Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3531/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı, 11 setyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı əmlakına vurduğu 21.861 (iyirmi bir min səkkiz yüz altmış bir) manat məbləğində maddi zərərin, 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 26.891 (iyirmi altı min səkkiz yüz doxsan bir) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə və Cavabdeh mənzilindən İddiaçınə məxsus olan pərdə sexinə su axımının qarşısının alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Bu Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Qeyd olunanlar kontekstində işin halları ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi Cavabdehnin ünvanına xx.xx.2020-ci il tarixdə göndərilmiş, qeyd edilən qətnamə icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış və sonuncu tərəfindən 169951/2020 nömrəli icra işi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə icra sənədi icraat başlanılmışdır. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti iki ildən artıq müddət keçdikdən sonra verilmişdir. Şikayəti verən cavabdeh tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət də əlavə edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi apelyasiya şikayətini mümkün hesab edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh məhkəmə aktı barəsində həqiqətən məlumatsız olduğu, icra sənədi üzrə icra hərəkətlərinin aparılıb-aparılmadığını, aparılıbsa icra hərəkətləri həyata keçirilən zaman cavabdehin iştirakının təmin olunub-olunmadığı və s. məsələlər müvafiq icra şöbəsinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə açılmış icra işini və s. sənədləri tədqiq etməklə araşdırmalıdır. Belə ki, məhkəmə, prosessual müddətin ötürülüb-ötürülmədiyinə, ötürülübsə bunun üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət verməməklə yalnışlığa yol vermişdir. Beləliklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yuxarıda qeyd edilən hallara qiymət verilməsi üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti, şikayət üzrə prosessual müddətin ötürülüb-ötürülməməsinə qiymət verilməsi üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3531/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3531/2023
05.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver