Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3517/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 və onun vəkili X18 iştirakları ilə, İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” X16, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X19 və Azərbaycan Respublikası ƏMDKnin yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6441/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən X25 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” X16, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X19 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum Səttar İsrafil oğlu ilə qohumluq münasibətində olması faktının müəyyən edilməsi; Bakı şəhər Sovet İcraiyyə Komitəsinin Evlər Şöbəsinin bələdiyyələşdirilməmiş tikintilərin 176 nömrəli reyestr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X35 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930-cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmiş - Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin xx.xx.1936-cı ildə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsinin miras əmlak kimi onun qanun üzrə birinci növbə vərəsəsi olan - arvadı X26 tərəfindən xx.xx.1936-cı ildə qəbul edilməsi; X11 xx.xx.1982-ci ildə vəfat etməsindən sonra həmin miras əmlakın onun qanun üzrə birinci növbə vərəsəsi olan - oğlu X27 tərəfindən xx.xx.1982-ci qəbul edilməsi; X12 xx.xx.1995-ci ildə vəfat etməsindən sonra həmin miras əmlakın İddiaçı tərəfindən xx.xx.1995-ci ildə qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktlar müəyyən edilməsi; İddiaçı vərəsəlik hüququ əsasında Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olansəsinə dair mülkiyyət hüququnun yenidən tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin Evlər Şöbəsinin bələdiyyələşdirilməmiş tikintilərin 176 nömrəli reyestr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evi Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X33 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930-cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmişdir. Onların hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Səttar İsrafil oğlu ilə X26 xx.xx.1927-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, onların birgə nikahdan xx.xx.1930-cu il təvəllüdlü X28 adı bir uşağı doğulmuşdur. Səttar İsrafil oğlu xx.xx.1936-cı il tarixdə vəfat etmişdir. Səttar İsrafil oğlunun vəfatından sonra miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsini arvadı X26 faktiki olaraq qəbul edilmiş və azyaşlı oğlu X28 ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. X26 xx.xx.1937-ci il tarixdə X29 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, həmin nikahdan onların xx.xx.1940-cı il təvəllüdlü X27, xx.xx.1942-ci il təvəllüdlü X36, xx.xx.1944-cü il təvəllüdlü X40, xx.xx.1946cı il təvəllüdlü X41, xx.xx.1949-cu il təvəllüdlü X30, xx.xx.1951-ci il təvəllüdlü X37 və xx.xx.1954-cü il təvəllüdlü X23 adlı yeddi uşağları doğulmuşdur. X26 birinci nikahdan doğulmuş oğlu X28, əri X29 və ikinci nikahından doğulmuş 7 uşağı ilə birlikdə 10 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsində yaşamaqda davam etmişdir. Daha sonra X28 1972ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonu 12-ci döngəsi 91 nömrəli evin 26 nömrəli mənzilinə köçmüş və öz ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. X26 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. X11 vəfatından sonra ondan miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsində əri X29, uşaqları X23 və X27 yaşamaqda davam etmiş və miras əmlakı birinci növbə vərəsələrindən yalnız əri X29, uşaqları X23 və X27 faktiki olaraq qəbul edərək idarə etmişlər. X11 qanun üzrə birinci növbə vərəsələri olan digər vərəsələri -xx.xx.1930-cu il təvəllüdlü X28, xx.xx.1942-ci il təvəllüdlü X36, xx.xx.1944-cü il təvəllüdlü X40, xx.xx.1946cı il təvəllüdlü X41, xx.xx.1949-cu il təvəllüdlü X30, xx.xx.1951-ci il təvəllüdlü X37 mərhum anaları X7 miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsini nə faktiki, nə də ki, notariat kontoruna ərizə verməklə qəbul etməmiş, mirası qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti buraxmışlar. Çünki, onlar faktiki olaraq miras evdə deyil, digər ünvanlarda özlərinə məxsus olan mənzillərdə yaşamışlar. X29 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Ə.Qasımovun vəfatından sonra Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evindən qalmış miras payını da X29nun qanun üzrə birinci növbə vərəsələrindən yalnız - X23 və X27 faktiki olaraq qəbul etmiş və öz aralarında bölmüşlər. X27 xx.xx.1995ci il tarixdə vəfat etmişdir. X12 vəfatından sonra isə ondan qalmış miras Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evindən qalmış miras payını qanun üzrə birinci növbə vərəsələrindən yalnız doğma qızı olan İddiaçı həmin evdə yaşamaqla faktiki qəbul edilmişdir. Qasımov Ağakərimin digər birinci növbə üzrə vərəsələri olanuşaqları - Əminə, İlqar və İlham atalarından miras qalmış payı qəbul etməkdən imtina etmişlər. X11 oğlu X28 xx.xx.1990-cı il tarixdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonu 12-ci döngəsi 911 nömrəli evin 26 nömrəli mənzilində vəfat etmişdir. X28 anasından qalan miras payını qəbul etmədiyinə görə, onun oğlu olan X25 da nənəsi X7 qalan miras payı tələb edə bilməz. Hazırda mübahisəli fərdi yaşayış evi X23 və İddiaçı arasında faktiki olaraq bölünmüşdür. Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən sahələri 20.0 kv.m. və 25.0 kv.m olan 2 yaşayış otağında X23 öz ailəsi ilə; evin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsində İddiaçı öz ailəsi ilə yaşayırlar. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin Evlər Şöbəsinin bələdiyyələşdirilməmiş tikintilərin 176 nömrəli reyestr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X35 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930-cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmiş - Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin xx.xx.1936-cı ildə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsinin miras əmlak kimi onun qanun üzrə birinci növbə vərəsəsi olan - arvadı X26 tərəfindən xx.xx.1936-cı ildə qəbul edilməsi; X11 xx.xx.1982-ci ildə vəfat etməsindən sonra həmin miras əmlakın onun qanun üzrə birinci növbə vərəsəsi olan - oğlu X27 tərəfindən xx.xx.1982-ci qəbul edilməsi; X12 xx.xx.1995-ci ildə vəfat etməsindən sonra həmin miras əmlakın onun qanun üzrə birinci növbə vərəsəsi olan - qızı İddiaçı tərəfindən xx.xx.1995-ci ildə qəbul edilməsi barədə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi qət edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X25 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Səttar İsrafil oğlu ilə heç bir qohumluğu olmamışdır. Bakı şəhər İcraiyyə Komitəsinin Evlər Şöbəsinin Bələdiyyələşdirilmiş, tikililərin 176 nömrəli reystr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X31 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930-cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsində sahəsi 152 kv.m olan 183 nmrəli fərdi yaşayış evinin xx.xx.1936cı ildə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m ümumi sahəsi 90.2 kv.m olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən 24.0 kv.m olan 1 yaşyı otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m olan 1 yaşyış otağı və sahəsi 3 lv.m olan köməkçi sahədən ibarət olan hissəsinin miras əmlak kimi onun qanun üzrə birinci növbə vərəsəsi olan arvadı X26 və xx.xx.1930-cu il tarixdə anadan olmuş 6 yaşlı oğlu X28 tərəfindən qəbul edilmişdir. X13, istərsə də X14 birinci nömrəli vərəsəsi X28 və Mədinənin ikinci həyat yoldaşı X8 olan uşaqları- X32 tərəfindən xx.xx.1982-ci il tarixdə qəbul edilməsi, X12 xx.xx.1995-ci il tarixdə vəfat etməsindən sonra həmin miras əmlakı İddiaçı tərəfindən xx.xx.1995-ci ildə qəbul edilməsi faktı müəyyən edilmişdir. Necə ola bilər ki, birinci növbə vərəsə olan X28 1930-ci il tarixdə mübahisəli ünvanda doğulmuş və 1972-ci ilə yəni 42 yaşına kimi həmin ünvanda yaşamış ancaq miras kütləsinə daxil olan əmlakı qəbul etməmişdir. Kamal İbrahimov həmin əmlakı qəbul edərək, faktiki idarə etmiş, ömrünün sonuna kimi mülki öz nəzarətində saxlamışdır. Mübahisəli mənzilə Səttar İsrafil oğlunun, Əliheydər İsrafil oğlunun və X38 1/3 payları müəəyyən edilmiş, Əliheydər İsrafil oğlunun və X38 paylarının harda olmasını kim tərədindən qəbul edilməsin məhkəmə araşdırmamışdır. Anasının ikin əri Əsəgrdən doğulan uşaqları ona baxmamış və Mədinə İbrahimova xx.xx.1982-ci il tarixdə X15 yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. Qətnamədən həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia təlləbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasının vaxtı barədə onlara məlumat verilməmiş və onların iştirakı təmin edilməmişdir. Mübahisəli mənzilin digər mülkiyyətçisi olan Cəmilə Mirəliyeva işə üçüncü şəxs qismində cəlb edilməmişdir. Hesab edirlər ki, işin hərtərəfli araşdırılması üçün Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və X23 üçüncü şəxs qismində işə cəlb edilməli, mübahisəli ünvanda ekspertiza keçirilməlidir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X10 və onun vəkili apellyasiya şikayətini müdafiə etmişlər və əlavə olaraq bildirmişlər ki, Kamal 1978-ci ilə kimi müabahisəli mənzildə yaşamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Yeganə Məmmədova apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. İş üzrə maraqlı şəxs qismində göstərilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və cavabdeh 3 saylı Bakı “ASAN Xidmət” X24 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış olmasına baxmayaraq nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən Bakı şəhər Sovet İcraiyyə Komitəsinin Evlər Şöbəsinin bələdiyyələşdirilməmiş tikintilərin 176 nömrəli reyestr kitabının 7992-ci səhifəsindən çıxarışına əsasən Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evi Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X33 adına ümumi birgə mülkiyyət kimi xx.xx.1930-cu il tarixdə ilkin hüquqi qeydiyyatdan keçmişdir. Onların hər birinin payı 1/3 hissədə müəyyən edilmişdir. Səttar İsrafil oğlu ilə X26 xx.xx.1927-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, onların birgə nikahdan xx.xx.1930-cu il təvəllüdlü X28 adı bir uşağı doğulmuşdur. Səttar İsrafil oğlu xx.xx.1936-cı il tarixdə vəfat etmişdir. Səttar İsrafil oğlunun vəfatından sonra miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsinin hamısını arvadı X26 faktiki olaraq özü qəbul etmiş və 6 yazlı oğlu X28 ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. X26 xx.xx.1937-ci il tarixdə X29 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, həmin nikahdan onların xx.xx.1940-cı il təvəllüdlü X27, xx.xx.1942-ci il təvəllüdlü X36, xx.xx.1944-cü il təvəllüdlü X40, xx.xx.1946-cı il təvəllüdlü X41, xx.xx.1949-cu il təvəllüdlü X30, xx.xx.1951ci il təvəllüdlü X37 və xx.xx.1954-cü il təvəllüdlü X23 adlı yeddi uşağları doğulmuşdur. X26 birinci nikahdan doğulmuş oğlu X28, əri X29 və ikinci nikahından doğulmuş 7 uşağı ilə birlikdə 10 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsində yaşamaqda davam etmişdir. Daha sonra X28 1972-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8ci mikrorayonu 12-ci döngəsi 911 nömrəli evin 26 nömrəli mənzilinə köçmüş və öz ailəsi ilə birlikdə həmin mənzildə yaşamışdır. X26 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. X11 vəfatından sonra ondan miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsində əri X29, uşaqları X23 və X27 yaşamaqda davam etmiş və miras əmlakı birinci növbə vərəsələrindən yalnız əri X29, uşaqları X23 və X27 faktiki olaraq qəbul edərək idarə etmişlər. X11 qanun üzrə birinci növbə vərəsələri olan digər vərəsələri - xx.xx.1930-cu il təvəllüdlü X28, xx.xx.1942-ci il təvəllüdlü X36, xx.xx.1944-cü il təvəllüdlü X40, xx.xx.1946cı il təvəllüdlü X41, xx.xx.1949-cu il təvəllüdlü X30, xx.xx.1951-ci il təvəllüdlü X37 mərhum anaları X7 miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evinin 1/3 hissəsini nə faktiki, nə də ki, notariat kontoruna ərizə verməklə qəbul etməmiş, mirası qəbulu üçün qanunla müəyyən edilmiş 6 aylıq müddəti buraxmışlar. Çünki, onlar faktiki olaraq miras evdə deyil, digər ünvanlarda özlərinə məxsus olan mənzillərdə yaşamışlar. X29 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Ə.Qasımovun vəfatından sonra Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan183 nömrəli fərdi yaşayış evindən qalmış miras payını da X29nun qanun üzrə birinci növbə vərəsələrindən yalnız - X23 və X27 faktiki olaraq qəbul etmiş və öz aralarında bölmüşlər. X27 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. X12 vəfatından sonra isə ondan qalmış miras Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki sahəsi 152 kv.m. olan 183 nömrəli fərdi yaşayış evindən qalmış miras payını qanun üzrə birinci növbə vərəsələrindən yalnız doğma qızı olan İddiaçı həmin evdə yaşamaqla faktiki qəbul edilmişdir. Qasımov Ağakərimin digər birinci növbə üzrə vərəsələri olan uşaqları - Əminə, İlqar və İlham atalarından miras qalmış payı qəbul etməkdən imtina etmişlər. X11 oğlu X28 xx.xx.1990-cı il tarixdə yaşadığı Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayonu 12-ci döngəsi 911 nömrəli evin 26 nömrəli mənzilində vəfat etmişdir. X28 anasından qalan miras payını qəbul etmədiyinə görə, onun oğlu olan X25 da nənəsi X7 qalan miras payı tələb edə bilməz. Hazırda mübahisəli fərdi yaşayış evi X23 və İddiaçı arasında faktiki olaraq bölünmüşdür. Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən sahələri 20.0 kv.m. və 25.0 kv.m olan 2 yaşayış otağında X23 öz ailəsi ilə; evin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsində İddiaçı öz ailəsi ilə yaşayırlar. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)-2965/2003 nömrəli qətnaməsi ilə ərizəçi X9 hüquqi faktarının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, X20 ilə Səttar İsrafil oğlunun eyni şəxs olması; Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X33 doğma bacı-qardaş olmaları; Əliheydər İsrafil oğlu və X33 1928-1930-cu illərdə ölmələri; ərizəçi X9 Səttar, Əliheydər və X61 uşaqları ilə qohum olmaları; Səttar, Əliheydər və X61 uşaqlarından miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov (keçmiş Sovet döngəsi) küçəsindəki 183 nömrəli evin 1-ci mərtəbəsində yerləşən sahələri 20.0 kv.m. və 25.0 kv.m olan 2 yaşayış otaqlarının X23 tərəfindən qəbul edilməsi faktları müəyyən edilmiş; ərizəçi X23 - Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X33 vərəsəsi tanınmış; Səttar İsrafil oğlu, Əliheydər İsrafil oğlu və X61 qızından miras qalmış, həmin yaşayış otaqlarına vərəsəlik yolu ilə ərizəçi X9 mülkiyyət hüququ tanınmış; həmin otaqların mülkiyyət hüququnun qeydiyyatının ərizəçi X9 adına aparılması və ona qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhəri Tİ və MHQİ-yə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)- 7614/2015 nömrəli qərardadı ilə X10 iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)-2965/2003 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya baxışından çıxarılmış və apellyasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)2457/2016 nömrəli qərarı ilə X1 şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-7614/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2- 2965/2003 nömrəli qərardadı ilə X21 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)-2965/2003 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş və verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 12627/2018 nömrəli qərardadı ilə X22 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsindən X21 verdiyi apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2965/2003 nömrəli qərardadı ilə X34 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 2-2965/2003 saylı qətnaməsi ilə maraqlarına toxunulan şəxs hesab edilmiş, X21 iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003cü il tarixli 2-2965/2003 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək, bərpa edilmiş və verilmiş apellyasiya şikayəti qəbul edilərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 4854/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 22965/2003 nömrəli qətnaməsindən X21 apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)4604/2019 nömrəli qərarı ilə maraqlı şəxs X2 şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-4854/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, X34 və X25 babaları X4 ölümündən sonra doğulduqlarına görə babalarının vərəsəsi ola bilməzlər. Onlar hətta babaların sağlığında mövcud olsaydı, yenə də vərəsə ola bilməzdilər. Çünki, onların ataları X28 babaları X20 xx.xx.1936-cı il tarixdə vəfat etdiyi zaman sağ olduğuna görə, X34 və X10 mərhum X4 vərəsəsi olmaları istisna olunmuşdur. X34 və X25 ataları X15 vərəsəsi olduğundan, sonuncu sağlığında həmin evi öz atasından (şikayətçinin babasından) qalmış miras kimi qəbul etdiyi halda, şikayətçi həmin evi atasından qalmış miras kimi qəbul edə bilərdi. Lakin şikayətçinin atasının həmin evi miras kimi qəbul etdiyi müəyyən olunmur. 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 487-ci, 488-ci və 499-cu maddələrinə müvafiq olaraq, qanun və vəsiyyət üzrə vərəsəliyə yol verilir. Hər iki əsas üzrə vərəsəliyə çağrılan şəxslərin dairəsi enən xətt üzrə (uşaqlar, nəvələr, nəticələr) və sağ qalmış ər (arvad), həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl ən azı bir il onun himayəsində olan əməyə bacarıqsız və imkansız digər şəxslərlə məhdudlaşır. Mirasın açıldığı yerdə olan vərəsə mühafizə tədbirlərinin görüldüyü gündən 3 ay ərzində mirasdan imtina etməzsə mirası qəbul etmiş hesab olunur. Vərəsə digər vərəsələrin gəlməsini gözləmədən miras əmlakı idarə etməyə başlaya bilər. Həmin Məcəllənin 500-cü maddəsinə əsasən mirasın qəbulu müddəti 6 ay müəyyən edilmişdir. Göründüyü kimi, 1923-cü il Mülki Məcəlləsi mirasın açıldığı yerdə olan vərəsənin onu qəbul etməsi üçün hər hansı bir hərəkət etməsini tələb etmirdi, onun susması mirasın qəbulu üçün kifayət idi. 1965-ci ilədək qüvvədə olan 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsində müəyyən olunan qanun üzrə vərəsələrin dairəsi SSRİ X62 Heyətinin xx.xx.1945-ci il tarixli Fərmanı ilə genişləndirilmiş, habelə həmin fərmanın bu fərman verilməzdən əvvəl açılan, lakin vərəsələr tərəfindən qəbul edilməyən və yiyəsiz əmlak kimi dövlət mülkiyyətinə keçməyən vərəsəliyə tətbiq edilməsi qərara alınmışdır (bənd 3). Qeyd edilən fərmanın 1-ci bəndinə əsasən qanun üzrə vərəsələr, vəfat edən şəxsin uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər ya arvad və əməyə bacarıqsız ata-analar, həmçinin vəfat edən şəxs ölməzdən əvvəl azı bir il onun himayəsində olan digər əməyə bacarığı olmayanlardır. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etmədikləri halda, əməyə bacarıqlı ata-analar, onlar olmadıqda isə vəfat edənin qardaş və bacıları qanun üzrə vərəsələr hesab olunurlar. xx.xx.1964-cü il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.1999-cu il tarixli 779-İQ saylı Qanuna əsasən xx.xx.2000-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxudonun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. X17 babası X20 öldüyü zaman (1936-cı ildə) onun atası X5 olmuş, apellyatorun özü isə babasının ölümündən 21 il sonra (1957-ci ildə) doğulmuşdur. Apellyatorun babasının öldüyü zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin (xx.xx.1923-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin 3-cü sessiyasında qəbul edilmişdir) 4882-ci maddəsinin “qeyd” hissəsində göstərilmişdi ki, “Ancaq irs buraxan şəxs vəfat etdiyi vaxtda sağ olan şəxslər, həmçinin vəfat edən şəxsin sağlığında anasının bətnində olan və atası vəfat etdikdən sonra doğulan uşaqlar vərəsə ola bilərlər”. Apellyator, babasının ölümündən 21 il sonra doğulduğuna görə babasının vərəsəsi ola bilməz. Apellyator hətta babasının sağlığında mövcud olsayıdı yenə də vərəsə ola bilməzdi. Çünki həmin Məcəllənin 4882-ci maddəsinin 2-ci hissəsində göstərilmişdi ki, irs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir. Apellyatorun babası öldüyü zaman onun atası sağ olmuşdur, ona görə vərəsə olması istisna olunur. Başqa sözlə, apellyator atasının vərəsəsidir və əgər onun atası sağlığında evi öz atasından (apellyatorun babasından) qalmış miras kimi qəbul etmiş olsa idi, apellyator həmin evi atasından qalmış miras kimi qəbul edə bilərdi. Lakin apellyatorun atasının həmin evi miras kimi qəbul etdiyi müəyyən olunmur. Çünkü işin müəyyən olunmuş hallarına əsasən, Səttar İbrahimov babasının ölümündən sonra atası 1972-ci ilə qədər ailəsi ilə birlikdə həmin evdə yaşamış, 1972-ci ildə atası ailəsi ilə birlikdə həmin evdən köçərək başqa ünvana getmiş, 1972-ci ildən sonra atası ölənə kimi ailəsi ilə birlikdə başqa ünvanda yaşamış və 1990-cı ildə atası başqa ünvanda ölmüşdür. Apellyator atasının 1972-ci ilə kimi həmin evdə yaşamasını mirasın atası tərəfindən qəbul edilməsi kimi qiymətləndirir. Lakin nəzərə alınmalıdır ki, apellyatorun babası öldüyü zaman onun atasının 6 yaşı olmuşdur. Belə ki, apellyatorun atasının təvəllüdü 1930-cu il, babasının ölüm tarixi isə 1936-cı ildir. Həmin zaman qüvvədə olmuş Mülki Məcəllənin 500-cü maddəsinə görə mirasın qəbulu müddəti 6 ay müəyyən edilmişdi, apellyatorun atasının həmin 6 ayın daxilində, yəni 6 yaşı olarkən mirasla bağlı iradə ifadə etməsi (evi miras kimi qəbul etdiyini bildirməsi və ya evi miras kimi qəbul etməkdən imtina etdiyini bildirməsi) isə mümkün deyil. Bunu onun əvəzinə anası (qanuni nümayəndəsi) edə bilərdi. Apellyator sübut edə bilməmişdir ki, atasının 6 yaşı olarkən X26 (atasının anası) atasının qanuni nümayəndəsi kimi mirasla bağlı iradə ifadə edib. Halbuki o, atasının anası X11, atasının qanuni nümayəndəsi kimi 1936-cı ildə mirasla bağlı iradə ifadə etdiyini sübut etməli idi. Digər tərəfdən, apellyator atasının 1972-ci ildə mübahisəsi gedən evi tərk edərək başqa evə köçdüyünü etiraf edir. Əgər onun atası evi miras kimi qəbul etmişdirsə, onun həmin evi tərk edərək yaşamaq üçün başqa evə köçməsi, 1972-ci ildən sonra ölənə kimi, yəni 1990-cı ilə kimi 18 il fasiləsiz olaraq başqa evdə yaşaması “evi miras kimi qəbul edən şəxsin” davranşına uyğun gəlmir. Bundan başqa, apellyatorun atası sağlığında həmin evə münasibətdə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etməmiş və ya evə dair hər hansı iddia irəli sürməmişdir. Hətta onun sağlığında öz qohumları ilə evə dair mübahisə etməsi, evin ona məxsus olduğunu bildirməsi, bununla bağlı hər hansı dövlət orqanına müraciət etməsi müəyyən olunmur. Bütün bunlar isə ona dəlalət edir ki, apellyatorun atası həmin evi miras kimi qəbul etməmiş, evi özünə məxsus olan ev hesab etməmişdir. Apellyator, atasının ölümündən sonra özünü atasının nümayəndəsi kimi apara, onun etmədiyi hərəkətləri onun əvəzinə edə, onun adından danışa bilməz. Kollegiya həmçinin qeyd edir ki, apellyatorun apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməsinin səbəbi, evin yerləşdiyi ərazidəki bütün tikililərin yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsi və evlərin mülkiyyətçilərinə pul kompensasiyasının verilməsi məsələsinin gündəmə gəlməsi ilə bağlı olmuşdur. Başqa sözlə, əgər apellyatorun niyyəti həqiqətən də “atasından qalan mirasa” yiyələnmək idisə o, atasının ölümündən dərhal sonra məhkəməyə müraciət edə bilərdi. Atasının ölümündən keçən 25 il ərzində apellyatorun evlə maraqlanmaması onu təsdiq edir ki, o, həmin evi atasına məxsus olan ev hesab etməmişdir. Evlərin sökülməsi və pul kompensasiyasının verilməsi məsələsi gündəmə gəldikdə isə apellyator özünü babasının “vərəsəsi” elan etmişdir; halbuki, qanuna görə bu mümkün deyil. Kollegiya, həmçinin, qeyd edir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə İddiaçı hüquqi əhəmiyyətli faktlarının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, İddiaçı - Səttar İsrafil oğlu ilə qohumluq münaibətində olması və onun Səttar İsrafil oğlundan miras qalmış Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahəsinin qəbul edilməsi barədə faktı müəyyən edilmiş; İddiaçı - Səttar İsrafil oğlunun həyat yoldaşı Mədinə Aşum qızı və axırıncının oğlu Qasımov Ağakərimin qanun üzrə vərəsəsi tanınmış, İddiaçı göstərilən ünvanda yerləşən qeyd edilmiş otaqlarda qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququ tanınmış; Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahəsinə mülkiyyət hüququnun qeydiyyatını ərizəçi İddiaçı adına aparılması və ona qeydiyyat vəsiqəsi verilməsi Bakı şəhəri Tİ və MHQİ-yə həvalə edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2004-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilmişdir. Sonradan, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X10 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)3064/2003 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)7310/2018 nömrəli qərarı ilə qətnamə ilə maraqlarına toxunulan şəxs kimi tanınmış X1 şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-3076/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 332/2019 nömrəli qərardadı ilə ərizəçi İddiaçı “hüquqi faktın müəyyən edilməsi, vərəsə kimi tanına və mirasın qəbul edilməsi faktının təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)-3064/2003 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxs kimi tanınmış X10 verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)-3064/2003 nömrəli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi İddiaçı izah edilmişdir ki, xüsusi icraat qaydasında verilmiş ərizənin baxılmamış saxlanılması, maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etmir. Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2(004)-3064/2003 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Tİ və MHQİ tərəfindən icra edilərək, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahəsinə dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən xx.xx.2004-cü il tarixdə FM seriyalı 027764 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxllanılsa da, qətnamənin icrasına dönüş edilməmiş, İddiaçı adına verilmiş mülkiyyət hüququnu təsdiq edən xx.xx.2004-cü il tarixli FM seriyalı 027764 nömrəli qeydiyyat vəsiqəsi ləğv olunmamış və qüvvədən düşməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki yaşayış sahəsi 84.4 kv.m., ümumi sahəsi 90.2 kv.m. olan 4 otaqlı, 2 mərtəbəli 183 nömrəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarət olan hissəsi İddiaçı mülkiyyəti kimi qeydiyyatdadır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən Cəmilə Mirəliyevanın Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov (keçmiş Sovet döngəsi) küçəsindəki 183 nömrəli evin 1-ci mərtəbəsində yerləşən sahələri 20.0 kv.m. və 25.0 kv.m olan 2 yaşayış otaqları üzərində mülkiyyət hüququ tanınmış və ona müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı daha əvvəl xüsusi icraat qaydasında eyni tələblə məhkəməyə müraciət etmiş, onun ərizəsi əsasında yuxarıda gösttərilən məhkəmə aktları qəbul edilmiş və artıq icra edilmişdir. Məhkəmə aktının qanuni qüvvəyə minməsindən və icra edilməsindən uzun müddət keçdikdən sonra isə ciddi əsaslar olmadan onun ləğvi, hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.Xüsusilə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Kollegiya ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov (keçmiş Sovet döngəsi) küçəsindəki 183 nömrəli evin 1-ci mərtəbəsində yerləşən sahələri 20.0 kv.m. və 25.0 kv.m olan 2 yaşayış otaqlarının X23 tərəfindən qəbul edilməsi faktları müəyyən edilmişdir. Hazırki iddia tələbi isə həmin mənzilin Cəmilə Mirəliyevaya aid olmayan yəni - evin birinci mərtəbəsində yerləşən sahəsi 24.0 kv.m. olan 1 yaşayış otağı; ikinci mərtəbəsində yerləşən sahəsi 20.4 kv.m. olan 1 yaşayış otağı və sahəsi 3.0 kv.m. olan köməkçi sahədən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6441/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxslərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3517/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3517/2020
19.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver