Məhkəmə qərarları › İş №2(103)-3497/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3497/2023

17.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3497/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “payın bölünməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2164/2022 saylı 24 fevral 2023-cü il tarixli əlavə qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “payın bölünməsi və s. tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2164/2022 saylı 16 avqust 2022-ci il tarixli qərardadına əsasən mülki iş Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə mülki iş üzrə qiymətləndirici mütəxəssis ("xxxx" MMC) məhkəməyə müraciət edərək, iş üzrə "xxxx" MMC-nin mütəxəssisisi tərəfindən aparılmış qiymətləndirmə xidmətinin dəyərinin tutulmadığını bildirmiş, məhkəmə də məhkəmə xərclərinə münasibət bildirilməsinə dair əlavə qərardadın qəbul edilməsini məqsədəmüvafiq hesab etmiş və məhkəmənin 24 fevral 2023-cü il tarixli əlavə qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2164/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə keçirilmiş məhkəmə-qiymətləndirici ekspertizasının dəyəri olan 400 manat məbləğində pulun İddiaçı tutularaq qiymətləndirici mütəxəssis "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Əlavə qərardaddan iddiaçı şikayət verərək, ləğv edilməsini xahiş etmiş və MPM-nin 229.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılmamış saxlanılmış, həmin qərardad tərəflərin elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Üzərindən 6 ay keçdikdən sonra əlavə qərardadın qəbul edilməsi qanunsuzdur, belə ki, əlavə qərardad, qərardadın qüvvəsini almasına qədər çıxarılmalı olduğu halda qərardadın qanuni qüvvəsini almasının üzərindən 6 ay keçdikdən sonra çıxarılmışdır. İddiaçı tərəfdən verilmiş şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, iddiaçının şikayəti haqlı olduğundan təmin edilməli və mübahisələndirilən əlavə qərardad ləğv edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsinə görə əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Göründüyü kimi qanunvericilikdə konkret göstərilmişdir ki, əlavə qərardadın çıxarılması barədə məsələyə qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Baxılan iş üzrə isə məhkəmənin 16 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, həmin qərardad xx.xx.2022-ci il tarixdə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə isə qanunvericiliyin göstərilən tələblərini nəzərə almadan qərardadın qanuni qüvvəyə minməsindən sonra əlavə qərardad qəbul etmişdir. Odur ki, mübahisələndirilən əlavə qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2164/2022 saylı 24 fevral 2023cü il tarixli əlavə qərardadı ləğv edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar