Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3567/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Maraqlı şəxs) qarşı alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi, yeni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyan tələbinə, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə (üçüncü şəxs Maraqlı şəxs) qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən və üzərində olan sahədən çıxarılma, maddi ziyan tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-105/2024 saylı bir icraatda birləşdirilmiş mülki iş üzrə xx.xx.2024- cü il tarixli qətnaməsindən Cavabdeh1 və İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs Maraqlı şəxs) qarşı alqısatqı müqaviləsinə dəyişiklik edilməsi, yeni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi və həmin müqavilədə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi üzərində olan daşınmaz əmlakın İddiaçı MMC-nin xeyrinə icarədə olması məlumatların qeyd edilməsi, İddiaçı MMC ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən köhnə şərtlərlə yeni icarə müqaviləsinin imzalanması” öhdəliyinin Cavabdeh1 və X1 üzərinə qoyulması, ünvan 1 ünvanda yerləşən İddiaçı MMC-nin fəaliyyətinə hər hansı müdaxilənin və ya hərəkət və hərəkətsizliyin edilməsinin cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 4453,32 manat məbləğində maddi ziyanın və ödənilmiş 64,54 manat dövlət rüsumunun, cəmi 4517,86 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə (üçüncü şəxs Maraqlı şəxs) qarşı icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən və üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma və maddi ziyan tələbinə dair Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Maraqlı şəxs ilə İddiaçı MMC arasında bağlanılan torpaq icarə müqaviləsinin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən iddiaçıların birgə mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti göstərən İddiaçı MMC bununla əlaqəli digər şəxslər həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və iddiaçılara təhvil verilməsi, iddiaçılara İddiaçı MMC tərəfindən vurulmuş 34320 manat məbləğində maddi ziyanın ödənilməsi, İddiaçı MMC-dən 193 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-3813/2023 saylı qərardadına əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MMC-yə qarşı “icarə müqaviləsinin ləğv edilməsi və s. tələbinə iddiası üzrə e-2(003)-3813/2023 nömrəli mülki işlə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinə dəyişiklik edilməsi, yeni icarə müqaviləsinin imzalanması, müdaxilənin qadağan edilməsi və dəymiş ziyan tələbinə dair iddia ərizəsi üzrə e-2(003)-1825/2023 nömrəli mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır . Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-105/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş ,ünvan 1 ünvanında İddiaçı MMC-nin fəaliyyətinə göstərilən müdaxilələr cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, İddiaçı MMC-nin iddiasının qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiasının qismən təmin edilməsi, İddiaçı MMC-dən 24675 manat məbləğində pulun tutularaq iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ödənilməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddiasının qalan hissədə təmin edilməməsi, iş üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 65 manat dövlət rüsumunun onun özünə, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ödənilmiş 153 manat dövlət rüsumu onların özlərinə aid edilməsi qət edilmişdir. İddiaçı MMC və Cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayətləri verilmişdir. Mülki Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2024-cü il saat 16:00-a təyin edilmiş, məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Vəkil2 izahatı zamanı müəyyən edilmişdir ki, digər Cavabdeh2 da qətnamədən narazıdır və bu səbəbdən də apellyasiya şikayəti verəcəkdir. Bu məsələnin aydınlaşdırılması üçün məhkəmə iclası xx.xx.2024-cü il tarixinə, saat 16:00-a təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 qətnamədən xx.xx.2024-cü il tarixində apellyasiya şikayəti verdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 Cavabdeh2 apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəmə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsi ilə qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verdiyini qeyd etmiş və apellyasiya şikayətinə səlahiyyət həddində qiymət verilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə səlahiyyət həddində qiymət verilməsi üçün apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddələrinin) tələblərinə əsasən, 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3567/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, Cavabdeh2 məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayətinə səlahiyyət həddində - Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinə müvafiq qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(103)-3567/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3567/2024
01.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver