Məhkəmə qərarları › İş №2(103)-3506/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3506/2022

25.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3506/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(001)-3978/2021 saylı qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23100 manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(001)- 3978/2021 saylı qiyabi qətnaməsinə əsasən Cavabdeh 23100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdeh ərizə ilə müraciət edərək qiyabi qətnamənin ləğv edilərək işə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(001)- 3978/2021 saylı qərardadına əsasən, qiyabi qətnamənin ləğvindən imtina edilmişdir. Cavabdeh X2 həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(001)-3978/2021 saylı qərardadının ləğv edilməsini, ərizəsinin təmin edilərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərardad əsassız və qanunsuzdur. Belə ki, o, keçən müddət ərzində cinayət məsuliyyətinə gəlb olunmuşdur. Hal-hazırda da onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İstintaq hazırki dövrə qədər də davam edir. Ona görə də hesab edir ki, qərardad ləğv edilməli, ərizəsi təmin edilərək, qiyabi qətnamə ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.03.2022-ci il tarixli 2(001)-3978/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(001)-3978/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş Cavabdeh tərəfindən şəxsən qəbul edilmiş, habelə məhkəmə iclasları barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə sms bildiriş göndərilmişdir. Habelə, məhkəmənin 04 iyun 2021-ci il tarixli qiyabi qətnaməsi 11 iyun 2021-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanı üzrə göndərilmiş, iş materiallarında olan xəbərnamədən görünür ki, 23 iyun 2021-ci il tarixdə onun tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlmədiyinə görə və qətnaməni aldığı tarixdən təxminən 8 aydan çox müddət keçdikdən sonra 25 fevral 2022-ci il tarixdə onun ləğvinə dair müraciət etdiyindən, qiyabi qətnamənin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(001)-3978/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(001)-3978/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar