Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3532/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, x2 və x1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İddiaçı iştirakı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(007)-449/2019 saylı qətnaməsindən iddiaçı Fı̇rudı̇nbəyli Fuad Ramı̇z oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(007)-449/2019 saylı qərardadından iddiaçı Fı̇rudı̇nbəyli Fuad Ramı̇z oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-449/2019 saylı iş üzrə qəbul etdiyi 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-nə qarşı əmək haqqının və mənəvi ziyanın tutulması tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı 10 yanvar 2020-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(007)-449/2019 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(007)-449/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti İddiaçı geri qaytarılması qərara alınmışdır. İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(007)- 449/2019 saylı qərardadından verdiyi şikayət məhkəmənin 03 fevral 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində qeyd edir ki, apelyasiya şikayətinin sonluğunda da qeyd kimi göstərmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci bəndinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddianın 1-ci hissəsi əməyin ödənilməsi, 2-ci hissəsi isə bu fəaliyyətlə bağlı çəkdiyi mənəvi ziyan barədədir. İddia tələbi aydındır və müəyyəndir ki, mənəvi ziyanı məhz cavabdehin əmək haqlarını ödəməməsi ilə əlaqədar çəkmiş və bu səbəbdən “Dövlət rüsumu haqqında” 9.1.1-ci bəndinə əsasən dövlət rüsumunu ödəməkdən azaddır. O ki, qaldı məhkəmənin onun 1-ci instansiya məhkəməsinə müraciət edərkən dövlət rüsumunu ödəməyinə, hesab edir ki, yanlış olaraq, qanunda nəzərdə tutulmadığı halda rüsum ödəməyi sonradan apelyasiya məhkəməsinə müraciət edərkən rüsum ödəməli olmağı demək deyil. Dövlət rüsumunu 1-ci instansiya məhkəməsinə o, səhvən, qanunu bilməməyi ilə əlaqədar ödəmişdir. Prosessual Qanunvericilikdə göstərilməyib ki, 1-ci instansiya məhkəməsində rüsum ödənilibsə, apelyasiya məhkəməsində də mütləq rüsum ödənilməlidir. Göründyü kimi qanunda belə hal nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, onun təmin edilməsini və qərardadın ləğv edilərək, işin icraata qəbul edilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, qərardad ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyünə baxılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, iddiaçının cavabdehə qarşı tələbi əmək haqqının ödənilməsi ilə bağlı olmaqla, mənəvi zərər tələbi əmək haqqı ilə bağlı tələbdən törənən tələbdir. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini dövlət rüsumuna görə qaytarmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, qərardad ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Fı̇rudı̇nbəyli Fuad Ramı̇z oğlu tərəfindən tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 2(007)-449/2019 saylı qərardadı ləğv edilsin. İddiaçı Fı̇rudı̇nbəyli Fuad Ramı̇z oğlu tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25.11.2019-cu il tarixli, 2(007)-449/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: imza: Xəyal Sarıyev Hakimlər: imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-3532/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3532/2020
11.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver