Məhkəmə qərarları › İş №2(103)-3515/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3515/2021

02.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3515/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-yə qarşı “nəqliyyat vasitələri üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-yə qarşı “nəqliyyat vasitələri üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə qəbul olunacaq yekun qərarın qanuni qüvvəsini alanadək mübahisə predmeti olan 90-ZC- 307 dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-KJ-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-TL-*** dövlət nömrə nişanlı, “Toyota Land-Cruiser” minik markalı; **-DM-*** dövlət nömrə nişanlı, “Mercedes Benz S350” minik markalı; **-UO-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-NT-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-UP-*** dövlət nömrə nişanlı, “Toyota Land- Cruiser” minik markal; **-BM-*** dövlət nömrə nişanlı, “Toyota Land-Cruiser” minik markalı rəngli nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunaraq, mübahisə predmeti olan 90-ZC- 307 dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-KJ-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-TL-*** dövlət nömrə nişanlı, “Toyota Land-Cruiser” minik markalı; **-DM-*** dövlət nömrə nişanlı, “Mercedes Benz S350” minik markalı; **-UO-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-NT-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-UP-*** dövlət nömrə nişanlı, “Toyota Land- Cruiser” minik markal; **-BM-*** dövlət nömrə nişanlı, “Toyota Land-Cruiser” minik markalı rəngli nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı iddia tələbindən imtina etdiyindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-yə qarşı “nəqliyyat vasitələri üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Daha sonra cavabdeh məhkəməyə həbsin götürülməsi haqqında məhkəməyə ərizə təqdim edərək, qeyd olunan avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mübahisə predmeti olan 90-ZC- 307 dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-KJ-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-TL-*** dövlət nömrə nişanlı, “Toyota Land-Cruiser” minik markalı; **-DM-*** dövlət nömrə nişanlı, “Mercedes Benz S350” minik markalı; **-UO-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-NT-*** dövlət nömrə nişanlı, “Toyota Hilux” minik markalı; **-UP-*** dövlət nömrə nişanlı, “Toyota Land- Cruiser” minik markal; **-BM-*** dövlət nömrə nişanlı, “Toyota Land-Cruiser” minik markalı rəngli nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və iddianı təminetmə tədbirinin tədbiq edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qardaşlar arasında çoxsaylı məhkəmə mübahisələrinə son qoyulması barədə barışıq təklif etmiş, nəticədə İddiaçı tərəfindən cavabdehin barışıq təklifi qəbul edilmiş, bundan sonra ərizə verilərək, iddiadan imtina edilmiş və bununla əlaqədar müvafiq qərardad çıxarılmışdır. Lakin bundan sonra Cavabdeh1 qardaşlar arasında olan özünün iddiaçı qismində çıxış etdiyi digər məhkəmələrdə olan işlər üzrə iddiadan imtina etməmiş və bununla da İddiaçı faktiki olaraq aldatmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi, məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, üzərinə həbs qoyulmuş əmlaklar üzrə məhkəmə çəkişməsi başa çatdığına görə, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə haqlı olmuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında əladə olunmuş razılığın pozulması qərardadın ləğv edilməsinə əsas ola bilməz. İddiaçı iddia tələbindən imtna etmiş və birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Tərəflər arasında olan məhkəmə çəkişməsinə xitam verildiyindən iddianı təminetmə tədbirinin tədbiq edilməsi üçün mövcud olan zərurət aradan qalmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3254/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar