Məhkəmə qərarları › İş №2(103)-3539/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3539/2025

26.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3539/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində LPO Zaminbank ASC cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: əmlakın və ya onun dəyərinin geri alınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs LPO Zaminbank ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində LPO Zaminbank ASC cəlb edilməklə) “avtomobilin və ya avtomobilin dəyərinin qaytarılması” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)- 318/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş DİN Baş Dövlət Yol Polis İdarəsi Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasında əldə edilmiş çıxarışdan görünür ki, ** GM *** qeydiyyat nişanlı, istehsal ili 2001, Mersedes E220 CDİ minik avtomobil İddiaçı mülkiyyətinə xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında keçmişdir. Sözügedən nəqliyyəta vaistəsi ilə bağlı xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2015-ci il tarixdə X7, xx.xx.2015-ci il tarixdə X2 və xx.xx.2015-ci il tarixdə isə X4 etibarnamə verilmişdir. Qeyd edilən etibarnamələrin hər birinə xx.xx.2015-ci il tarixdə xitam verilmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 mülkiyyətində olan bütün daşınar və daşınmaz əşyalarla bağlı sərəncam vermək, əqdlər bağlamağa dair xx.xx.2020-ci il tarixədək etibarnamə vermişdir, Cavabdeh2 isə sözügedən etibarnamə ilə ona etibar edilmiş hüquqları Cavabdeh1 keçirilməsinə dair xx.xx.2015-ci il tarixdə etibarnamə verilmişdir. Sözügedən etibarnamə xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və ya avtomobilin dəyərinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** GM *** qeydiyyat nişanlı, istehsal ili 2001, Mersedes Banz 220 CDİ minik avtomobilin cavabdehlərdən alınaraq onun mülkiyyətinə və istifadəsinə qaytarılması, avtomobili eyni ilə qaytarmaq mümkün olmadıqda isə avtomobilin dəyəri olan 16.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə Zaminbank ASC ilə onun arasında kredit müqaviləsi bağlanmış, 10.200 ABŞ dolları məbləğində ona kredit ayrılmışdır və ona məxsus **-GM-*** qeydiyyat nişanlı, istehsal ili 2001, Mersedes Benz 220 CDİ minik avtomobili ipoteka predmeti olaraq müəyyənləşdirilmişdir. Kredit müqaviləsi bağladıqdan bir müddət sonra avtomobil tərəfindən Cavabdeh2 (özünü Zaminbankın əməkdaşı kimi təqdim etmişdir) baş etibarnamə əsasında verilmişdir. Belə ki, Cavabdeh2 ödəniş edilmədiyi üçün həmin maşını etibaranmə verdiyi Asim adlı şəxsdən almış və bankın həyətində saxlamışdır. Daha sonra o onu çağırıb əvvəl verdiyi etibarnaməni notariusda ləğv etməyini və ona baş etibarnamə verməyini və bununla da kredit borcunun bağlanacağını bildirdi. Lakin bir müddət sonra bank ləğv olundu və kredit borcu sistemdə hələ də adında qalmışdır. Mərkəzləşdirilmiş Reyestridən çıxarışdan görünür ki, əsas borc 3670.59 ABŞ dolları, faiz borcu 7132.12 ABŞ dolları göstərilir. Göründüyü kimi cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi nəticəsində həm avtomobili onun qanuni mülkiyyətindən məhrum edilib, həm də kredit borcu hələ də adında görsənir. Yəni etibarnamə verilən şəxslər (Cavabdeh2 və Cavabdeh1) avtomobil üzrə kredit borcunu ödəməmiş, öhdəliklərini yerinə yetirməmişlər. Belə ki, daha sonra Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə verilib və avtomobil ona satılıb və alınmış məbləğ kreditə yönəlməmişdir. O, bununla bağlı dəfələrlə müxtəlif qurumlara sorğular və şikayətlər yazmış ancaq heç bir nəticəsi olmamışdır. Xətai rayon Polis İdarəsinə cinayət işinin başlanması ilə bağlı müraciət etsə də xx.xx.2020-ci il tarixli qərarla cinayət işi rədd edilmişdir. Onu da qeyd etmişdir ki, tərəfindən etibarnamələr notariusda ləğv edilmişdir. Sözgedən avtomibilin dəyəri ilə bağlı qeyd edir ki, həmin ildə həmin funksiyada olan oxşar avtomobillərin dəyəri 14.000 manatdan 19.000 manata qədər avtomobil saytlarında göstərilir. Ortalama avtomobilinin dəyərini 16.000 manat kimi qiymətləndirir. Göründüyü kimi cavabdehlər arasında olan razılaşmanı kobud şəkildə pozaraq kredit öhdəliyini yerinə yetirməmiş və onun xəbəri olmadan avtomobili başqa şəxslərin istifadəsinə vermiş, beləliklə də nə krediti ödəmişlər, nə avtomobili ona qaytarmışlar. Ümumiyyətlə, bu müddət ərzində bankdan da ona hər hansı şifahi və ya rəsmi xəbərdarlıq gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh2 bankın nümayəndəsidir, o bankın borcunu ödəyə bilmədiyi üçün Cavabdeh2 ondan mülki etibarnamə istəmişdir ki, həmin avtomobili satıb pulu banka ödəsin. O, xx.xx.2015-ci ildə etibarnamə vermişdir. Eldar ona maşının sənədləri olmadığını, sənədləri düzəltmək üçün istəmişdir. Maşın onda olmadığından o maşını Eldar və başqa şəxs ilə birlikdə axtarıb tapmış, daha sonra Eldar maşını da aparıb bankın həyətində saxlamışdır. İki ildən sonra ona bankdan zəng gelərək banka olan borcunun ödənilmədiyini bildirmişdir. 2017-ci ildə o etibarnaməni ləğv etmişdir. O maşını Cavabdeh2 verilərkən maşına dair təhvil-təslim aktı verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili, iddia tələbini qəbul etmədiyini, iddiaçıdan maşını sürmək və ya maşını satmaq üçün ona etibarnamə verilmədiyini, mülki iş materiallarına əlavə edilmiş etibarnamə maşının sürülməsinə dair olmamışdır. Maşın heç vaxt ona verilməmişdir. Maşına dair ona verilən etibarnamə ona maşına qeydiyyat şəhadətnaməsinin alınması ilə bağlı olmuşdur. Ümumiyyətlə, onun maşını satmaq kimi səlahiyyəti olmamışdır. Maşını satmaq üçün bankın razılığı olmalı idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Quliyev X14, iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, **-GM-*** qeydiyyat nişanlı, istehsal ili 2001-ci il olan, “Mercedes Benz 220 CDİ” minik markalı avtomobil heç vaxt onun istifadəsində, sahibliyində olmayıb. Ümumiyyətlə o, İddiaçı tanımır, heç vaxt da onunla görüşməmiş və qeyd edilən nəqliyyat vasitəsini də görməmiş və həmin nəqliyyat vasitəsi barədə heç bir məlumatı yoxdur. Onun adına etibarnamə verilməsindən də xəbərsiz olmuşdur. Barəsində belə bir məhkəmə mübahisəsinin olduğunu bildikdən sonra araşdırma aparmış və öyrənmişdir ki, onun tanışı olan xx.xx.1981-ci il təvəllüdlü X15 ona heç bir məlumat vermədən onun şəxsi məlumatlarını Cavabdeh2 verərək, onun adına etibarnamə verilməsini istəmişdir. Etibarnaməyə nəzər salınsa görünər ki, həmin etibarnamədə, ümumiyyətlə **-GM-*** qeydiyyat nişanlı, “Mercedes Benz 220 CDİ” minik markalı nəqliyyat vasitəsi barədə heç nə qeyd edilməyib. Həmin etibarnamə ilə verilən səlahiyyətlər isə nəqliyyat vasitəsinin idarə edilməsinə hüquq vermir. İddia ərizəsinə nəzər saldıqda görünür ki, İddiaçı ona qarşı iddiası tamamilə əsassızdır. Sözügedən nəqliyyat vasitəsinin onun istifadəsinə, sahibliyinə verilməsi və yaxud da nə vaxtsa iddiaçının onunla həmin nəqliyyat vasitəsi barədə hər hansısa razılığa gəlməsi və sair bu kimi halların olmasını tədiq edən heç bir sənəd, sübut da mövcud deyildir. Bir daha qeyd etmişdir ki, **-GM-*** qeydiyyat nişanlı, “Mercedes Benz 220 CDİ” minik markalı avtomobil heç vaxt onun istifadəsində, sahibliyində olmayıb. O, ümumiyyətlə həmin nəqliyyat vasitəsindən xəbərsizdir. İddiaçı da tanımır, heç vaxt da onunla görüşməmişdir. Bütün bu qeyd edilən hallara rəğmən əgər Məhkəmə iddiaçının iddiasını ona qarşı olan hissədə əsaslı hesab edərsə o halda Məhkəmənin nəzərinə aşağıda qeyd etdiklərini çatdırmışdır. Belə ki, iş materiallarında olan sənədlərə, eləcə də iddia ərizəsinə nəzər salınsa görünər ki, iddiaçı hüququnun pozuduğunu bildiyi tarixdən iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət olunan tarixə kimi 3 ildən də çox müddət keçmişdir. Belə olan halda İddiaçı hazırki iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-318/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və ya avtomobilin dəyərinin qaytarılması” tələbinə barədə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vaistəsinə dair ilk olaraq Cavabdeh2 etibarnamə verərək nəqliyyat vaistəsini cavabdeh X11, cavabdeh X9 isə həmin nəqliyyat vaistəsinin digər Cavabdeh1 verdiyini və buna dair cavabdehə etibarnamə vermiş olduğunu bildirsə də, məhkəmə iddia tələbinə münasibət bildirərək ilk öncə qeyd edir ki, iddiaçının Cavabdeh2 və Cavabdeh2 isə Cavabdeh1 vermiş olduğu etibarnamələr məhz iddiaçının mülkiyyətində olan avtomobili cavabdehlərin qanuni sahibliyinə verilməsini təsdiq edən etibarnamə deyildə, cavabdehlərin iddiaçının adından müəyyən hərəkətlər etməyə səlahiyyət hüququ verən etibarnamədir. Bundan başqa iddiaçı etibarnamə verdikdən sonra avtomobilidə Cavabdeh2, Cavabdeh2 isə həmin avtomobili Cavabdeh1 vermiş olduğunu bildirsədə, bu halı təsdiq edəcək hər hansı möhtəbər sübut məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizəsinə müansibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, iddiaçının cavabdehlərə qarşı vermiş olduğu tələb əsassız hesab edilərək təmin edilməmişdir, hazırkı ərizəyə münasibət bildirilməsinə dair zərurət aradan qalxmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 152.1, 152.5, 157.4, 1091.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-318/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-318/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və ya avtomobilin dəyərinin qaytarılması” tələbinə barədə iddia tələbi təmin edilməmişdir. Qətnaməni qanunsuz və əsassız hesab edir. Cavabdeh2 izahatına diqqət yetirilsə görünır ki, o ona etibarnamə verildiyini, etibarnamənin avtomobilə dair verildiyini qəbul edir. Lakin həmin avtomobilə qeydiyyat şəhadətnaməsinin alınması üçün verildiyini bildirmişdir. Bu halda məhz qeydiyyat şəhadətnaməsinin alınması üçün etibarnamənin verilməsini və eləcə də qeydiyyat şəhadətnaməsinin alınması ilə bağlı hansısa hərəkətlərin edilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh1 isə izahatında bildirir ki, tanışı Əliyev Samir ondan etibarnamənin verilməsi üçün vəsiqəsini istədyini bildirmişdir. Yəni onun adına etibarnamənin verilməsindən xəbəri olduğunu etiraf etmişdir. X8 etibarnamə istəməsini sübut edə bilməmişdir. Hansı məqsədlə vəsiqəni göndərdiyini, etibarnaməni hansı məqsədlə aldığını və bu etibarnamə üzrə hansı hərəkətlər edəcəyini bildirməmiş və bununla bağlı əsaslı dəlillər irəli sürə bilməmişdir. Göründüyü kimi cavabdehlər izahatlarında göstərdiyi halları sübut edə bilməmişlər, lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 mülkiyyətində olan bütün daşınar və daşınmaz əşyalara ilə bağlı sərəncam vermək, əqdlər bağlamağa dair xx.xx.2020-ci il tarixədək etibarnamə vermişdir, Cavabdeh2 isə sözügedən etibarnamə ilə ona etibar edilmiş hüquqları Cavabdeh1 keçirilməsinə dair xx.xx.2015-ci il tarixdə etibarnamə verilmişdir. Sözügedən etibarnamə xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Halbuki, etibarnaməyə diqqət yetirilsə görünər ki, etibarnamə daşınar əmlakla bağlı verilmişdir. Belə olan halda onun adına olan yeganə reyestridə qeydə alınmış daşınar əşya olan həmin avtomobildən başqa hansı daşınar əşyadan söhbət gedə bilər ki? Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vaistəsinə dair ilk olaraq Cavabdeh2 etibarnamə verərək nəqliyyat vaistəsini cavabdeh X11, cavabdeh X9 isə həmin nəqliyyat vaistəsinin digər Cavabdeh1 verdiyini və buna dair cavabdehə etibarnamə vermiş olduğunu bildirsədə, məhkəmə iddia tələbinə münasibət bildirərək ilk öncə qeyd edir ki, iddiaçının Cavabdeh2 və Cavabdeh2 isə Cavabdeh1 vermiş olduğu etibarnamələr məhz iddiaçının mülkiyyətində olan avtomobili cavabdehlərin qanuni sahibliyinə verilməsini təsdiq edən etibarnamə deyildə, cavabdehlərin iddiaçının adından müəyyən hərəkətlər etməyə səlahiyyət hüququ verən etibarnamədir. Bundan başqa iddiaçı etibarnamə verdikdən sonra avtomobilidə Cavabdeh2, Cavabdeh2 isə həmin avtomobili Cavabdeh1 vermiş olduğunu bildirsədə, bu halı təsdiq edəcək hər hansı möhtəbər sübut məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qeyd etdiyi kimi avtomobili cavabdehlərin qanuni sahibliyinə verilməsini təsdiq edən etibarnamə necə ola bilər ki? Adı üstündə bu etibarnamədir. Avtomobil bankda girovda olduğuna görə alqı-satqı da oluna bilməzdi. Bu halda açıq aşkar o niyyət görsənir ki, banka olan borcun qarşılığında Cavabdeh2 baş etibarnamə verilmişdi. Əgər banka olan borcun qarşılığında avtomobilin cavabdehlərə verilməsi niyyəti olmasa idi etibarnamə sürmək üçün verilərdi. Qeyd edir ki, tərəfindən dəfələrlə müxtəlif qurumlara sorğular və şikayətlər yazmış ancaq heç bir nəticəsi olmamışdır. Xətai rayon Polis İdarəsinə cinayət işinin başlanması ilə bağlı müraciət etsə də, xx.xx.2020-ci il tarixli qərarla cinayət işi rədd edilmişdir. Bəzi qurumlara müraciəti məhkəmə prosesi gedişatında əldə edə bilməmişdir. Daha sonra əldə etdiyinə görə apellyasiya icraatına təqdim edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinə etiraz edib, cavabdeh Z.Z. Quliyevin İddiaçı və Cavabdeh2 tanımadığını, ona etibarnamə verilməsi barədə məlumatının olmadığını, nəqliyyat vasitəsinin heç vaxt Zaurun sahibliyinə və istifadəsinə verilmədiyini bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs LPO Zaminbank ASC-nin nümayəndəsi X12 izahatında göstərmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və 10.200 ABŞ dolları məbləğində İddiaçı kredit ayrılmışdır. Ona məxsus **- GM-*** qeydiyyat nişanlı, istehsal ili 2001, Mersedes Benz 220 CDİ minik markalı avtomobili ipoteka predmeti olaraq müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixə Banka olan müqavilənin tələbləri əsasında yaranmış ümumi borcu 12.595 (on iki min beş yüz doxsan beş) ABŞ dolları 36 (otuz altı) sent təşkil edir. Cavabdeh1 və Cavabdeh2 adlı şəxslərin isə "xxxx" ASC-də işləmələri barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixinə təyin olunan iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında Eldara iddiaçı tərəfindən etibarnamə avtomobilin texniki pasportunun alınması məqsədi ilə verilməsini, Eldarın Zaminbank ASC-in əməkdaşı olmadığını, nəqliyyat vasitəsinin iddiaçı tərəfindən Eldara verilmədiyini, etibarnaməyə əsasən Eldara nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmədiyini, nəqliyyat vasitəsinin heç vaxt Eldarın sahibliyində və istifadəsində olmadığını göstərmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tam rədd edildiyindən və qətnamə apellyasiya şikayətlərinə əsasən iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Belə ki, iddia tələblərindən müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən geri qaytarılmasını, nəqliyyat vasitəsi aşkar olunmadığı halda isə onun dəyərinin cavabdehlərdən onun xeyrinə tutulmasına dair məhkəmə aktının çıxarılmasını xahiş edir. İddiaçı tələbində istinad etdiyi halları kredit götürdüyü bankın əməkdaşı olaraq tanıdığı Cavabdeh2 etibarnamə verməsi, sonuncununda öz növbəsində Cavabdeh1 etibarnamə verməsi, mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz sahibliyində olması ilə əsaslandırır. Cavabdehlər iddiaya qarşı etiraz edərək Cavabdeh2 ona etibarnamənin verməsində iddiaçının məqsədinin nəqliyyat vasitəsinə görə qeydiyyat vəsiqəsinin alınmasının olması, Cavabdeh1 isə ona etibarnamə verilməsindən məlumatının olmaması, Cavabdeh2 və İddiaçı tanımaması ilə əsaslandırır. Kollegiya qeyd edir ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etdiyindən onun iddiası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtləri əsasında yoxlanılır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasına görə iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin mövcud olması zəruridir: iddiaçı əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdeh(lər)in sahibliyində olmalı, cavabdeh(lər)in əşyaya sahibliyi qanunsuz olmalıdır. Kollegiya edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz sahibliyində olmasını iddia etsə də, bu halı təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmiş, yəni iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin nə vaxtsa cavabdehlərin sahibliyində olmasını sübuta yetirə bilmədiyindən, iddiaçının verdiyi və sonradan ləğv etdiyi etibarnamələr onun mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehlərin istifadəsində və sahibliyində olmasını təsdiq edə biləcək yetərli sübut növü olmadığından, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterik olduğu üçün pozulmayan hüquq üzrə iddia müddətinin tətbiqi qeyri-mümkün olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-318/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar