Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3560/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğluna qarşı “qanunsuz zəbt edilmiş bağ evinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-394/2025 nömrəli 09 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğluna qarşı “qanunsuz zəbt edilmiş bağ evinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdeh tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 452 nömrəli bağ sahəsi ünvanında yerləşən qanunsuz zəbt edilmiş bağ evinin cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 Ağalı oğlunun qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və cavabdehlər tərəfindən onun istifadəsinə edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa Cavabdeh3 və Cavabdeh5 Ağalı oğlunun nümayəndəsi və vəkili Cavabdeh4 İddiaçı qarşı “maddi və mənəvi ziyanın, eləcə də hüquqi yardım və dövlət rüsumu üçün ödənilmiş pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 63000 manat maddi, 2000 manat mənəvi, eləcə də hüquqi yardıma görə 400 manat pulun, ödənilmiş dövlət rüsumu üçün 258 manat pulun tutulması və həmin tutulan məbləğlərin bərabər miqdarda Cavabdeh3 və Cavabdeh5 Ağaəli oğluna ödənilməsi və ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh və digər cavabdehlərin nümayəndəsi və vəkili və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və Cavabdeh5 Ağalı oğlunun nümayəndəsi və vəkili Cavabdeh4 qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin ödənilməsində İddiaçı tərəfindən edilən hərəkətlərin və ya hərəkətsizliyin qanunsuz hesab edilməsi, bu cür qanunsuz hərəkətlərlə (hərəkətsizliklə) hüquqdan sui-istifadə edərək onun vəkillik fəaliyyətinin həyata keçirməsinə təsir etməklə bu yolla ona ziyan vurmaq niyyətinə son qoyulması və vəkillik fəaliyyətinin həyata keçirilməsinə edilən maneə və müdaxilələrin aradan qaldırılması barədə, eləcə də ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-394/2025 nömrəli 09 aprel 2025-ci il tarixli qərardadı ilə İlkin iddia üzrə cavabdeh və digər cavabdehlərin nümayəndəsi və vəkili; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 və Cavabdeh5 Ağalı oğlunun nümayəndəsi və vəkili Cavabdeh4 qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında pul öhdəliyinin ödənilməsində İddiaçı tərəfindən edilən hərəkətlərin və ya hərəkətsizliyin qanunsuz hesab edilməsi, bu cür qanunsuz hərəkətlərlə (hərəkətsizliklə) hüquqdan sui-istifadə edərək onun vəkillik fəaliyyətinin həyata keçirməsinə təsir etməklə bu yolla ona ziyan vurmaq niyyətinə son qoyulması və vəkillik fəaliyyətinin həyata keçirilməsinə edilən maneə və müdaxilələrin aradan qaldırılması barədə, eləcə də ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 verdiyi şikayət məhkəmənin 30 aprel 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə mübahisəsinin predmetinin obyekti olan bağ evi ilə əlaqədar onun tərəfindən vaxtı ilə yalnz və yalnız Səid və Vaqif ilə İddiaçı arasında yaranmış məhkəmə mübahisələrində Səidə və Vaqifə hüquqi yardım göstərməklə məhkəmə işlərində vəkil və nümayəndə qismində iştirak etmiş və qanuni qüvvədə olan məhkəmə aktlarının icrasını hal-hazıradək davam etdirir. Yəni, həmin ev o və ailəsi tərəfindən istifadə olunmayıb və məhkəmə, o cümlədən icra icraat işlərində vəkil və nümayəndə qismində iştirak etməkdən başqa, bu və ya digər yolla Nailənin əmlak hüquqlarına qarşı hər hansı bir maneə və müdaxilə olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən, İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən, bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh4 qarşılıqlı iddia ərizəsi iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində verilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi mülki iş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Cavabdeh4 xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sisteminə elektron kabineti vasitəsilə müvafiq sənədlər əlavə etmişdir. Cavabdehin qarşılıqlı iddia verməsi üçün yeni əsaslar həmin dövrdə əmələ gəlmiş, lakin cavabdeh həmin hüququndan da vaxtında istifadə etməməklə qarşılıqlı iddia ərizəsi ilə yalnız xx.xx.2025-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, qanunvericiliyə əsasən qarşılıqlı iddia tələbi ilkin iddia tələbinin qarşılıqlı ödənilməsinə yönəlməmişdir, eyni zamanda verilmiş qarşılıqlı iddia tələbi ilkin iddia tələbi arasında qarşılıqlı əlaqə mövcud deyil. Belə olan halda prosessual qanunvericiliyin tələblərinə riayət edilməməklə verilən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməklə ilkin iddia ilə birlikdə baxıla bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-394/2025 nömrəli 09 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3560/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3560/2025
03.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver