Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3521/2023 05.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı3 Cavabdehnə qarşı “ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X21 (sədrlik edən və məruzəçi), X15 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı3 Cavabdehnə qarşı “ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İV JQ 425868 nömrəli, xx.xx.1988-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X11 arasında nikah 20 iyul 1988-ci il tarixdə bağlanmış, 41 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.
2. AZ-İİ 123806 nömrəli xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 oktyabr 2020-ci il tarixdə elektrik cərayanının təsirindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 oktyabr 2020-ci il tarixdə 75 nömrə ilə qeyd edilmişdir.
3. 22.12.2020-ci il tarixli, BD16 nömrəli ödəniş tapşırığından görünür ki, Paşa Həyat Sığorta ASC tərəfindən İddiaçı2 29082.69 manat məbləğində pul ödənişi edilmişdir.
4. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-18/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza şərti hesab olunmuş və ona 2 il sınaq müddəti müəyyən edilmişdir. “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin 1/2020 saylı “İstehsalatda bədbəxt hadisə haqqında“ Aktın surətinə əsasən 1964-cü il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə, saat 17:30 radələrində, X24 ilkin hazırlanması və nəqli sahəsində yerləşən Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 1 saylı şəbəkə rayonunda yerləşən PQ-40-ın daxilində bədbəxt hadisə nəticəsində elektrik gərginliyinin təsirinə məruz qalaraq, tibb məntəqəsinə aparılmış və aldığı xəsarətdən yolda vəfat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin təqsiri səbəbindən həlak olmuş X2 orta aylıq əmək haqqının 100%-i 1497 manat miqdarında aylıq ödəncin Cavabdehndən tutularaq ailə başçısını itirmiş İddiaçı3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, xx.xx.2020-ci il tarixdə Qürbət Rəsulov iş vaxtı, yeni nasosxananın quraşdırılması zamanı nasosxananın paylayıcı quruluş hissəsində montaj işləri apararkən yüksək gərginlikli elektrik təsirinə məruz qalmış, “təcili yardım”la tibb məntəqəsinə aparılarkən aldığı xəsarətdən yolda vəfat etmişdir. Faktla bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayt işi başlanılmış və cavabdehin işçisi, 1 saylı şəbəkə rayonunun rəis müavini Baxşəliyev Əlzamin cinayət məsuliyyətinə cəlb edilmişdir. İstintaq orqanının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı1 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Həmin iş üzrə Cavabdehın işçisi olan Baxşəliyev Əlzamin təqsirli bilinmiş və Pirallahı rayon Məhkəməsinin 1(094)-18/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmişdir. Mərhumun arvadı və digər iddiaçı 1937-ci təvəllüdlü mərhumun anası, İddiaçı2 mərhum Rəsulov Qürbətin himayəsində olmuş və onun ölümü nəticəsində ailə başçısı itirilmiş, ailə yeganə gəlir mənbəyindən məhrum olmuşdur. Ailənin heç bir yerdən qazancı və gəliri yoxdur. Qanunvericiliyin tələblərinə görə cavabdehin təqsiri nəticəsində ailə başçısını itirmiş şəxslərə, mərhumun arvadına ailə başçısını itirməyə görə əldən çıxan fayda kimi dəymiş zərərin əvəzi ödənilməlidir. Mərhumun orta aylıq əmək haqqı miqdarında arvadına ömürlük ödənc təyin edilməlidir. Cavabdehin verilmiş sorğuya xx.xx.2022-ci il tarixli cavabından görünür ki, işəgötürənin təqsiri səbəbindən həlak olmuş X2 orta aylıq əmək haqqı 1497 manat olmuşdur.
7. 20 fevral 2023-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə əlavə təqdim edərək, iddia tələbi üzrə iddiaçı qismində işə yalnız İddiaçı3 cəlb olunmasını, digər iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaçılar siyahısından çıxarılmasının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı3 Cavabdehnə qarşı ailə başçısını itirməyə görə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdr.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-18/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza şərti hesab olunmuş və ona 2 il sınaq müddəti müəyyən edilmişdir. “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin 1/2020 saylı “İstehsalatda bədbəxt hadisə haqqında“ Aktın surətinə əsasən 1964-cü il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə, saat 17:30 radələrində, X24 ilkin hazırlanması və nəqli sahəsində yerləşən Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin 1 saylı şəbəkə rayonunda yerləşən PQ-40-ın daxilində bədbəxt hadisə nəticəsində elektrik gərginliyinin təsirinə məruz qalaraq, tibb məntəqəsinə aparılmış və aldığı xəsarətdən yolda vəfat etmişdir. İddiaçı3 hazırkı iddia tələbini irəli sürərkən onun faktiki əsası kimi həyat yoldaşı X2 iş vaxtı, yeni nasosxananın quraşdırılması zamanı nasosxananın paylayıcı quruluş hissəsində montaj işləri apararkən yüksək gərginlikli elektrik təsirinə məruz qalaraq ölməsi və onun ölümü nəticəsində ailənin yeganə gəlir mənbəyindən məhrum olmasını göstərmiş və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099, 1108.1, 1121, 1122-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin tələblərinə istinad etmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində işəgötürənin işçi qarşısında tam maddi məsuliyyət daşıması üçün sonuncunun təqsirli şəkildə, yəni qəsddən və ya ehtiyatsızlıqla hər hansı əməl törətməsi, işçiyə ziyanın həqiqətən vurulması, işəgötürənin əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və bu əməllə onun nəticəsi arasında səbəbli əlaqənin müəyyən olunması zəruridir. Mülki hüquq pozuntusu üzrə tələbin hüquqi əsası kimi aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə X3 əmək mühafizəsi qaydalarını pozması nəticəsində X2 ağır xəsarətlər alaraq ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. X8 barəsində Azərbaycan Respublikası CMnin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 1(094)-18/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinərək, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qürbət Rəsulovun vəfatı ilə əlaqədar sığorta şirkəti tərəfindən mərhumun ailə üzvlərinə 29082.69 manat məbləğində pul ödənilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ və Vİ hissələrinə, Mülki Məcəlləsinin 1121.1.1, 1096.1, 1097.1, 1121.1.1, 1121.1.3-cü maddələri və Əmək Məcəlləsinin 239-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra Konstitusiya Məhkəməsi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında 09 yanvar 2003-cü il, 3 №-li qərarının 1.1, 1.3-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı3 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixədək, yəni, ailə başçısı ölənədək onun himayəsində, onun vəsaiti hesabına yaşamışdır. İddiaçının həmin vaxt 57 yaşı olmuşdur. Qanunvericıliyin yuxarıda göstərilən normasının tələblərinə görə isə əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ailə başçısının itirilməsinə görə vurulmuş zərərin əvəzini ömürlük almaq hüququ tanınır. Məhkəmə DSMFnin 1 saylı X4 xx.xx.2023-cü il tarixli, iddiaçının əlilliyə görə heç bir növ pensiya və müavinət almadığına dair sorğusuna cavaba istinad etməklə İddiaçı3 Q.Rəsulovun vəfat etdiyi xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətli hesab etmiş və bu səbəbdən yanlış olaraq iddianı təmin etməmişdir. Qanunvericıliyə görə isə əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə vurulmuş zərərin əvəzini ömürlük almaq hüququ ona görə tanınır ki, artıq onlarda əmək vərdişi yaratmaq və ya onları əmək fəaliyyətinə cəlb etmək nəzərdə tutulmur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə tərəflərindən təqdim edilmiş sübutlara obyektiv qiymət verməmiş , işi tam hər tərəfli araşdırmamış nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qanunvericıliyin tələblərinə görə əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ailə başçısının itirilməsinə görə vurulmuş zərərin əvəzini ömürlük almaq hüququ tanınır. Məhkəmə yanlış olaraq bu qənaətə gəlir ki, İddiaçı3 57 yaşı olmasına baxmayaraq mərhum həyat yoldaşı Qürbət Rəsulovun orta aylıq əmək haqqını almaq hüququ yoxdur.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121-ci maddəsinin adı-Ailə başçısının ölümünəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi kimi qeyd edilmiş və siyahıda kimlərə şamil olunduğu qeyd edilmişdir. İddiaçının həmin vaxt 57 yaşı olmuşdur. 55-65 yaş arası şəxslər əmək qabiliyyətli hesab edilmir. Həmin şəxslərdə əgər həmin zamana kimi işlməyiblərsə əmək vərdişi də yaratmaq mümkün deyil. Normasının tələblərinə görə əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ailə başçısının itirilməsinə görə vurulmuş zərərin əvəzini ömürlük almaq hüququ tanınır. İddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı əmək qabiliyyətli şəxs olmuşdur. Buna görə də şikayət əsassızdır. Qətnamənin qüvvədə qalmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121-ci maddəsində ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ var. İddiaçıya bu hüquq aid deyil. Tətbiq edilən hüquq normaları:
16. Mülki Məcəllə Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: Maddə 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; Maddə 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; Maddə 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; Maddə 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddə 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: Maddə 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; Maddə 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; Maddə 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; Maddə 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; Maddə 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.
17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, Mülki Məcəllənin 1121.1.1-ci maddəsinə əsasən ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin , 1121.1.3-cü maddəsinə əsasən ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququ vardır.
23. İddia ərizəsindən görünür ki, mərhumun övladı İddiaçı1 1989-cu il təvəllüdlüdür, yəni mərhum ölərkən yetkinlik yaşına çatmışdır.
24. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmənin sorğusuna cavab olaraq verilmiş DSMF-nin 1 saylı X4 xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilir ki, İddiaçı3 əlilliyə görə heç bir növ pensiya və müavinət almır.
25. Göründüyü kimi, iddiaçı həyat yoldaşı vəfat edənə kimi əmək qabiliyyətli olmuş, əlilliyi müəyyən edilməmiş, buna görə hər hansı müavinət və ya pensiya almamışdır.
26. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, qanunvericiliyin tələbinə görə 55 yaşından yuxarı qadınların ailə başçısının itirilməsinə görə ömürlük müavinət almaq hüququ vardır.
27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 1121.1-ci maddəsində zərərin əvəzinin ödənilməsi hüququ olan şəxslərin dairəsi göstərilmişdir. Əgər şəxsin hüququ Mülki Məcəllənin 1121.1-ci maddəsi ilə yaranırsa həmin Məcəllənin 1121.3-cü maddəsi zərərin kimlərə hansı müddətə ödənilməsini müəyyən edir. Hazırkı işdə iddiaçının hüququ Mülki Məcəllənin 1121.1-ci maddəsinə görə yaranmadığı üçün onun apellyasiya şikayətində həmin Məcəllənin 1121.3.3-cü maddəsinə istinad etməsi əsassızdır.
28. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı3 apellyasiya şikayəti təmin edilməsin. üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev