Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3490/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3n və İddiaçı4 cavabeh Cavabdehnə (MMC) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə (MMC) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh və iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı3 tərəfindən 24 avqust 2022 – 05 sentyabr 2022-ci il tarixləri üzrə 12313 manat qiyməti olan "xxxx" üçün cavabdeh MMC-yə 12313 manat pul tam olaraq ödənilmişdir.
2. 02 sentyabr 2022-ci il tarixdə Roma şəhərindən İstanbul şəhərinə “X8” aviakompaniyası ilə saat 06:55-də başlamalı uçuş üzrə biletin qiyməti 356,28 Avro, həmin tarixdə eyni istiqamət üzrə “Pegasus” aviakompaniyası ilə saat 14:45-də başlamalı uçuş üzrə qiymət isə 77,02 Avro təşkil etmişdir.
3. İddiaçıların adına “Azera Travel” şirkəti tərəfindən elektron sistemdə 2 sentyabr 2022-ci il tarixdə TK1362 nömrəli reys üzrə biletlər rezerv edilmiş, lakin ödəniş həyata keçirilmədiyi üçün rezervlər sistem tərəfindən ləğv edilmişdir.
4. “Azera Travel” tərəfindən rezervasiya sənədlərindən görünür ki, 02 avqust 2022-ci il tarixdə “Azera Travel” tərəfindən iddiaçıların adına 02 sentyabr 2022-ci il tarixə 1363 nömrəli, Roma-İstanbul reysi üzrə saat 06:55-də başlamalı uçuş üçün bilet rezerv edilmişdir.
5. Fotoşəkillə müəyyən edilir ki, İstanbul şəhəri istiqamətində saat 06:55-də yola düşməli olan “X8”na məxsus təyyarə üzrə TK 01362 nömrəli reys ləğv edilməmişdir.
6. “Azera Travel” tərəfindən verilmiş rezervasiya məlumatlarında göstərilmişdir ki, 05 avqust 2022-ci il tarixdə “Pegasus” aviakompaniyasından iddiaçıların adına yük xidməti də daxil olmaqla ümumilikdə 637,64 Avro dəyərində 4 ədəd aviabilet bron edilmişdir. Həmin məlumatlara qoşma edilmiş, yenə “Azera Travel” tərəfindən verilmiş arayış tipli məktubda göstərilmişdir ki, 02 avqust 2022-ci il tarixdə Cavabdeh MMC şirkəti Azera Turizm MMC şirkətindən Romadan İstanbula 2 sentyabr tarixi, səhər 06:55 reysi üçün baqajlı şəkildə bilet bronları etmişdir. Biletlər müvafiq olaraq İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 adına edilmiş və qiyməti 1 nəfər üçün 396 manat olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə iddiaçılar kimi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçılara vurulmuş maddi zərərə görə 3000 manat, mənəvi zərər görə 7000 manatın, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçıların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehdən ümumi dəyəri 12313 manat təşkil edən tur paket əldə etmişlər. Avropa turunu başa vurduqdan sonra əvvəlcədən onlara bildirilmiş uçuş xətti üzrə, yəni “X9”ndan adlarına alınan biletlər əsasında 02 sentyabr 2022-ci il tarixə olan Roma-İstanbul aviareysinə görə İtaliyanın Roma şəhərində yerləşən hava limanına gəlmişlər. Lakin, son anda cavabdehin əməkdaşı tərəfindən “Whatsapp” tətbiqi vasitəsilə göndərilmiş səs qeydinə əsasən güyə qeyd olunan uçuşun ləğv edilməsi, xoşbəxtlikdən son anda başqa aviakompaniya vasitəsilə Roma- İstanbul uçuş xətti üzrə bilet tapıldığı (daha ucuz bilet və 6-7 saatlıq gözləmə müddəti) bildirilmişdir. Hansı ki, 02 sentyabr 2022-ci il tarixə Roma-İstanbul uçuş xətti üzrə aviabiletin qiyməti “X8”nda 356,28 Avro, həmin tarix və istiqamət üzrə “Pegasus” aviakompaniyası üzrə isə qiymət 77,02 Avro təşkil etmişdir. İddiaçılar yaranmış problemlə əlaqədar sonradan cavabdehə müraciət etdikdə, müəyyən edilmişdir ki, onlara elə əvvəlcədən “Pegasus” aviakompaniyasından bilet alınmışdır. Daha sonra cavabdehin əməkdaşları dediklərini təkzib edərək, xanım əməkdaşın xidmət zamanı yol verdiyi bu nöqsana görə işdən uzaqlaşdırıldığı, onlara heç bir əlavə kömək edə bilməyəcəkləri deyilmişdir. İddiaçıların vəkili tərəfindən “X8”na ünvanlanmış sorğuya alınmış cavabdan müəyyən edilmişdir ki, iddiaçıların adına 02 sentyabr 2022-ci il tarixli, TK 1362 nömrəli reys üzrə biletlər rezerv edilmiş, lakin ödəniş edilmədiyindən, sistem tərəfindən biletlər ləğv edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 02 sentyabr 2022-ci il tarixə Roma-İstanbul xətti üzrə “X8”na aid təyyarə üzrə uçuşlar ləğv edilməmişdir. Bununla da iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Maddi ziyan aviabiletlər arasındakı fərq və zaman itkisi ilə əsaslandırılmışdır. Mənəvi zərər isə iddiaçıların ciddi əsaslı sarsıntı keçirmələri, cavabdehin onları aldatması ucbatından hava limanında 6 saatdan çox müddətdə qalmaları, vaxtında İstanbul şəhərinə gələ bilməmələri, gec gəlmələri səbəbindən iqtisadi sahədə addımlarını vaxtında ata bilməmələri, hava limanında oturacaqların üzərində gecələməli olduqları ilə əsaslandırılmışdır. Dəymiş maddi və mənəvi zərərin qarşılığının ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə (MMC) qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbinin qismən təmin edilərək, iddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat, mənəvi zərərin əvəzi kimi 800 manat olmaqla, ümumilikdə 2693 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi kimi 60 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı3 ödənilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar 24 avqust 2022 – 05 sentyabr 2022-ci il tarixləri üzrə 12313 manat qiyməti olan "xxxx" üçün cavabdeh MMC-yə 12313 manat pulu tam olaraq ödəmişlər. Bu qiymət cavabdehin nümayəndəsinin izahatına əsasən gediş-dönüş xərcləri, otel qiymətləri və s. hesablanmaqla iddiaçılara təklif olunmuş, onlar da (daha dəqiq İddiaçı3) təklif edilən məbləğlə razılaşmış, ödəniş etmişlər. Mübahisələndirilən, 02 sentyabr 2022-ci il tarixdə Roma şəhərindən İstanbul şəhərinə uçuş üzrə 02 avqust 2022ci il tarixdə 1362 saylı (bu reysin “X8” vasitəsilə həyata keçirilməsi barədə tərəflər arasında razılaşma işin mübahisəsiz halıdır) reysə iddiaçıların adına biletlər bron edilmiş, lakin biletlərin pulu cavabdeh tərəfindən ödənilmədiyindən (biletlərin pulunun ödənilməməsi “X8”nın 11 oktyabr 2022-ci il tarixli məktubu ilə öz təsdiqini tapır) bronlar ləğv edilmişdir. Nəticədə iddiaçılar 02 sentyabr 2022-ci il tarixdə “Pegasus” aviakompaniyasının saat 14:45-ə olan reysi ilə hərəkət etmişlər. Cavabdeh tərəf məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş arayış tipli məktubu təqdim edərək, iddiaçıların adına 02 avqust 2022-ci il tarixdə Roma şəhərindən İstanbul şəhərinə 02 sentyabr tarixə, saat 06:55 reysi üçün bilet bronları edildiyini, biletin qiymətinin 1 nəfər üçün 396 manat olduğunu göstərmişdir. 02 sentyabr 2022-ci il tarixdə iddiaçıların adına 06:55 reysi ilə biletlərin bron edildiyi də məlum haldır. Lakin, bron edilmiş biletlərin pulunun ödənilərək alınmasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bunun əksinə, 02 sentyabr 2022-ci il tarixdə, saat 06:55-də Roma-İstanbul reysini icra etməli “X8” şirkəti iddiaçıların adına həmin reysə bron edilmiş biletlərin pulunun ödənilmədiyi sübut olunmuşdur. Həmçinin, cavabdeh tərəf məhkəməyə biletlərin bron məlumatları barədə sənədlər təqdim etmişdir ki, həmin məlumatlardan görünür ki, iddiaçıların adına 05 avqust 2022-ci il tarixdə “Pegasus” aviakompaniyasından 4 ədəd bilet bron edilmişdir. Həmin, yəni 05 avqust 2022-ci il tarixə 4 ədəd bilet üçün ümumilikdə ödəniləcək məbləğ 637,64 Avro təşkil etmişdir. Lakin cavabdeh tərəfindən “Pegasus” aviakompaniyasından biletlərin məhz 05 avqust 2022-ci il tarixdə pulunun ödənilərək alınması da sübuta yetirilmir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutlarla müəyyən edilir ki, 02 sentyabr 2022-ci il tarixə “Pegasus” şirkəti ilə eyni istiqamətdə uçuşun qiyməti 1 nəfər üçün 77,02 Avro təşkil etmişdir. Həm iddiaçıların nümayəndəsinin, həm də cavabdehin nümayəndəsinin izahatlarında göstərilənlərlə müəyyən edilir ki, sözügedən uçuşun “X8”na məxsus reyslə həyata keçirilməsinə dair tərəflər razılaşmışlar. Sonradan cavabdeh şirkət tərəfindən uçuş həmin günə, başqa saata dəyişdirilmiş, həmçinin uçuşu həyata keçirən şirkət olaraq “Pegasus” şirkəti seçilmişdir. Cavabdehin nümayəndəsinin izahatına əsasən reysin dəyişməsi barədə iddiaçılara cavabdehin işçisi tərəfindən daha öncədən məlumat verilməmişdir. Yəni, iddiaçılar 02 sentyabr 2022-ci il tarixədək (uçuş anınadək) cavabdehlə əvvəlcədən razılaşdıqları kimi “X8”na məxsus, saat 06:55 reysi ilə hərəkət edəcəklərini düşünmüşlər. cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə iclaslarının birində izahatında iddiaçıların müraciəti əsasında “X8”ndan biletlərin bron edildiyini, lakin, ödəniş vaxtında edilmədiyindən, bronların ləğv edildiyini, sonrakı məhkəmə iclasındakı izahatında isə biletlər bron edildikdən sonra otelin qiymətində bahalaşma baş verdiyindən, iddiaçılara biletləri “X8” şirkətindən deyil, “Pegasus”dan aldıqlarını bildirmişdir. Yəni, cavabdehin nümayəndəsi biletlərin “X8” şirkətindən deyil, “Pegasus” şirkətindən alınmasının səbəbləri barədə ziddiyyətli izahatlar vermişdir. Hər iki izahatda cavabdehin nümayəndəsi diqqəti bu dəyişikliyin cavabdehin təqsiri ucbatından baş vermədiyinə yönəltməyə çalışmışdır. Belə olan halda, yəni məlum dəyişiklik cavabdehin hərəkəti nəticəsində baş verməmişdirsə, cavabdehin nümayəndəsinin biletlərin dəyişdirilməsi ilə arada yaranmış 410 manat fərqi (bu məbləği cavabdehin nümayəndəsi bildirir) ödəməyə hazır olması ilə bağlı izahatında göstərilənlər anlaşılan deyil. Beləliklə, 02 sentyabr 2022-ci il tarixli, saat 06:55-ə olan Roma-İstanbul reysi üzrə hərəkəti iddiaçılarla cavabdeh arasında razılaşdırılmış qaydada “X8”na məxsus təyyarə ilə həyata keçirməli olan iddiaçılar cavabdehin üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədən, onları vaxtında xəbərdar etməməsi, buna dair razılıqları alınmadığı halda həmin tarixdə, saat 14:45-də eyni istiqamətdə hərəkət edəsi “Pegasus” şirkətinə məxsus təyyarə ilə uçuşlarını davam etdirməli olmuşlar. Cavabdehin uçuş vaxtını və uçuşu həyata keçirən şirkəti dəyişdirməsi barədə iddiaçıların vaxtında məlumatlandırılmamaları, bu barədə razılığın olmaması işin halları ilə sübuta yetirilir. Cavabdeh tərəfindən biletlərin bron edilmə tarixlərinə olan qiymətləri barədə sübut məhkəməyə təqdim edilsə də, biletlərin alınmasına cavabdeh tərəfindən nə qədər pul ödənilməsi ilə bağlı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi çıxarış məlumatları ilə müəyyən edilir ki, 02 sentyabr 2022-ci il tarixə, saat 06:55-ə “X8” şirkətinin reysi ilə Roma-İstanbul istiqaməti üzrə biletin qiyməti 1 nəfər üçün 356,28 Avro, həmin günə saat 14:45-ə “Pegasus” şirkətinin reysi ilə bilet qiyməti 77,02 Avro olmuşdur. Həmçinin, cavabdeh tərəfindən “Pegasus” şirkətindən biletlərin 77,02 Avroya deyil, başqa məbləğə alınmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, biletlərin qiyməti arasındakı fərq 4 nəfərə görə cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Bu hissədə məhkəmə onu da qeyd edir ki, iddiaçılar cavabdehə pulu Azərbaycan manatı valyutası ilə verdiklərindən, biletlərin qiyməti Avro ilə hesablansa da, bilet qiymətləri arasında yaranmış 1117,04 Avroluq (356,28 - 77,02 = 279,26 x 4 = 1117,04) fərq bilet qiymətlərinin müəyyən edildiyi 02 sentyabr 2022-ci il tarixə Avronun Azərbaycan manatına olan nisbəti ilə Manatla cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, 02 sentyabr 2022-ci il tarixə 1 Avronun 1 Azərbaycan manatına olan nisbəti 1,6948 olmuşdur. İddia tələbi maddi zərərin ödənilməsinə münasibətdə digər hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçılara daha nə kimi maddi zərər dəyməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, uçuş saatının, uçuşu həyata keçirən aviaşirkətin iddiaçıların iradəsi ziddinə cavabdeh tərəfindən dəyişdirilməsi, nəticədə iddiaçıların 8 saata yaxın vaxt itirmələri nəticəsində yarana biləcək əsəb-stress onların mənəvi zərərə uğraması nəticəsinə gəlməyə əsas verir və məhkəmə mənəvi zərərin miqdarını hər bir iddiaçıya görə 200 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385.1, 386.1, 398.1, 398.2, 425.1, 425.2, 430.1, 439.1, 439.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 76.1, 77.1, 77.2, 119, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stessləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, Artiko İtalyaya qarşı işdə “tənhalıq” və “kimsəsizlik” hisslərinə, “Young Cames və Xerşi” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərərin ödənilməsi qərara gəlinmişdir. Göründüyü kimi iddiaçılar X6 Cavabdeh tərəfindən aldadılmaqları səbəbindən gecə vaxtı, “əsəb”,”stress”, “sarsıntı”, “vaxt itkisinə” məruz qalmışlar. Habelə dəymiş maddi və mənəvi ziyanın qarşılığının ödənilməsi ilə bağlı Cavabdeha pretenziya məktubu göndərilmiş, lakin Cavabdeh tərəfindən işin həlli üçün heç bir müsbət addım atılmamışdır. Həmçinin, cavabdeh tərəfindən “Pegasus” şirkətindən biletlərin 77,02 Avroya deyil, başqa məbləğə alınmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, biletlərin qiyməti arasındakı fərq 4 nəfərə görə cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Xüsusi ilə qeyd edilməlidir ki, avia biletlər arasında fərqə birinci instansiya məhkəməsi münasibət bildirsə də , maddi zərər kimi zaman itkisinə hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçılar tərəfində ödənişlər tam şəkildə tur paket üçün ödənilmişdir. Habelə iddiaçıların keçirdiyi mənəvi sarsıntılara münasibətdə mənəvi zərər çox aşağı həddə mənəvi zərər birinci instansiya məhkəməsi tərəfindən tutulmuşdur. Xüsusi ilə qeyd olunmalıdır ki, 02 sentyabr 2022-ci il tarixə olan Roma-İstanbul uçuş xətti üzrə “X7” aid təyyarə üzrə uçuşlar ləğv edilməmiş, habelə iddiaçıların adlarına yuxarıda qeyd olunan tarix və aviakompaniya münasibətdə təyyarə biletləri alınmamışdır. Bununla da iddiaçılara maddi və mənəvi ziyan dəymişdir. Dəymiş maddi ziyan aviabiletlər arasındakı fərq və zaman itkisi olmuşdur. Mənəvi ziyan məsələsinə gəldikdə isə iddiaçılar ciddi əsaslı sarsıntılar keçirmiş, cavabdehin aldatması ucbatından Hava Limanında 6 saatdan çox müddətdə qalmış, vaxtında Türkiyə Respublikasının İstanbul şəhərinə gələ bilməmiş, İstanbul şəhərinə gec gəlmələri səbəbindən iqtisadi sahədə addımlarını vaxtlı-vaxtında ata bilməmiş, Hava Limanında oturacaqların üzərində gecələməli olmuşlar.
14. Həmçinin, qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin etiraf edilməyən hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikasının MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi vəya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalı olduğu mülki qanunvericilikdə təsbit olunmuşdur. Lakin, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi mülki qanunvericiliyin qeyd oluna normalarının tələblərini pozaraq, maddi ziyanın məbləğində yanlış nəticəyə gəlmişdir. Belə ki, sözügedən qətnamədə də qeyd olunduğu kimi məhkəməyə təqdim edilmiş,“Pegasus Hava yolları” tərəfindən verilmiş və eyni zamanda “Pegasus Hava yolları”-nın Azərbaycanda rəsmi nümayəndəliyi olan "xxxx" MMC tərəfindən imzalı və möhürlü rezervasiya məlumatlarında göstərilmişdir ki, 05 avqust 2022ci il tarixdə “Pegasus” aviakompaniyasından iddiaçıların adına yük xidməti də daxil olmaqla ümumilikdə 637,64 Avro dəyərində 4 ədəd aviabilet bron edilmişdir. “Pegasus” aviakompaniyasından iddiaçıların adına alınmış biletlərdən də göründüyü kimi biletlər Romadan İstanbula 2 sentyabr tarixli, saat 11:50 reysi üzrə alınmışdır. Reys üzrə biletlərdən də aydın olduğu kimi relslər üzrə dəyişiklik edilməsi nəticəsində uçuş fərqi iddiaçıların iddia etdiyi kimi 8 saat deyil yalnız 4 saat 55 dəqiqədir. Lakin məhkəmə tərəfindən qətnamədə əsassız olaraq uçuşun 14:45-də olduğu qeyd edilib. Məhkəmə qətnaməsində digər əsassız hal isə aviaşirkətlər üzrə uçuşların dəyişməsi nəticəsində yaranan qiymət fərqidir. Belə ki, qətnamədə 02 sentyabr 2022-ci il tarixə, saat 06:55-ə “X8” şirkətinin reysi ilə Roma-İstanbul istiqaməti üzrə biletin qiyməti 1 nəfər üçün 356,28 Avro,həmin günə saat 14:45-ə “Pegasus” şirkətinin reysi ilə bilet qiyməti 77,02 Avro olduğu qeyd edilmiş və müvafiq hesablamalar aparılaraq bilet qiymətləri arasında yaranmış fərq 1117,04 Avro hesablanmış (356,28-77,02 = 279,26 x 4 = 1117,04), həmin məbləğ Azərbaycan Respublikasının Mərkəzi Bankının saytında yerləşdirilmiş məzənnəyə əsasən 02 sentyabr 2022-ci il tarixə 1 Avronun 1 Azərbaycan manatına olan 1,6948 nisbəti ilə hesablanmış və maddi ziyan kimi 1.893 manat müəyyən edilmişdir. Qeyd edilməlidir ki, “Azera Travel” tərəfindən verilmiş arayış tipli məktubda göstərilmişdir ki, 02 avqust 2022-ci il tarixdə Cavabdeh MMC şirkəti Azera Turizm MMC şirkətindən Romadan İstanbula 2 sentyabr tarixi, səhər 06:55 reysi üçün baqajlı şəkildə bilet bronları etmişdir. Biletlər müvafiq olaraq İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 adına edilmiş və qiyməti 1 nəfər üçün 396 manat olmuşdur. Buna baxmayaraq, məhkəmə sözgedən qətnamədə X8 ilə “Pegasus” hava yolları biletləri arasında olan fərqin 1 biletdə 279.26 Avro olduğunu qeyd edib. Həqiqətdə isə elektron kabinetə yüklənmiş imzalı və möhürlü sənədlərdə də göstərilib ki, bu iki aviaşirkət biletləri arasında olan fərq 4 biletdə ümumilikdə, 474, 70 manat təşkil etmişdir. Belə ki, Romadan İstanbula 2 sentyabr tarixi, səhər 06:55 reysi üçün baqajlı şəkildə bilet bronlarının hər biri 396 manat olmaqla, 4 bilet üçün ümumilikdə 1.584 manat ödənilmişdir. İş materiallarına əlavə olunmuş “Pegasus” havayollarının Azərbaycanda rəsmi nümayəndəliyi olan "xxxx" MMC tərəfindən imzalı və möhürlü sənədlərdən göründüyü kimi ümumilikdə Roma İstanbul reysi üzrə ümumi ödəniş 637.64 avro təşkil etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, 05 avqust 2022-ci il tarixə 1 Avronun 1 Azərbaycan manatına olan nisbəti 1.7397 olmuşdur. Beləliklə də, “Pegasus” havayollarından alınmış biletlərin qiyməti 1.109,30 olmuşdur. Nəticə etibarilə, müəssisə tərəfindən iddiaçılara faktiki olaraq dəymiş maddi ziyan 474,7 manat olmuşdur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir: “...Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadan gəlmə vəya qanun əsasında ona mənsubolan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.” Azərbaycan Respublikasının Ali Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən də aydın olduğu kimi mənəvi zərərin hesablanması zamanı subyektin hərəkətləri nəticəsində həmin şəxsin mənəvi iztirab çəkməsi başa düşülür. Lakin iş üzrə faktlardan göründüyü kimi iddiaçıların iddia etdiyi 8 saatlıq iddia etdiyi fərq reallığı əks etdirməyib sübutlarla da, təkzib olunur. Məhz bu səbəbdən, məhkəmənin hər bir iddiaçı üçün 200 manat olmaqla, ümumikdə 800 manat kimi müəyyənləşdirdiyi mənəvi zərər əsassız olub ləğv edilməlidir. Belə ki, iddiaçılar öz ərizələrində müəssisənin yanlışına görə havalimanında 8 saat mənəvi iztirab çəkdiklərini, stress və əsəb keçirtdiklərini bildirsələr də, müəssisə tərəfindən iddiaçılara müəssisə tərəfindən aviaşirkətlərin dəyişdirilməsi nəticəsində reyslər arasında yalnız 4 saat 55 dəqiqəlik fərq olmuş, uçuş saatının və aviaşirkətlər barəsində dəyişikliyə dair 01 sentyabr 2022-ci il tarixində saat 21:40-da “Whatsapp” tətbiqi vasitəsilə müəssisənin əməkdaşı tərəfindən İddiaçı2 öncədən məlumat verilmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
17. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçılar Avropa turu ilə bağlı cavabdehə müraciət ediblər və kompleks şəkildə tur paket əldə ediblər. Avropa səyahətindən qayıdan zaman “X8” şirkətinin reysi ilə Roma-İstanbul istiqaməti üzrə deyil, “Pegasus” şirkəti üzrə uçuş həyata keçirilmişdir. Baxmayaq ki, iddiaçılar vaxtlı-vaxtında ödənişləri həyata keçiriblər. İddiaçılar intervalla uçuş həyata keçiriblər. “Pegasus” şirkəti və “X8” şirkəti arasında həm qiymət, həm komfort cəhətdən böyük fərq vardır. Onlar “X8” şirkətinə sorğu veriblər və sorğuya cavab olaraq bildirilmişdir ki, bron edilsə də, tam ödəniş həyat keçirilmədiyi üçün bron ləğv edilmişdir. Cavabdehin nümayəndəsi isə bildirmişdir ki, reys ləğv olunduğu üçün “Pegasus” şirkəti üzrə uçuş olacaq. Lakin, onlar sorğu veriblər və onlara cavab verildi ki, “X8” şirkətinin reysi ləğv olunmayıb. Onlar sübutlarını da təqdim ediblər. Nəticədə, iddiaçılar ciddi sarsıntılar və stress keçirmiş, cavabdehin aldatması ucbatından hava limanında 6 saatdan çox müddətdə qalmışlar. Cavabdeh şirkət daşınma şirkəti deyil, tur şirkətidir.Tur şirkəti də zamanı əhatə edir. İddiaçılar ümumi olaraq 14 günlük ödəniş etsələr də 13 gündən istifadə edə biliblər. Biletlər əvvəl alınıb, sadəcə ödəniş xx.xx.2022-ci il tarixində edilmişdir. Uçuş da ayın 4-ü olmuşdur. xx.xx.2022-ci il tarixində "Pegasus" şirkətindən biletlər alnmışdır. Lakin, cavabdeh iddiaçılara “X8”nın uçuşunun ləğv edildiyini bildirib. Halbuki, belə olmayıb. Cavabdeh iddiaçıları aldatmışdır. “X8” ilə "Pegasus" arasında qiymət və komfort fərqi çox böyükdür.
18. İddiaçı2 iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilini müdafiə edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, onlar 7 saat hava limanında gözləyiblər, vaxt itiriblər. Onlar hava limanında saatlarla gözləyiblər ki, “Pegasus” şirkəti üzrə uçuş edəcəklər. Onlara dedilər ki, bəxtiniz gətirib ki, bilet tapa biliblər. Cavabdehin nümayəndəsi onlara reysin ləğv olunduğunu buna görə də başqa reyslə uçacaqlarını demişdir. Onlar “X8” şirkəti ilə əlaqə saxlayıblar və dedilər ki, bron olunub amma tam ödəniş edilməyib deyə ləğv edilib. Onlar əvvəlcədən plan qurmuşdular ki, konkret uçuşları olacaq. Gözlədikləri müddətdə əsəb və stress keçiriblər. O cavabdehə yaxınlaşıb məsələni həll etmək üçün barışığa cəhd etsə də, ona hara şikayət edirsənsə et deyiblər. Ona dedilər ki, işçini belə səhvlərinə görə çıxarıblar. Onlara bir gün öncədən cavabdeh dəyişikliyi bildirməmişdir. Onlara bildirmişdi ki, reys ləğv olunub, onlara başqa bilet alınacaq. Amma hava limanında görüblər ki, onlardan başqa hamı uçur. Öyrənib ki, ödəniş edilməyib deyə reys ləğv edilmişdir.
19. Cavabdeh nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilini müdafiə edərək, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçılar bildirir ki, 7 saat hava limanında gözləyiblər. İddiaçılar ödənişləri “X8” şirkəti ilə uçuş üçün ediblər. Bir neçə səbəb oldu ki, onlar uçuşu “Pegasus” şirkəti ilə dəyişdiriblər. Aradakı fərqi sübut etmək üçün rəsmi sənədləri təqdim ediblər. Rayon məhkəməsi isə ekran görüntülərinə əsasən qətnamə qəbul etmişdir. Qətnamədə reysin çıxması saat 14:45-də yazılsa da,iddiaçılar saat 11:50-də olduğunu bildiriblər. Rayon məhkəməsinin təyin etdiyi mənəvi zərərin məbləği ilə də razı deyillər, çünki 7 saatı nəzərə alıb həmin məbləğ təyin edilmişdir. Turda cəmi 1 dəyişiklik olmuşdur, o da reys ilə bağlı olmuşdur. Onlar qəbul edir ki, “Pegasus” şirkəti üzrə uçuşun komfortu daha aşağıdır. Aradakı fərq bu olmuşdur. Uçuş fərqi iddiaçıların iddia etdiyi kimi 7 saat deyil 4 saat 55 dəqiqə olmuşdur. Məhkəmə əsassız olaraq uçuşun saat 14:45-də olduğu qeyd edib. Onlar aradakı fərqi ödəməyə hazırdılar. Lakin iddiaçı,10.000 manat ödəniş tələb edir. Bu da mümkün deyil. Onlar bankdan çıxarışı da təqdim ediblər. İş məhkəməyə çatmamışdan öncə təklif ediblər ki, aradakı fərqi ödəyə bilərlər. Onlar isə ekran görüntülərinə əsaslandılar. Onlar iddiaçılara uçuşdan bir gün öncə dəyişikliklə bağlı məlumat veriblər. Onlar səhvlərini başa düşürlər ki, uçuş şirkətini dəyişməməli idilər.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
21. Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”
23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə qismən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə, iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi – “iddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat məbləğində pul vəsaitinin Cavabdeh MMCdən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməsi” hissəsində dəyişdirilməlidir.
28. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat, mənəvi zərərin əvəzi kimi 800 manat olmaqla, ümumilikdə 2693 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməsi qət edilmişdir.
29. Məhkəmə kollegiyası iddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçılar 24 avqust 2022 – 05 sentyabr 2022-ci il tarixləri üzrə 12313 manat qiyməti olan "xxxx" üçün cavabdeh MMC-yə 12313 manat pulu tam olaraq ödəmişlər. Bu qiymət cavabdehin nümayəndəsinin izahatına əsasən gediş-dönüş xərcləri, otel qiymətləri və s. hesablanmaqla iddiaçılara təklif olunmuş, onlar da (daha dəqiq İddiaçı3) təklif edilən məbləğlə razılaşmış, ödəniş etmişlər.
30. 02 sentyabr 2022-ci il tarixdə Roma şəhərindən İstanbul şəhərinə uçuş üzrə 02 avqust 2022-ci il tarixdə 1362 saylı reysə iddiaçıların adına biletlər bron edilmiş, lakin biletlərin pulu cavabdeh tərəfindən ödənilmədiyindən bronlar ləğv edilmişdir. İddiaçılar 02 sentyabr 2022-ci il tarixdə “Pegasus” aviakompaniyasının reysi ilə hərəkət etmişlər.
31. Məhkəmə öz mövqeyini əsaslandırarkən iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi çıxarış məlumatlarına istinad etmiş və müəyyən etmişdir ki, 02 sentyabr 2022-ci il tarixə, saat 06:55-ə “X8” şirkətinin reysi ilə Roma-İstanbul istiqaməti üzrə biletin qiyməti 1 nəfər üçün 356,28 Avro, həmin günə saat 14:45-ə “Pegasus” şirkətinin reysi ilə bilet qiyməti 77,02 Avro olmuşdur. Həmçinin, cavabdeh tərəfindən “Pegasus” şirkətindən biletlərin 77,02 Avroya deyil, başqa məbləğə alınmasını təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, biletlərin qiyməti arasındakı fərq 4 nəfərə görə cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Bu hissədə məhkəmə onu da qeyd edir ki, iddiaçılar cavabdehə pulu Azərbaycan manatı valyutası ilə verdiklərindən, biletlərin qiyməti Avro ilə hesablansa da, bilet qiymətləri arasında yaranmış 1117,04 Avroluq (356,28 - 77,02 = 279,26 x 4 = 1117,04) fərq bilet qiymətlərinin müəyyən edildiyi 02 sentyabr 2022-ci il tarixə Avronun Azərbaycan manatına olan nisbəti ilə Manatla cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, 02 sentyabr 2022-ci il tarixə 1 Avronun 1 Azərbaycan manatına olan nisbəti 1,6948 olmuşdur.
32. Lakin “Azera Travel” tərəfindən verilmiş məktubda qeyd edilir ki, 02 avqust 2022-ci il tarixdə Cavabdeh MMC şirkəti Azera Turizm MMC şirkətindən Romadan İstanbula 2 sentyabr tarixi, səhər 06:55 reysi üçün baqajlı şəkildə bilet bronları etmişdir. Biletlər müvafiq olaraq İddiaçı2, İddiaçı1, İddiaçı4, İsmayı lov Fərəc Rövşən oğlunun adına edilmiş vəqiyməti 1 nəfər üçün 396 manat olmuşdur. Belə ki, Romadan İstanbula 2 sentyabr tarixi, səhər 06:55 reysi üçün baqajlı şəkildə bilet bronlarının hər biri 396 manat olmaqla, 4 bilet üçün ümumilikdə 1.584 manat ödənilməli idi.
33. “Pegasus” hava yollarının Azərbaycanda rəsmi nümayəndəliyi olan "xxxx" MMC tərəfindən imzalı və möhürlü sənədlərdən göründüyü kimi ümumilikdə Roma-İstanbul reysi üzrə ümumi ödəniş 05 avqust 2022-ci il tarixdə 637.64 avro təşkil etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə edilmiş məlumatdan görünür ki, 05 avqust 2022-ci il tarixə 1 Avronun 1 Azərbaycan manatına olan nisbəti 1.7397 olmuşdur. Beləliklə də,“Pegasus” hava yollarından alınmış biletlərin qiyməti 1.109,30 manat olmuşdur.
34. Beləliklə, məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçılar tərəfindən 12313 manat "xxxx" üçün ödəniş olunmuşdur. Romadan İstanbula 2 sentyabr tarixi, səhər 06:55 reysi üçün baqajlı şəkildə bilet bronlarının hər biri 396 manat olmaqla, 4 bilet üçün ümumilikdə 1.584 manat ödənilməli idi və həmin məbləğ də 12313 manat təşkil edən ümumi məbləğə daxil idi. Lakin cavabdeh biletləri “Pegasus” hava yollarından almış və 1.109,30 manat ödəmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara 474,7 manat (1.584 - 1.109,30) məbləğində pul qaytarılmalıdır.
35. Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin məvəni zərərin tutulması tələbinə dair hissədə həm iddiaçılar, həm də cavabdeh tərəfindən mübahisələndirilmişdir.
36. Məhkəmə kollegiyası iddiaçılara dəymiş mənəvi zərərin əvəzi kimi isə iddiaçıların hər birinə 200 manat olmaqla cəmi 800 manat məbləğində pulun tutulmalı olması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
37. İşin hallarından və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarından belə nəticəyə gəlmək olur ki, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olmuşdur.
38. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, iddiaçılara mənəvi zərərin vurulması iş materialları ilə müəyyən edilmir.
39. İş materiallarından göründüyü kimi, iddiaçılar hava limanında gözləməkləri ilə əlaqədar olaraq fiziki və mənəvi sarsıntılar keçirmişdir. Beləliklə, iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin öhdəliyini lazımı qaydada yerinə yetirməməsi nəticəsində baş vermişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi sarsıntı keçirdiyi qənaətinə gəlməklə ödənilməli olan kompensasiya məbləğini düzgün müəyyən etmişdir.
40. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 709/2023 saylı, xx.xx.2023-cü il tarixli qismən – “iddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməsi” hissəsində dəyişdirilməli, 474,7 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən iddiaçıların xeyrinə tutulmalı, iddiaçılar tərəfindən apellyasiya şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid olunmalı, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçılardan cavabdehin xeyrinə tutulmalı, dövlət rüsumunun qalan hissəsi apellyatora aid edilməlidir.
41. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – “iddiaçılara vurulmuş maddi zərərin əvəzi kimi 1893 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ödənilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən 474,7 manat (dörd yüz yetmiş dörd manat yetmiş qəpik) məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulsun. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 alınaraq Cavabdehnə ödənilsin, dövlət rüsumun qalan hissəsi apellyatora aid edilsin. İddiaçılar tərəfindən apellyasiya şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev