Məhkəmə qərarları › İş №2(103)-3508/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3508/2021

14.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3508/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı2, İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1, vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən 300.000 manat tutularaq, onlara ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi iddia rədd edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 apeylasiya şikayəti verərək qətnamənin l.ğv edilməsini, cavabdeh "Cavabdeh MMC-dən maddi zərər kimi 200.000 manat, mənəvi zərərin əvəzinin ödənilməsi kimi 100.000 manat civarında pulun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanı Baki şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 422 saylı sərəncamına əsasən “Cen Telekom LTD” şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmışdır. Həmin ərazidə 17 ailənin yaşadığını görən "Cen Telekom LTD" şitkəti fikrindən dönmüşdür. Onlara məxsus 10 sot torpaq sahəsində onlarla meyvə ağaclar, 17 ədəd məhsul verən qoz ağacları vardı. Bakı şəhər İcra Hakimiyyəti xx.xx.1999-cu il tarixli 239 saylı sərəncamla "Cen Telekom LTD" şitkətinin müraciətinə əsasən şirkətə məxsus həmin ərazinin 0.8 hektarlıq sahəsini, xx.xx.2001-ci il tarixli 599 saylı sərəncamla şirkətə məxsus qalan ərazinin 1.0 hektarlıq sahəsini də cavabdehə ayırmışdır. 1-ci sərəncamla 2-ci sərəncam arasında 2 ildən artıq vaxt keçsə də cavabdeh "xxxx"Telekom MMC 1.8 ha ərazini 1999-cu ilin avqust ayında onların ailəsinin və daha 16 ailənin orada yaşadığını görməməzlikdən gələrək polis gücünə dəmir hasara aldıqdan sonra 1999-cu ilin noyabr ayında evləri dağıtmışdır. Bakı şəhər İcar Hakimiyyəti və Cavabdeh MMC tərəfindən evlərinin sökülməsi ilə əlaqədər nə yaşayış yeri ilə, nə də pulla kompensasiya edilməsi təmin edilməmişdir. Cavadeh apelyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, hazırki işlə bağlı iddiaçıların nənəsi Məryəm Quliyeva dəfələrlə əsası olmayan eyni məzmunlu məktublarla, Cavabdeh MMC-yə müraciətlər etmiş və bu müraciətlər qanunvericilikdə müəyyən edilmiş qaydada cavablandırılmışdır. Bəhs edilən torpaq sahələri onlara təhvil verilməsindən əvvəl sökülmüşdür. Bakı şəhəri, Tibilisi prospekti 61A ünvanındakı 1,8 hektar tropaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 239 saylı, xx.xx.2001-ci il tarixli 599 saylı sərəncamları, xx.xx.1999-cu il tarixli 99/179 saylı və xx.xx.2002-ci il tarixli 91 saylı ayrıc aktları əsasında, ofis binasının layihələndirilməsi və tikntisi məqsədi ilə “xxxx” Telekom MMC-yə ayrılmışdır. xx.xx.2001-ci il tarxili 0020 saylı və xx.xx.2002-ci il tarixli 0088 saylı icarə müqavilələri bağlanmışdır. Bakı şəhəri Torpaq Şöbəsində xx.xx.2002-ci il tarixdə 370 nömrə ilə qeydiyyata salınmış və JN-2608 kodlu, 01100003 saylı xx.xx.2002-ci il tarixli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” alınmışdır. İddiaçılar iddia etdiyi torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqularını təsdiq edən, həmin tikilinin mövcudluğu, tikilinin məhz cavabdeh tərəfindən söküldüyünü və onun tərəfindən onalara maddi və mənəvi zərərin vurulduğunu təsdiq edən sənədləri təqdim etmədiklərinə görə iddia bütün məhkəmə instansiyalarında rədd edilmişdir. Yekun məhkəmə aktı olan AR Ali Məhəkəməsinin Mülki Kolegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-3803 saylı qərarı qanuni qüvvəyə minmişdir. İddiaçıların həmin əmlakla bağlı məhkəmədə iddia qaldırmalarına subyektiv hüquqları yoxdur. Apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və nümayəndəsi, özlərinin apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və iddialarının təmin olunmasını xahiş etdilər. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini, şikayətə etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 şikayəti rədd olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 239 saylı torpaq sahəsinin ayrılması haqqında sərəncama əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 422 saylı sərəncamına əsasən “Cen Telekom LTD” şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmış Bakı şəhəri, Tibilisi prospektindəki 3166 ünvanındakı ərazinin bir hissəsi “xxxx”Telekom MMC-nin ofis binasının layihələndirilməsi və tikntisi üçün təhkim olunsun. xx.xx.1999-cu il tarixli 99/179 saylı ayrıc aktına əsasən,Tibilisi prospekti 3166-cı məhəllədə çizgidə göstərilən sərhədlər daxilində 0,8 hektar sahə ofis binasının tikintisi üçün “xxxx” Telekoma verilmişdir.xx.xx.2002-ci il tarixli 91 saylı ayrıc aktına əsasən isə, “Cen Telekom LTD” şirkətinə özəl xəstəxana tikintisi üçün ayrılmış həmin torpaq sahəsindən 1,0hektar torpaq sahəsi “xxxx”Telekom BM-yə icarəyə verilmişdir. xx.xx.2001-ci il tarxili 0020 saylı icarə müqaviləsinə əsaəsən 0,8 hektar torpaq sahəsi 49 il müddətinə, xx.xx.2002-ci il tarixli 0088 saylı icarə müqaviləsinə əsasən, 1,0 hektar torpaq sahəsi 49 il “xxxx”Telekom LTDyə icarəyə verilmişdir. xx.xx.2002-ci il tarixli “Tikintisi başaçatmış obyektin istismara qəbul edilməsi haqda” qəbul komisiyasının aktına əsasən, obyektin tikintisi xx.xx.2000-ci ildə başlanılmış xx.xx.2002-ci ildə başa çatmış və ofis binası xx.xx.2002-ci il tarixdə istismara qəbul edilmişdir. xx.xx.2003-cu il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin Məryəm Quliyeva tərəfindən göndərilmiş teleqrama cavab olaraq Q-520/2 saylı məktubuna əsasən, araşdırılma zaman məlum olmuşdur ki, Tibilisi prospekti 3166 ünvanında qanunsuz olaraq 3 otaqlı ev inşa edilmişdir. Lakin aparılan abadlıq işləri, qanunsuz tikililərlə mübarizə ilə əlaqədar olaraq ərazini qaydaya salmaq məqsədilə ev sökülmüşdür. Bakı-aeroport yolunun kənarında yeni salınan qəsəbədə fərdi yaşayış evi tikmək üçün Məryəm Quliyevaya torpaq sahəsi ayrılmışdır. Lakin ayrılan torpaq sahəsinin başqası ilə əvəz edilməsini tələb etsələrdə, onlar üçün əlverişli olan ərazilər yol ətarfı meşə zolağı olduğu və fərdi yaşayış evi tikmək qeyri-mümkün olduğu üçün mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2008-ci tarixli, xx.xx.2008-ci il tarixli, xx.xx.2016-cı il tarixli, xx.xx.2010-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli göndərilən məktublarda ona məxsus olmasını təsdiqləyən müvafiq sənədlərlə birlikdə məhkəməyə müaricət edə biləcəkləri qeyd olumuşdur. “xxxx” Telekom tərəfindən göndərilən xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, bu məsələ ilə bağlı Məryəm Quliyeva onlara qarşı iddia ilə məhkəməyə müraicət etmiş lakin qeyd olunan torpaq sahəsinə və əmlaka dair hər hansı hüquqi əsas və sübut təqdim etmədiklərinə görə iddia bütün məhkəmə instansiyalarında rədd edilmişdir. Yekun məhkəmə aktı olan AR Ali Məhəkəməsinin Mülki Kolegiyasının xx.xx.2011-ci il tarixli 2(103)-3803 saylı qərarı qanuni qüvvəyə minmişdir. Qeyd olunanlar, iddia ərizəsi, xx.xx.1999-cu il tarixli icra hakimiyyətinin sərəncamı, xx.xx.1999-cu il tarixli , xx.xx.2002-ci tarixli ayrıc aktları, xx.xx.2001-ci il tarxili, xx.xx.2002ci il tarixli icarə müqaviləsi, məktublar və işdə olan digər sənədlərlə təsdiqlənir. İşin hallarına əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 babalarının isitfadəsində olan əmlaka dair tələb irəli sürmək hüququ vərəsəlik qaydasında da yaranmır. Hazırkı iş üzrə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Belə ki, MM-nin 1159.1.1 maddəsinə əsasən,qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. İddiaçıların nənəsi Məryəm Quliyeva və atası Nümayəndə1 yaşayırlar. Onların mübahisəli əmlaka tələb hüquqları yaranır. Məryəm Quliyev əmlakla bağlı məhkəməyə müraicət etmiş və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(102)-3803/11 saylı qərarının surətindən görünür ki, iddiaçı Məryəm Quliyeva (hazırki mülki iş üzrə iddiaçıların nənəsi) cavabdeh “xxxx Telecom” MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3166-cı məhəllədə neçə illər yaşadıqları 1 otaqlı evin 1999-cu ildə “xxxx Telecom” MMC tərəfindən söküldüyünü göstərmiş, cavabdehdən maddi zərərin əvəzi kimi 150.000 manat, mənəvi zərər kimi 100.000 manat, cəmi 250.000 manat alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(102)-3803/11 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası apeylasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətin dəlillərinin əksinə olaraq qeyd olunan ünvandakı evin icra hakimiyyəti tərəfindən qanuni olaraq sökülməsi və əvəzində onlara yeni salınmış qəsəbədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması işdəki sənədlərə öz təsdiqini tapır. Mülki-Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına əsaslanmaqla hesab edir ki, mübahisəli Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3166 məhəllə ünvanda yerləşən, iddiaçıların iddia etdikləri topaq sahəsinə və əmlaka dair hər hansı hüquqlarını təsdiq edən sənədlərin mövcud olmaması, tikilinin məhz “xxxx Telecom” MMC tərəfindən söküldüyünə dair sübutların olmaması müəyyən edildiyinə, bununla da, hazırki mülki iş üzrə iddiaçıların "Cavabdeh" MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə apelyasıya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2493/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanısın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar