Məhkəmə qərarları › İş №2(103)-3537/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3537/2021

15.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3537/2021 15.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Qəyyar qızının iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(010)- 1729/2020 nömrəli qətnaməsindən İddiaçı Qəyyar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qəyyar qızı cavabdeh X5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona məxsus ünvan 1 ünvanənda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə əvvəllər nikahda olmuş, onların 2005-ci ilin sentyabr ayında nikaha daxil olsa da, aralarındakı anlaşılmamazlıq səbəbindən sonradan nikahı xitam verilmiş, bu nikahdan olan 2 azyaşlı oğlunun onunla saxlanmasına qərar verilmişdir. Aralarındakı nikah 07 iyul 2011-ci il tarixində pozulmuş, akt qeydləri kitabında 169-cu nömrə ilə qeyd olunmuşdur. Onlar 2005ci ildə nikaha daxil olan zaman Ayaz ona məxsus ünvan 1 ünvanına pasport qeydiyyatına düşdü. Qeyd edir ki, həmin mənzili 2005-ci ilin yaz aylarında atası ona bağışlamış, həmin ilin sentyabr ayında isə cavabdeh onunla nikaha daxil olduqdan sonra həmin mənzilə köçmüşdür. Sözügedən mənzil indi də onun mülkiyyətindədir, cavabdeh isə 2011-ci ildən orada yaşamır və mənzildən istifadə etmir. Onun pasport qeydiyyatı tam formal xarakter daşıyır. Bunu ətrafda yaşayan qonşular və mənzil istismar təşkilatının Arayışı da sübut edə bilər ki, cavabdeh illərdir mənzildən istifadə etmir. Lakin, onun adına göndərilən bütün rəsmi sənədlər, məktub, bildirişlər həmin ünvana gəlir. Bu da onu narahat edir. Çünki hər dəfə cavabdehlə ünsiyyət qurmalı olur. Buna görə də indiki zamanda onun ünvan 1 ünvanından istifadə etmədiyi nəzərə alınaraq pasport qeydiyyatından çıxarılmalıdır. Ona görə də, cavabdeh X1 ona məxsus ünvan 1 ünvanənda yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(010)- 1729/2020 nömrəli qətnaməsi ilə İddiaçı Qəyyar qızının cavabdeh X5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövləti rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Qəyyar qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1729/2020 saylı iş üzrə 30.09.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, hazırkı gün də cavabdeh ona məxsus ünvan 1 ünvanında qeydiyyatdadır. Hazırkı şəraitdə iddia ərizəsilə məhkəməyə müraciət etsə də məhkəmə tərəfindən iddiası rədd olunmuşdur.İddianın rədd olunma əsası isə hesab edir ki, qanunsuzdur.Belə ki, mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.Qətnamədə qeyd edildiyi kimi 10.04.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 tərəfindən bağışlanmışdır.Bunun əsasında RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.Hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən ailə üzvü kimi qeyd olunması qanunamüvafiq deyildir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qəyyar qızı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad etməklə, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş 10.04.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, Yunusova Səmayə Məmməd qızı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evin 34 saylı mənzili İddiaçı Qəyyar qızına bağışlamışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Z.Tağıyev küçəsi 11, mənzil 34 xüsusi mülkiyyət hüququ ilə İddiaçı Qəyyar qızının adına daşınmaz əmlakın dövlət reyestrində 2848 nömrəli reyestr kitabının 265611 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 07.07.2012-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı Qəyyar qızı arasında nikah 07.07.2012-ci il tarixdə ləğv edilmişdir . İş materiallarına əlavə edilmiş 139 saylı MKİS-nin 06.03.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Yunusova X3 qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evin 34 saylı mənzilində qeydiyyatdadır. Keçmiş həyat yoldaşı X6 göstərilən ünvanda 2012-ci ildən yaşamır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qəyyar qızı cavabdeh X7 ilə nikahda olmuş, nikaha daxil olduqdan sonra iddiaçının mülkiyyətində olmuş mənzilə köşmüş və iddiaçıya məxsus mənzilə qeydiyyata alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 2005-ci ildə bağlanmış nikahları 2011-ci ildə pozulmuşdur. Həmin nikah qüvvədə olduğu müddət ərzində cavabdeh iddiaçının ailə üzvü kimi sonuncuya mülkiyyət hüququ ilə məxsus olmuş Bakı şəhəri, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evin 34 saylı mənzilinə köçmüş və ailə üzvü kimi həmin evdə yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2-ci maddəsinə əsasən fiziki şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrin qaydalarına, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsalanaraq məhkəmə hesab edir ki, cavabdeh X6 Bakı şəhəri, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, 11 saylı evin 34 mənzilindən istifadə hüququna malik olan şəxs kimi qəbul edilməlidir. Bu zaman məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı 2005-ci ildən etibarən keçmiş əri olan cavabdeh X6 ilə özünün mülkiyyətində olmuş mənzildə yaşasını və onların birlikdə təsərrüfat aparması cavabdehin etirafı ilə tam sübuta yetirilir. Belə olduğu halda məhkəmə hesab edir ki, mülkiyyətçi olan İddiaçı qeyd olunan mənzili üzərindəki mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğu kimi, cavabdehin də həmin mənzili üzərindəki istifadə hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, həmçinin onun həmin mənzildən istifadə hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, cavabdehin iddiaçının ailə üzvü kimi mübahisəli mənzildə daimi qeydiyyatına alınmasını, bundan sonra onun həmin mənzilə köçürülməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən müvafiq kompensasiya ödənilməklə mümkündür. Əks halda cavabdehin hüquqları pozulmuş olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Qəyyar qızının cavabdeh X5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(010)- 1729/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar