Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-351/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3 və Səfərova Səidə Yusif qızına, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı ilkin iddiası; İddiaçı Səfərova Səidə Yusif qızının cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 qarşı qarşılıqlı iddiası; İddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Səfərova Səidə Yusif qızına, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə) qarşılıqlı iddiası barədə iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması, pulun tutulması, yaşayış sahəsinin paya mütənasib olaraq naturada ayrılması, mənzilin həmin hissədə boşaldılması və təhvil verilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi)) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Səfərova Səidə Yusif qızının və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Səfərova Səidə Yusif qızına, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna, Bakı şəhəri 29 saylı Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Notariat Kontoruna qarşı ilkin iddiası, iddiaçı Səfərova Səidə Yusif qızının cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 qarşı qarşılıqlı iddiası, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Səfərova Səidə Yusif qızına, Cavabdeh7, Cavabdeh2, Cavabdeh5, Bakı şəhəri 38 saylı Notariat Kontoruna qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Dövlət Notariat Ofisinə) qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Səfərova Səidə Yusif qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanda yerləşən 4 mənzil, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evi X8 məxsus olmuş, sonuncu xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
2. Mərhumun qızı X4 Yusif Ağalar oğlu ilə xx.xx.1973-cü il tarixdə nikaha daxil olmuşdur.
3. Nuriyə Əliyevaya məxsus bəzi əmlaklar İddiaçı bankdan aldığı kreditin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Nuriyə Əliyeva sağlığında 3 vəsiyyətnamə qoymuşdur: - xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ilə Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 2 mənzilini İddiaçı vəsiyyət etmiş; - xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmiş; - xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh5 vəsiyyət etmişdir.
5. Sevda Əliyeva xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
6. Nuriyə Əliyevadan miras qalmış əmlaka dair Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Quliyeva (Səfərova) Səidə Yusif qızına xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
7. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən iki daşınmaz əmlak xx.xx.2021-ci il tarixdə icarəyə verilmiş, icarəyə verən qismində “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” şəxslər, o cümlədən Cavabdeh4 (Səfərova) çıxış etmişlər.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Nuriyə Əliyevanın adına əldə edilmiş daşınmaz əmlakların əslində onun vəsaiti hesabına alınmaqla ona məxsus olduğuna istinad etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60, 63 nömrəli alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsi, həmin əmlaklara onun mülkiyyət hüquqlarının tanınması, X10 tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Əliyeva (nikahdan sonra Quliyeva) Sevda Şahmalı qızı ilə nikaha daxil olmuş, bu barədə xx.xx.1973-cü il tarixli AZ № 218688 saylı «Evlənmək haqqında şəhadətnamə» verilmişdir. İddiaçı xx.xx.1998-ci il tarixdə Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli və xx.xx.1998-ci il tarixdə 60 nömrəli mənzili dəyərini ödəyərək əldə etmiş, lakin həmin vaxt prokurorluq orqanlarında işləməsi ilə əlaqədar həmin əmlakları arvadı X9 anası, yəni qayınanası X7 adına rəsmiləşdirmiş, sonuncunun adına Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən müvafiq olaraq seriya MH № 167310 nömrəli və seriya MH № 167311 nömrəli qeydiyyat vəsiqələri verilmişdir. Həmin ünvanda yerləşən 63 nömrəli mənzil də iddiaçının vəsaitləri hesabına əldə edilmişdir. Belə ki, X7 əri vəfat etdikdən sonra, o, iddiaçının həmin vaxt mərhum bibisinin əri ilə nikaha daxil olmuş, iddiaçı onların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə mərhum bibisinin ərinin adına olan iki otaqlı mənzilin 3 otaqlı mənzilə (hazırkı 28 May küçəsi 5 ünvandakı 63 nömrəli mənzilə) dəyişdirilməsi üçün tələb oluna vəsaiti ödəmiş, 63 nömrəli mənzilin əvvəlki sahibinə bir otaqlı başqa mənzil almış və ona qalan iki otağın pulunu vermişdir. Daha sonra iddiaçı həmin mənzilin qonşuluğunda olan 1 otaqlı mənzili də alaraq, həmin mənzilə birləşdirilmişdir, hazırda həmin mənzil 4 otaqlıdır. X7 ikinci əri də vəfat etdikdən sonra həmin mənzil vərəsəlik qaydasında onun adına keçmiş və ona xx.xx.1998-ci ildə seriya MH № 172785 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı eyni qayda ilə ünvan 3 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri dəyərini ödəyərək əldə etmiş, bu mənzilləri də qayınanası X7 adına rəsmiləşdirmiş, sonuncunun adına Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx.xx.1999-cu il tarixli seriya MH № 158966 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin əmlakların əslində İddiaçı məxsus olması, X10 tərəfindən elə həmin tarixdə, yəni daşınmaz əmlaklara (53 və 60 saylı mənzillərə) dair qeydiyyat vəsiqələri aldığı gün – xx.xx.1998-ci il tarixdə verdiyi vəsiyyətnamə və qeyd edilən əmlaklarla bağlı verdiyi tam hüquqlu etibarnamələr və sonradan bağlanmış bir sıra əqdlərlə də sübuta yetirilir. Belə ki, Bakı şəhəri 29 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ilə X10 xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqələri ilə onun adına rəsmiləşdirilmiş Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzilləri iddiaçıya (kürəkəni İddiaçı) vəsiyyət etmişdir. X10 tərəfindən xx.xx.2002-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, ünvan 4 ünvanda yerləşən mənzillərə dair etibarnamə verilmişdir. Bundan əlavə, X10 tərəfindən xx.xx.2001-ci il tarixdə ünvan 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə dair etibarnamə verilmişdir. İddiaçı «X24» ASC-dən (hazırda hüquqi varisi "xxxx" ASC) götürdüyü kreditlərin təminatı kimi Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 nömrəli mənzilləri ipoteka ilə yüklü etmişdir. X10 tərəfindən İddiaçı xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, Bakı şəhəri 28 May küçəsi mənzil 63-ə dair tam hüquqlu etibarnamə verilmişdir. X10 tərəfindən İddiaçı xx.xx.2004-cü il tarixdə Bakı şəhəri 2 saylı Notariat kontorunda rəsmiləşdirilməklə, Bakı şəhəri 28 May küçəsi mənzil 59-a dair tam hüquqlu etibarnamə verilmişdir. Bundan əlavə, Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzillərinə də X7 verdiyi etibarnamələr əsasında banka girov qoyulmuş, sonradan İddiaçı tərəfindən 2006-cı ildə satılaraq, banka ödənilmışdır. Həmin mənzillərin bütün kommunal xərcləri (elektrik, su, kanalizasiya və xidmətə görə ödənişlər) də İddiaçı tərəfindən ödənilmişdir. Qeyd edilən faktı təsdiq edən 22 ədəd qəbzlərin əsilləri hazırkı iddiaya əlavə edilir. Bundan əlavə, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən ümumi sahəsi 500.6 m2 təşkil edən qeyriyaşayış sahəsinin təsərrüfat anbarı məqsədi ilə icarəyə verilməsinə dair xx.xx.2000-ci il tarixli 1946/4161 nömrəli İcarə müqaviləsini də X7 adından İddiaçı imzalamış, icarə haqlarını da özü ödəmişdir. Göründüyü kimi, həmin mənzillər X7 adına rəsmiləşdirilsə də, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzillərə dair rəsmiləşdirilmə aparılan gün, yəni, xx.xx.1998-ci il tarixdə notariat qaydada rəsmiləşdirməklə qeyd edilən mənzilləri İddiaçı vəsiyyət etməsi, sonradan bütün mənzillərə dair İddiaçı adına etibarnamələr verməsi, həmin mənzillərin İddiaçı adına götürülmüş kreditlər üzrə ipoteka qoyulması, mənzillərin idarə edilməsi, onlara dair digər əqdlərin bağlanması, nəhayət, bu mənzillərlə bağlı bütün kommunal və digər xərclərin İddiaçı tərəfindən ödənilməsi də təsdiq edir ki, həmin mənzillərin əsl mülkiyyətçisi İddiaçı olmuş, X10 tərəfindən buna etiraz edilməmiş, mənzillər üzərində mülkiyyət hüququ (sərəncam, istifadə və sahiblik) tam olaraq yalnız İddiaçı tərəfindən həyata keçirilmişdir. İddiaçı arvadı X11 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İddiaçı qayınanası X10 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X10 tərəfindən xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda təsdiqlənməklə vəsiyyətnamə verilmiş, həmin vəsiyyətnamə ilə o, bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. Sonradan məlum olmuşdur ki, X10 tərəfindən daha bir vəsiyyətnamə tərtib edilmiş, həmin vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh5 vəsiyyət etmişdir, lakin hal-hazıradək nə vəsiyyətnamə üzrə vərəsə Cavabdeh5, nə də qanun üzrə vərəsələr vərəsəlik şəhadətnamələri almamışlar. Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 167311); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri xx.xx.1999-cu il tarixdə (qeydiyyat vəsiqəsi: Seriya MH № 158966) X7 adına rəsmiləşdirilsə də, həmin əmlakların dəyəri İddiaçı tərəfindən ödənilmiş, 53 və 60 saylı mənzillərə dair qeydiyyat vəsiqələri alınan gün İddiaçı vəsiyyət edilmiş, elə həmin gündən onun istifadəsində və sahibliyində olmuş, və nəhayət, X7 verdiyi etibarnamələr əsasında həmin əmlaklara dair sərəncam hüququ da İddiaçı tərəfindən həyata keçirilərək, İddiaçı bankdan götürdüyü kreditlərin təminatı kimi ipoteka ilə yüklü edilmiş; S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzil isə sonradan onun tərəfindən satılaraq özgəninkiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 saylı mənzil Bakı şəhəri 14 saylı DNKnın xx.xx.1998-ci il tarixli, 3M2-207 reyestr nömrəli alğı-satqı müqaviləsi, həmin ünvandakı 60 saylı mənzil isə Bakı şəhəri 29 saylı DNK-nın xx.xx.1998-ci il tarixli, 3Ma-5/959 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən, həmin ünvandakı 63 saylı mənzil isə xx.xx.1998-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»yə əsasən X7 adına qeydiyyata alınmışdır. Qeyd etmək lazımdır ki, X10 hər hansı biznes fəaliyyəti ilə məşğul olmamış, yaşa görə pensiyadan başqa digər mənbələrdən gəlirləri olmamışdır və qısa müddət ərzində qiyməti külli miqdar təşkil edən, şəhərin mərkəzində yerləşən dörd mənzili almaq üçün vəsaiti olmamışdır. Belə olan halda, X2 həmin əmlaklara dair verdiyi sərəncamlar (vəsiyyətnamələr) etibarsız olmuşdur. Göründüyü kimi, əmlakların alğı-satqı müqavilələri üzrə faktiki alıcı qismində İddiaçı çıxış etmiş və həmin alğı-satqı müqavilələrinin predmeti olmuş əmlakların həqiqi mülkiyyətçisinin İddiaçı olması X7 özü tərəfindən də təsdiqlənmiş və bu əmlaklara dair bütün hüquqlar İddiaçı tərəfindən həyata keçirilmiş, X10 buna etiraz etməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, sonradan məlum olmuşdur ki, X10 tərəfindən Cavabdeh5 adına daha bir vəsiyyətnamə verilmişdir, lakin həmin vəsiyyətnaməni müstəqil əldə etmək mümkün deyil.
10. Bundan sonra Səfərova Səidə Yusif qızı qarşılıqlı iddia qaldıraraq, İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontoru Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən Cavabdeh7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş nənələri - X7 vərəsələri kimi tanımış və hər bir vərəsəyə miras əmlakın 1/4 hissəsinin verilməsi müəyyən edilərək «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» təqdim edilmişdir. Şəhadətnamə verilən miras əmlak Ağdaş şəhəri Üçqovaq kücəsi 5 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin üzərində yerləşən 1 və 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evindən ibarətdir. Lakin, miras əmlak kütləsinə daxil olan, digər daşınmaz əmlak Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60, 63 saylı mənzillər bank qarşısında yüklü olduğundan, həmin mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri (çıxarışları) notariat kontoruna təqdim edib, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması mümkün olmamışdır, bu səbəbdən də yuxarıda göstərilən mənzillər üzərində mülkiyyət hüququnun hazırda dövlət reyestrində vərəsələrin adına qeydiyyatdan keçirilməsi mümkün olmamışdır. Miras əmlaka həmçinin ünvan 11 ünvanda yerləşən evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7m2 , köməkçi sahə 14,0 m2 ) tikili də daxildir. Belə ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2-1003/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə ünvan 12 ünvanda yerləşən evin 2-ci mərtəbəsində olan 587,7 m2 olan (əsas sahə 573,7 m2 , köməkçi sahə 14,0 m2 ) tikiliyə X7 mülkiyyət hüququnun tanınması, həmin tikiliyə X7 adına qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı ərazi idarəsinə tapşırılması qət edilmiş və Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 1 MK-218/2007 saylı, xx.xx.2007-ci il tarixlı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə isə onun müraciətimə əsasən, qətnamənin icrasını təmin etmək üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2006-cı il tarixli, 2- 1003/2006 saylı icra vərəqəsini Bakı şəhəri Nərimanov rayon İcra şəbəsinə göndərmişdir. Vərəsəlik açıldığı xx.xx.2011-ci il tarixdən digər vərəsələr Cavabdeh7, Cavabdeh3, Cavabdeh2 Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60 saylı mənzilləri və 28 May küçəsi 5 saylı ünvandakı evin 2-ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7 m2 , köməkçi sahə 14,0 m2 ) tikilinin 192,7 m2 sahəsidə daxil olmaqla icarəyə vermiş və gəlir götürmüşlər. 63 saylı mənzildə və 28 May küçəsi 5 saylı ünvandakı evin 2ci mərtəbəsində yerləşən 587,7 m2 olan (əsas sahə 573,7 m2 , köməkçi sahə 14,0 m2 ) tikilinin 395 m2 sahəsində isə digər vərəsələr - Cavabdeh7 və Cavabdeh3 öz ailəsi ilə yaşamışlar. İddiaçıya 10 ilə yaxın müddətdə yalnız qeydiyyatda olduğu 28 May küçəsi ev 5-də yerləşən 63 saylı mənzilə digər vərəsələrin icazəsi ilə daxil olmağa imkan vermişlər, oda şox saylı mübahisə, söz-söhbətdən sonra. Dəfələrlə iddaçıya güc tətbiq edib, onu təhqir edərək evdən qovmuşlar. Həmin ünvanda yerləşən digər 53, 60 saylı mənzillərə və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilinin sahəsinə daxil olmağa isə ümumiyyətlə imkan verməmişlər. Bütün mənzillərin açarları digər vərəsələrdə olmuşdur və onlar mənzillərdən istədikləri kimi istifadə etmişlər və mənzilləri icarəyə verib gəlir götürmüşlər. Lakin, onların evləri icarəyə verib gəlir götürmələri barədə iddiaçıya 2021-ci ilin yazında digər vərəsələrdən sonuncuya nənəsindən qanun üzrə vərəsəliklə keçən 1/4 hissəni tələb etdikdən sonra məlum olmuşdur ki, 53, 60 saylı mənzillər və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikili icarəyə verilirmişdir. Yuxarıda göstərilən sahə və mənzillərin icarəyə verildiyi müəyyən ediləndən sonra icarəçilərin hər ikisinə bir neçə dəfə iddiaçının mülkiyyətçi olduğunu təsdiqləyən sənədlər təqdim edilərək şifahi xəbərdarlıq edilmiş və xx.xx.2021-ci il tarixdə onlara bildiriş göndərmişdir. Cavabdehlər dəfələrlə iddiaçıya təzyiqlər göstərmiş və onu mənzillərdən qovmuşlar. Bu barədə iddiaçı dəfələrlə Daxili İşlər Nazirliyinin zəng mərkəzinə, 102 nömrəsinə zəng edərək şifahi müraciət etmişdir və Bakı şəhəri Nəsimi rayonu 22-ci polis bölməsinə dəfələrlə yazılı şıkayət ərizəsi ilə müraciət etmişdir. Ancaq bundan sonra digər vərəsələr və onların ataları iddiaçıya hədə-qorxu gəlməkdən və güc tətbiq etməkdən əl çəkmişlər. Nəticə etibarı ilə, bütün danışıqlardan sonra yalnız xx.xx.2021-ci il tarixdə 53 saylı mənzil və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilinin icarəçisi olan "xxxx" MMC ilə və 60 saylı mənzilin icarəçisi olan X17 ilə xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Vərəsəlik açıldı gündən xx.xx.2011-ci il tarixdən bu günə kimi 10 ilə yaxın müddətdə digər vərəsələr və onların ataları iddiaçıya vəfat etmiş nənəsi - X6 miras qalmış Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi ev 5 mənzil 53, 60 və evin 2-ci mərtəbəsində yerləşən (mansard) 395 m2 olan tikilini icarəyə vermişdir. Həmin ünvanda yerləşən 63 saylı mənzili, evin 2-ci mərtəbəsində yerləşən tikilinin 192,7 m2 sahəsində isə özləri yaşamış və iddiaçıya mülkiyyətçi kimi əmlaklarından sahiblik, istifadə və sarəncam verməyə imkan verməmişlər. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, onun mülkiyyətində olan mənzilin xx.xx.2011-ci il tarixdən bu günə kimi 10 ilə yaxın müddətdə cavabdehlərin icarəyə verərək əldə etdikləri pul vəsaitləri, daha dəqiq desək 250.000 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli və ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin iddiaçıya məxsus 1/4 hissəsi naturada ayrılmaqla, mənzilin həmin hissəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
12. Daha sonra Cavabdeh3 da qarşılıqlı iddia qaldırmaqla Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 13kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh3 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında İddiaçı ona və qeyrilərinə qarşı «vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğı-satqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması» tələbinə dair iddiası və Cavabdeh4 da ona və qeyrilərinə qarşı «pul tələbi, mənzilin 1/4 hissəsinin naturada ayrılması və ona təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiasına baxılır. Aşağıda qeyd edilən əsaslarla görə İddiaçı ilk iddiası və Cavabdeh4 qarışlıqlı iddiası rədd edilməli, onun qarşılıqlı iddiası təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, məhkəmədə baxılan iş mərhum X7 miras qoyduğu əmlaklarla bağlıdır. Məhkəmənin nəzərinə çatdırır ki, X10 onun nənəsi (anasının - X9 anası) olmuşdur, xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. X7 ölümü ilə açılan miras əmlak kütləsinə aşağıdakı əmlaklar daxil olmuşdur: Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 16731); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzilləri (qeydiyyat vəsiqəsi: Seriya MH № 158966); ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evi; bundan əlavə, ünvan 15ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə mülkiyyət hüququ qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə tanınıb (X7 mülkiyyət hüququnun tanınması, həmin tikiliyə X7 adına qeydiyyat vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı ərazi idarəsinə tapşırılması qət edilmiş və Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 1 MK-218/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixdə isə onun müraciətinə əsasən, qətnamənin icrasını təmin etmək üçün Bakı Şəhəri Nərimanov rayon Məhkəməsi xx.xx.2006-cı il tarixli 2- 1003/2006 saylı icra vərəqəsini Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərmişdir.) X10 tərəfindən xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda təsdiqlənməklə verilmiş vəsiyyətnamə ilə o, bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin əmlakların bir hissəsi (Ağdaş şəhərində olan fərdi yaşayış evi və ünvan 15ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikili istisna olmaqla) X1 onun razılığı ilə İddiaçı Bankdan götürdüyü kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri S.Vurğun küçəsi 22 ünvandakı evin 14, 15, 17, 18 nömrəli mənzillər özgəninkiləşdirilmiş, qalan 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 nömrəli mənzillər isə hal-hazırda da ipoteka ilə yüklüdür. Bütün əmlakını ona vəsiyyət etməsinə dair xx.xx.2007-ci il tarixli vəsiyyətnamə verdikdən sonra, X5 rayon dövlət notariat kontorunda təsdiq edilməklə xx.xx.2007-ci il tarixdə vəsiyyətnamə vermiş və həmin vəsiyyətnamədə iradə ifadəsi bundan ibarət olmuşdur ki, «Ölən günədək mənə məxsus olan ünvan 14-də yerləşən fərdi yaşayış evimi, həyətyanı torpaq sahəsini və bütün əmlakımı Ağdaş şəhəri 20 Yanvar küçəsi 1/3-də yaşayan qızım Cavabdeh5 vəsiyyət edirəm.» Bundan əlavə, X10 Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 və 60 saylı mənzilləri İddiaçı vəsiyyət etməsinə dair Bakı şəhəri 29 saylı Dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə vermişdir. İstinad edilən faktlardan da göründüyü kimi, X10 tərəfindən ona verilmiş xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə İddiaçı verilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamə ləğv edilmiş, Cavabdeh5 verilmiş xx.xx.2007-ci il tarixli vəsiyyətnamə ilə isə ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evi ona çatası miras əmlak kütləsindən çıxarılmışdır. X7 yuxarıda sadalanan vəsiyyətnamlərdəki iradə ifadəsi və qanunvericiliyin aşağıda istinad edilən normalarının tələblərinə görə aşağıdakı əmlaklara onun vərəsəlik hüququ tanınmaqla, bu əmlaklara və əmlak hüquqlarına dair ona vərəsəlik şəhadətnaməsi verilməlidir: Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 167310); Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 60 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 16731); ünvan 6 ünvanda yerləşən 63 nömrəli mənzil (qeydiyyat vəsiqəsi: Seriya MH № 172785); ünvan 15ci mərtəbəsində yerləşən 587,7 m2 olan tikiliyə.
14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2327/2022 saylı, qətnaməsi ilə (hakim S.F.Cəfərov) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh2, Səfərova Səidə Yusif qızına, Cavabdeh5, Bakı şəhəri 38 saylı Dövlət Notariat Kontoru, Bakı şəhəri 29 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoruna qarşı vəsiyyətnamələrin etibarsız hesab edilməsi, alğısatqı müqavilələrində tərəf kimi tanınma və əmlaklara mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası, Səfərova Səidə Yusif qızının pul tələbi və mənzilin boşaldılması tələblərinə dair qarşılıqlı iddiası rədd edilmiş, Cavabdeh3 miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60, 63 saylı mənzillərə, o cümlədən ünvan 15ci mərtəbəsində yerləşən 587,7 kv.m olan tikiliyə olan hüquqlara dair Cavabdeh3 vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.
15. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı öz tələbində qeyd edilən əmlaklara dair bağlanmış alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsini xahiş etmişdir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, hər hansı əqd yalan əqd vasitəsilə pərdələnmiş ola bilər. İddiaçı isə qeyd etdiyi əmlaklara dair başqa bir alğı-satqı müqaviləsi bağladığını, yəni əmlakların satıcısının iddiaçının alıcı olması ilə bağlı iradə ifadəsi ilə çıxış etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı Nuriyə Əliyeva tərəfindən Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Göstərilən maddələrin məzmunundan aydın olduğu kimi əqdlərin etibarsızlığının ümumi qaydaları vəsiyyətnaməyə də aid edilir. Mülki Məcəlləyə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bu halların heç biri sübut edilməmişdir. Həmçinin, vəsiyyətnamə üçün qnaunvericilikdə müəyyən forma tələbləri nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, miras qoyan X10 tərəfindən tərtib edilmiş vəsiyyətamələr qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğundur.
16. Cavabdeh4 qarşılıqlı iddia tələbinə münasibətdə göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 5-də yerləşən 53, 60 saylı mənzillərə, habelə ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinə dair vərəsəlik işi açılmamış və iddiaçının payı müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Hazırki iş üzrə həmin əmlaklara dair mövcud olan vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilməmişdir.
17. Həmçinin, Səidə Səfərova iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən Cavabdeh4 qarşılıqlı iddiası təmin edilə bilməz.
18. Məhkəmə eyni zamanda hesab etmişdir ki, Cavabdeh4 iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsi barədə ərizəsi kifayət qədər əsaslandırılmadığından və iddia müddətinin ötürülməsi ilə bağlı sübutlar ərizəyə əlavə edilmədiyindən təmin edilə bilməz.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh5 münasibətdə verilmiş vəsiyyətnamə Cavabdeh3 münasibətdə verilmiş vəsiyyətnaməni tamamladığından və onların etibarsızlığı ilə bağlı hər hansı məhkəmə qərarı olmadığından hər iki vəsiyyətnamə qüvvədədir. Nəzərə alınmalıdır ki, Cavabdeh5 münasibətdə verilmiş vəsiyyətnamədə “ünvan 14-də yerləşən” ifadəsi ilə əmlaka münasibətdə dəqiqləşdirmə aparılmış, eyni zamanda Cavabdeh3 münasibətdə olan vəsiyyətnamədən fərqli olaraq digər vərəsələri vərəsəlik hüququndan məhrum edilməsi ilə bağlı iradə ifadəsi vəsiyyətnaməyə daxil edilməmişdir. Bu səbəbdən də 19 oktyabr 2007-ci il tarixli 2V-01-93 reyestr nömrəli vəsiyyətnaməyə əsasən Cavabdeh5 vəsiyyət edilmiş ünvan 14- də yerləşən fərdi yaşayış evi istisna olmaqla digər bütün əmlak xx.xx.2007-ci il tarixli 2-V-1-48 reyestr saylı vəsiyyətnaməyə əsasən Cavabdeh3 vəsiyyət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 340.1, 340.2, 372.1, 372.2, 375.1, 375.2, 377.1, 384.0.4, 1133.1, 1145, 1146, 1159.1.1, 1243, 1246, 1248, 1255, 1272, 1273, 1273-1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Səfərova Səidə Yusif qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin onun iddiasının təmin edilmədiyi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və onun qarşılıqlı iddiasının təmin edilməsini, Cavabdeh3 qarşılıqlı iddiasının isə rədd edilməsi barədə yeni qətnamə qəbul eidlməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi xx.xx.2007-ci il tarixli 2V-01-93 reyestr nömrəli vəsiyyətnamənin məzmununu aşkar şəkildə təhrif etmiş, həmin vəsiyyətnamənin məzmununda göstərilənlərin bir hissəsini əsas götürərək, əsassız və qanunsuz mövqe bildirmişdir. Belə ki, xx.xx.2007-ci il tarixli, 2V-01- 93 saylı vəsiyyətnamədən görünür ki, X10 ölən günədək ona məxsus olan ünvan 18 ünvanda yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Cavabdeh5 vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi nəzərdən qaçırmışdır ki, xx.xx.2007-ci il tarixli, sonuncu vəsiyyətnamədə miras qoyan bütün əmlakını Cavabdeh5 vəsiyyət etdiyindən, qeyd edilən vəsiyyətnamə, ondan əvvəl verilmiş, bütün əmlakın Cavabdeh3 vəsiyyət ediməsinə dair xx.xx.2007-ci il tarixli vəsiyyətnaməni tamamlaya bilməz. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı mülki qanunvericiliyin tələblərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi Ağdaş rayon Dövlət Notariat Ofisində təsdiq edilmiş 2v-01-93 saylı vəsiyyətnaməsinin məzmununu tam tədqiq etmədən, vəsiyyət edən yalnız Ağdaş rayonunda olan evi və həyətyanı torpaq sahəsini deyil, həmçinin bütün əmlakını Cavabdeh5 vəsiyyət etməklə, daha əvvəl vermiş olduğu vəsiyyətnaməni dəyişdirdiyini və bununla da xx.xx.2007-ci il tarixdə 2V-1- 48 reyestr nömrəsi ilə vermiş olduğu əvvəlki vəsiyyətnamə qüvvəsini itirdiyini nəzərə almamışdır. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan da aşkar görünür ki, X10 tərəfindən Bakı şəhəri 38 saylı dövlət notariat ofisində xx.xx.2007-ci il tarixdə 2V-1-48 reyestr nömrəsi ilə qoyduğu vəsiyyətnaməni Ağdaş rayon dövlət notariat ofisində xx.xx.2007-ci il tarixdə 2V-01-93 reyestr nömrəsi ilə qoyduğu yeni vəsiyyətnamə əsasında dəyişdirmişdir. İşdə olan ərizələr və sənədlər aşkar şəkildə onu təsdiq edir ki, İddiaçı və Cavabdeh3 xx.xx.2011-ci ildən etibarən mirasın açıldığından və vəsiyyətnamələrin mövcudluğundan məlumatlı olmuşlar. Bunula belə, Cavabdeh3 10 ildən sonra mövcud olmayan vərəsəlik hüququnun tanınması üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq, iddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırılmadığı, bununla bağlı işdə sübutların olmadığı qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1248/2023 nömrəli qətnaməsi ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmaqla, gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab etmişdir.
26. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq belə qənaətə gəlmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir edilmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
27. Səfərova Səidə Yusif qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onun iddiasının təmin edilmədiyi, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edildiyi hissədə ləğv edilməsini və onun iddiasının təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2497/2023 nömrəli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.T.Əhmədova və V.T.Həsənovdan ibarət tərkibdə) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1248/2023 nömrəli qətnaməsinin Cavabdeh4 qarşılıqlı iddiasının rədd, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilməsinə dair hissələrdə ləğv edilməsi, işin həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
29. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə vərəsəlik hüquq münasibətləri ilə bağlı yaranmaqla, iddiaçı miras qoyanın mərhum qızının əri, qarşılıqlı iddiaçılar isə miras qoyanın nəvələridir. Miras qoyan xx.xx.2011-ci il tarixdə vəfat etmişdir, həmin vaxt onun qızı Sevda Əliyeva sağ olmadığından (xx.xx.2007-ci il tarixdə ölmüşdür) sonuncunun övladları birinci növbə vərəsə hesab edilməklə, xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.
30. Miras qoyan sağlığında 3 vəsiyyətnamə qoymuşdur: - xx.xx.1998-ci il tarixdə tərtib edilmiş Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 2 mənzilin İddiaçı vəsiyyət edilməsi barədə; - xx.xx.2007-ci il tarixdə tərtib edilmiş bütün əmlakın Cavabdeh3 vəsiyyət edilməsi barədə; - xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Ağdaş şəhərində yerləşən fərdi yaşayış evinin, həyətyanı torpaq sahəsinin və bütün əmlakın Cavabdeh5 vəsiyyətedilməsi barədə vəsiyyətnamə.
31. Hazırkı mübahisə üzrə 3 iddia qaldırılmışdır: - İddiaçı “Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən mənzillərin Nuriyə Əliyevanın xeyrinə əldə edilməsi barədə 1998-ci ildə bağlanmış alqı-satqı müqavilələrinin pərdələnmiş əqd hesab edilməsi, həmin əmlaklara onun mülkiyyət hüququnun tanınması, Cavabdeh3 və Cavabdeh5 adına verilmiş vəsiyyətnamələrin etibarsız hesab edilməsi barədə iddiası (iddiaçı həmin mənzillərin onun vəsaiti hesabına əldə edilməsinə rəğmən həmin vaxt prokurorluq orqanlarında çalışdığını əsas gətirərək əmlakların qaynanasının adına rəsmiləşdirildiyini istinad etmişdir); - Cavabdeh4 miras qalmış əmlakların icarəyə verilməsindən əldə edilən gəlirdən onun payına düşən hissənin ödənilməsi, miras əmlak olan mənzili ona aid hissəsinin boşaldılıb təhvil verilməsi barədə iddiası; - Cavabdeh3 “3 mənzilə və bir qeyriyaşayış sahəsinə vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə iddiası.
32. İddiaçı tərəfindən qaldırılmış ilk iddia birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməmiş, o isə bunu mübahisələndirməməklə həmin nəticə ilə razılaşmışdır. Qarşılıqlı iddiaçılardan Səidə Səfərova qətnaməni hər iki qarşılıqlı iddiaya aid hissədə, öz iddiasının rədd, Cavabdeh3 iddiasının təmin edilməsi hissəsində mübahisələndirir.
33. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Bu konstitusion normada təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
34. Mülki Məcəllənin vərəsəlik anlayışını müəyyən edən 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
35. Qanunverici qanun üzrə vərəsəliyin mümkünlüyünü vəsiyyətnamənin olmaması və ya etibarsız sayılmasından asılı etmişdir ki, bu həm də vəsiyyətnamənin qüvvədən düşməsi ilə bağlı nəticələri də ehtiva edir, çünki əks yanaşma, yəni qüvvədən düşmüş vəsiyyətnamənin hər hansı hüquqi nəticə yaratma qabiliyyəti olmadığı halda bu cür vəsiyyətnamənin mövcudluğunun qanun üzrə vərəsəliyi qabaqlaması vərəsəliyin əsaslarını müəyyən edən qanunvericilik normalarının mahiyyətinə zidd olardı.
36. Bununla bərabər, Mülki Məcəllənin vəsiyyətnamənin dəyişdirilməsi imkanları adlanan 1220-ci maddəsinin tələblərinə görə isə, vəsiyyət edən əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə dəyişdirə və ya ləğv edə bilər.
37. İş materiallarından mübahisəsiz qaydada görünür ki, mirasqoyan son iradəsini xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh5 vəsiyyət etmiş, bununla da əvvəlki vəsiyyətnamələr birbaşa ləğv edilmişdir.
38. Digər tərəfdən, Mülki Məcəllənin 1224-cü maddəsinə görə, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür. O da işin digər diqqətəlayiq halıdır ki, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs miras qoyandan əvvəl ölmüşdür.
39. Nəticə etibarilə, yeni vəsiyyətnamələr əvvəlki vəsiyyətnamələri, yəni xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə xx.xx.1998-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməni, xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə isə xx.xx.2007-ci il tarixli vəsiyyətnaməni ləğv etmişdir.
40. Məhkəmə kollegiyası təkrar vurğulamağı zəruri sayır ki, ən sonuncu vəsiyyətnamə də qüvvədən düşdüyündən qanun üzrə vərəsəliyin qarşısını kəsən hər hansı bir hüquqi fakt mövcud olmamışdır.
41. O da qeyd edilməlidir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir. Mülki Məcəllənin 1321-ci maddəsində göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir.
42. Nəticə etibarilə, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlaka miras qoyanın birinci növbə vərəsələri olan 4 nəvəsinə bərabər paylarla, hər birinə ¼ hissədə olmaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir.
43. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
44. İstinad edilən Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
45. Qeyd edilən normanın dispozitiv şərtlərindən göründüyü kimi bu tip mübahisələrə dair iddia o vaxt təmin edilə bilər ki, vərəsə mirası qəbul etsin və ya onun qəbulundan imtina etsin və bu hərəkətin mübahisələndirilməsi şəxsə müvafiq əsas məlum olduğu gündən 2 ay müddətində edilsin.
46. Qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə Cavabdeh4 miras kütləsinə daxil olan Ağsu şəhərində yerləşən fərdi yaşayış evinə ¼ hissədə payının tanınması, onun yuxarıda qeyd edilən məlum səbəblərdən şəhadətnamədə göstərilməyən digər əmlakları da qəbul etdiyinə dəlalət edir.
47. Həmin şəhadətnamə isə Cavabdeh3 tərəfindən qanunvericiliklə müəyyən edilmiş 2 aylıq müddət daxilində mübahisələndirilməmişdir.
48. Məhkəmə kollegiyası onu da xüsusi vurğulayır ki, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddət kəsici müddətdir.
49. Göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən Cavabdeh3 iddiası üzrə hüquqi dəyərləndirmə aparılarkən işin həllində mühüm əhəmiyyət kəsb edən hallar ümumiyyətlə nəzərə alınmamış, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə düzgün olmayan nəticəyə gəlmişdir.
50. Cavabdeh4 qarşılıqlı iddiasında icarə müqaviləsi üzrə əldə edilən gəlirdən ona payına düşən hissəsinin verilməməsini mübahisələndirməklə, həmin ödənişlərin cəmlənərək digər vərəsələrdən 250.000 manat məbləğində pul tələb etmişdir.
51. İş üzrə digər bir diqqət yetirilməli məqam ondan ibarətdir ki, miras qoyanın qanuni sahibliyində olmuş, lakin daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyata alınmamış bəzi daşınmaz əmlaklar icarəyə verilmiş, Cavabdeh4 da məhz icarəyə verənlərdən biri olmaqla, “mülkiyyətin əldə edilməsinə qanuni gözləntisi olan” şəxs kimi həmin müqaviləni imzalamışdır.
52. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 iddiasına münasibətdə də heç bir araşdırma aparmadan, onun tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməməsi barədə birinci instansiya məhkəməsinin formal yanaşmasını təkrarlamışdır.
53. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
54. İşə yenidən baxılarkən mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
55. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
56. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edilmişdir.
57. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8436-9/8640 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 5 saylı evin, 63 saylı mənzilin 1/4 hissədə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 2-ci sual üzrə qeyd olunmuşdur ki, internet saytı və birja məlumatlarında 2011-ci ildən 2022-ci ilədək icarə haqqına dair hər hansı məlumatlar olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır.
58. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması və qanunla müəyyən edilmiş müddətdə rəy verilməsi "xxxx" Qiymətləndirmə Şirkəti MMC-yə həvalə edilmişdir.
59. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Səfərova Səidə Yusif qızının nümayəndəsi və vəkilinin vəsatəti təmin edilmiş, iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması və qanunla müəyyən edilmiş müddətdə rəy verilməsi "xxxx" Qiymətləndirmə Şirkəti MMC-yə həvalə edilmişdir.
60. "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2024-cü il tarixli, 17/0996 nömrəli rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində Bakı şəhəri 28 May küçəsi 5 ünvanında yerləşən 587,7 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin 395 kv. metr hissəsinin 2011-ci ildən 2022-ci ilədək icarə haqqı aşağıdakı kimi müəyyən olunmuşdur: 2011-ci il üzrə - 4033 manat, 2012-ci il üzrə - 4286 manat, 2013-cü il üzrə - 4543 manat, 2014-cü il üzrə - 4589 manat, 2015-ci il üzrə - 5056 manat, 2016-cı il üzrə - 5293 manat, 2017-ci il üzrə - 5372 manat, 2018-ci il üzrə - 5451 manat, 2019-cu il üzrə - 5649 manat, 2020-ci il üzrə - 5767 manat, 2021-ci il üzrə - 5846 manat, 2022-ci il üzrə - 6004 manat.
61. "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2024-cü il tarixli, 17/1092 nömrəli rəyinə əsasən aparılan təhlil və hesablamalar nəticəsində ünvan 19 ünvanında olan yaşayış sahələrinin, həmçinin 587.7 m2 qeyri-yaşayış sahəsinin 2011-ci ildən 2022-ci ilədək (hər bir obyekt və illər üzrə qiymətlər ayrı-ayrılıqda göstərilməklə) icarə haqqı aşağıdakı kimi müəyyən olunmuşdur: a) 53 nömrəli mənzilə münasibətdə - 2011-ci il üzrə - 510 manat, 2012-ci il üzrə - 505 manat, 2013-cü il üzrə - 500 manat, 2014-cü il üzrə - 496 manat, 2015-ci il üzrə - 492 manat, 2016-cı il üzrə - 490 manat, 2017-ci il üzrə - 485 manat, 2018-ci il üzrə - 482 manat, 2019-cu il üzrə - 460 manat, 2020-ci il üzrə - 450 manat, 2021-ci il üzrə - 448 manat, 2022-ci il üzrə - 446 manat; b) 60 və 63 nömrəli mənzillərə münasibətdə (hər biri üçün) - 2011-ci il üzrə - 1262 manat, 2012-ci il üzrə - 1260 manat, 2013-cü il üzrə - 1261 manat, 2014-cü il üzrə - 1259 manat, 2015-ci il üzrə - 1245 manat, 2016-cı il üzrə - 1200 manat, 2017-ci il üzrə - 1210 manat, 2018-ci il üzrə - 1190 manat, 2019-cu il üzrə - 1184 manat, 2020-ci il üzrə - 1160 manat, 2021-ci il üzrə - 1130 manat, 2022-ci il üzrə - 1080 manat; c) qeyri-yaşayış sahəsinə münasibətdə - 2011ci il üzrə - 5759 manat, 2012-ci il üzrə - 6112 manat, 2013-cü il üzrə - 6465 manat, 2014cü il üzrə - 6935 manat, 2015-ci il üzrə - 7229 manat, 2016-cı il üzrə - 7581 manat, 2017-ci il üzrə - 7758 manat, 2018-ci il üzrə - 7875 manat, 2019-cu il üzrə - 8169 manat, 2020-ci il üzrə - 8228 manat, 2021-ci il üzrə - 8404 manat, 2022-ci il üzrə - 8698 manat.
62. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Y.Səfərova nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, qarşılıqlı iddia tələblərindən, cavabdehlərdən müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsinin faktiki əsasını cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların böyük hissəsinin qanunsuz olaraq icarəyə verilməsi və bir hissəsinin isə uzun müddət özlərinin qanunsuz istifadə etməsi təşkil edir. Qeyd edilən tələbin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsi nəzərdə tutulur. İddiaçının mülkiyyətində olan əmlakların icarəyə verilməsindən asılı olmayaraq (həqiqətdə əmlaklar icarə verilmişdir və bu işin mübahisəsiz halıdır), həmin əmlaklardan uzun müddət faydalanan cavabdehlər iddiaçıya külli miqdarda maddi zərər vurmuş, onu adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etmişlər.
Proses iştirakçılarının izahatları
63. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Y.Səfərova apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əvvəlcə icarə verdikləri sahələrdən ona icarə haqqı verilməsi ilə bağlı razılığa gəlindi. Daha sonra bunları da əlindən aldılar. Bu səbəblə vəkilinə iddia tələbini dəyişməsi ilə bağlı bildirmişdir. 395 kv.m sahəsi olan obyekt belədir ki, mansardı içəridən birləşdiriblər mənzillərə. “Dynamex” həm mansardda, həm də 53 nömrəli mənzildə yerləşib. Orxan Hüseynovla 60 nömrəli mənzilə münasibətdə müqavilə bağlanmışdır. Bütün sahələri birləşdirib bir sahədən imtina edərək ona versələr, o da onlara aid hissədən imtina edər. Əmlaklar nəinki 2011-ci ildən, lap əvvəldən icarəyə verilib. Bununla bağlı rəsmi sənədlər tapmaq mümkün deyil. Çünki müqavilələr rəsmi olmamışdır. Belə ki, əmlaklar 2000-ci illərdən girovda olmuş və bu səbəblə çıxarışlar onlarda olmamışdır. Hazırki dövrə qədər o da mülkiyyətçi olduğu üçün əmlakçılar ondan da oranın sənədlərini soruşduqda, girovda olduğunu bildirirdi. Əmlakların icaryəyə verilməsi ilə bağlı ünvanlara dair sübutları məhkəməyə təqdim etmişdir. Orada təmizlik, tədris şirkətləri, X3 fəaliyyət göstərirdilər. Lakin rəsmi olaraq qeydiyyatdan keçməmişdirlər, bu səbəblə vergi orqanında məlumat yoxdur.
64. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı S.Y.Səfərovanın nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, çoxmənzilli binada bir mənzilin bölünməsi mümkün deyil. Hesab edir ki, bütün yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı araşdırılma aparılmalıdır. Çünki Səidə xanım vərəsədir və bu Ali Məhkəmənin qərarında öz əksini tapmışdır. Hazırda oranı icarəyə veriblər, pulunu alıb faydalanırlar. Belə olan halda, Səidə xanımın mülkiyyət hüquqları pozulur. Əmlakın girovda olması onun icarəyə verilməsini istisna etmir. İcarə ilə bağlı sübutlar məhkəməyə təqdim olunub. Eyni zamanda, 2021-ci ildən qeydiyyatdan keçmədən əmlakın icarədə olmasını qarşı tərəf özü etiraf edir. Əmlakın icarəyə verilib-verilməməsindən asılı olmayaraq, Səidə Səfərovanın əmlakından faydalanıblar və özlərində saxlayaraq istifadə ediblər və bununla da Səidə Səfərovanı əldə edəcəyi gəlirlərdən məhrum ediblər.
65. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili apelyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, İddiaçı hazırda 77 yaşı var. O bildirir ki, Rəhmana bildirib ki, ona bağışladığı evlərdən birini Səidə xanıma bağışlasın. Hazırda İddiaçı pul ödəmək iqtidarında deyil. Hazırda onun məhkəmə icraatında “Ekspressbank”a qarşı küllli miqdarda artıq ödəmə tələbi var. İddiaçı bildirir ki, Şamaxıda 24 sot torpaq, ev verib, evləndiyi zaman evinin alınmasına köməklik edib, dəyəri yüz minlərlə olan qızıl verib. Hər bir halda ata öz qızından küskündür. O bildirir ki, bankdan pulunu aldığı halda qızına yenə pul verəcək. Səidə xanımla Yusif müəllimin aralarında olan digər bir narazılıq Yusif müəllimin ikinci dəfə qeyri-rəsmi ailə həyatı qurmasıdır. “Dynamex” onlara 3/4 hissənin ödənişini ödəyir, 4/1 hissə ilə bağlı ödəniş etmir, Səidə xanıma ödəyəcəklərini bildirir. O, özü də qəbul edir ki, 2021, 2022, 2023-cü və 2024-cü illərdə hansı məbləğlərdə icarəyə verilmişdir. Hazırda qiymət əvvəlki dövrə münasibətdə daha bahadır. Səidə Səfərovanın bildirdiyi dövrlərdə həmin əmlaklar icarəyə verilməmişdir. Əmlaklar girovda olmuşdur və noyabr ayında girovdan azad olunmuşdur. 2021-ci ilədək əmlaklar icarəyə verilməmişdir. 2021-ci ildən icarəyə verildikdə isə Səidə Səfərova ilə ayrıca müqavilə bağlanılmışdır və o, öz payını götürmüşdür. Əmlaklar İddiaçı tərəfindən alınmış əmlaklardır və əmlakların idarə edilməsində o, özü iştirak etmişdir. “Dynamex”-in icarədə olduğunu təkzib etmirlər. Səidə Səfərovanın onlarla 2022-ci ildə mübahisəsi yaranır və yenidən müqavilə bağlanılır. Sahə faktiki icarəyə verilib, rəsmi qeydiyyata alınmayıb. 2021-ci ildə icarəyə verilməsinə dair vərəsələrin dördünün də razılığı olub.
66. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh3 Səidə Səfərovanın iddiası üzrə iddia müddətinin tətbiqi barədə ərizə də məhkəməyə təqdim etmişdir.
67. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
68. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1220.0 və 1220.0.1. Vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə həmişə dəyişdirə və ya ləğv edə bilər. Maddə 1224.0 və 1224.0.1. Xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür. Maddə 1276. Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin.
69. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
70. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
71. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
72. Hazırda apellyasiya baxışının predmetini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh4 qarşılıqlı iddiasının rədd, Cavabdeh3 qarşılıqlı iddiasının təmin edilməsinə dair hissələrdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək Səfərova Səidə Yusif qızı və Cavabdeh3 qarşılıqlı iddiaları təmin edilməməlidir.
74. Belə ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.
75. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
76. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.
77. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, miras qoyan Nuriyə Əliyeva son iradəsini xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədə ifadə edərək, Ağdaş şəhərində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını qızı Cavabdeh5 vəsiyyət etmiş, bununla da əvvəlki vəsiyyətnamələr birbaşa ləğv edilmişdir.
78. Digər tərəfdən, Mülki Məcəllənin 1224-cü maddəsinə görə, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə vəsiyyətnamə qüvvədən düşür. İşdən görünür ki, xeyrinə vəsiyyətnamə tərtib edilmiş Cavabdeh5 miras qoyandan əvvəl - xx.xx.2007-ci il tarixdə vəfat etmişdir.
79. Beləliklə, yeni vəsiyyətnamələr əvvəlki vəsiyyətnamələri, yəni xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə xx.xx.1998-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməni, xx.xx.2007-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamə isə xx.xx.2007- ci il tarixli vəsiyyətnaməni ləğv etmiş, ən sonuncu vəsiyyətnamə isə xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxsin ölümü ilə qüvvədən düşdüyündən qanun üzrə vərəsəliyin qarşısını kəsən hər hansı bir hüquqi fakt mövcud olmamışdır.
80. Qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlaka miras qoyanın birinci növbə vərəsələri olan 4 nəvəyə - Cavabdeh3, Cavabdeh7, Cavabdeh2 və Quliyeva (Səfərova) Səidə Yusif qızına bərabər paylarla, hər birinə ¼ hissədə olmaqla xx.xx.2013cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
81. O da qeyd edilməlidir ki, xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Cavabdeh3 tərəfindən qanunvericiliklə müəyyən edilmiş 2 aylıq kəsici müddət daxilində mübahisələndirilməmişdir.
82. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edildiyindən və vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, onun mirası tamamilə qəbul etdiyi hesab edildiyindən, yuxarıda qeyd olunan birinci növbə vərəsələr nənələri Nuriyə Əliyevadan miras qalmış və şəhadətnamədə göstərilməyən digər daşınmaz əmlakları da tamamilə qəbul etmişlər.
83. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə Cavabdeh3 qarşılıqlı iddiası, yəni miras qoyanın xx.xx.2007-ci il tarixli vəsiyyətnaməsinə əsaslanaraq Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 13kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması barədə tələbi təmin edilə bilməz.
84. Məhkəmə kollegiyası Səidə Səfərovanın ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi tələbinə münasibət bildirərək qeyd edir ki, apellyasiya araşdırması zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində əldə edilmiş xx.xx.2024-cü il tarixli, 10/8436-9/8640 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən 5 saylı evin, 63 saylı mənzilin 1/4 hissədə naturada ayrılmasının “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
85. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, sözügedən yaşayış sahəsinin 1/4 hissəsinin naturada ayrılması, bunun nəticəsi olaraq həmin hissənin boşaldılaraq təhvil verilməsi mümkün olmadığından Səidə Səfərovanın qarşılıqlı iddia tələbi bu hissədə təmin oluna bilməz.
86. Məhkəmə kollegiyası Səidə Səfərovanın icarə müqaviləsi üzrə əldə edilən gəlirdən onun payına düşən hissənin - 250.000 manatın verilməsi tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilən sahələrin 2011-ci ildən 2021-ci ilədək cavabdehlər tərəfindən icarəyə verilməsi iş materialları ilə öz təsdiqini tapmır. O da qeyd edilməlidir ki, həmin sahələrə dair 2021-ci ildə icarə müqaviləsinin imzalanması mütləq qaydada ondan əvvəlki dövrlərdə də sahələrin icarəyə verildiyini təsdiq etmir.
87. Bundan başqa, sözügedən sahələrin 2011-ci ildən 2021-ci ilədək qeydiyyata alınmış təsərrüfat subyektləri (“X16”, “ABA CEELİ”, “Students.az” və ya digərləri) və icarə müqavilələri barədə məlumatların əldə olunması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmış, Xidmətin xx.xx.2024-cü il tarixli, 3-21-2-4/2-259464/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, uçot baza məlumatlarına əsasən qeyd olunan ünvanın icarəyə verilməsi barədə məlumat müəyyən edilməmiş, aparılmış müşahidə-baxış tədbirləri zamanı qeyd olunan ünvanın yaşayış sahəsi olması barədə məlumat müəyyən edilmişdir.
88. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, Səidə Səfərovanın cavabdehlərə qarşı 250.000 manat məbləğində pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir.
89. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Səidə Səfərovanın qarşılıqlı tələbi göstərilənlərə əsasən təmin edilmədiyindən Cavabdeh3 bu tələbə iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirilməsi zərurəti aradan qalxır.
90. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Səfərova Səidə Yusif qızının apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Səfərova Səidə Yusif qızının qarşılıqlı iddiasının rədd olunduğu və Cavabdeh3 qarşılıqlı iddiasının təmin olunduğu hissələrdə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Səfərova Səidə Yusif qızının cavabdehlər İddiaçı, Cavabdeh3, Cavabdeh7 və Cavabdeh2 müştərək qaydada 250.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi, ünvan 9 ünvanda yerləşən yaşayış sahəsinin ona məxsus 1/4 hissəsinin naturada ayrılmaqla, mənzilin həmin hissəsinin boşaldılması və ona təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh3 Bakı şəhəri 28 May küçəsi 5 ünvanda yerləşən 53, 60 və 63 saylı mənzillərə, ünvan 13kiliyə olan hüquqlara dair onun vərəsəlik hüquqlarının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 manat məbləğində vəsait Səfərova Səidə Yusif qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 1.500 manat məbləğində vəsait tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülsün. Qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikyətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri Səfərova Səidə Yusif qızının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: