Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3501/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Qədir Şirinovun, İddiaçı vəkili və nümayəndəsi Əli Qasımovun iştirakı ilə, iddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə “X3” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). Avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh3ın adına qeydə alınıb. İddiaçı Qədir Şirinovun oğludur. İddiaçılar ilə cavabdehlərin arasında avtomobilin alqı-satqısı ilə bağlı münasibətlər yaranmış, şifahi formada ilkin razılaşma olmuş, lakin alqı-satqı müqaviləsi bağlanmamışdır. xx.xx.2021-ci ildə Cavabdeh3 adından etibarnaməyə əsasən çıxış edən Cavabdeh1 etibar edilmişi etibaretmə qaydasında İddiaçı adına nəqliyyat vasitəsinin idarə etmə səlahiyyətini nəzərdə tutan etibarnamə vermiş, avtomobil İddiaçı təhvil verilmiş, lakin sonra avtomobil ondan geri alınmışdır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdehlərdən iddiaçıların xeyrinə göstərilən məbləğlər tutulsun: 1) avtomobilin əldə edilməsi üçün iddiaçı tərəfin ödədiyi 16.000 manat; 2) avtomobilin təmiri üçün iddiaçı tərəfin çəkdiyi xərcin əvəzi kimi 2.200 manat; 3) 6 ay ərzində iddiaçı tərəfin cavabdeh tərəfə ödədiyi 1.746 manat; 4) İddiaçı avtomobilsiz qaldığı müddətdə taksi xidmətindən istifadə etdiyinə görə çəkdiyi xərcin əvəzi kimi 3.280 manat; 5) İddiaçı bankdan götürdüyü kreditə görə ödədiyi faizin əvəzi kimi 5.000 manat; 6) mənəvi zərərin əvəzi kimi 30.000 manat. Bundan başqa, iddia ərizəsində xahiş olunub ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 240 manat tutulsun. Tələb onunla əsaslandırılıb ki, İddiaçı xx.xx.2021-ci ildə avtomobili 20.500 manata almaq qərarına gəlmişdir. Bu məqsədlə bankdan 10.000 manat kredit götürmüş, həmin pulun 9.500 manatını avtomobil salonunda çalışan Cavabdeh2 vermişdir. Bundan başqa, İddiaçı atası Qədir Şirinova məxsus “BMW” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 6.500 manat qiymətləndirilməklə barter kimi Cavabdeh2 vermişdir. Bu hesabla Cavabdeh2 16.000 manat (9.500 manat + 6.500 manat = 16.000 manat) ödənilmiş, İddiaçı avtomobil salonuna 4.500 manat borcu qalmışdır (20.500 manat – 16.000 manat = 4.500 manat). Razılaşmışlar ki, qalıq borca görə hər ay 291 manat pul 24 ay ərzində İddiaçı tərəfindən Cavabdeh1 kart hesabına köçürüləcək. Cavabdeh1 isə Cavabdeh3 (avtomobil adına qeydə alınmış şəxsin) adından etibarnamə əsasında çıxış edərək İddiaçı adına avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamə vermişdir. Bundan sonra avtomobil İddiaçı təhvil verilmiş, İddiaçı isə avtomobildəki nasazlıqların aradan qaldırılması üçün 2.200 manat xərc çəkmişdir. Bundan başqa, İddiaçı 6 ay ərzində hər ay 291 manat olmaqla cəmi 1.746 manatı Cavabdeh1 kart hesabına köçürmüşdür. xx.xx.2022-ci ildə Cavabdeh2 İddiaçı zəng edərək bildirmişdir ki, həmin avtomobili yaxşı bir avtomobillə əvəz edəcək, odur ki, avtomobili onunla birlikdə çalışan Cavabdeh4 təhvil versin. İddiaçı Cavabdeh2 vədinə inanaraq xx.xx.2022-ci ildə avtomobili Cavabdeh4 təhvil vermişdir. Lakin Cavabdeh2 vədinə əməl etməmişdir. Bundan sonra nə avtomobil, nə də pul İddiaçı qaytarılmamışdır. Binəqədi RM-nin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunub və göstərilənlər qət olunub: 1) maddi zərərin əvəzi kimi 14.020 manat, mənəvi zərərin əvəzi kimi 2.000 manat, cəmi 16.020 manat, dövlət rüsumunun əvəzi kimi 116,47 manat Cavabdeh2 İddiaçı xeyrinə tutulsun; 2) 6.500 manat Cavabdeh2 Qədir Şirinovun xeyrinə tutulsun; 3) 1.455 manat Cavabdeh1 İddiaçı xeyrinə tutulsun; 4) 291 manat Cavabdeh4 İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməyib. Şikayət və izahatlar: Qətnamədən yalnız İddiaçı apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunsun Məhkəmə iclasında iştirak edən iddiaçı Qədir Şirinov, İddiaçı vəkili və nümayəndəsi Əli Qasımov apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: İddia ərizəsində irəli sürülən tələblərlə bağlı məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir: 1-ci tələb, yəni 16.000 manat pul tələbi barədə: 16.000 manatın tərkibinə 2 məbləğ daxildir: 9.500 manat və 6.500 manat. Birinci instansiya məhkəməsi müəyyən edib ki, İddiaçı avtomobilin əldə edilməsi üçün Cavabdeh2 nağd şəkildə 9.500 manat pul verib. Birinci instansiya məhkəməsi həmin pulun Cavabdeh2 İddiaçı xeyrinə tutulmasını qət edib. Apellyasiya şikayətinin ümumi məzmunundan görünür ki, İddiaçı hesab edir ki, 9.500 manat pul yalnız Cavabdeh2 deyil, cavabdehlərin hamısından müştərək qaydada tutulmalıdır. Odur ki, qətnamənin digər cavabdehlərə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 9.500 manat pul digər cavabdehlərə verilməyib. İddiaçı özü bildirir ki, həmin pulu nağd şəkildə Cavabdeh2 verib. Ona görə də məhkəmə Mülki Məcəllənin 14.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, digər cavabdehlərin pulu geri qaytarmaq vəzifəsi yoxdur, birinci instansiya məhkəməsi həmin tələbi digər cavabdehlərə münasibətdə rədd etməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi müəyyən edib ki, İddiaçı atası Qədir Şirinova aid olan “BMW” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 6.500 manat qiymətləndirilməklə avtomobilin bir hissəsinin qiyməti (barter) kimi Cavabdeh2 verib. Birinci instansiya məhkəməsi həmin pulun Cavabdeh2 Qədir Şirinovun xeyrinə tutulmasını qət edib. Apellyasiya şikayətinin ümumi məzmunundan görünür ki, İddiaçı hesab edir ki, 6.500 manat pul yalnız Cavabdeh2 deyil, cavabdehlərin hamısından müştərək qaydada tutulmalıdır. Odur ki, qətnamənin digər cavabdehlərə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “BMW” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil digər cavabdehlərə verilməyib. İddiaçılar özləri bildirirlər ki, həmin avtomobil Cavabdeh2 verilib. Ona görə də məhkəmə Mülki Məcəllənin 14.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, digər cavabdehlərin 6.500 manat pul ödəmək vəzifəsi yoxdur, birinci instansiya məhkəməsi həmin tələbi digər cavabdehlərə münasibətdə rədd etməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 9.500 manat və 6.500 manat pulun ondan tutulmasını mübahisələndirməyib, ona görə də 9.500 manat və 6.500 manat pulun Cavabdeh2dan tutulmasına aid hissədə qətnamə apellyasiya qaydasında yoxlanılmadı. 2-ci tələb, yəni 2.200 manat pul tələbi barədə: İddiaçı bildirir ki, həmin avtomobilin təmiri üçün 2.200 manat xərc çəkib, odur ki, həmin xərcin əvəzi ödənilməlidir. Lakin avtomobilin təmirinə xərc çəkildiyini təsdiq edən sübut təqdim olunmayıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 14.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdehlərin 2.200 manat pul ödəmək vəzifəsi yoxdur, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 3-cü tələb, yəni 1.746 manat pul tələbi barədə: İddiaçı bildirir ki, avtomobilin qiyməti Cavabdeh2la 20.500 manata razılaşdırılmış, 16.000 manat ödənilmiş, bundan sonra avtomobil salonuna 4.500 manat borcu qalmış, belə razılıq olmuşdur ki, 4.500 manat göstərilən qaydada ödəniləcək: İddiaçı hər ay 291 manat pulu 24 ay ərzində “daxili kredit” kimi Cavabdeh1 kart hesabına köçürüləcək. Yəni İddiaçı 24 ay ərzində 6.984 manat (291 manat x 24 ay = 6.984 manat) ödəyəcək. Birinci instansiya məhkəməsi müəyyən edib ki, İddiaçı 5 ay üçün 1.455 manat pulu (291 manat x 5 ay = 1.455 manat) Cavabdeh1 kart hesabına, 1 ay üçün 291 manat pulu Cavabdeh4 kart hesabına köçürüb. Ona görə də birinci instansiya məhkəməsi 1.455 manatın Cavabdeh1, 291 manatın isə Cavabdeh4 İddiaçı xeyrinə tutulmasını qət edib. Bu iki məbləğin cəmi 1.746 manat təşkil edir (1.455 manat + 291 manat = 1.746 manat). Göründüyü kimi, tələb məbləğə münasibətdə tam həcmdə təmin olunub. Apellyasiya şikayətinin ümumi məzmunundan görünür ki, İddiaçı hesab edir ki, həmin pul yalnız Cavabdeh1 və Cavabdeh4 deyil, cavabdehlərin hamısından müştərək qaydada tutulmalıdır. Odur ki, qətnamənin digər cavabdehlərə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edib ki, 1.746 manatın 1.455 manatı Cavabdeh1ın kart hesabına, 291 manatı isə Cavabdeh4 kart hesabına köçürülüb. Həmin pulun digər cavabdehlərə verilməsi barədə sübut yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 14.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, digər cavabdehlərin 1.746 manat pulu İddiaçı ödəmək vəzifəsi yoxdur, birinci instansiya məhkəməsi həmin tələbi digər cavabdehlərə münasibətdə rədd etməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh1 və Cavabdeh4 həmin pulun onlardan tutulmasını mübahisələndirməyiblər, ona görə də 1.455 manat pulun Cavabdeh1, 291 manat pulun isə Cavabdeh4 tutulmasına aid hissədə qətnamə yoxlanılmadı. 4-cü tələb, yəni 3.280 manat pul tələbi barədə: İddiaçı bildirir ki, avtomobilsiz qaldığı müddətdə taksi xidmətindən istifadəyə görə 3.280 manat xərc çəkib, odur ki, həmin xərcin əvəzi ödənilməlidir. Lakin taksi xidmətindən istifadəyə xərc çəkilməsini təsdiq edən sübut təqdim olunmayıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 14.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdehlərin 2.280 manat pul ödəmək vəzifəsi yoxdur, birinci instansiya məhkəməsi həmin tələbi rədd etməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 5-ci tələb, yəni 5.000 manat pul tələbi barədə: İddia ərizəsində tələb olunub ki, avtomobilin qiymətini ödəmək üçün xx.xx.2021ci il tarixdə İddiaçı "xxxx" ASC-dən aldığı 10.000 manat kreditə görə 48 ay müddətində banka ödəməli olduğu 5.000 manat faizin əvəzi cavabdehlərdən tutulsun. Birinci instansiya məhkəməsi həmin tələbi qismən təmin edib, faizin əvəzi kimi 4.520 manat pulun Cavabdeh2dan İddiaçı xeyrinə tutulmasını qət edib. Apellyasiya şikayətinin ümumi məzmunundan görünür ki, İddiaçı hesab edir ki, həmin pul yalnız Cavabdeh2 deyil, cavabdehlərin hamısından müştərək qaydada tutulmalıdır. Odur ki, qətnamənin digər cavabdehlərə aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, avtomobilin əldə edilməsi üçün pul digər cavabdehlərə verilməyib. İddiaçı özü bildirir ki, bankdan kredit aldığı 10.000 manat puldan 9.500 manatı nağd şəkildə Cavabdeh2 verib. Ona görə də məhkəmə Mülki Məcəllənin 14.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, digər cavabdehlərin faizin əvəzi kimi 4.520 manat pulu İddiaçı ödəmək vəzifəsi yoxdur, birinci instansiya məhkəməsi həmin tələbi digər cavabdehlərə münasibətdə rədd etməklə düzgün nəticəyə gəlib, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh2 4.520 manat pulun ondan tutulmasını mübahisələndirməyib, ona görə də 4.520 manatın Cavabdeh2dan tutulmasına aid hissədə qətnamə apellyasiya qaydasında yoxlanılmadı. 6-cı tələb, yəni 30.000 manat pul tələbi barədə: İddia ərizəsində mənəvi zərərin əvəzi kimi 30.000 manat tələb olunub. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 2.000 manat pulun Cavabdeh2 İddiaçı xeyrinə tutulmasını qət edib. Apellyasiya şikayətinin ümumi məzmunundan görünür ki, İddiaçı hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb tam həcmdə təmin olunmalı, habelə həmin pul yalnız Cavabdeh2 deyil, cavabdehlərin hamısından müştərək qaydada tutulmalıdır. Məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişlərinə əsasalanaraq hesab edir ki, birinci insansiya məhkəməsi mənəvi zərərin 2.000 manatdan artıq hissəsini rədd etməklə düzgün nəticəyə gəlib, habelə digər cavabdehlər iddiaçıya mənəvi zərər vurulmasına səbəb olan hərəkət etmədiklərinə görə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi digər cavabdehlərə münasibətdə rədd etməklə düzgün nəticəyə gəlib. Cavabdeh2 mənəvi zərərin əvəzi kimi 2.000 manat pulun ondan tutulmasını mübahisələndirməyib, ona görə də 2.000 manat pulun Cavabdeh2dan tutulmasına aid hissədə qətnamə apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3501/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3501/2023
02.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver