Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3524/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(006)-346/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Təhsil xidmətlərinin göstərilməsi haqqında” 09 sentyabr 2022-ci il tarixli 415-22, 416-22, 417-22 saylı Müqavilələrdən və eyni tarixli Razılaşdırma Protokollarından görünür ki, İddiaçı MMC N.Qüdrətzadənin övladları X3, X4 və X5 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkili öhdəliyini, N.Qüdrətzadə isə təhsil alan övladlarının qanuni nümayəndəsi kimi Razılaşdırma Protokollarında müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini Liseyə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilələrin 3.1-ci bəndlərinə əsasən hər müqavilə üzrə təhsil haqqı 6.000 manat olmaqla, cəmi 18000 manat təşkil edir.
2. Cavabdeh tərəfindən 11 sentyabr 2023-cü il tarixdə 2000 manat, 10 oktyabr 2023-cü il tarixdə 1000 manat, 21 noyabr 2023-cü il tarixdə 1000 manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat əsas borc, 400 manat faiz, 320 manat vəkilə ödənilən vəsait, 108 manat dövlət rüsumu olmaqla, cəmi 8828 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, təhsil alan X6, X7 və X1 qanuni nümayəndəsi Cavabdeh ilə İddiaçı MMC arasında «Təhsil Xidmətlərinin göstərilməsi haqqında» 09 sentyabr 2022-ci il tarixli 415-22 nömrəli, 09 sentyabr 2022-ci il tarixli 416-22 nömrəli və 09 sentyabr 2022-ci il tarixli 417-22 nömrəli müqavilələr bağlanılmışdır. Müqaviləyə əlavə olaraq tərəflər arasında xx.xx.2022- ci il tarixli Razılaşdırma Protokolları bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, «Lisey» «Təhsilalan»a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2-ci maddəyə əsasən isə Təhsilalanın «Qanuni nümayəndəsi» isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2022-ci il tarixli Razılaşdırma Protokolunda müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini «Lisey»ə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən hər üç müqavilə üzrə təhsil haqqı 6000 manat olmaqla, ümumilikdə 18000 manat təşkil etməkdədi. Lakin cavabdeh tərəfindən təhsil haqqının az bir hissəsi olan 09 sentyabr 2022-ci il tarixli 415-22 nömrəli müqaviləyə əsasən 3500 manat, 09 sentyabr 2022-ci il tarixli 416-22 nömrəli müqaviləyə əsasən 3000 manat və 09 sentyabr 2022-ci il tarixli 417- 22 nömrəli müqaviləyə əsasən 3500 manat olmaqla, 10000 manat ödənilmiş, qalan 8000 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab edirlər ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5 %-lə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 108 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. Hesab edirlər ki, 8.000 x 5 % = 400 manat. 8.000 + 400 + 320 manat + 108 manat = 8.828 manat cavabdehdən alınaraq Liseyə ödənilməlidir.
5. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, onunla İddiaçı MMC arasında təhsil haqqlarının ödənilməsi məqsədilə 09 sentyabr 2022-ci il tarixdə 415-22, 416-22 və 417-22 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr üzrə razılaşdırılmış şərtlər daxilində hər iki tərəf üzərinə öhdəliklər götürmüşdür. Müqavilə üzrə təhsilalanın nümayəndəsi olaraq öhdəliklərlə məlumatlı olduğunu müqavilə bağlanan zaman qarşı tərəfin diqqətinə çatdırmışdır və bunun qarşılığı olaraq övladlarına yüksək keyfiyyətli təhsil verilməsi üçün tələbi olduğunu israrla bildirərək razılıq almışdır. Müqavilə üzrə ödənişlər hər ayın ilk on günlüyündə litseyin hesabına ödənilmişdir. Ödəniş edilməyən ay üçün qabaqcadan litseyə şifahi olaraq məlumat verilmiş və razılıq alınmışdır. Bu ödəniş çətinliyi 2022-ci ilin sentyabr və dekabr aylarında olmuşdur. Qeyd etmək istəyir ki, təhsilin, qidalanmanın keyfiyyəti, kitabların təminatı ilə bağlı dəfələrlə şifahi xəbərdarlıqla litseyə iradlarını bildirmişdir. Hər dəfə üçün vəziyyətin düzəlməsini rəhbərlik söz vermiş, amma əməl edilməmişdir. 09 fevral 2023-cü ildə litseyə yaxınlaşıb, bu cür təhsil verəcəklərsə müqaviləyə dəyişiklik edilib, qiymətlərin endirilməsini rəhbərlikdən xahiş etmişdir. Amma müsbət cavab almamışdır. Nəticə olaraq növbəti dəfə söz vermişlər ki, hər şey mükəmməl olacaq. O da ödənişlərini davam etdirmişdir. Bu şərtlə davam etdirmişdir ki, ilin sonu təhsil səviyyəsini imtahan edərək nəticə ilə tanış olub ödənişi tamamlayacaq, əks halda ödədiyi məbləğin geri qaytarılmasını tələb edəcək. Amma dəfələrlə illik nəticəni tələb etməsinə baxmayaraq təqdim edilməmişdir. Diqqətə çatdırmaq istəyir ki, onunla İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən Lisey, hüquq və vəzifələrini 2.1.5, 2.2.1, 2.2.3, 2.2.4, 2.2.8 bəndləri üzrə tam yerinə yetirməmişdir. Təhsilalan tərəf olaraq, övladının hüquq və vəzifələri, qeyd edilən müqavilənin 2.3.3, 2.3.4, 2.3.5, 2.3.6, 2.4.1 bəndləri üzrə məhdudlaşdırılmışdır. Qanuni nümayəndə olaraq, onun hüquq və vəzifələri adı çəkilən müqavilənin 2.5.1, 2.5.2, 2.5.3, 2.5.9 , 2.6.3 bəndləri üzrə məhdudlaşdırılmışdır. Qeyd etdiyi müqavilə şərtlərinin, qarşı tərəfin öhdəliklərini yerinə yetirmədiyinə görə ödənişlərdən imtina edib, litseydən ödədiyi məbləğin geri verilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(006)- 346/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, 8000 manat məbləğində təhsil haqqı borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, 09 sentyabr 2022-ci il tarixli 415-22 nömrəli müqaviləyə əsasən 3.500 manat, 09 sentyabr 2022-ci il tarixli 416- 22 nömrəli müqaviləyə əsasən 3000 manat və 09 sentyabr 2022-ci il tarixli 417-22 nömrəli müqaviləyə əsasən 3500 manat olmaqla, cəmi 10000 manat ödəniş etsə də, qalan 8000 manat borcu ödəməmişdir. Cavabdeh təhsil haqqının qalan hissəsini ödəməməsini verilən təhsilin istənilən səviyyədə olmaması, qida və dərsliklərlə təminatın qeyri-qənaətbəxş olması ilə əsaslandırsa da, qeyd olunan halların mövcud olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddiaçıya qeyd olunan hallarla bağlı yazılı (rəsmi) şəkildə müraciət etməsinə dair sübutları da məhkəməyə təqdim etməmişdir. Habelə iddia tələbi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edilməmişdir. Göründüyü kimi, cavabdehin iddiaya etirazı əsassız olmaqla, subyektiv mülahizələrdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı MMC-yə vaxtı-vaxtında təhsil haqqı ödəməli olmasına, bu barədə iddiaçı qarşısında öhdəlik götürməsinə baxmayaraq, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmiş, iddiaçıya yuxarıda sadalanan müqavilələr üzrə cəmi 8000 manat borcu qalmışdır. Bu səbəbdən, iddiaçı pretenziya qaydasına riayət edərək cavabdehə xəbərdarlıq məktubu göndərmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, təhsilin keyfiyyəti ilə bağlı dəfələrlə şifahi xəbərdarlıqla litseyə iradlarını bildirmiş. hər dəfə üçün vəziyyətin düzələcəyi barədə rəhbərlik tərəfindən söz verilib amma əməl edilməyib. 09 fevral 2023-cü ildə litseyə yaxınlaşıb, bu cür təhsil verildiyi təqdirdə müqaviləyə dəyişiklik edilib, qiymətlərin endirilməsini rəhbərlikdən xahiş etmiş, amma müsbət cavab almamışdır. Nəticə olaraq növbəti dəfə söz veriblər ki, hər şey mükəmməl olacaq. O. da ödənişlərimi bu şərtlə davam etdirmişdir ki, ilin sonu təhsil səviyyəsini imtahan edərək nəticə ilə tanış olub ödənişi tamamlayacaq, əks halda ödədiyi məbləğin geri qaytarılmasını tələb edəcəkdir. Amma dəfələrlə illik nəticəni (ödənişli təşkil edilmiş imtahanlar barədə məlumatları) tələb etməsinə baxmayaraq ona təqdim olunmamışdır. Məhkəməyə müraciət edən iddiаçı İddiaçı MMC bildirmişdir ki, təhsil haqqı üçün 10000 manat ödənilib. Amma, qətnamə 13 fevral 2024-cü il tarixində qəbul edilməsinə baxmayaraq, əlavə 4000 azn ödəniş 21 noyabr 2023-cü il tarixədək ödənilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.
13. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək şikayətə onların iştirakı olmadan baxılaraq təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti ilə iddianın rədd olunması xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən - iddianın təmin olunan hissəsində, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Apellyasiya şikayətinin dəlillərindən birini bu təşkil edir ki, cavabdeh təhsilin səviyyəsindən narazı olmuş, bu barədə iradlarının liseyin rəhbərliyinə şifahi formada bildirmiş, müqaviləyə dəyişiklik olunaraq qiymətlərin endirilməsini rəhbərlikdən xahiş etmiş, amma müsbət cavab almamış və buna görə də təhsil haqqının qalan hissəsini ödəməmişdir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından cavabdeh tərəfindən qeyd olunan hallarla bağlı iddiaçıya hər hansı bir rəsmi müraciət olunması görünmür. Bundan başqa, mülki qanunvericiliyin tələbinə əsasən tərəflər arasında müqavilə yazılı formada bağlandığından müqavilənin ləğvi və ya dəyişdirilməsi də yazılı formada olmalı və bu barədə təklif irəli sürən tərəf digər tərəfə rəsmi qaydada məlumat verməlidir. Əks təqdirdə müqavilə üzrə öhdəliklərin icrası tərəflərin vəzifəsdir.
20. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddia əsaslıdır.
21. Lakin məhkəmə birinci instansiya məhkəməsinin tutulmalı olan məbləğlə bağlı gəldiyi nəticə ilə razılaşmır. İddia ərizəsi ilə məhkəməyə 05 sentyabr 2023-cü il tarixə müraciət olunmuş, yekun qərar isə 13 fevral 2024-cü il tarixdə çıxarılmış və həmin müddət ərzində Cavabdeh tərəfindən 11 sentyabr 2023-cü il tarixdə 2000 manat, 10 oktyabr 2023cü il tarixdə 1000 manat, 21 noyabr 2023-cü il tarixdə 1000 manat, ümumilikdə 4000 manat məbləğində pul vəsaiti İddiaçı MMC-yə ödənilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi nəticəyə gələrkən 4000 manat məbləğində pul vəsaitinin ödənilməsini nəzərə almamışdır.
22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə məbləğlə bağlı hissədə düzgün olmamışdır, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 4000 manat müəyyən olunmalıdır.
23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2024-cü i tarixli, 2(006)-346/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2024-cü i tarixli, 2(006)- 346/2024 nömrəli qətnaməsi təhsil haqqı borcunun məbləği ilə bağlı hissədə dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 4000 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev