nəticələnə bilər ki, məhkəmə bunu ədalətli hesab etmir” nəticəsi ilə razılaşıb apellyasiya şikayəti verməmişdir, demək ki, cavabdeh tərəfindən zəbt olunmuş 4.7 kv. metr torpaq sahəsinin də real bazar qiymətinə uyğun kompensasiyasını tələb edə bilər. Başqa sözlə, apellyasiya baxışı zamanı da iddiaçının izahatının məzmunundan bəlli oldu ki, əslində zəbt edilmiş torpaq sahəsinə görə cavabdehdən kompensasiya tələb etmək hüququnun olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə onların marağına uyğundur, lakin kompensasiyanı 15 kv. metr torpaq sahəsinin zəbt edilməsinə görə tələb edəcək.
33. Şərh olananlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, yəni apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir, ona görə də apellyasiya şikayəti təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-903/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası yeni əsasla, yəni 4.7 kv. metr torpaq sahəsinin zəbt edilməsinə görə təmin edilməməlidir.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 386, 387, 388, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-903/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası bu qətnamənin əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmaqla təmin edilməsin. Ekspertiza xərci olan 50(əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.